Nurlan Əzizbəyli "ulduz"lardan danışdı: "Toya getdikləri qiymət dodaq uçuqladır"

Nurlan Əzizbəyli "ulduz"lardan danışdı: "Toya getdikləri qiymət dodaq uçuqladır""1985-ci ildən böyük səhnələrdəyəm. Hər bir müğənniyə sevib-sevilmək nəsib olmur. O vaxt dövlət televiziyasında bir senzura var idi. Hər mahnını efirə buraxmırdılar. Məni tamaşaçılar "Ata" mahnısı ilə sevib, qəbul etdilər. Bu mahnı 1990-cı ildə bir müsabiqə üçün yazılmışdı. 13 yaşım var idi, həmin mahnını mən orada ifa etdim. O mahnı ilə qalib oldum. Çoxları dedi ki, "Ata" mahnısını yenidən ifa et. Bu mahnı uşağın dilindən ifa olunurdu. Amma toylarda istəyəndə canlı ifa edirəm".

Bunu moderator.az-a açıqlamasında tanınmış müğənni Nurlan Əzizbəyli deyib.

"Bu gün hamı özünə ulduz deyir. Göydə daha ulduz qalmayıb, hamısı yerdədir. İnsan özünə nifrət edir ki, gör kimlərlə eyni səhnədəsən. Əlbəttə ki, sənəti yaxşı təbliğ edənlər də var, amma pis təbliğ edənlər onlardan çoxdur. Toya getdikləri qiymət isə dodaq uçuqladır", - deyə müğənni bildirib.

Nurlan Əzizbəyli əmisi, xalq artisti Ramiz Əzizbəylini də xatırlayıb.

"Əmim Ramiz Əzizbəyli haqda keçmişdə danışmaq mənim üçün çətindir. O, incəsənətin sahəsinin bir neçə növü ilə məşğul olurdu. Həm rəssam idi, həm şair, həm aktyor, həm müğənni, həm də rejissor. Mənim həmişə fəxr etdiyim insan idi. Adım, soyadım gələndə hamı bilirdi ki, mən Ramiz Əzizbəylinin qardaşı oğluyam. Sənətdə də mənə dəstək idi, həyatda da. Məni AzTV-yə solist kimi qəbul edilməyimdə də birbaşa onun dəstəyi oldu. Həmişə başımın tacı olub. Çox təəssüf ki, amansız xəstəlik onu bizdən ayırdı. Ümidləri böyük idi, deyirdi ki, sağalacam. Arzuları, istəkləri var idi. Filmlər çəkmək istəyirdi", - deyə müğənni bildirib.


BiG.Az
Telegramda izləyin
Şou biznes   Baxılıb: 1265   Tarix: 03 dekabr 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

Mərhum atasını bu sözlərlə yad etdi

Müğənni Elmira Ələkbərzadə (Emma) mərhum atası, yazıçı Çingiz Ələkbərzadə ilə bağlı paylaşım edib. Axşam.az xəbər verir ki, sənətçi atasını doğum günündə yad edib. O, bu gün Çingiz Ələkbərzadənin 90 yaşının tamam olduğunu bildirib. "17 oktyabr. Bu gün atamın 90 yaşı tamam olur… Cənnətdəki ad günü

17.10.2026 473
.

Övladına xəsarət yetirən Deniz Akkayaya hökm oxundu

Türkiyəli keçmiş model Deniz Akkayanın öz övladına xəsarət yetirməsi ilə bağlı keçirilən məhkəmə prosesi yekunlaşıb. xəbər verir bu barədə "Hürriyet" qəzeti məlumat yayıb. Keçirilən məhkəmə iclasının yekun qərarına əsasən, keçmiş model 7 ay 15 gün müddətinə həbs cəzasına məhkum olunub. Hadis

11.10.2026 500
.

"Eşref Tek" nə vaxt yayımlanacaq?

"Eşref Tek" serialının yayım tarixi bəlli olub. Axşam.az xəbər verir ki, ekran işi dekabr ayında "Prime Video" platformasında yayımlanmağa başlayacaq. Serialda uşaqlıq sevgisi "Rüya"nı tapmağa çalışan "Eşref"in hekayəsindən bəhs olunacaq. Layihədə həmçinin Çağata

24.10.2026 384
.

Şəbnəm Tovuzlu geyimi və rəqsi ilə DİQQƏT ÇƏKDİ - VİDEO

Müğənni Şəbnəm Tovuzlunun səhnə görüntüləri sosial şəbəkələrdə maraq doğurub. Məkanlardan birində səhnə alan ifaçı bu dəfə qısa saç düzümü, geyim tərzi və rəqsi ilə diqqət mərkəzinə düşüb. Sənətçinin fərqli görünüşü və səhnə performansı izləyicilər arasında müzakirələrə yol açıb. Onun görüntüləri sosia

17.10.2026 730
.

Mələkxanım Eyubovanın ailəsində ağır itki

Xalq artisti Mələkxanım Eyubovanın ailəsinə ağır itki üz verib. Axşam.az xəbər verir ki, sənətçinin həyat yoldaşı Xosrovun anası vəfat edib. Bu haqda xanəndənin bloger qızı Nəzrin Nəcəfova sosial şəbəkədə məlumat yayıb. Allah rəhmət eləsin!

18.10.2026 1172
.

"Şahrux Xan bu klipi görsə, karyerasını bitirər" - (Video)

Aparıcı Afaq Gəncəli illər əvvəl çəkilən arxiv görüntüsünü izləyiciləri ilə bölüşüb. xəbər verir ki, aparıcı həmkarı Zaur Baxşəliyevlə 2011-ci ildə ATV-nin səsyazma studiyasında çəkilən görüntünü yayımlayıb. Afaq zarafatla həmin kadrların illərdir gizli qaldığını və artıq "Tarixi Arxiv" status

11.10.2026 511
.

"Atam və anamdan çox o, mənə dəstək oldu"

Müğənni İradə İbrahimova qızı üçün nümunə olmağa çalışdığını deyib. Axşam.az xəbər verir ki, sənətçi bu barədə "Qonaqcanlı" proqramında danışıb. "İfaçı kimi efirdə gözəl görünməyə diqqət etmişəm. İndi evdə qızıma örnək oluram, ona nümunə olmağa çalışıram. İstəyirəm ki, yeməyinin, içməyinin

17.10.2026 464
.

Şəhriyardan Oksana ilə bağlı suala reaksiya

Aparıcı Şəhriyar Əbilov oğlu Osman və keçmiş həyat yoldaşı, rəqqasə Oksana Rəsulova ilə bağlı sualları cavablandırıb. O, bu barədə "2+1" yutub layihəsində danışıb. Ş.Əbilov oğlu üçün yaxşı ata olmağa çalışdığını bildirib:. "Oğluma çalışıram yaxşı ata olum. Yanında olmağa çalışıram. Anas

24.10.2026 343
.

Tacir Şahmalıoğlu Fədayə Laçının yolunu gözləyib: "Gəlmədisə, sağ olsun"

Müğənni Fədayə Laçın duet ortağı Tacir Şahmalıoğlunun səhhəti ilə maraqlanmayıb. Qaynarinfo xəbər verir ki, Tacir Şahmalıoğlu müsahibələrinin birində bu barədə danışıb. Müğənni Fədayə Laçının onu ziyarət edəcəyini gözlədiyini də gizlətməyib:. "Fədayə Laçın gəlmədi, amma ondan umdum. İstədim ki

27.10.2026 350
.