Yarı zirzəmidə yaşayan Rəhman Rəhmanov: "30 ildir ki, burada yeyirik, yatırıq" – VİDEO

Yarı zirzəmidə yaşayan Rəhman Rəhmanov: "30 ildir ki, burada yeyirik, yatırıq" – VİDEOAbdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının aparıcı səhnə aktyoru, Əməkdar artist Rəhman Rəhmanov yaşadığı yerin yarı zirzəmi olduğunu açıqlayıb.

Bizim.Media xəbər verir ki, bu haqda sənətçi "Çıxış yolu" ictimai-sosial verilişinə müsahibəsində deyib.

66 yaşlı sənətkar birotaqlı şəraitsiz evdə yaşadığını bildirib:

"30 ildir ki, bu evdə yaşayıram. Burada yeyib, burada da yatırıq. Bura yarı zirzəmi sayılır. Çünki buranın döşəməsi yoxdur. Bünövrəsiz tikilidir. Yarı zirzəmidir... Burada həm qonaqları qəbul edirik, həm yemək yeyirik, həm də yatırıq. Yataq tərəfi isə pərdə ilə örtüb, arakəsmə ilə ayırmışıq. Bir otaqdan ikinci otaq düzəltmişik. Mənim başqa evim və ya mülküm yoxdur. Evlə bağlı müraciət etsəm də, mənə imtina gəlib. Mənə onsuz da ev lazım deyil. Çünki artıq yaşlaşmışam. Bir ayağım burada, digər ayağım orada... Sizə 25 ilin hadisəsini danışıram.

Dövlətdən öz adıma 6 sot torpaq aldım. İmkanım olmadı, o torpağın kiçik bir hissəsini satdım. Yarı hissəsi bu qaldığımız yerdir.

Yarı hissəsini isə iki nəfərə satdım. Lakin onlara ev tikməyə icazə vermədilər. Məcbur olub mənim adıma olan torpaq üçün İcra Hakimiyyətindən icazə aldım ki, həmin torpaqda ev tikim. Onlar da mənim adıma o toprağın üstündə ev tikdilər. Mən qaldım bir otaqda, onlar isə sağlıqlarına qismət, böyük villa tikdilər. Ad mənim oldu, dad isə onların.

Villalar tikildi, sonra alqı-satqı oldu. Həmin evlər onların adına keçdi. İndi də deyirəm ki, mənim heç bir mal-mülküm yoxdur, amma buna inanan da yoxdur".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1493   Tarix: 27 noyabr 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Tanınmış modeli döymüş Ziya Hüseynzadəyə hökm oxundu

Model Raziyyat Əliyevayaya (Razi) qarşı zorakılıqda ittiham olunan iş adamı Ziya Hüseynzadənin cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb. "Yeni Sabah" APA-ya istinadla xəbər verir ki, bu gün Bakı Ağir Cinayətlər Məhkəməsində hakim Roman Ələkbərlinin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub

27.10.2026 452
.

Milli kimliyin qorunması dövlət təhlükəsizliyinin strateji istiqamətidir

Azərbaycan Prezidenti İlham Əliyevin "Ortaq gələcək naminə dialoq" mövzusunda keçirilən 7-ci Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda səsləndirdiyi konseptual fikirlər qlobal siyasətdə dərinləşən ideoloji qarşıdurmaların mahiyyətini aydın şəkildə ortaya qoydu. Dövlət başçısının ideoloj

10:25 245
.

Müdirlər bu şəxsləri işdən qovarsa, 5 minədək cərimə olunacaq

Korrupsiya ilə bağlı məlumat verən şəxslərin işdən azad olunmasına görə cərimə müəyyənləşir. Axşam.az xəbər verir ki, bu, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin ötən gün keçirilən iclasında müzakirəyə çıxarılan İnzibati Xətalar Məcəlləsinə təklif olunan dəyişiklikdə öz əksin

14:22 190
.

Firuzə İbadova niyə kirayədə yaşayır?

"Sənət yoldaşları anamı qınayır ki, niyə xəstəliyini demirsən. 2014-cü ildə anam insult keçirdi, heç kimə heç nə demədik. Altı ayın içində anam ayağa qalxdı. Hər şeyimiz getdi, amma anam sağaldı. Anam məndən savayı başqa ailəyə də baxıb, bacı-qardaşına kömək edib. Çoxları bunu bilmir". Axşam.a

16:06 125
.

Yasamalda məktəbdə 7-ci sinif şagirdi intihar edibmiş - Yenilənib

Bakının Yasamal rayonunda yerləşən 225 nömrəli tam orta məktəbdə bədbəxt hadisə baş verib. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, saat 10:30 radələrində orta məktəbin 7-ci sinif şagirdi 2014-cü il təvəllüdlü G.D.-nin intihar etməsi məlum olub. Araşdırma zamanı müəyyənləşib ki, G.D. anasını

13:03 493
.

Gələn il yaşayış minimumu və ehtiyac meyarı - Bu qədər olacaq

2027-ci ildə Azərbaycanda yaşayış minimumu və ehtiyac meyarının həddi müəyyən olunub. "Qafqazinfo"nun məlumatına görə, bu, "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsində öz əksini tapıb. Layihəyə əsasən, 2027 il üçün ölkə üzrə yaşayış minimumu 31

12:56 227
.

Prezident İlham Əliyevin Qlobal Forumda mesajları

Qlobal miqyasda müharibələr sanki normaya çevrildiyi vaxtda sülh və təhlükəsizlik hesablamaları mürəkkəb geosiyasi tənliklərin həllini zəruri edir. Həll variantları tapmaq getdikcə daha da çətinləşir, çünki beynəlxalq nizamın yenidən qurulması daha ağrılı proseslərlə müşayiət olunur. Çünki geoiqtisad

11:55 240
.

Ölkə başçısı beynəlxalq Forumdakı çıxışında mühüm mesajlar verdi

200-dən çox nümayəndənin qeydiyyatdan keçdiyi, 100 ölkədən 300 xarici qonağın iştirak etdiyi Bakı Forumunun təkcə elə siyasi statistikası Azərbaycanın bu platformada qazandığı nüfuzun coğrafiyasının və çəkisininin göstəricisidir. Budəfəki devizi "Ortaq gələcək naminə dialoq" olan Ümumdüny

10:21 247
.

Ramiz Mehdiyevin müsadirə olunan əmlakları - Siyahı

Xəbər verdiyimiz kimi, 14 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilən, lakin cəzası şərti hesab edilən Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin əmlakları müsadirə olunub. -a istinadən xəbər verir ki, siyahıda torpaq sahələri, villalar, ticarət mərkəzləri, yaşayış binaları

10:41 291
.