Futbolçuları aldadıb pullarını mənimsəyən Seçil Erzan işində "İmperator"la bağlı məqamlar ortaya çıxdı
Türkiyədə aralarında məşhur futbolçuların da olduğu adamları milyonlarla dollar məbləğində aldadaraq pullarını mənimsəyən və həbs edilən bank müdiri Seçil Erzanın istintaqı ilə bağlı yeni təfərrüat ortaya çıxıb.
Seçil Erzan "Fatih Terim Fondu" adı altında futbol dünyasından bəzi adlara və iş adamlarına yüksək qazanc vəd edərək fırıldaqçılıq edib.
Məşhur türkiyəli məşqçi Fatih Terimin (futbol camiasında "İmperator" ləqəbi ilə tanınır) vəkili Tufan Karataş Terimin fond üçün pul vermədiyini, hesabının Seçil Erzanın nəzarətində olduğunu, hesabda isə 3-3,5 milyon dolların əskik olduğunu iddia edib.
Erzan məhkəmədə Terimdən 300 min dollar aldığını və üzərinə qat-qat artıq pul ödədiyini iddia edib. Erzanın evində tapılan alacaq-verəcək cədvəlində isə Terimin 700 min dollar sərmayə qoyduğu və əvəzində 1,5 milyon dollar qazandığı yazılıb. Terim Erzana pul vermədiyini iddia edib, prokurorluğa verdiyi açıqlamada isə Seçilin ona 3 milyon dollar borcu olduğunu bildirib.
Terimin vəkili Tufan Karataş Erzanın Terimin maliyyə müşaviri olması ilə bağlı yayılan xəbərləri də təkzib edib.
"Bu, maliyyə müşavirliyi deyil. Hər bir filial müdirinin müəyyən kalibrləmədən yuxarı olan müştərilərə göstərdiyi xidmətdir", - deyə o bildirib.
Karataş Terimin "fond" adı altında pul vermədiyini və sərmayələrin hesablar vasitəsilə idarə olunduğunu qeyd edib. "Erzanla pul məsələsi yoxdur. Bankla var. Seçil hesablarındakı pulu sərmayə olaraq dəyərləndirib", - deyə vəkil əlavə edib.
Karataş Terimin hesabının Erzanın nəzarətində olduğunu bildirib.
"O, insanları sahə kənarında faktiki olaraq sənədləri imzalamağa məcbur edir", - deyə Karataş vurğulayıb.
O deyib ki, Terimin hesabında olduğunu bildiyi 3 milyon dollar yoxdur. "Bizim fikrimizcə, hesabda 3-3,5 milyon dollar olmalıdır. Seçil pulu müəyyən yerlərə, fonda, sənədlərə və s. xərclədiyini deyir. Bu sərmayələrdən sonra pullar yenidən hesaba daxil olub, lakin hesablarda mənbəyi məlum olmayan azalmalar var. Hesabdan diqqət çəkməyəcək şəkildə pul çıxarılıb", - deyə o nəzərə çatdırıb.
Karataş Terimin adının niyə sənədlərdə qeyd edilməməsi ilə bağlı da açıqlama verib.
"Onun şikayəti başqa bir istintaq nömrəsi ilə qeyd edilib. Onun hesabından pul çıxarıldığı üçün işə pulun mənimsənilməsi kimi baxıla bilər", - deyə o qeyd edib.(oxu.az)
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 589 Tarix: 02 dekabr 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşAzərbaycan: dialoqun, multikulturalizmin və beynəlxalq əməkdaşlığın ünvanı
"Bakıda keçirilən "Ortaq gələcək naminə dialoq" mövzusunda VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimində Prezident İlham Əliyevin çıxışı Azərbaycanın dövlətçilik fəlsəfəsinin, milli inkişaf modelinin və beynəlxalq münasibətlərə yanaşmasının mühüm istiqamətlərin
11:54 0 Ölkəmiz növbəti dəfə mötəbər toplantıya ev sahibliyi etdi
Oktyabrın 27-də Bakıda Prezident İlham Əliyevin iştirakı ilə "Ortaq gələcək naminə dialoq" mövzusunda VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimi keçirilib. Azərbaycan hökumətinin təşkilatçılığı, UNESCO-nun, BMT-nin Sivilizasiyalar Alyansının, Dünya Turizm Təşkilatı v
11:40 42 Ramiz Mehdiyevə hökm oxundu - Bütün əmlakları müsadirə olundu
Dövlətçilik əleyhinə xüsusilə ağır cinayətlər törətməkdə ittiham olunan Prezident Administrasiyasının keçmiş rəhbəri Ramiz Mehdiyevin məhkəmə araşdırması başa çatıb. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin 22 oktyabr 2026-cı il tarixli hökmünə əsasən, Mehdiye
27.10.2026 515 Bakı beynəlxalq diplomatiyanın mühüm mərkəzlərindən birinə çevrilib
Dünya bu gün geosiyasi qarşıdurmaların, iqtisadi maraqların toqquşmasının və dövlətlərarası etimad böhranının dərinləşdiyi mürəkkəb mərhələdən keçir. Azərbaycanın beynəlxalq münasibətlər sistemindəki mövqeyini bu reallıqlar fonunda qiymətləndirmək məqsədəuyğundur. Son illərdə Bakının beynəlxalq forumlara
10:28 140 Böyük faciədən doğan tarixi kəşf: Dənizçiləri xilas edən ixtira
1707-ci ildə baş verən və 2 mindən çox dənizçinin həyatına son qoyan faciə dənizçilik tarixində mühüm dəyişikliklərə səbəb oldu. Gəmilərin açıq dənizdə dəqiq mövqeyini müəyyənləşdirmək problemini həll etmək üçün başladılan axtarışlar nəticədə ilk etibarlı dəniz xronometrlərindən birinin yaradılması il
27.10.2026 330 Süni intellekt məhkəməyə verildi - ChatGPT-a uşaqlara zərər vurmaq İTTİHAMI
ABŞ-ın səkkiz ştatı ChatGPT-nin təhlükəsizliyi ilə bağlı valideynlərin aldadıldığını və xidmətin uşaqlar üçün ciddi risklər yaratdığını iddia edərək OpenAI şirkətinə qarşı məhkəmə iddiaları qaldırıb. xarici mediaya istinadla xəbər verir ki, açıqlanan təşəbbüsə Ayova, Kanzas, Nebraska, Qərbi Virciniya
27.10.2026 355 Fransalı futbolçu: "Ağlıma gəlməzdi ki, Azərbaycan çempionatında oynayacağam"
"Heç vaxt Azərbaycan klubunda oynayacağımı düşünməzdim". Bizim.Media xəbər verir ki, bu sözləri "Səbail"in fransız futbolçusu Sofian Budraa Əlcəzairin "Maghreb-Foot" nəşrinə müsahibəsində deyib. 23 yaşlı yarımmüdafiəçi Azərbaycana keçidi barədə danışaraq klubun ona maraql
27.10.2026 437 Avropa liderləri Putinlə telefon danışığı apardılar
Finlandiya Prezidenti Aleksandr Stubb, Norveçin Baş naziri Yonas Qar Störe və Rusiya lideri Vladimir Putin telefon danışığı zamanı Ukraynada müharibənin dayandırılması və danışıqların bərpası istiqamətində diplomatik səyləri müzakirə ediblər. Teleqraf xəbər verir ki, bu barədə Finlandiya Prezidentini
27.10.2026 334 Paltaryuyanın səsinə görə arvadını döydü, cinayət işi açıldı
Bakıda arvadını döyən kişiyə cinayət işi açılıb. xəbər verir ki, hadisə Nəsimi rayonunda qeydə alınıb. 57 yaşlı Sahil Qasımov (şərti adla) yaşadıqları evdə arvadını döyərək xəsarət yetirib. Buna səbəb isə hadisə olan gecə paltaryuyan maşının işləməsi olub. Belə ki, Sahilin sözlərinə görə, həmin gec
27.10.2026 372