Abutalıbovun hədiyyə etdiyi çimərlik üstündə dava - Məşhur sahibkarın oğlu həbs olunub
Bakının Suraxanı rayonunda yerləşən "Antalya" restoranının sahibi və mühafizəçilərini döyən mərhum iş adamının oğluna hökm oxunub.
Qaynarinfo-nun məlumatına görə, hadisə Suraxanı rayonu, Hövsan qəsəbəsi, Hövsan-Türkan yolunda yerləşən "Antalya" restoranının çimərlik hissəsindəki 200x50 metr ölçülü əraziyə görə baş verib.
Belə ki, həmin ərazi 1998-ci ildə Suraxanı İcra Hakimiyyətinin sabiq başçısı olan, sonradan uzun illər Bakı Şəhər İcra Hakimiyyətinə başçılıq edən Hacıbala Abutalıbovun 23 iyul 1998-ci il tarixli 1221 saylı sərəncamı ilə sahibkar Hacımurad Rzayevə hədiyyə edilib. Hacıbala Abutalıbov bunun əvəzində sahibkardan Hövsan qəsəbəsindəki çimərliyin bir hissəsini abadlaşdırmağı xahiş edib.
Sərəncamın qərar verilmiş hissəsinə əsasən, Hövsan Bağları sahəsinin şimal hissəsində dənizkənarı sahədə 200x50 metr ölçüdə torpaq sahəsini abadlaşdırmaq və əhalinin rahatlığını təmin etmək üçün təqdim olunmuş çizgi əsasında təhkim olunub. Həmçinin sahədə kapital tikintinin aparılmasının qadağan edilməsi, Hacımurad Rzayevə çimərlikdə göstərilən bütün xidmət növlərinin pulsuz olması tapşırılıb. İş adam həmin ərazidə sahibkarlıq fəaliyyəti ilə məşğul olub, ərazidə kafe, mağaza, o cümlədən turistlər üçün kiçik qayıqlar fəaliyyət göstərib.
Hacıbala Abutalıbov icra başçısı vəzifəsindən getdikdən sonra qanuni təmsilçisi Mehdiyev Qalib Tücarət oğlu olan "Mars-M" Çoxsahəli Kommersiya Firması tərəfindən "Antalya" restoranı tikilib. 2019-cu ildə həmin ərazidə olan obyektlər də sökülərək restoranın ərzisinə daxil edilib.
Bundan sonra Hacımurad Rzayev ilə "Mars-M" şirkəti arasında mübahisələr baş verib. Bakı Apellyasiya Məhkəməsinin qətnaməsi ilə "Antalya" restoranın qarşısındakı 50x200 metr ərazidəki çimərlik sahəsi möhürlənməklə, mübahisə tərəflərinin istifadəsinə qadağa qoyulub.
20 avqust 2021-ci il tarixdə Hacımurad Rzayevin vəfatından sonra şirkətin qeyri-rəsmi sahibi Qadir Mehdiyev sözügedən ərazini mərhum iş adamından aldığını iddia edib. Hacımurad Rzayevin oğlu, 1984-cü il təvəllüdlü Samir Rzayev ərazidə məhkəmənin qərarı pozularaq Qadir Mehdiyev tərəfindən iş aparıldığını görüb. O, qardaşları Zaur Rzayev və Əlifağa Rzayev ilə əraziyə gedərək, "Mars-M" şirkətinin sahibi Qadir Mehdiyev ilə mübahisə edib. Samir Rzayev əvvəllər hüquq-mühafizə orqanlarında çalışmış və hazırda təqaüddə olan Qadir Mehdiyev və restoranın mühafizəçilərini döyüb.
Mərhum iş adamının oğlu iki gün həbsdə saxlanıldıqdan sonra barəsində Cinayət Məcəlləsinin 128 və 221.3-cü maddələri cinayət işi açılıb və iş məhkəməyə göndərilib. Məhkəmənin hökmü ilə Samir Rzayevə 9 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilib. Təqsirləndirilən şəxsin üzərinə cəza çəkdiyi müddətdə daimi yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək vəzifəsi qoyulub.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1210 Tarix: 18 yanvar 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşBMT-nin Terrorçuluqla Mübarizə İdarəsinin nümayəndəsi Əliyevin qəbulunda
Azərbaycan Prezidenti İlham Əliyev bu gün BMT-nin Terrorçuluqla Mübarizə İdarəsinin Baş katibinin müavini vəzifəsini icra edən Aleksandr Zuyevi qəbul edib. "Qafqazinfo" xəbər verir ki, söhbət zamanı Azərbaycanla BMT-nin müxtəlif qurumları arasında səmərəli tərəfdaşlığın qurulduğu qeyd olunub
15:06 150 Pakistan Səudiyyə Ərəbistanına hücumları PİSLƏDİ
Pakistan Yəməndən Səudiyyə Ərəbistanına, o cümlədən müqəddəs məkanların yaxınlığına yönələn husilərin ballistik raket hücumlarını pisləyib. BİG.AZ xarici mediaya istinadla xəbər verir ki, Pakistan Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda bu hücumların Səudiyyə Ərəbistanının suverenliyinin və əraz
15:07 158 İnternet kabelləri hədəfdə: İranın təhdidləri qlobal şəbəkə üçün nə deməkdir?
İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rəzayi ABŞ Prezidenti Donald Trampın İranın müharibəyə son qoyulması ilə bağlı təklifinə cavab vermədiyini və danışıqların dayandırıldığını bildirib. O, hərbi qarşıdurma baş verəcəyi təqdirdə kommunikasiya kabellərinin, məlumat mərkəzlərinin və sün
11:33 210 Azərbaycan QHT-ləri İran Prezidentinə müraciət edib
Azərbaycan Qeyri-Hökumət Təşkilatları İran Prezidenti Məsud Pezeşkiana açıq məktubla müraciət ediblər. "Report"un məlumatına görə, məktubda deyilir:. "Hörmətli cənab Prezident!. Biz - Azərbaycan Respublikasının vətəndaş cəmiyyəti təşkilatlarının nümayəndələri ilk öncə Sizə dərin ehtiramımız
14:08 178 Ölkəmiz hər zaman sülhə, tərəqqi və əmin-amanlığa sadiqlik nümayiş etdirir
Qədim mədəniyyətə, zəngin tarixə malik Azərbaycan xalqı və dövləti həmişə qarşılıqlı etimada, hörmətə, sülhə üstünlük verən multikultiral dəyərləri özündə yaşadıb və qoruyub. Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu və Prezident İlham Əliyevin uğurla davam etdirdiyi sülhpərvər siyasətdə daim regiond
14:45 158 Sabah 21° isti olacaq
Oktyabrın 27-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən BİG.AZ-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvə
13:00 190 Hazır qidaları azaltmaq depressiya əlamətlərini yüngülləşdirə bilər
Hazır və yüksək dərəcədə emal olunmuş qidaların azaldılması depressiya əlamətlərinin yüngülləşməsinə kömək edə bilər. ABŞ-da aparılan ilkin araşdırmada qidalanma vərdişlərini dəyişən iştirakçılarda depressiya əlamətlərində nəzərəçarpan yaxşılaşma müşahidə olunub. BİG.AZ xarici mediaya istinadla xəbə
11:34 202 Modriç əfsanəvi İbrahimoviçin rekordunu qırdı
"Milan"ın yarımmüdafiəçisi Luka Modriç İtaliya çempionatında unikal bir nailiyyətə imza ataraq, 40 yaşdan yuxarı oyunçunun ən çox məhsuldar ötürməsi üzrə A Seriyası rekordçusu olub. -ın xəbərinə görə, xorvatiyalı yarımmüdafiəçi 40 yaşından bəri İtaliya liqasında dördüncü məhsuldar ötürməsin
19:00 1 Eyni yuxunu niyə təkrar görürük? - Səbəbləri AÇIQLANDI
Eyni hadisələrin yaşandığı yuxuları dəfələrlə görmək bir çox insanda narahatlıq yaradır. Xüsusilə qorxulu yuxular təkrarlandıqda insan bunun mənasını anlamağa çalışır. Mütəxəssislər isə bu halı mistik hadisələrlə deyil, emosional vəziyyət və gündəlik qayğılarla əlaqələndirirlər. xarici mediaya istinadl
18:15 1