Mebel sexindəki partlayışın baş verməsində məsuliyyətə kim cəlb olunacaq?

Mebel sexindəki partlayışın baş verməsində məsuliyyətə kim cəlb olunacaq?Xəbər verdiyimiz kimi, yanvar ayının 15-i Binəqədi rayonu, A.Kunanbayev küçəsi yaxınlığında mebel sexində partlayış baş verib. Partlayış nəticəsində bu saatadək xilasedicilər tərəfindən dağıntılar altından 3-ü sağ çıxarılmaqla 24 nəfər xəsarət alıb, 9 nəfərin cəsədi tapılaraq aidiyyəti üzrə təhvil verilib.

Mətbuatda sözügedən mebel sexi Diasporla İş Üzrə Dövlət Komitəsinin keçmiş sədri Nazim İbrahimovun qardaşlarına məxsus olduğu bildirilib.

Obyekt Binəqədi rayonundakı keçmiş Ağac Emalı Zavodunun ərazisində yeləşərir. Sözügedən zavod illər əvvəl Nazim İbrahimovun qardaşı, "İBRA Holdinq"in prezidenti Tağı İbrahimov tərəfindən özəlləşdirilib.

Sexin təsisçisi Tağı İbrahimov və "Avesta" şirkətinin sabiq prezidenti Hacı İbrahim Nehrəmli olub.

Bəs hadisənin baş verməsində məsuliyyət kimin öhtəliyindədir?

Mövzu ilə bağlı BiG.AZ-a vəkil Ramil Süleymanov danışıb.
Mebel sexindəki partlayışın baş verməsində məsuliyyətə kim cəlb olunacaq?O bildirib ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə görə, hər bir şəxs törətdiyi əmələ görə fərdi qaydada məsuliyyətə cəlb olunur.

"İstintaq orqanı tərəfindən mütləq qaydada araşdırma aparıldığı zaman iş adamı ilə sexi icarəyə götürən şəxs arasında icarə müqaviləsinin olub-olmaması məsələsi diqqət çəkir. Müqavilənin şərtlərinə nəzər yetirildikdən sonra yanğın təhlükəsizliyinə məsuliyyət daşıyan şəxs müəyyən olunacaq. İcarə müqaviləsi əsasında, icarəyə götürən şəxs sexlərdə təhlükəsizliyi özü tərəfindən təmin etməli idi, eyni zamanda mebel sexinin sahibkarı yanğın təhlükəsizliyinə cavabdeh olan şəxsi təyin etməlidir. Bunun nəticəsində mülkiyyətin qanuni sahibləri məsuliyyətdən kənar qalacaqlar. Əgər sexin sahibləri icarə müqaviləsində yanğın təhlükəsizliyini tam onların öhtəliyindədir, bu zaman sexin təsisçisi Tağı İbrahimov və "Avesta" şirkətinin sabiq prezidenti Hacı İbrahim Nehrəmlinin məsuliyyəti müəyyən olunacaq, bunlar yalnız cinayət məsuliyyətinə deyil, mülki məsuliyyətə də cəlb olunacaqlar. Baş vermiş hadisə ilə bağlı zərərçəkmiş şəxslərin birinci dərəcə qohumları həmin şirkətə qarşı mülki qaydada iddia qaldırmaqla təzminat tələb etmək haqqı da var".

Mövzuya digər cəhətdən fikir bildirən Vəkillər Kollegiyasının üzvü Bəhruz Orucov qeyd edib ki, vətəndaş yalnız törətdiyi əmələ və onun nəticələrinə görə təqsiri müəyyən edilmiş şəxs kimi cinayət məsuliyyətinə cəlb edilə bilər və cəzalandırıla bilər. Yaxın qohumlar öz ailə üzvlərinin törətdiyi əmələ görə məsuliyyət daşıya bilməzlər. Çünki şəxsin əməlinə hüquqi qiymət verilərkən yalnız fərdi qaydada yanaşılır.
Mebel sexindəki partlayışın baş verməsində məsuliyyətə kim cəlb olunacaq?"Sovet dövründə ailə başçısının törətdiyi əmələ görə ailə üzvlərinin də məsuliyyətə cəlb edilməsi halları barədə tarixdə kifayət qədər faktlar mövcuddur. Lakin insan hüquq və azadlıqlarının müdafiə edildiyi və hörmət olunduğu cəmiyyətlərdə qohumların əməlinə görə şəxsin cəzalandırılması qəbul edilməzdir.
Bundan başqa cinayət törətmiş şəxslər qanun qarşısında bərabərdirlər və irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən və digər hallardan asılı olmayaraq cinayət məsuliyyətinə cəlb olunurlar. Bu o anlama gəlir ki, şəxs cinayət törədərkən onun qanun qarşısında bərabərliyi təmin olunur. Yəni heç bir qohumluq münasibəti cinayət törədən şəxsə nə üstünlüklər, nə də məhdudiyyətlər yaradır. Cinayət qanunvericiliyində isə məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən halların siyahısı yer almışdır. Ona görə də cinayəti törədən şəxsin qohumları arasında vəzifəli şəxslərin mövcudluğu əməli ağırlaşdıran hal kimi qəbul edilə bilməz".
AYSEL ƏKBƏR


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1848   Tarix: 17 yanvar 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Aqil Ələsgər Bişkekdə medalla təltif olundu - Qırğızıstan Jurnalistlər Birliyinin fəxri üzvü seçildi

"Yeni Çağ" Media Qrupunun rəhbəri, Türk İnternet Media Birliyinin (TİMBİR) sədr müavini Aqil Ələsgər Türk dünyasında media əməkdaşlığının inkişafına, Türk Dövlətləri-Qırğızıstan mətbuatı arasında əlaqələrin möhkəmləndirilməsinə verdiyi töhfələrə görə Qırğızıstanda təltif olunub. Təqdimat Qırğızıstanı

12:23 224
.

Eyni yuxunu niyə təkrar görürük? - Səbəbləri AÇIQLANDI

Eyni hadisələrin yaşandığı yuxuları dəfələrlə görmək bir çox insanda narahatlıq yaradır. Xüsusilə qorxulu yuxular təkrarlandıqda insan bunun mənasını anlamağa çalışır. Mütəxəssislər isə bu halı mistik hadisələrlə deyil, emosional vəziyyət və gündəlik qayğılarla əlaqələndirirlər. xarici mediaya istinadl

18:15 190
.

Sabah Saatlıda qaz olmayacaq

Sabah Saatlı şəhərində qaz təchizatı dayandırılacaq. Bu barədə Teleqraf-a "Azəriqaz" İstehsalat Birliyindən bildirilib. Məlumata görə, payız-qış mövsümünə hazırlıq işləri ilə əlaqədar sabah saat 10:00-dan işlər yekunlaşanadək Saatlı şəhər mərkəzinin qaz təchizatında müvəqqəti fasilə yaranaca

20:45 144
.

Məşhur aşpazın toyu təxirə düşdü - Nişanlısı xəyanəti bağışlamadı

Türkiyənin məşhur "MasterChef" proqramının münsiflərindən olan Somer Sivrioğlu şəxsi həyatı ilə yenidən maqazin gündəminə gəlib. xarici KİV-ə istinadən xəbər verir ki, məşhur aşpazın nişanlısı Didem Belenlə münasibətləri qalmaqallı şəkildə başa çatıb. Evlənməyə hazırlaşan cütlüyün ayrılmasında

19:30 232
.

"Ev almaq əlçatmaz olub"

Aparıcı Rövşanə Ağasəfqızı mənzil qiymətləri və gənclərin ev sahibi olmaqda üzləşdiyi çətinliklərdən danışıb. Axşam.az xəbər verir ki, aparıcı verilişində gənclərin kredit ödənişləri, kirayə xərcləri və ailə qurmaqla bağlı problemlərinə diqqət çəkib. O bildirib ki, uzun illər banka ödəniş etmək, eyn

20:15 168
.

Modriç əfsanəvi İbrahimoviçin rekordunu qırdı

"Milan"ın yarımmüdafiəçisi Luka Modriç İtaliya çempionatında unikal bir nailiyyətə imza ataraq, 40 yaşdan yuxarı oyunçunun ən çox məhsuldar ötürməsi üzrə A Seriyası rekordçusu olub. -ın xəbərinə görə, xorvatiyalı yarımmüdafiəçi 40 yaşından bəri İtaliya liqasında dördüncü məhsuldar ötürməsin

19:00 167
.

"El Pizza" bağlandı

Bakı şəhəri, Yasamal rayonu, Akademik Şəfaət Mehdiyev küçəsi, ev 23 ünvanında fəaliyyət göstərən "El Pizza" restoranında yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində bir sıra nöqsanlar aşkar edilib. "Qafqazinfo" xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məluma

15:41 235
.

BMT-nin Terrorçuluqla Mübarizə İdarəsinin nümayəndəsi Əliyevin qəbulunda

Azərbaycan Prezidenti İlham Əliyev bu gün BMT-nin Terrorçuluqla Mübarizə İdarəsinin Baş katibinin müavini vəzifəsini icra edən Aleksandr Zuyevi qəbul edib. "Qafqazinfo" xəbər verir ki, söhbət zamanı Azərbaycanla BMT-nin müxtəlif qurumları arasında səmərəli tərəfdaşlığın qurulduğu qeyd olunub

15:06 230
.

Putin Qərbdən maksimum güzəşt qoparmağa çalışır - Əsl məqsədi AÇIQLANDI

Ukrayna ilə bağlı qarşıdakı danışıqlarda Rusiya Prezidenti Vladimir Putin çox güman ki, NATO-nun Avropadakı mövcudluğunun 1997-ci il səviyyəsinə endirilməsini tələb edəcək. Bu barədə "Telegraf" nəşri yazıb. "Rusiya Ukrayna ilə bağlı yeni sülh danışıqları raundundan istifadə edərək, NATO-nu

14:22 251
.