Mülkləri müsadirə olunan fenomen danışdı

Mülkləri müsadirə olunan fenomen danışdıHaqqında istintaq başladılan və var-dövləti müsadirə edilən fenomen Eylül Öztürk susqunluğunu pozub.

Axşam.az xəbər verir ki, işçilərinin bu prosesdə zərər çəkdiyini bildirən fenomen maddi və mənəvi cəhətdən çətin vəziyyətdə olduqlarını deyib.

"Çox çətin prosesdir, düşmənimin belə başına gəlməsini istəmirəm" deyə, o, əlavə edib.

Hazırda həbsdə olan fenomen Dilan Polatın 2019-cu ildə paylaşdığı və sosial mediada "çempionlar liqası" adlandırdığı fotoda Eylül Öztürk də daxil olmaqla 12 nəfərin bütün mal varlığı müsadirə edilib. Bir müddət əvvəl xaricə köçən Öztürk susqunluğunu pozaraq qurban olduqlarını və bu prosesin bir an əvvəl bitməsini istədiyini bildirib.

Eylül "Əziz dostlar, cari məsələ ilə bağlı kiçik bir açıqlama vermək istəyirəm. Artıq saat 3-dür burada və yata bilmirəm. Sizin kimi. bir fotoya əsaslanaraq kommersiya fəaliyyəti ilə məşğul olan hər kəsə qarşı istintaqın başlaması ictimaiyyət tərəfindən gündəmə gətirildi və normal olaraq bu araşdırma başladılıb. Proseslə maraqlandığım üçün vəkilimin təqdim etdiyi fikri dərhal çatdırım ki, şübhəlilərin sayından və əhatə dairəsindən asılı olaraq bu istintaq uzun çəkəcək. Amma mən sizinlə ayrıca bir məqamı bölüşmək istərdim. Məlum olduğu kimi, məhkəmənin yekun qərarı olmadan heç kim təqsirli bilinməsə də, mətbuatda gedən xəbərlər sanki bizim barəmizdə hökm varmış kimi çıxış edir. Bu, öhdəsindən gəlmək mənim üçün çox çətin bir prosesdir. Bir anlıq özünüzü mənim yerimə qoyun" sözlərini əlavə edib.

Xatırladaq ki, Türkiyədə son günlər sosial media fenomenlərindən polisə çoxsaylı şikayətlər daxil olur. Keçirilən əməliyyatlar çərçivəsində noyabrın 1-də məşhur fenomen Dilan Polat və həyat yoldaşı Engin Polat, həmçinin Dilanın bacısı Sıla Doğu, Enginin qardaşı Kürşat Polat daxil olmaqla 24 nəfər saxlanılıb.

Noyabrın 14-də isə sosial media fenomenləri Bahar və Nihal Candan bacıları çirkli pulların yuyulması iddiaları ilə saxlanılıb. Ötən ayın 23-də müğənni və fenomen Banu Parlak saxlanılsalar da, sərbəst buraxılıblar.


BiG.Az
Telegramda izləyin
Şou biznes   Baxılıb: 1485   Tarix: 02 dekabr 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

"Bu, özümüzlə üzləşməkdən daha asandır"

"Gənclik illərində həyatın mənası haqqında nadir hallarda düşünürük. Sadəcə yaşayırıq, aşiq oluruq, xəyallar qurur, uğur qazanmaq, pul əldə etmək və tanınmaq üçün çalışırıq. Nə istədiyimizi bildiyimizi düşünürük. Lakin bir gün gəlir və vaxtilə bizə ilham verən heç nə əvvəlki kimi sevinc bəxş etmir

18.10.2026 536
.

"Göz yaşlarımı saxlamaq çətin idi"

Müğənni Lətifə fanatlarından birinin onunla bağlı hazırladığı videoya maraqlı şərh yazıb. Axşam.az xəbər verir ki, sənətçi sosial şəbəkədə paylaşdığı görüntülərlə bağlı hisslərini bölüşüb. O, keçmişdəki özü ilə yenidən qarşılaşmağın onda kövrək anlar yaşatdığını bildirib. Lətifə bu gün olduğu qadına

17.10.2026 426
.

"Atam və anamdan çox o, mənə dəstək oldu"

Müğənni İradə İbrahimova qızı üçün nümunə olmağa çalışdığını deyib. Axşam.az xəbər verir ki, sənətçi bu barədə "Qonaqcanlı" proqramında danışıb. "İfaçı kimi efirdə gözəl görünməyə diqqət etmişəm. İndi evdə qızıma örnək oluram, ona nümunə olmağa çalışıram. İstəyirəm ki, yeməyinin, içməyinin

17.10.2026 464
.

Gülüstan Əliyeva 8 illik fasilədən sonra qayıdır

Əməkdar artist Gülüstan Əliyeva uzun fasilədən sonra yenidən "Leyli" obrazında səhnəyə çıxacaq. Axşam.az xəbər verir ki, bu barədə sənətçi "İncə səhər" verilişində danışıb. Gülüstan Əliyeva tamaşanın yeni quruluşda səhnəyə qoyulduğunu bildirib:. "Səkkiz illik fasilədən sonr

24.10.2026 347
.

25 milyonluq malikanəsi əlindən alına bilər

Hollivud ulduzu Ceyson Steytem İngiltərənin cənubunda yerləşən malikanəsindəki qonaq evini itirmək təhlükəsi ilə üzləşib. Axşam.az xəbər verir ki, aktyor və sevgilisi Rouzi Hantinqton-Uaytli Nyü-Forest Milli Parkının rəhbərliyi tərəfindən tikinti qaydalarını pozmaqda ittiham olunublar. Bu barədə "Th

17.10.2026 654
.

Talıb Talenin ikinci qızı dünyaya gəlib

Müğənni Talıb Talenin ikinci övladı dünyaya gəlib. Axşam.az xəbər verir ki, sənətçinin qızı doğulub. Bu haqda aparıcı Aytəkin Mərdanova "Qonaqcanlı" proqramında deyib. Qeyd edək ki, Talıb Bahar adlı xanımla evlənib. Onun ötən ilin mayında ilk övladı dünyaya gəlib

16.10.2026 695
.

Mərhum atasını bu sözlərlə yad etdi

Müğənni Elmira Ələkbərzadə (Emma) mərhum atası, yazıçı Çingiz Ələkbərzadə ilə bağlı paylaşım edib. Axşam.az xəbər verir ki, sənətçi atasını doğum günündə yad edib. O, bu gün Çingiz Ələkbərzadənin 90 yaşının tamam olduğunu bildirib. "17 oktyabr. Bu gün atamın 90 yaşı tamam olur… Cənnətdəki ad günü

17.10.2026 473
.

"Ancelina Coli geni" və xərçəng riski: Hər 200 qadından birində müşahidə edilir

Məşhur aktrisada aşkar olunduqdan sonra qeyri-rəsmi olaraq "Ancelina Coli geni" adını almış BRCA1 geninin mutasiyası hər 200 qadından birində müşahidə edilir. xəbər verir ki, bu barədə "İzvestiya" nəşrinə müsahibəsində biologiya elmləri doktoru, genetik və "100 00+Mən" Mill

24.10.2026 354
.

Oğlundan danışan Röya: "Səhvlər edir, onu keçirəm"

Xalq artisti Röya Ayxan oğlu Hüseyn Cəlilovdan danışıb. xəbər verir ki, sənətçi yeganə övladının səhvlərini bağışladığını etiraf edib. "Oğluma heç vaxt demirəm ki, sən böyük oğlansan. Səhvlər edir, onu keçirəm. Çünki uşaqdır. Uşaq uşaqlığını yaşamalıdır" -deyə o qeyd edib. Ətraflı videoda:

23.10.2026 665
.