"Ermənistan öz maraqlarından daha çox hansısa ölkənin maraqlarının təmin olunmasına çalışır" - EKSPERT
"Çoxdan gözlənilirdi ki, Azərbaycan və Ermənistan baş naziri müavinlərinin görüşü keçiriləcək. Bu görüşün vasitəçisiz olacağı deyilmişdi və Azərbaycan - Ermənistan sərhədində keçiriləcəkdi. Ümumiyyətlə son günlər biz nəyi müşahidə edirik? Azərbaycan tərəfi konkret olaraq tələb edir ki, görüş vasitəçisiz keçirilsin. Amma Ermənistan tərəfi vasitəçisiz görüşlərdə maraqlı deyil. Məsələn dünən görüşlər keçirildiyi halda Ermənistan XİN rəhbəri bəyanat verdi ki, Azərbaycan tərəfi Avropa İttifaqının, Amerikanın və digər vasitəçilərin görünüşündən imtina edir. Bu doğru yanaşma deyil. Hətta Azərbaycan tərəfini sülh müqaviləsi imzalamamaqda ittiham edir".
Bu sözləri BiG.AZ-a açıqlamasında hərbi ekspert Səxavət Məmməd deyib. Onun bildirib ki, Ermənistan görünür bu prosesə başqa gücləri və dövlətləri qatmaq istəyir:
"Vasitəçilərin olması nə mənası ver? İstər Rusiya olsun, istərsə də Amerika və Avropa İttifaqı olsun, fərqi yoxdur. Əgər bir vasitəçi varsa, mütləq şəkildə o vasitəçi öz maraqlarınında təmin olunmasına çalışacaq. İstəyəcək ki, o maraqları bu prosesdə təmin olsun. Ermənistan nədənsə öz maraqlarından daha çox hansısa ölkənin maraqlarının təmin olunmasına çalışır. Xüsusilə, Rusiya yox qərb ölkələrindən Fransanın olmağını istəyir. Bununla da, təbii ki, Azərbaycan tərəfi razılaşmır. Məsələ təkcə, Azərbaycan -Ermənistan məsələsi deyil. Problemin kökündə Cənub Qafqaz məsələsi dayanıb. Cənubi Qafqaz uğrunda mübarizə gedir".
Ekspertin sözlərinə görə, heç bir tərəf, xüsusilə Ermənistana havadar olan tərəflər Cənubi Qafqazda sülhün olmağını istəmirlər: Elə bir sülh istəyirlər ki, regionda onların sözü keçsin. Bu baxımdan hesab edirəm ki, Ermənistan tərəfi konkret olaraq boyun qaçırır və çalışır ki, əlavə güclər gəlsin. amma burada Rusiyanı kənara atmaq olmaz. Rusiyada bu regiondadır və eləcə də regionda qalmaq istəyir. Regionda qalmaq üçün ən azından Fransa, Avropa İttifaqı və Amerika ilə mübarizə içərisindədir. Burada artıq Gürcüstan məsələsi faktoruda önə çıxıb. Çalışır ki, bu regionda ən azından qərb ölkələri gəlsin.
Son olaraq ekspert qeyd edib ki, hətta Gürcüstan prezidenti bu yaxınlarda belə bəyanat verdi ki, Ukrayna bizim üçün döyüşür:
"Ukrayna qalib gəlməsə region üçün çox ciddi problemlər olacaq. Hesab edirəm ki, Ermənistan və Gürcüstan xüsusilə Fransanın təsir dairəsindədirlər. Buradan Rusiyaya qarşı mübarizə aparırlar. Burada belə bir məsələ var ki, onların nə qədər uğurlu olub-olmayacağın zaman göstərəcək. Bu iki ölkənin bu cür davranışları gərginliyi azaltmayacaq əksinə, artıracaq. Çox ağır və çətin proseslərin olacağını müşahidə edəcəyik".
Sevda Səfərova
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 891 Tarix: 01 dekabr 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşErmənistanın Bərdədə törətdiyi terrordan 6 il ötür
İkinci Qarabağ müharibəsi dövründə Bərdə şəhərinin Ermənistan silahlı qüvvələri tərəfindən növbəti dəfə raket hücumuna məruz qalmasından 6 il ötür. 2020-ci il oktyabrın 28-də düşmənin silahlı birləşmələri şəhərdə dinc sakinlərin sıx məskunlaşdığı yaşayış məntəqələrini, mülki və ticarət obyektlərini
10:18 172 Tanınmış modeli döymüş Ziya Hüseynzadəyə hökm oxundu
Model Raziyyat Əliyevayaya (Razi) qarşı zorakılıqda ittiham olunan iş adamı Ziya Hüseynzadənin cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb. "Yeni Sabah" APA-ya istinadla xəbər verir ki, bu gün Bakı Ağir Cinayətlər Məhkəməsində hakim Roman Ələkbərlinin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub
27.10.2026 420 Azərbaycan: dialoqun, multikulturalizmin və beynəlxalq əməkdaşlığın ünvanı
"Bakıda keçirilən "Ortaq gələcək naminə dialoq" mövzusunda VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimində Prezident İlham Əliyevin çıxışı Azərbaycanın dövlətçilik fəlsəfəsinin, milli inkişaf modelinin və beynəlxalq münasibətlərə yanaşmasının mühüm istiqamətlərin
11:54 130 Yasamalda məktəbdə 7-ci sinif şagirdi intihar edibmiş - Yenilənib
Bakının Yasamal rayonunda yerləşən 225 nömrəli tam orta məktəbdə bədbəxt hadisə baş verib. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, saat 10:30 radələrində orta məktəbin 7-ci sinif şagirdi 2014-cü il təvəllüdlü G.D.-nin intihar etməsi məlum olub. Araşdırma zamanı müəyyənləşib ki, G.D. anasını
13:03 282 Mədəniyyətlərarası dialoqdan qlobal həmrəyliyə
"Qlobal təşəbbüslərin irəli sürüldüyü, dialoq mühitinin formalaşdığı, dünyanı narahat edən problemlərin müzakirə olunduğu məkan olan Azərbaycan qarşılıqlı hörmətin, tolerantlığın və birgəyaşayışın ünvanı kimi dünya üçün nümunə sərgiləyir". Bunu BİG.AZ-a açıqlamasında iqtisadi ekspert Tufa
11:17 160 Paltaryuyanın səsinə görə arvadını döydü, cinayət işi açıldı
Bakıda arvadını döyən kişiyə cinayət işi açılıb. xəbər verir ki, hadisə Nəsimi rayonunda qeydə alınıb. 57 yaşlı Sahil Qasımov (şərti adla) yaşadıqları evdə arvadını döyərək xəsarət yetirib. Buna səbəb isə hadisə olan gecə paltaryuyan maşının işləməsi olub. Belə ki, Sahilin sözlərinə görə, həmin gec
27.10.2026 374 Qəhvənin kalorisi niyə artır? Səbəb təkcə şəkər deyil
Bir fincan qəhvənin kalorisi onun necə hazırlandığından asılıdır. Sadə qara qəhvənin kalorisi çox az olsa da, ona əlavə edilən süd, şirin siroplar və qaymaq əvəzediciləri bu göstəricini xeyli artıra bilər. Maraqlıdır ki, yeni araşdırmaya əsasən, qəhvəyə əlavə olunan kalorilərin əsas mənbəyi artıq təkc
12:16 132 Azərbaycan ikili standartlarla mübarizədə nümunə göstərdi
Prezident İlham Əliyev VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda çıxışı zamanı dünyadakı ikili standartlar siyasətinin yolverilməzliyini vurğuladı. Dövlətimizin başçısının mövcud xüsusda üzərində dayandığı başlıca məqam isə budur: ikili standartlar siyasətindən imtina müxtəlif müharibə və münaqişələri
11:57 143 Azərbaycanda abortlar 15 yaşdan başlayır - STATİSTİKA
Azərbaycanda 2025-ci ildə 95 min 344 abort qeydə alınıb. -ın Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumata görə, 2025-ci ildə qeydə alınan abortların 1301-i və ya 1,4 faizi ilk dəfə hamilə qalmış qadınlar tərəfindən həyata keçirilib. Reproduktiv yaşda olan hər 100 qadına düşən abortların sayı is
10:26 198