İşgəncəyə görə valideynlər məktəbə axışdılar: Direktorla qarşıdurma - VİDEO
Bakı məktəblərində şagirdin zorakılığa məruz qalması ilə bağlı daha bir xəbər yayılıb.
Bakupost.az xəbər verir ki, Suraxanı rayonundakı 89 nömrəli orta məktəbin yeddinci sinfində təhsil alan şagirdlərdən birinin ayaqyolunda zorakılıqla üzləşməsi iddia edilib. Belə ki, həmin şagirdin anası qızının xəsarət izləri olan fotosunu yayaraq, onun bir neçə nəfər tərəfindən işgəncəyə məruz qaldığını bildirib. O, valideynlərin qrupuna səs göndərərək hər kəsi ehtiyatlı olmağa çağırıb.
Məsələ ilə bağlı məktəbin yaydığı məlumatda bildirilir ki, həmin şagird özü-özünə xəsarət yetirib:
"Zərərçəkmiş məktəbli gözünün bağlı olduğunu və bunu kimlərin etdiyini görə bilmədiyini söyləyib. Məktəbli ilə birgə ayaqyolunda olan digər iki qız da dəvət olunub və onlar bu barədə heç bir məlumatlarının olmadığını söyləyiblər. Qeyd ediblər ki, zərərçəkmiş məktəbli qız "mənim işim var" deyərək onları yola salıb.
Məsələni aydınlaşdırmaq üçün şagirdin valideyni məktəbə dəvət olunub. O, məsələnin araşdırılmasında iştirak edib. Evə qayıtdıqdan sonra valideyn övladının gizlətdiyi kəsici aləti tapdığı haqqında məlumat verib. Məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət olunub. Araşdırma zamanı məlum olub ki, şagird özü-özünə xəsarət yetirib və qorxduğu üçün yalan söyləyib".
Bu gün isə məktəbdə təhsil alan şagirdlərin valideynləri məktəbə gediblər və orada gərginlik yaranıb. Valideynlərlə məktəb rəhbərliyi arasında mübahisə düşüb. Valideynlər bildiriblər ki, məktəbdə tez-tez neqativ hallar baş verir, uşaqlar arasında dava, hətta narkotik vasitə çəkmə halları, kriminal üslubda hesablaşmalar olur. Onlar bildiriblər ki, bu yaxınlarda uşaqlar arasında bıçaq davası da baş verib. Valideynlər bu məsələlərə əncam çəkməyi tələb ediblər. Hətta valideynlərin direktora hücum etdikləri, onların qarşısının çətinliklə alındığı da bildirilir.
Qeyd edək ki, dünən axşam digər bir təhsil ocağında - Ramanadakı 90 nömrəli orta məktəbdə ikinci sinif şagirdi olan qızın döyülməsi xəbəri sosial şəbəkələrdə ajiotaja səbəb olub. Təhsil Nazirliyinin yaydığı məlumatda isə şagirdin döyülmədiyi, yıxılıb əzildiyi bildirilib.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1166 Tarix: 27 noyabr 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşTanınmış modeli döymüş Ziya Hüseynzadəyə hökm oxundu
Model Raziyyat Əliyevayaya (Razi) qarşı zorakılıqda ittiham olunan iş adamı Ziya Hüseynzadənin cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb. "Yeni Sabah" APA-ya istinadla xəbər verir ki, bu gün Bakı Ağir Cinayətlər Məhkəməsində hakim Roman Ələkbərlinin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub
27.10.2026 452 Milli kimliyin qorunması dövlət təhlükəsizliyinin strateji istiqamətidir
Azərbaycan Prezidenti İlham Əliyevin "Ortaq gələcək naminə dialoq" mövzusunda keçirilən 7-ci Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda səsləndirdiyi konseptual fikirlər qlobal siyasətdə dərinləşən ideoloji qarşıdurmaların mahiyyətini aydın şəkildə ortaya qoydu. Dövlət başçısının ideoloj
10:25 245 Müdirlər bu şəxsləri işdən qovarsa, 5 minədək cərimə olunacaq
Korrupsiya ilə bağlı məlumat verən şəxslərin işdən azad olunmasına görə cərimə müəyyənləşir. Axşam.az xəbər verir ki, bu, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin ötən gün keçirilən iclasında müzakirəyə çıxarılan İnzibati Xətalar Məcəlləsinə təklif olunan dəyişiklikdə öz əksin
14:22 190 Firuzə İbadova niyə kirayədə yaşayır?
"Sənət yoldaşları anamı qınayır ki, niyə xəstəliyini demirsən. 2014-cü ildə anam insult keçirdi, heç kimə heç nə demədik. Altı ayın içində anam ayağa qalxdı. Hər şeyimiz getdi, amma anam sağaldı. Anam məndən savayı başqa ailəyə də baxıb, bacı-qardaşına kömək edib. Çoxları bunu bilmir". Axşam.a
16:06 125 Yasamalda məktəbdə 7-ci sinif şagirdi intihar edibmiş - Yenilənib
Bakının Yasamal rayonunda yerləşən 225 nömrəli tam orta məktəbdə bədbəxt hadisə baş verib. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, saat 10:30 radələrində orta məktəbin 7-ci sinif şagirdi 2014-cü il təvəllüdlü G.D.-nin intihar etməsi məlum olub. Araşdırma zamanı müəyyənləşib ki, G.D. anasını
13:03 493 Gələn il yaşayış minimumu və ehtiyac meyarı - Bu qədər olacaq
2027-ci ildə Azərbaycanda yaşayış minimumu və ehtiyac meyarının həddi müəyyən olunub. "Qafqazinfo"nun məlumatına görə, bu, "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsində öz əksini tapıb. Layihəyə əsasən, 2027 il üçün ölkə üzrə yaşayış minimumu 31
12:56 227 Prezident İlham Əliyevin Qlobal Forumda mesajları
Qlobal miqyasda müharibələr sanki normaya çevrildiyi vaxtda sülh və təhlükəsizlik hesablamaları mürəkkəb geosiyasi tənliklərin həllini zəruri edir. Həll variantları tapmaq getdikcə daha da çətinləşir, çünki beynəlxalq nizamın yenidən qurulması daha ağrılı proseslərlə müşayiət olunur. Çünki geoiqtisad
11:55 240 Ölkə başçısı beynəlxalq Forumdakı çıxışında mühüm mesajlar verdi
200-dən çox nümayəndənin qeydiyyatdan keçdiyi, 100 ölkədən 300 xarici qonağın iştirak etdiyi Bakı Forumunun təkcə elə siyasi statistikası Azərbaycanın bu platformada qazandığı nüfuzun coğrafiyasının və çəkisininin göstəricisidir. Budəfəki devizi "Ortaq gələcək naminə dialoq" olan Ümumdüny
10:21 247 Ramiz Mehdiyevin müsadirə olunan əmlakları - Siyahı
Xəbər verdiyimiz kimi, 14 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilən, lakin cəzası şərti hesab edilən Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin əmlakları müsadirə olunub. -a istinadən xəbər verir ki, siyahıda torpaq sahələri, villalar, ticarət mərkəzləri, yaşayış binaları
10:41 291