Azərbaycanda "Whatsapp plus" qadağan oluna bilər?

Azərbaycanda "Whatsapp plus" qadağan oluna bilər?Xəbər verdiyimiz kimi, ən çox istifadə edilən sosial şəbəkə "WhatsApp"ın bir qədər də geniş yayılan versiyası "Whatsapp plus" tətbiqi vasitəsilə bilmədən vətəndaşlar şəxsi məlumatlarını və bank hesablarını tanımadığı şəxslərin əlinə vermiş olur. Bəs ölkədə "Whatsapp plus"un istifadəsi qadağan oluna bilər?

Məsələ ilə bağlı, İnformasiya Texnologiyaları üzrə mühəndis-tədqiqatçı, Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının(AKTA) eksperti Bəhruz Əliyev Sonxeber.az-a açıqlama verib:

"Bu ayın əvvəlində Xüsusi Rabitə İnformasiya və Təhlükəsizlik Dövlət Xidmətinin Kompüter İnsidentlərinə Qarşı Mübarizə Mərkəzi saxta "Whatsapp" tətbiqlərinin yaradılması, onların vətəndaşlara verə biləcəyi təhlükələr ilə bağlı xəbərdarlıq edib. Cəmiyyətə informasiya təhlükəsizliyi, kibertəhlükəsizlik ilə bağlı müxtəlif, geniş məlumatların verilməsi, iş mühitlərində davamlı təlimlərin keçirilməsinə ehtiyac var. Bu bir daha ehtiyacın nə qədər çox olduğunu, bununla bağlı rəhbər şəxslərin görəcəyi tədbirlərin sıxlaşdırılmasına tələb olduğunu göstərir. "Whatsapp plus" həqiqi "Whatsapp-ın istehsalçısından uzaq, vendora aid olmayan tətbiqdir. Təbii ki, bənzər proqramlar var: "Whatsapp plus", "Pink Whatsapp" və s. Bunların hamısı müxtəlif , özündə əlavə funksionallıq gətirdiyinə görə vətəndaşlarımız tərəfindən maraqlı qəbul olunur və istifadə edilir".

Bəhruz Əliyev bildirib ki, bəzi "Whatsapp plus" istifadəçilərinə funksiyalar maraqlı gəldiyinə görə bu proqramdan istifadə edirlər:

"Məsələn: qarşı tərəfin sildiyi statusları oxumaq, "onlayn" olmanın izlənməsi ilə bağlı əlavə funksionallıqlar, mesajları yadda saxlamaq, silinmiş mesajların oxunması kimi funksiyalar bəlkə də müəyyən psixoloji məqamdan asılı olaraq insanlara maraqlı gələ bilər. Amma əsla belə cəzbedici məsələlərə görə öz İT avadanlıqlarını təhlükəyə atmağa ehtiyac yoxdur. Nəzərə almaq lazımdır ki, "Whatsapp plus", "Pink Whatsapp" kimi saxta tətbiqlər əslində istifadəçini yoluxdurmaq, onların məlumatını oğurlamaq və müxtəlif digər məqsədlər üçün istifadə edilir. Hətta bəzi tətbiqlərin telefon resurslarından istifadə edərək "mining" əməliyatı aparmaq imkanı da var".

Ekspertin sözlərinə görə, "Kaspersky" laboratoriyasının 2023-cü il oktyabr tarixinə verdiyi araşdırma nəticələrində görə bilirik ki, saxta "Whatsapp" tətbiqləri yüklənmə sayına görə regionda ilk olaraq bizim ölkəmiz yer tutur:

"Bunun nisbəti 45.64 faiz əhatə edir. Bu təbii ki çox yüksək göstəricidir. Bu o deməkdir ki, həqiqətən saxta "Whatsapp" və ona bənzəyən proqramlardan istifadə edərək, əslində "Meta"nın özünə aid olmayan kənar tətbiqlərin yüklənməsi ilə vətəndaşlar və bütün insanlar öz informasiyalarını yoluxdurur. Öz IT avadanlıqlarını və məlumatlarını bir növ kimlərinsə əlinə pay kimi verir. Eyni zamanda şübhəli mesajlar, şübhəli zənglər, digər fərqli "fishing" metodlarına məruz qala bilir. Bir daha xüsusilə vurğulamaq istəyirəm ki, heç bir vaxt maariflənmədən uzaq qalmaq lazım deyil. Bununla bağlı, mütəxəssislərdən, kibertəhlükəsizliklə bağlı fəaliyyət göstərən qurumların fəaliyyətini izləməkdən, onların tövsiyəsini, verdikləri istiqaməti nəzərə alaraq daimi olaraq öz üzərilərində işləyərək inkişafda olmalıdırlar".

Bəhruz Əliyev qeyd edib ki, hər zaman daha da böyüyən informasiya texnologiyaları və avadanlıqlarının içərisində daha çox hücuma məruz qala bilərik:

"Vətəndaşlarımız daha diqqətli olmalı, saxta tətbiqlərdən uzaq durmalı və proqram yükləyərkən həmin tətbiqlərin istehsalçısına diqqət etməlidirlər. Adətən "Whatsapp" və "Whatsapp Business" kimi tətbiqləri "İOS" və "Android" kimi marketlərdən yükləmək olduğu halda, "Whatsapp plus" və bənzəri tətbiqləri marketlərdən görə bilmərik. Onlar adətən üçüncü tərəf bilinməyən proqramların yüklənməsinə icazə verərək, Android əməliyyat sistemlərində aktivləşdirmək mümkündür. Təbii ki, buda özündə çox ciddi risklər gətirir. Hər kəsi bu risklərdən uzaq durmağa maksimum cəhd göstərməsini tövsiyə edirəm".

ETX-nin sektor müdiri Ləman Hüseynzadə isə bildirib ki, Elektron Təhlükəsizlik Xidməti tərəfindən edilən araşdırmalar nəticəsində məlum olmuşdur ki, vətəndaşların üzləşdiyi maliyyə itkisi və cihazlarının zərərverici proqramlara yoluxmasını əsas səbəbi "Whatsapp plus" kimi rəsmi olmayan, eləcə də etibarlı mənbələrdən yüklənilməyən tətbiqlər nəticəsində baş verir:
"Aparılan araşdırmalar onu göstərir ki, kiberdələduzlar belə tətbiqlər vasitəsilə növbəti mərhələdə, vətəndaşların fərdi məlumatlarını oğurlaya bilər və cihazlardan növbəti kiberhücumlar üçün istifadə edə bilər. Elektron təhlükəsizlik xidməti vətəndaşları bu kimi hallara qarşı diqqətli olmağa, tətbiqləri yalnız rəsmi mənbələrdən yükləməyə, tətbiqləri yükləyərkən onlara verilən icazələri diqqətlə nəzərdən keçirməyi tövsiyə edir".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 3819   Tarix: 17 yanvar 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Confetti Baku-da müştərilərə qarşı zorakılıq iddiası: restoran rəhbərliyi niyə susur?

21 oktyabr 2026-cı il, saat 22:30 radələrində Bakıda fəaliyyət göstərən "Confetti Baku" restoranında müştərilərə qarşı zorakılıq törədilməsi ilə bağlı ciddi iddia ortaya çıxıb. -a daxil olan məlumata görə, bir neçə gün əvvəl restoranla əlaqə saxlayaraq masa rezerv edən iki xanım həmin gün məkan

12:46 267
.

Prezident həmkarını təbrik etdi

Azərbaycan Prezidenti İlham Əliyev Avstriya Prezidenti Aleksander Van der Bellenə təbrik məktubu ünvanlayıb. "Qafqazinfo" xəbər verir ki, məktubda deyilir:. "Hörmətli cənab Federal Prezident,. Avstriya Respublikasının milli bayramı münasibətilə Sizə və bütün xalqınıza öz adımdan və Azərbayca

11:41 218
.

Avropada açıq Wi-Fi, Azərbaycanda şifrə: Fərqin səbəbi nədir?

Xarici ölkələrdə parklar, kafelər, restoranlar və digər ictimai məkanlarda pulsuz Wi-Fi xidmətinə tez-tez rast gəlinir. Azərbaycanda isə bu xidmət bir çox məkanda şifrə ilə qorunur, bəzi hallarda internetə qoşulmaq üçün telefon nömrəsi təqdim etmək və ya SMS vasitəsilə təsdiqləmə kodu almaq tələb olunur

14:40 272
.

Ölkəmiz hər zaman sülhə, tərəqqi və əmin-amanlığa sadiqlik nümayiş etdirir

Qədim mədəniyyətə, zəngin tarixə malik Azərbaycan xalqı və dövləti həmişə qarşılıqlı etimada, hörmətə, sülhə üstünlük verən multikultiral dəyərləri özündə yaşadıb və qoruyub. Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu və Prezident İlham Əliyevin uğurla davam etdirdiyi sülhpərvər siyasətdə daim regiond

14:45 231
.

Mehriban Əliyeva Fərhad Xəlilovu təbrik etdi

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Xalq rəssamı Fərhad Xəlilovu təbrik edib. "Qafqazinfo" xəbər verir ki, o, bununla bağlı "Instagram" hesabında paylaşım edib. "Bu gün Xalq rəssamı, Azərbaycan Rəssamlar İttifaqının sədri Fərhad Xəlilovun 80 yaşı tamam olur

13:43 226
.

İlham Əliyev qəbullar keçirdi - Fotolar - Yenilənib

Azərbaycan Prezidenti İlham Əliyev bu gün İslam Əməkdaşlıq Təşkilatının Baş katibi İsmayıl Ould Şeyx Əhmədi qəbul edib. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Prezidentin Mətbuat Xidməti məlumat yayıb. *. Prezident İlham Əliyev BMT Baş katibinin müavini, Sivilizasiyalar Alyansının ali nümayəndəsi

14:49 249
.

Sabah Saatlıda qaz olmayacaq

Sabah Saatlı şəhərində qaz təchizatı dayandırılacaq. Bu barədə Teleqraf-a "Azəriqaz" İstehsalat Birliyindən bildirilib. Məlumata görə, payız-qış mövsümünə hazırlıq işləri ilə əlaqədar sabah saat 10:00-dan işlər yekunlaşanadək Saatlı şəhər mərkəzinin qaz təchizatında müvəqqəti fasilə yaranaca

20:45 144
.

Pakistan Səudiyyə Ərəbistanına hücumları PİSLƏDİ

Pakistan Yəməndən Səudiyyə Ərəbistanına, o cümlədən müqəddəs məkanların yaxınlığına yönələn husilərin ballistik raket hücumlarını pisləyib. BİG.AZ xarici mediaya istinadla xəbər verir ki, Pakistan Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda bu hücumların Səudiyyə Ərəbistanının suverenliyinin və əraz

15:07 241
.

Putin Qərbdən maksimum güzəşt qoparmağa çalışır - Əsl məqsədi AÇIQLANDI

Ukrayna ilə bağlı qarşıdakı danışıqlarda Rusiya Prezidenti Vladimir Putin çox güman ki, NATO-nun Avropadakı mövcudluğunun 1997-ci il səviyyəsinə endirilməsini tələb edəcək. Bu barədə "Telegraf" nəşri yazıb. "Rusiya Ukrayna ilə bağlı yeni sülh danışıqları raundundan istifadə edərək, NATO-nu

14:22 251
.