3+3 formatı :"Ermənistan qərbə inteqrasiya etmək istəyirsə, ilk növbədə sülh prosesinə təkan verməlidir" - POLİTOLOQ

3+3 formatı :"Ermənistan qərbə inteqrasiya etmək istəyirsə, ilk növbədə sülh prosesinə təkan verməlidir" - POLİTOLOQ"Azərbaycan-Türkiyə-Gürcüstan görüşü indiki məqamda olduqca önəmlidir. Xüsusilə 3+3 formatı çərçivəsində keçirilən sonuncu görüşdə Gürcüstanın iştirak etməməsini nəzərə aldıqda bu görüş ikiqat daha vacib olur. Məsələ ondan ibarətdir ki, Gürcüstan Rusiya faktoruna görə, 3+3 formatında iştirak etmək istəmir. Lakin Azərbaycan-Türkiyə və Gürcüstanın bu platformada olması həm regional inkişaf, həm də iqtisadi artım baxımından önəmli sayırlar".

Bu sözləri BiG.AZ-a açıqlamasında politoloq Turan Rzayev deyib. Politoloq bildirib ki, növbəti Ankara görüşünə əslində Gürcüstanı razı salmağa çalışırlar:

"Gürcüstansız 3+3 formatı heç bir halda tam potensialda çalışa bilməz. Təşkilatdan gözləntiləri doğrulda bilməz. Gürcüstanın yerləşdiyi geostrateji məkan regionun iqtisadi və geosiyasi layihələri baxımından mühüm hesab edilir. Türkiyə və Azərbaycan ümumiyyətlə region ölkələrinin şəxsi ambisiyalar ilə deyil, ortaq maraqlar çərçivəsində hərəkət etməsi üçün belə bir platformanı təklif edib. Ölkələr burada öz maraqlarını güdəsi olsalar, təbii ki istənilən effekt olmayacaq. Buna görə də, Ankarada keçiriləcək 3+3 formatı görüşü öncəsi əslində bu tipli görüşlərin çox olacağını deyə bilərik.

Turan Rzayevin sözlərinə görə, regional məsələlərdə olan görüşlərdə iştirak ediləcək. Xüsusilə Azərbaycan tərəfi Gürcüstanda Ermənistan-Azərbaydab sülh prosesinin aparılmasını istəyir: "Prezident İlham Əliyevində bu istiqamətdə təklifləri olmuşdur. Türkiyəni görünür bu məsələ maraqlandırır. Azərbaycan və Türkiyənın bir çox məsələdə ortaq addım atdığını nəzərə alsaq, Gürcüstanda Ermənistan-Azərbaycan sülh prosesinin tənzimlənməsi istiqamətində görüşlərin keçirilməsinə maraqlıdırlar. Mümkündür ki, görüş zamanı bu tipli görüşün baş tutması üçün bir razılıq əldə ediləcək. Burada sadəcə Ermənistan tərəfinin atacağı addımlar qalır".

Politoq qeyd edib ki, Ermənistan indiki məqamda Türkiyədən bir çox baxımdan asılıdır:

"Sərhədlərin açılması və Avropaya inteqrasiya məsələsində Ermənistanın Türkiyəyə olduqca ehtiyacı var. Bu görüş zamanı bu məsələ tərəflər arasında müzakirə ediləcək. Daha sonra Ermənistanın özünə də görüşlə bağlı məlumatlar veriləcək. Yəni Ermənistan qərbə inteqrasiya etmək və Türkiyə ilə sərhədlərin açılmasını istəyirsə, ilk növbədə regional platformalarda iştirak etməli və ən əsası sülh prosesinə təkan verməlidir".

Sevda Səfərova


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 894   Tarix: 27 noyabr 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

Tanınmış modeli döymüş Ziya Hüseynzadəyə hökm oxundu

Model Raziyyat Əliyevayaya (Razi) qarşı zorakılıqda ittiham olunan iş adamı Ziya Hüseynzadənin cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb. "Yeni Sabah" APA-ya istinadla xəbər verir ki, bu gün Bakı Ağir Cinayətlər Məhkəməsində hakim Roman Ələkbərlinin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub

27.10.2026 452
.

Milli kimliyin qorunması dövlət təhlükəsizliyinin strateji istiqamətidir

Azərbaycan Prezidenti İlham Əliyevin "Ortaq gələcək naminə dialoq" mövzusunda keçirilən 7-ci Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda səsləndirdiyi konseptual fikirlər qlobal siyasətdə dərinləşən ideoloji qarşıdurmaların mahiyyətini aydın şəkildə ortaya qoydu. Dövlət başçısının ideoloj

10:25 245
.

Müdirlər bu şəxsləri işdən qovarsa, 5 minədək cərimə olunacaq

Korrupsiya ilə bağlı məlumat verən şəxslərin işdən azad olunmasına görə cərimə müəyyənləşir. Axşam.az xəbər verir ki, bu, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin ötən gün keçirilən iclasında müzakirəyə çıxarılan İnzibati Xətalar Məcəlləsinə təklif olunan dəyişiklikdə öz əksin

14:22 190
.

Firuzə İbadova niyə kirayədə yaşayır?

"Sənət yoldaşları anamı qınayır ki, niyə xəstəliyini demirsən. 2014-cü ildə anam insult keçirdi, heç kimə heç nə demədik. Altı ayın içində anam ayağa qalxdı. Hər şeyimiz getdi, amma anam sağaldı. Anam məndən savayı başqa ailəyə də baxıb, bacı-qardaşına kömək edib. Çoxları bunu bilmir". Axşam.a

16:06 125
.

Yasamalda məktəbdə 7-ci sinif şagirdi intihar edibmiş - Yenilənib

Bakının Yasamal rayonunda yerləşən 225 nömrəli tam orta məktəbdə bədbəxt hadisə baş verib. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, saat 10:30 radələrində orta məktəbin 7-ci sinif şagirdi 2014-cü il təvəllüdlü G.D.-nin intihar etməsi məlum olub. Araşdırma zamanı müəyyənləşib ki, G.D. anasını

13:03 493
.

Gələn il yaşayış minimumu və ehtiyac meyarı - Bu qədər olacaq

2027-ci ildə Azərbaycanda yaşayış minimumu və ehtiyac meyarının həddi müəyyən olunub. "Qafqazinfo"nun məlumatına görə, bu, "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsində öz əksini tapıb. Layihəyə əsasən, 2027 il üçün ölkə üzrə yaşayış minimumu 31

12:56 227
.

Prezident İlham Əliyevin Qlobal Forumda mesajları

Qlobal miqyasda müharibələr sanki normaya çevrildiyi vaxtda sülh və təhlükəsizlik hesablamaları mürəkkəb geosiyasi tənliklərin həllini zəruri edir. Həll variantları tapmaq getdikcə daha da çətinləşir, çünki beynəlxalq nizamın yenidən qurulması daha ağrılı proseslərlə müşayiət olunur. Çünki geoiqtisad

11:55 240
.

Ölkə başçısı beynəlxalq Forumdakı çıxışında mühüm mesajlar verdi

200-dən çox nümayəndənin qeydiyyatdan keçdiyi, 100 ölkədən 300 xarici qonağın iştirak etdiyi Bakı Forumunun təkcə elə siyasi statistikası Azərbaycanın bu platformada qazandığı nüfuzun coğrafiyasının və çəkisininin göstəricisidir. Budəfəki devizi "Ortaq gələcək naminə dialoq" olan Ümumdüny

10:21 247
.

Ramiz Mehdiyevin müsadirə olunan əmlakları - Siyahı

Xəbər verdiyimiz kimi, 14 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilən, lakin cəzası şərti hesab edilən Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin əmlakları müsadirə olunub. -a istinadən xəbər verir ki, siyahıda torpaq sahələri, villalar, ticarət mərkəzləri, yaşayış binaları

10:41 291
.