"AŞ-nın Azərbaycanla münasibətlərinə Qərbdəki erməni diasporası ilə əməkdaşlıq edən avropalı siyasətçilərin təsiri var" -Politoloq

"AŞ-nın Azərbaycanla münasibətlərinə Qərbdəki erməni diasporası ilə əməkdaşlıq edən avropalı siyasətçilərin təsiri var" -PolitoloqAzərbaycan Xarici İşlər Nazirliyi 22 yanvar 2024-cü il tarixində Xarici Əlaqələr Şurasının yekunlarına dair mətbuat konfransı zamanı Avropa İttifaqının xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi/Aİ Komissiyasının vitse-prezidenti Cozep Borrellin Azərbaycana qarşı səsləndirdiyi əsassız iddiaları qətiyyətlə rədd etdiyini bildirib.

Mövzu ilə bağlı BiG.AZ-a danışan politoloq Elşən Manafov qeyd edib ki, Borrelin səsləndirdiyi fikirlərin heç bir ciddi əsasi yoxdur,yenə də qərəz və ikili standartlardır.Avropa Azərbaycanla enerji təhlükəsizliyi sahəsində əməkdaşlığa böyük əhəmiyyət versə də,birliyin bu əməkdaşlığa korporativ maraqlar konteksindən yanaşdığı şübhə doğurmur:

"Avropa Şurası Xarici Siyasət və Təhlükəsizlik məsələləri üzrə Komitənin Ali nümayəndəsi Borrelin Azərbaycanla bağli səsləndirdiyi fikirlər göstərir ki,bu ali qurum rəsmi Bakıya münasibətdə əvvəlki ampluasındadır.Borrelin səsləndirdiyi fikirlərin heç bir ciddi əsasi yoxdur,yenə də qərəz və ikili standartlardır.
Azərbaycan AŞ-na üzv qəbul olduğu 2001-ci ildən etibarən öz üzərinə götürdüyü öhdəlikləri ardıcıllıq və məsuliyyətlə yerinə yetirib,quruma üzv qəbul olunmamışdan əvvəl ölkədə ölüm hökmü ləğv olunub,senzura götürülüb,ardinca Azərbaycan 8 konvensiyanı ratifikasiya edib,bu gün üçün ölkə 60-dan yuxarı konvensiyaya qoşulub.Ölkəmizin Avropa Şurası qarşısında öhdəlikləri təsnifat baxımından 5 qrupa bölünür. Bunlardan biri Qarabağ münaqişəsi ilə bağlı öhdəlik idi ki,Azərbaycan münaqişənin ancaq sülh yolu ilə həllinə dair götürmüş və 20 il sadiq qalmışdır. Yalnız Ermənistanın təxribatçı hərəkətləri və beynəlxalq qurumların susqunluğu,ikili mövqeləri müharibəni qaçılmaz etmiş ,bu zaman Azərbaycan BMT TŞ-nin münaqişə ilə bağlı 4 məlum qətnaməsinin təkbaşına icrasına nail olmuşdur. Yerli qanunvericiliyin beynəlxalq qanunvericiliyə uyğunlaşdırılması ilə bağlı öhdəliklər demək olar ki,tam mənada həll edilmiş,insan hüquqları sahəsində vəziyyətə gəlincə qurum bir qayda olaraq ikili standartlardan çıxış edib.Məsələn, azərbaycanlı qaçqın və məcburi köçkünlərin həyatına münasibətdə deklorativ xarakterli bəyanatlarla kifayətlənən AŞ bu günlərdə Dağliq Qarabağdan Ermənistana köçmüş erməni əhalisinə 3 milyard avro ayıracağı ilə bağlı qərar qəbul etmişdir.
Bu illər ərzində AŞ Ermənistanı hətta özünün belə qəbul etdiyi qərarların icrasına əməl etmədiyi üçün 1 dəfə də olsun qınamamış,təcavüzkar və təcavüzə məruz qalmış tərəflə münasibətlərə fərqli yanaşmamışdır.Azərbaycanı AŞ-da səs vermə hÜququndan məhrum edilməsi ilə bağlI almaniyalı deputatın məlum təklifində də gerçəkliklərə əsaslanan faktlar yoxdur.Avropa Azərbaycanla enerji təhlükəsizliyi sahəsində əməkdaşlığa böyük əhəmiyyət versə də,birliyin bu əməkdaşlığa korporativ maraqlar konteksindən yanaşdığı şübhə doğurmur.O da bəllidir ki,AŞ-nın Azərbaycanla münasibətlərinə Qərbdəki erməni diasporası ilə əməkdaşlıq edən,diasporanın lobbiçilik fəaliyyətindən bəhrələnən avropalı siyasətçilərin də müəyyən təsiri var,Ermənistanla bacı münasibətlərində olan Fransanın,xüsusilə fransalı senatorların da bu mövqeyə ciddi təsir imkanlarının olması da AŞ-da Azərbaycana olan münasibətin formalaşmasına təsirsiz ötüşmür".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 722   Tarix: 23 yanvar 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

Heyvanlarda yayılan virus ilk dəfə insanda aşkarlandı

Fransada əsasən mal-qarada rast gəlinən Şamonda virusuna ilk dəfə insanda yoluxma halı qeydə alınıb. Hadisə elmi baxımdan qeyri-adi hesab edilsə də, səhiyyə qurumları hazırda virusun geniş yayılması riskinin aşağı olduğunu bildirirlər. BİG.AZ xəbər verir ki, "Reuters" agentliyinin məlumatın

12:56 197
.

Çirkli pulların yuyulmasında şübhəli bilinən şəxs həbs edilib

Taylandda çirkli pulların yuyulması və məlumatların oğurlanmasında şübhəli bilinən 45 yaşlı Rusiya vətəndaşı həbs edilib. xəbər verir ki, Aleks adlı Rusiya vətəndaşı oktyabrın 20-də Mukdahan əyalətində saxlanılıb. Onun Pattayada yaşadığı bildirilir. Şübhəli Taylandın cinayət qanunvericiliyinin bir neç

10:51 185
.

Yaponiyada 13 minə yaxın sakinə daşqın təhlükəsi ilə əlaqədar təxliyə tövsiyə olunub

Yaponiyanın Xonsyu adasında yerləşən Vakayama prefekturasının hakimiyyət orqanları güclü yağışlar, daşqınlar və torpaq sürüşməsi təhlükəsi ilə əlaqədar təxminən 13 min sakinə təxliyə olunmağı tövsiyə edib. "Report"un Yaponiya İctimai Televiziyasına istinadən verdiyi məlumata görə, tövsiyə il

25.10.2026 347
.

"El Pizza" bağlandı

Bakı şəhəri, Yasamal rayonu, Akademik Şəfaət Mehdiyev küçəsi, ev 23 ünvanında fəaliyyət göstərən "El Pizza" restoranında yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində bir sıra nöqsanlar aşkar edilib. "Qafqazinfo" xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məluma

15:41 145
.

Ölkəmiz hər zaman sülhə, tərəqqi və əmin-amanlığa sadiqlik nümayiş etdirir

Qədim mədəniyyətə, zəngin tarixə malik Azərbaycan xalqı və dövləti həmişə qarşılıqlı etimada, hörmətə, sülhə üstünlük verən multikultiral dəyərləri özündə yaşadıb və qoruyub. Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu və Prezident İlham Əliyevin uğurla davam etdirdiyi sülhpərvər siyasətdə daim regiond

14:45 158
.

Bakcell eSIM ilə eyni anda iki nömrədən istifadə edin

Bakcell abunəçilərinə mobil xidmətlərdən daha rahat, çevik və rəqəmsal şəkildə yararlanmaq üçün eSIM həllini təqdim edir. Fiziki SIM karta alternativ olan bu texnologiya mobil xidmətlərdən istifadəni daha sadə və funksional edir. eSIM fiziki SIM karta ehtiyac olmadan mobil şəbəkəyə qoşulmağa imkan verə

11:19 198
.

Əzizidən xəbərdarlıq: İranın milli təhlükəsizliyinə təhdid cavabsız qalmayacaq

İranın milli təhlükəsizliyinə təhdid yaranacağı təqdirdə, İsraili yaşayış üçün yararsız hala sala biləcəyi barədə xəbərdarlıq edilib. xəbər verir ki, bunu İran parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komitəsinin sədri İbrahim Əzizi "X" sosial şəbəkəsindəki paylaşımında bildirib

11:02 195
.

Mehriban Əliyeva Fərhad Xəlilovu təbrik etdi

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Xalq rəssamı Fərhad Xəlilovu təbrik edib. "Qafqazinfo" xəbər verir ki, o, bununla bağlı "Instagram" hesabında paylaşım edib. "Bu gün Xalq rəssamı, Azərbaycan Rəssamlar İttifaqının sədri Fərhad Xəlilovun 80 yaşı tamam olur

13:43 183
.

Ər-Riyada yönələn ballistik raket vurulub

Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi ərəb koalisiyasının hava hücumundan müdafiə qüvvələri Yəmən husiləri tərəfindən Ər-Riyad istiqamətində buraxılan ballistik raketi ələ keçirərək məhv edib. "Report"un "Arab News"a istinadən verdiyi məlumata görə, bu barədə koalisiyanın rəsm

25.10.2026 350
.