Azərbaycanda hərbçilərin pensiya yaşı artırılır
Hərbi qulluqçularının pensiya təminatı ilə bağlı qanun layihəsi Milli Məclisə daxil olub.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən "Qafqazinfo"ya bildirilib ki, bu günlərdə "Hərbi qulluqçuların statusu haqqında", "Hərbi xidmətkeçmə haqqında" Əsasnamə"nin təsdiq edilməsi barədə", "Əmək pensiyaları haqqında" və "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının Qanun layihəsi Milli Məclisə daxil olub.
Qanun layihəsində bir sıra dəyişikliklərlə yanaşı, hazırlanmasına dövlət tərəfindən zaman və resurs sərf edilmiş hərbi qulluqçuların formalaşmış təcrübəsindən daha uzun müddət istifadə etmək məqsədilə hərbi qulluqçu kimi pensiyaya çıxmaq üçün minimum xidmətkeçmə tələbinin 20 təqvim ilindən 25 təqvim ilinə çatdırılması təklif olunur.
Qeyd olunan dəyişiklik hərbi qulluqçuların pensiya təminatında hər hansı azalmanı istisna etməklə, bir sıra qurumların hərbi qulluqçularının pensiya təminatında artımı nəzərdə tutur. Belə ki, minimum xidmət müddətinin artırılması ilə yanaşı, həmin dövrə görə qulluq əlavəsi faizinin də 50 faizdən 65 faizə qaldırılması təklif edilir. Qanun layihəsinin 2024-cü il yanvarın 1-dən qüvvəyə minməsi nəzərdə tutulur.
Bundan başqa, layihəyə əsasən, 20 təqvim ili hərbi xidmət müddətini tamamlamasına ən çoxu 3 təqvim ili qalmış hərbi qulluqçulara, habelə qanun layihəsi qüvvəyə mindiyi tarixədək 20 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçular 25 təqvim ili hərbi xidmət müddətini tamamlayanadək hərbi xidmətdən buraxıldıqda, onlara da "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 2024-cü il yanvarın 1-dək qüvvədə olan normaları tətbiq ediləcək. Bu normalar hərbi qulluqçuların qazanılmış hüquqlarından istifadəsinə hərtərəfli imkan verəcək.
Yuxarıda qeyd olunanlarla yanaşı, qanun layihəsində hərbi qulluqçuların təhsil almaq hüququnun həyata keçirilməsi ilə bağlı və başqa dəyişikliklər də əks olunub.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 919 Tarix: 27 noyabr 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaşİsrail ordusu Livandan dronu vurub
İsrail ordusu çərşənbə axşamı günü bildirib ki, İsrail Müdafiə Qüvvələri Livandan gələn bir pilotsuz təyyarəni uğurla ələ keçirib. BİG.AZ The Jerusalem Post-a istinadən xəbər verir ki, İsrail Müdafiə Qüvvələri bildirib ki, sirenlər tutucudan düşən parçaların narahatlığı səbəbindən işə salınıb. Müəllif
10:56 171 Ukrayna-İsrail arasında taxıl qalmaqalı: Diplomatik gərginlik artır - POLİTOLOQDAN AÇIQLAMA
Son günlərdə Ukrayna ilə İsrail arasında taxıl ticarəti ilə bağlı yaranan qalmaqal iki ölkə arasında diplomatik gərginliyi artırıb. Rəsmi Kiyev iddia edir ki, Rusiya tərəfindən işğal olunmuş Ukrayna ərazilərindən əldə edilən və "oğurlanmış" hesab olunan taxıl İsrail limanlarına daxil olur v
14:59 196 Səhiyyə Nazirliyinə yeni səlahiyyət verildi
"Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında" 30 dekabr 2022-ci il tarixli qanunun tətbiqi barədə 31 yanvar 2023-cü il tarixli Fərmana dəyişiklik edilib. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Azərbayca
17:48 142 Qızıl və gümüş bahalaşdı
Nyu-York birjasında qızıl və gümüşün qiyməti artıb. xəbər verir ki, COMEX əmtəə birjasında qızıl fyuçerslərinin dəyəri 0.16% artaraq 4,616 ABŞ dollarına bərabər olub. COMEX-də gümüşün unsiya üzrə fyuçersləri isə 0.73% bahalaşaraq 73.75 ABŞ dolları təşkil edib
20:15 1 BƏƏ-nin OPEC və OPEC+-dan çıxışı: Neft bazarında yeni dalğalanma riski - İQTİSADÇIDAN AÇIQLAMA
OPEC və OPEC+ çərçivəsində uzun illər əməkdaşlıq edən Birləşmiş Ərəb Əmirliklərinin mayın 1-dən etibarən bu təşkilatlardan çıxmaq qərarı verməsi qlobal enerji bazarlarında ciddi rezonans doğurub. Enerji siyasətində bu cür kəskin dönüş, xüsusilə neft hasilatının koordinasiyasına təsir edərək qiymət mexanizmlərind
10:09 187 Britaniya Kralı Ağ Evdə - Foto
ABŞ prezidenti Donald Tramp və birinci xanım Melaniya Tramp Böyük Britaniya Kralı II Çarlz və Kraliça Kamillanın şərəfinə dövlət ziyafəti veriblər. Axşam.az xəbər verir ki, bu, kralın monarx kimi ölkəyə ilk rəsmi səfəri çərçivəsində baş tutub. Tədbir Ağ Evin Şərq zalında keçirilib. 56 yaşlı Melaniy
12:36 231 Turizm şirkətləri dövlət qurumlarından kömək istəyir - "Summer Tour"un yeni qərarı etiraz doğurdu
Azərbaycan turizm şirkətləri birgə bəyanat yayıb. xəbər verir ki, Azərbaycan turizm sektorunda fəaliyyət göstərən bir qrup şirkət Türkiyə istiqaməti üzrə satış həyata keçirən "Summer Tour Azərbaycan" MMC-nin son qərarı ilə bağlı narazılıqlarını bəyan ediblər. Bəyanatda bildirilir ki, hər turis
13:02 353 Alimlər plastiki təmiz yanacağa çevirdilər: effektiv ÜSUL
Avstraliyalı alimlər plastik tullantıları ekoloji cəhətdən təmiz yanacağa çevirməyə imkan verən yeni texnologiya hazırlayıblar. xarici KİV-ə istinadla bildirir ki, bu məlumatı Adelaide Universiteti yayıb. Universitetdən bildirilib ki, bu texnologiya fotokatalitik parçalanma prosesinə əsaslanır. Bu prose
19:30 37 Azərbaycandan qaçan məktəb direktoru Antalyada tutulub Bakıya gətirildi
Beynəlxalq axtarışda olan şəxs Türkiyə Respublikasında tutularaq Azərbaycana ekstradisiya edilib. xəbər verir ki, bu barədə Ədliyyə Nazirliyi məlumat yayıb. Məlumata görə, Ədliyyə Nazirliyi tərəfindən xarici dövlətlərin aidiyyəti qurumları ilə beynəlxalq axtarışa verilmiş, cinayət törədilməsində ittiha
18:30 120