Ayın 20 günü toyda olanlar - Müğənnilərimiz neçə toya gedir? (SİYAHI)

Ayın 20 günü toyda olanlar - Müğənnilərimiz neçə toya gedir? (SİYAHI)Son zamanlar toy qiymətləri ilə gündəmdən düşməyən məşhurların bu dəfə hər ay nə qədər məclisdə iştirak etdiyini araşdırdıq. Şou-biznesin bir çox məşhurları arasında apardığımız sorğu zamanı ayın 20 gününü toyda keçirdiyini deyən məşhurlar da oldu, "Toy yoxdur, toylara gedə bilmirəm" deyib fəryad edənlər də, nə qədər toya getdiyini açıqlamaqdan imtina edənlər də...

BAKU.WS məşhurlar arasında aparılan həmin sorğunu oxuculara təqdim edir:

Xalq artisti Röya Ayxan elit məclislərin ən tələbatlı müğənnilərindəndir. Estradamızın sevilən müğənnisini öz xoş günündə görmək istəyənlər kifayət qədərdir. Sənətçi dəvət edildiyi toylarda geyindiyi bahalı və xüsusi libasları ilə xeyli müzakirələr yaradır.

Son zamanlar geyimləri ilə müzakirələrə səbəb olan Xalq artisti Tünzalə Ağayeva ayın 20 günü toya dəvət olunur. Bu barədə sənətçinin prodüseri Yalçın Cabbarov açıqlamasında bildirib.

Əməkdar artist Elton Hüseynəliyev əsasən toyları bütöv formada idarə edir. Canlı ifaları ilə məclis əhlini feyziyab edən sənətçi ayda 10-15 toyda iştirak edir.

Müğənni Vəfa Şərifova da hər ay 10-15 toya dəvət edilir. Bu barədə sənətçinin meneceri açıqlamasında deyib.

Müğənni Nüşabə Musayeva saytımıza açıqlamasında hər ay 8-10 toya dəvət olunduğunu bildirib. Bundan əlavə sənətçi hər ay 6-7 qazi toyunda da iştirak edir. İfaçı bu toylara tam təmənnasız qatılır.

Müğənni Elçin Hüseynov dəvət edildiyi toyları bütöv formada idarə edir. Bu səbəbdən hər ay 8-9 məclisdə iştirak edir. Bu barədə sənətçinin meneceri açıqlamasında bidirib.

Müğənni Mənzurə Musayevanın dəvət olunduğu toy sayı hər ay dəyişir. İfaçının prodüseri açıqlamasında bildirib ki, sənətçi elə ay olur 1, elə ay da olur ki 3-5 toyda iştirak edir.

Müğənni Manaf Ağayev saytımıza açıqlamasında bildirib ki, hər ay dəvət olunduğu toy sayı dəyişir. Ümumilikdə isə ayda 2-3 toyda iştirak edir. Onu da bildirək ki, ötən il ifaçı qazilərimizdən birinin toyunda tam təmənnasız iştirak edib.

Sorğu ilə bağlı müğənni Üzeyir Mehdizadə ilə də əlaqə saxladıq. Sənətçinin meneceri açıqlamasında xarici ölkələrdəki konsertlərin çoxluğundan Mehdizadənin toylara getməyə vaxtı olmadığını bildirib.

Mövzu ilə bağlıaçıqlama verən Əməkdar artist Vasif Məhərrəmli toyların olmadığını bildirib. İfaçı sorğuya "Toy yoxdur, toylara gedə bilmirəm" sözləri ilə reaksiya verib.

Sorğu zamanı müğənni Zeynəb Həsəninin toylara getmədiyi bildirilib. Bu barədə ifaçının meneceri saytımıza açıqlamasında deyib.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 4551   Tarix: 17 yanvar 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Aqil Ələsgər Bişkekdə medalla təltif olundu - Qırğızıstan Jurnalistlər Birliyinin fəxri üzvü seçildi

"Yeni Çağ" Media Qrupunun rəhbəri, Türk İnternet Media Birliyinin (TİMBİR) sədr müavini Aqil Ələsgər Türk dünyasında media əməkdaşlığının inkişafına, Türk Dövlətləri-Qırğızıstan mətbuatı arasında əlaqələrin möhkəmləndirilməsinə verdiyi töhfələrə görə Qırğızıstanda təltif olunub. Təqdimat Qırğızıstanı

12:23 224
.

Eyni yuxunu niyə təkrar görürük? - Səbəbləri AÇIQLANDI

Eyni hadisələrin yaşandığı yuxuları dəfələrlə görmək bir çox insanda narahatlıq yaradır. Xüsusilə qorxulu yuxular təkrarlandıqda insan bunun mənasını anlamağa çalışır. Mütəxəssislər isə bu halı mistik hadisələrlə deyil, emosional vəziyyət və gündəlik qayğılarla əlaqələndirirlər. xarici mediaya istinadl

18:15 190
.

Sabah Saatlıda qaz olmayacaq

Sabah Saatlı şəhərində qaz təchizatı dayandırılacaq. Bu barədə Teleqraf-a "Azəriqaz" İstehsalat Birliyindən bildirilib. Məlumata görə, payız-qış mövsümünə hazırlıq işləri ilə əlaqədar sabah saat 10:00-dan işlər yekunlaşanadək Saatlı şəhər mərkəzinin qaz təchizatında müvəqqəti fasilə yaranaca

20:45 144
.

Məşhur aşpazın toyu təxirə düşdü - Nişanlısı xəyanəti bağışlamadı

Türkiyənin məşhur "MasterChef" proqramının münsiflərindən olan Somer Sivrioğlu şəxsi həyatı ilə yenidən maqazin gündəminə gəlib. xarici KİV-ə istinadən xəbər verir ki, məşhur aşpazın nişanlısı Didem Belenlə münasibətləri qalmaqallı şəkildə başa çatıb. Evlənməyə hazırlaşan cütlüyün ayrılmasında

19:30 232
.

"Ev almaq əlçatmaz olub"

Aparıcı Rövşanə Ağasəfqızı mənzil qiymətləri və gənclərin ev sahibi olmaqda üzləşdiyi çətinliklərdən danışıb. Axşam.az xəbər verir ki, aparıcı verilişində gənclərin kredit ödənişləri, kirayə xərcləri və ailə qurmaqla bağlı problemlərinə diqqət çəkib. O bildirib ki, uzun illər banka ödəniş etmək, eyn

20:15 168
.

Modriç əfsanəvi İbrahimoviçin rekordunu qırdı

"Milan"ın yarımmüdafiəçisi Luka Modriç İtaliya çempionatında unikal bir nailiyyətə imza ataraq, 40 yaşdan yuxarı oyunçunun ən çox məhsuldar ötürməsi üzrə A Seriyası rekordçusu olub. -ın xəbərinə görə, xorvatiyalı yarımmüdafiəçi 40 yaşından bəri İtaliya liqasında dördüncü məhsuldar ötürməsin

19:00 167
.

"El Pizza" bağlandı

Bakı şəhəri, Yasamal rayonu, Akademik Şəfaət Mehdiyev küçəsi, ev 23 ünvanında fəaliyyət göstərən "El Pizza" restoranında yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində bir sıra nöqsanlar aşkar edilib. "Qafqazinfo" xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məluma

15:41 235
.

BMT-nin Terrorçuluqla Mübarizə İdarəsinin nümayəndəsi Əliyevin qəbulunda

Azərbaycan Prezidenti İlham Əliyev bu gün BMT-nin Terrorçuluqla Mübarizə İdarəsinin Baş katibinin müavini vəzifəsini icra edən Aleksandr Zuyevi qəbul edib. "Qafqazinfo" xəbər verir ki, söhbət zamanı Azərbaycanla BMT-nin müxtəlif qurumları arasında səmərəli tərəfdaşlığın qurulduğu qeyd olunub

15:06 230
.

Putin Qərbdən maksimum güzəşt qoparmağa çalışır - Əsl məqsədi AÇIQLANDI

Ukrayna ilə bağlı qarşıdakı danışıqlarda Rusiya Prezidenti Vladimir Putin çox güman ki, NATO-nun Avropadakı mövcudluğunun 1997-ci il səviyyəsinə endirilməsini tələb edəcək. Bu barədə "Telegraf" nəşri yazıb. "Rusiya Ukrayna ilə bağlı yeni sülh danışıqları raundundan istifadə edərək, NATO-nu

14:22 251
.