"Təhminə"nin üç paltarına 3 min dollar vermişdim" - Rəsul Quliyev - Video
Milli Məclisin sabiq sədri, uzun müddətdir ABŞ-də yaşayan Rəsul Quliyev "Təhminə" filminin çəkilişlərində yaşanan maraqlı anlarla bağlı xatirələrini bölüşüb.
"Qafqazinfo" xəbər verir ki, filmdə adı prodüser kimi keçən eks-spiker bu barədə Musavat TV-yə danışıb. O, filmin bütün maliyyəsini özünün qarşıladığını açıqlayıb.
R. Quliyev Təhminə rolunu canlandıran türkiyəli aktrisa Meral Konratı Fəxrəddin Manafovla çəkilməyə özünün razı saldığını deyib:
"Rasim Ocaqov "Zaur" obrazı üçün aktyor axtarırdı. Mənə dedi ki, Fəxrəddin Manafovu bu rola çəkmək istəyir. Dedim, a kişi, sən nə danışırsan?! Təhminə ondan uzundur. O dedi ki, sən narahat olma, biz onu bilirik, ayağının altına bir kərpic qoyacağıq, düzələcək. Dedim, özün bilərsən, məncə, Fəxrəddin artist kimi yaxşıdır, amma onu nəzərə almaq lazımdır.
Rasim Ocaqov Leninqraddan suriyalı tapdı. Şəklini mənə göstərəndə dedim, hə, bunun boyu da yaxşıdır, yarayır. Bunu çəkdi. Sonra günlərin bir günü mənə zəng edib dedi ki, suriyalını qovmaq istəyir. Dedim, niyə qovmaq istəyirsən, nə vaxtdır, çəkilişlər gedir. Dedi ki, Meralla onların arasında məhəbbət yaranıb və bu, çəkilişə mane olur. Meral isə buna razılıq verməyib, deyib ki, belə olsa, filmdə oynamayacaq. Meralla danışıb razı salmağımı xahiş etdi. Onunla da görüşdüm və dilə tutmağa çalışdım. Meral bildirdi ki, öpüş səhnəsinə 10-15 dəfə təkrar çəkilib və artıq eyni səhnələri çəkmək istəmir. Dedim, Rasim müəllimdən xahiş edəcəyəm, həmin səhnə 2 dəfə çəkilsin. O, bununla razılaşdı. Rasim Ocaqov da filmin yarısını tamamlamasına baxmayaraq, yenidən Fəxrəddini həmin obraz üçün çağırdı".
R. Quliyev, həmçinin M. Konrata Türkiyədən geyimlər aldığını bildirib: "Mən İstabula işlə əlaqədar gedirdim. Rasim Ocaqov dedi ki, bəlkə, orada mağazalardan Təhminə üçün paltar alasınız? Meral məni brend paltarlar olan yerə apardı, 3 bahalı paltar seçdi, pulunu verdim. Filmin maliyyəsi mənə aid idi. O maliyyəni mən ödəməsəydim, film indi də yox idi. O 3 paltar 3 min dollar tutdu…"
Həmin görüntüləri təqdim edirik:
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 2132 Tarix: 27 yanvar 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşÖlkəmiz hər zaman sülhə, tərəqqi və əmin-amanlığa sadiqlik nümayiş etdirir
Qədim mədəniyyətə, zəngin tarixə malik Azərbaycan xalqı və dövləti həmişə qarşılıqlı etimada, hörmətə, sülhə üstünlük verən multikultiral dəyərləri özündə yaşadıb və qoruyub. Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu və Prezident İlham Əliyevin uğurla davam etdirdiyi sülhpərvər siyasətdə daim regiond
14:45 58 Çirkli pulların yuyulmasında şübhəli bilinən şəxs həbs edilib
Taylandda çirkli pulların yuyulması və məlumatların oğurlanmasında şübhəli bilinən 45 yaşlı Rusiya vətəndaşı həbs edilib. xəbər verir ki, Aleks adlı Rusiya vətəndaşı oktyabrın 20-də Mukdahan əyalətində saxlanılıb. Onun Pattayada yaşadığı bildirilir. Şübhəli Taylandın cinayət qanunvericiliyinin bir neç
10:51 176 "Banu" Günel illər sonra - Foto
"Banu" verilişinin aparıcısı kimi tanınan Günel Həsənzadənin yeni fotosu yayılıb. Axşam.az xəbər verir ki, şəkli aparıcı Nail Kəmərli paylaşıb. O, Günellə birgə fotosunu yayımlayaraq "Günel sağdır, ölməyib" şərhini yazıb. Qeyd edək ki, bir neçə gün əvvəl Günel Həsənzadənin ölüm xəbər
10:59 339 Bakcell eSIM ilə eyni anda iki nömrədən istifadə edin
Bakcell abunəçilərinə mobil xidmətlərdən daha rahat, çevik və rəqəmsal şəkildə yararlanmaq üçün eSIM həllini təqdim edir. Fiziki SIM karta alternativ olan bu texnologiya mobil xidmətlərdən istifadəni daha sadə və funksional edir. eSIM fiziki SIM karta ehtiyac olmadan mobil şəbəkəyə qoşulmağa imkan verə
11:19 180 Niderland vətəndaşlarının İrandan təxliyyəsinə görə Prezidentə təşəkkür etdi - Foto
Azərbaycan Prezidenti İlham Əliyev bu gün Niderland Krallığının xarici işlər naziri Tom Berendseni qəbul edib. "Qafqazinfo" xəbər verir ki, dövlət başçısı ötən il Kopenhagendə Niderland Krallığının Baş naziri Dik Sxof ilə görüşünü məmnunluqla xatırlayıb, görüş əsnasında Azərbaycanla Niderlan
12:43 156 Moskva "Avro-3" ölkələrinin BAEA-dakı mövqeyini tənqid edib
"Avro-3" ölkələri - Fransa, Böyük Britaniya və Almaniya - Beynəlxalq Atom Enerjisi Agentliyində (BAEA) gərginliyi artırmaqla ABŞ və İsrailin İrana qarşı təcavüzünə faktiki olaraq yol açıblar. xəbər verir ki, bunu Rusiyanın Vyanada yerləşən beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi Mixai
10:42 178 Yaponiyada 13 minə yaxın sakinə daşqın təhlükəsi ilə əlaqədar təxliyə tövsiyə olunub
Yaponiyanın Xonsyu adasında yerləşən Vakayama prefekturasının hakimiyyət orqanları güclü yağışlar, daşqınlar və torpaq sürüşməsi təhlükəsi ilə əlaqədar təxminən 13 min sakinə təxliyə olunmağı tövsiyə edib. "Report"un Yaponiya İctimai Televiziyasına istinadən verdiyi məlumata görə, tövsiyə il
25.10.2026 334 Heyvanların müdafiəsi: Qanunvericilik nə deyir?
"Heyvanlarla rəhmsiz rəftar edilməsi qanunvericiliyə əsasən inzibati məsuliyyətə səbəb olur. Heyvanlara qarşı zorakılıq göstərilməsi, onların şikəst edilməsinə və ya tələf olmasına səbəb olan hərəkətlər qanunla müəyyən edilmiş qaydada cəzalandırılır". Bunu BİG.AZ-a açıqlamasında Vəkillər Kollegiyasını
14:52 33 300-400 manat ödəməklə ev almaq mümkündürmü? Ekspertdən açıqlama
TikTok və digər sosial şəbəkələrdə cəmi 300-400 manat ödəməklə, hətta yalnız şəxsiyyət vəsiqəsi ilə ev sahibi olmağın mümkünlüyü barədə elanlara tez-tez rast gəlinir. Lakin bu təkliflərlə maraqlanan vətəndaşlara bəzən daha yüksək qiymətlər və əlavə şərtlər təqdim olunur. Bəs həqiqətən də bu gün elanlard
12:12 178