Polad Həşimovun xatirəsi məzarı başında anılır
Bu gün Azərbaycanın Milli Qəhrəmanı, şəhid general-mayor Polad Həşimovun doğum günüdür.
Oxu.Az-ın məlumatına görə, səhər saatlarından P.Həşimov xalqımız tərəfindən İkinci Şəhidlər xiyabanında, məzarı qarşısında ehtiramla anılır.
Generalın məzarını Müdafiə Nazirliyinin rəsmiləri, ictimaiyyət nümayəndələri ziyarət edirlər.
Gələn insanlar Polad Həşimov başda olmaqla, bütün şəhidlərin ruhuna dualar oxuyurlar.
Qeyd edək ki, Polad Həşimov 1975-ci ilin yanvarın 2-də Qəbələ rayonunun Vəndam kəndində anadan olub.
Daha sonra ailəsi ilə birlikdə Sumqayıt şəhərinə köçüb. Orta təhsilini Sumqayıt şəhərində əvvəlcə 28 nömrəli, sonra isə 34 nömrəli məktəbdə alıb. O, Heydər Əliyev adına Ali Hərbi Məktəbi bitirib.
General-mayor P.Həşimov 2020-ci il iyulun 14-də Ermənistan silahlı qüvvələrinin hücum cəhdinin qarşısını alarkən Tovuz istiqamətində baş verən şiddətli döyüşlər zamanı qəhrəmancasına şəhid olub.
Onun şəhid olması xəbərini ictimaiyyətə müdafiə nazirinin müavini, general-leytenant Kərim Vəliyev dərin hüznlə çatdırıb. İyulun 14-də general-mayor Polad Həşimovun nəşi əvvəlcə doğulduğu Qəbələ rayonunun Vəndam qəsəbəsinə, sonra isə yaşadığı Sumqayıt şəhərinə gətirilib. General iyulun 15-də II Fəxri xiyabanda, polkovnik İlqar Mirzəyev ilə yanaşı dəfn olunub.
Prezident İlham Əliyev döyüş zamanı müdafiənin ön xəttində olarkən qəhrəmancasına şəhid olmuş general-mayor Polad Həşimovun anası ilə telefonla danışıb və şəhidin ailə üzvlərinə dərin hüznlə başsağlığı verib.
2020-ci il dekabrın 9-da Prezident İlham Əliyevin sərəncamı ilə P.Həşimova "Azərbaycanın Milli Qəhrəmanı" adı verilib.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 834 Tarix: 02 yanvar 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşNatiq Şirinov və Fərqanə Qasımovanın ailəsində xoş xəbər
Xalq artisti Natiq Şirinovun oğlu Ümidlə Əməkdar artist Fərqanə Qasımovanın qızı Fatimənin ailəsində xoş xəbər var. Axşam.az-ın əldə etdiyi məlumata görə, cütlüyün ikinci övladı olacaq. Onların oğul övladı dünyaya gələcək. Qeyd edək ki, cütlüyün Şəms adlı bir qız övladı var. Fatimə Xalq artisti Ali
10:37 36 İllərlə yararsız, son anda yararlı: Hərbi komissiyaların qərarları sual altında - ARAŞDIRMA
Son dövrlər hərbi xidmətə yararlılıqla bağlı tibbi yoxlamaların Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin səlahiyyətinə keçməsindən sonra ölkədə ciddi problemlər ortaya çıxıb. İllərlə həkim komissiyaları tərəfindən "yararsız" hesab edilən şəxslər, hərbi xidmətdən azad olunmağa az qalmı
27.04.2026 1287 Davinçi Estetik Klinikasında Afərim Süleymanova həkim olmadan çalışır-Rəsmi məlumat
Xəbər verdiyimiz kimi, Davinçi Estetik Klinikasında qanunsuz estetik prosedurlar keçirildiyi iddia olunurdu. Araşdırmamız nəticəsində məluma olmuşdur ki, Davinçi Estetik Klinikasında "Dr Afərim" Afərim Süleymanova adlı şəxsdə həkim sertifikatı olmadan tibbi prosedurlar (vaginaplastika,liposaksiy
27.04.2026 346 Qırmızı vərəqə gördü: rəqib komandanın kapitanını yumruqladı
"Hueska" və "Real Saraqosa" arasında keçirilən derbidə ikinci sarı vərəqə alan ikinci komandanın qapıçısı Esteban Andrada hakimin qərarından sonra Xorxe Pulidoya yaxınlaşaraq ona yumruq vurub, bu hadisə meydanda böyük gərginliyə səbəb olub. -ın xarici mediaya istinadən xəbərinə görə
27.04.2026 275 Uçuş zamanı qulaq ağrısından necə qorunmaq olar?
Uçuş zamanı qulaqlarda ağrı və ya tutulma hissi sərnişinlər arasında ən çox rast gəlinən problemlərdən biridir. Bunun əsas səbəbi atmosfer təzyiqinin qəfil dəyişməsidir. Orqanizm bu dəyişikliklərə tez uyğunlaşa bilmədikdə, xüsusilə qalxma və eniş zamanı narahatlıq yaranır. xəbər verir ki, ən təsirl
27.04.2026 262 " Nebulium"un sirri açıldı: yeni element olmadığı məlum olub
Uzun illər kosmosda yeni element hesab edilən "nebulium"un əslində mövcud olmadığı müəyyən edilib. xəbər verir ki, 1864-cü ildə britaniyalı astronom Uilyam Haqqins dumanlıqların spektrini araşdırarkən naməlum yaşıl xətlər qeydə alıb. Bu xətlər mövcud elementlərlə uyğunlaşmadığı üçün alimlə
27.04.2026 232 AZƏRBAYCANDA MOBİL İNTERNET NİYƏ BAHALAŞIB? - "İstehlakçılara qarşı bu cür davranış yolverilməzdir..."
Son günlər Azərbaycanda internet xidmətlərinin qiymətində yenidən artım müşahidə olunur və bu dəyişikliklər həm mobil operatorları, həm də sabit internet provayderlərini əhatə edir. Düzdür, rəsmi olaraq internet xidmətlərinin qiymətində hansısa dəyişiklik haqqında məlumat verilməyib. Ancaq aylıq 11 manat
27.04.2026 330 Südün təzə qalması üçün nə etməli?
Heç olub ki, soyuducunu açıb süd qabını götürmüsünüz və bir anlıq tərəddüd etmisiniz içim, ya içməyim? Bəzən cavab aydın olur: kəskin turş qoxu və ya qeyri-adi tekstura hər şeyi dərhal göstərir. Amma elə hallar da olur ki, şübhə qalır və belə vaxtlarda xarab olmanın əsl əlamətlərini bilmək vacibdir
27.04.2026 271 Qaraçinar qədim yaşayış yeri: beş min il əvvəl əcdadlarımız nə ilə qidalanırdılar?
ABŞ-nin "Amerika Milli Elmlər Akademiyasının materialları" elmi jurnalı Azərbaycanın Goranboy rayonundakı çoxtəbəqəli Qaraçinar yaşayış yerindən tapılmış maddi-mədəniyyət nümunələrinin müxtəlif çeşidli analizlərinin gözlənilməz nəticələrinə həsr olunmuş elmi məqaləni dərc edib. Məqalənin həmmüəlliflərində
27.04.2026 237