Bakıda sarılıq təhlükəsi: İki qəsəbədən 14 nəfər xəstəxanada
Bakının Sabunçu rayonunun Əmircan və Bülbülə qəsəbələrində sarılıq xəstəliyi yayılıb. Yerli əhali buna kanalizasiya sularının içməli suya qarışmasının səbəb olduğunu deyir.
Məsələ ilə bağlı Sabunçu Rayon Xəstəxanasının mətbuat katibi Səkinə Yusibli Publika.az-ın sorğusuna cavab olaraq bildirib ki, hazırda xəstəliyin hansı səbəbdən yarandığı araşdırılır:
"Dəqiqliklə deyə bilmərik ki, xəstəlik sudan olub, ya hava-damcı yolu ilə keçib. İlk müraciətlər 11-12 yanvar tarixlərində olub. Hələ də davam edir. Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyində fəaliyyət göstərən Sabunçu Tibb Mərkəzinin Yoluxucu Xəstəliklər Şöbəsində hazırda hepatit (sarılıq) səbəbi ilə stasionar müalicə alan 14 nəfərin hər birinin yaşayış ünvanı Suraxanı rayonudur və əsasən, Bülbülə və Əmircan qəsəbəsi sakinləridir. Onların doqquzu qadın, beşi isə kişidir. Vəziyyətləri stabil olaraq dəyərləndirilir".
Hepatit A (xalq arasında "sarılıq" deyilir) virusu ən çox çirkli sulardan keçdiyi üçün yay aylarında bu xəstəliyə tutulanların sayında hədsiz dərəcədə artım görünür. Yaxşı yuyulmamış tərəvəzdən, hovuz və dəniz suyundan da hepatit A virusuna yoluxma riski daha çoxdur. Hepatit A xəstəliyinin simptomları: solğunluq, saralma, halsızlıq, ürək bulantısı, temperatur və sidik rənginin tündləşməsidir.
Həkim-infeksionist Vasif Əliyev qeyd edib ki, sarılıq xəstəliyi daha çox antisanitariya səbəbi ilə yayılır:
"Həmin 14 nəfərin ortaq ünvanı araşdırılmalıdır. Çünki həmin insanlar ortaq su və qida istifadə edə bilərlər. Ona görə bunun epidemioloji tərəfi araşdırılmalıdır. Çünki xəstəlik daha çox fekal-oral yolla yoluxur. Mütləq şəkildə araşdırılmalı və nəzarətə götürülməlidir. Xəstəliyin əsas qorunma yolu peyvənd olunmaqdır. Amma mütləqdir ki, gigiyena qaydalarına ciddi surətdə əməl olunsun. Əgər ortada bir təhlükə varsa, epidemioloji qurum bunu nəzarətə götürməlidir".
Sarılıq dəri və göz ağlarının sarı göründüyü tibbi bir vəziyyətdir. Sarılıq, əslində, bir xəstəlik deyil, bir çox müxtəlif xəstəliklərin nəticəsi ola biləcək bir simptomdur.
Qeyd edək ki, TƏBİB-dən sözügedən ərazilərdən sarılıq xəstəliyi ilə bağlı müraciətlər daxil olduğu və pasiyentlərə zəruri tibbi xidmət göstərildiyi bildirilib. "Azərsu" ASC isə sakinlərin içməli sudan yoluxucu xəstəliyə tutulması xəbərini təkzib edib.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1406 Tarix: 17 yanvar 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşPUA insidentindən sonra Almaniya NATO-nun 4-cü maddəsinin tətbiqini istəyir
Almaniya Leypsiq hava limanında mühafizə olunan ərazidə pilotsuz uçuş aparatının (PUA) aşkarlanmasından sonra NATO Nizamnaməsinin 4-cü maddəsinə uyğun olaraq alyansa üzv dövlətlərlə məsləhətləşmələr aparmalıdır. xəbər verir ki, bu barədə Die Welt qəzetinə açıqlamasında Almaniyanın Xristian Demokrat İttifaqını
10:17 93 "Paxıllar, saxta profillə pis rəy yazanlar, aqressivliyiniz üzünüzə vurub"
Aparıcı Aytəkin Mərdanova sosial şəbəkədə paylaşdığı video ilə ona qarşı tənqid və aqressiv münasibət göstərən izləyicilərə müraciət edib. Axşam.az xəbər verir ki, aparıcı paylaşımlarını bəyənməyən şəxslərin onu izləmək məcburiyyətində olmadığını bildirib:. "Məni izləmək məcburiyyətində deyilsiniz
10:23 157 ABŞ-Ukrayna kəşfiyyat əməkdaşlığında yeni mərhələ
ABŞ və Ukrayna arasında kəşfiyyat məlumatlarının mübadiləsi sürətlənib və əvvəlki yüksək səviyyəsinə qayıdıb. xəbər verir ki, bu barədə Politico nəşri məlumat yayıb. Nəşrin məlumatına görə, uzun illər Ukrayna məsələləri ilə məşğul olan ekspertlər ABŞ və Ukrayna arasında kəşfiyyat sahəsində əməkdaşlığı
10:23 138 Avropa sahillərində sunamilər artır: Bəzi şəhərlər yeni təhlükələrə hazırlaşır
Fransanın Lazur sahili boyunca sunami təhlükəsi zamanı insanları dənizdən uzaq istiqamətə yönləndirən təxminən 800 xəbərdarlıq nişanı quraşdırılıb. Qaynarinfo xəbər verir ki, bu barədə "Der Spiegel" nəşri yazır. Buna səbəb UNESCO-nun yaxın 30 il ərzində Aralıq dənizində güclü sunami baş verm
05.08.2026 319 Ceyhun Bayramov Kiyevdə
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovun Ukraynaya rəsmi səfəri başlayıb. "Qafqazinfo" xəbər verir ki, bu barədə məlumat Azərbaycan XİN-in "X" hesabında paylaşılıb. Naziri paytaxt Kiyevdə ukraynalı həmkarı Andrey Sibiqa qarşılayıb
10:10 135 Rusiyalı turistlərə qarşı rəftar iddiaları Gürcüstanda cinayət işi ilə nəticələndi
Gürcüstanda rusiyalı turistlərə qarşı qeyri-adekvat rəftar edilməsi ilə bağlı sosial şəbəkələrdə yayılan paylaşımlar üzrə cinayət işi açılıb. xəbər verir ki, bu barədə RİA Novosti Gürcüstanın Dövlət Təhlükəsizlik Xidmətinə (DTX) istinadən məlumat yayıb. Məlumata görə, böhtan xarakterli informasiya kampaniyas
10:34 137 Nigar Fərhadın əri həbs edildi
Məşhur aparıcı Nigar Fərhadın əri Samir Yəhyazadə həbs edilib. qafqazinfo-ya istinadla xəbər verir ki, iş onun faktiki rəhbərlik etdiyi "AİD Group" xaricdə təhsil şirkəti ilə bağlıdır. Qeyd olunur ki, bir müddətdir "AİD Group"la bağlı şikayətlər səngimirdi. Hüquq-mühafizə orqanlarını
05.08.2026 447 "Qarabağ"da yeni təyinatlar (SİYAHI)
"Qarabağ" futbol akademiyasında yeni təyinatlar gerçəkləşib. Qaynarinfo klubun saytına istinadən xəbər verir ki, 2026-2027-ci illər mövsümündə komandaları çalışdıracaq məşqçilər müəyyənləşib. Akademiya koordinatoru Aftandil Hacıyevin rəhbərliyi altında akademiya komandalarında aşağıdakı məşqçilə
13:21 42 Tramp "sursat çatışmazlığı" iddialarına cavab verdi
ABŞ Prezidenti Donald Tramp ölkədə böyük həcmdə sursat ehtiyatının olduğunu bildirib. xəbər verir ki, Tramp bu barədə Vaşinqtonun silah çatışmazlığı ilə bağlı iddialar fonunda Truth Social sosial media platformasında paylaşım edib. "ABŞ-da, xüsusilə bəzi sursat növləri üzrə kifayət qədər böyük ehtiya
12:19 112