Avtomobil sənayemizdə yeni dönəm: Ölkəmizdə hansı maşınlar istehsal OLUNACAQ?

Avtomobil sənayemizdə yeni dönəm: Ölkəmizdə hansı maşınlar istehsal OLUNACAQ?Azərbaycanda avtomobil sənayesinin daha da modernləşdirilməsi, yüksək keyfiyyət göstəricilərinə uyğunlaşdırılması istiqamətində "Azərmaş" ASC ilə Özbəkistanın "UzAuto Motors" şirkəti arasında əməkdaşlıq əlaqələri qurulub.

Bizim.Media xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyindən məlumat verilib.

Beş ölkənin təcrübəsi və texnologiyası gündəmdə

Qeyd edilir ki, hazırda Hacıqabul Sənaye Məhəlləsində "Chevrolet" brendinin "Nexia", "Cobalt", "Malibu", "Tracker" və "Equinox" modelləri və sair markalı avtomobillər istehsal olunur. Avtomobil sənayesində istehsal prosesinin gücləndirilməsi məqsədilə 2023-cü ilin may ayında Hacıqabul Sənaye Məhəlləsində təməli qoyulmuş boyaq, qaynaq müəssisəsində istehsalın daha dərin lokallaşdırılması nəzərdə tutulur.

ABŞ, İtaliya, Çin, Koreya və Özbəkistan texnologiyaları əsasında fəaliyyət göstərəcək zavodun illik istehsal gücünün 30 min ədəd avtomobil olması nəzərdə tutulur. Müəssisədə 1200-dən çox iş yeri yaradılacaq.

İqtisadiyyat Nazirliyindən Bizim.Media-ya verilən açıqlamada istehsal olunan avtomobillərin yerli şəraitə tam uyğun şəkildə hazırlanacağı və həm daxili bazarda təklif olunacağı, həm də xarici bazarlara ixrac ediləcəyi bildirilib.

Hazırda ölkəmizdə nə qədər avtomobil istehsal olunur?

Qeyd edək ki, hazırda yerli zavodlarımız istehsaldan çox yığıma üstünlük verir, yəni xaricdən alınan ehtiyat hissələrindən istifadə etməklə minik avtomobilinin yığımı həyata keçirilir.

İN tərəfindən Hacıqabul Sənaye Məhəlləsində adıçəkilən zavodun inşası ilə bağlı məlumat yayıldıqdan sonra hamıda belə ümid yaranıb ki, bundan sonra həm ehtiyat hissələri, həm də avtomobilin özü tam yerli istehsal olacaq.

"Hələ işin başlanğıcıdır"
Nəqliyyat sahəsi üzrə ekspert Yasin Mustafayev Bizim.Media-ya açıqlamasında, avtomobil istehsalımızın artırılması yönündə atılan addımı müsbət hal kimi dəyərləndirib.

Azərbaycanda hazırda bir neçə avtomobil modelinin istehsal olunduğunu xatırladan ekspert, əslində onların ehtiyat hissələrinin xaricdən gətirildiyini və ölkəmizə yığıldığını bildirdi:

"Amma bu da görülən işin başlanğıcıdır. Bu sahə təkmilləşdikcə, bizdə də ehtiyat hissələrinin istehsalı başlayacaq. Bu da müəyyən dövr və bir qədər çox sərmayə tələb edir".

Müsahibimiz, hazırda tikilən zavodu nəzərdə tutulan istehsal gücünü müasir dövrün tələbi kimi dəyərləndirdi:

"Özümüz nə qədər çox avtomobil istehsal etsək, bir o qədər çox valyutanın ölkədən çıxmasının qarşısını ala bilərik. Ona görə ki, hazırda "Chevrolet" yalnız ABŞ-da, Koreyada, Özbəkistanda istehsal olunur. Bunun bizdə də istehsal olunacağı ilə bağlı xəbərin açıqlanmasını müsbət hal kimi dəyərləndirirəm. Bununla belə arzu edirəm ki, bizim də öz markamız, öz brendimiz olsun".

Nəticələr müsbət olarsa...

Gələcəkdə istehsal olunacaq avtomobillərin daxili bazar üçün nəzərdə tutulduğunu deyən ekspert vurğulayıb ki, əgər nəticələr müsbət olarsa, bir çox ölkələrə də bu maşınları ixrac etmək olar:

"Əsasən də qonşu Rusiyaya, Gürcüstana, Orta Asiya ölkələrinə ixracı planlaşdırıla bilər. Əsas məsələ isə qiymət uyğunluluğu, keyfiyyət, komfort və müasir dövrlə uyğunlaşmasıdır. Bir də elektromobil və hibridyönümlü avtomobillər istehsal olunsa, daha da rəqabətədavamlı olar".

Məlumat üçün bildirək ki, 2023-сü ildə Azərbaycanda 3738 ədəd və ya əvvəlki illə müqayisədə 1689 ədəd çox minik avtomobili istehsal olunub. Cari ilin yanvarın 1-nə qədər isə hazır avtomobillərin sayı 17 ədəd olub.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 949   Tarix: 27 yanvar 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Ölkəmiz hər zaman sülhə, tərəqqi və əmin-amanlığa sadiqlik nümayiş etdirir

Qədim mədəniyyətə, zəngin tarixə malik Azərbaycan xalqı və dövləti həmişə qarşılıqlı etimada, hörmətə, sülhə üstünlük verən multikultiral dəyərləri özündə yaşadıb və qoruyub. Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu və Prezident İlham Əliyevin uğurla davam etdirdiyi sülhpərvər siyasətdə daim regiond

14:45 58
.

Çirkli pulların yuyulmasında şübhəli bilinən şəxs həbs edilib

Taylandda çirkli pulların yuyulması və məlumatların oğurlanmasında şübhəli bilinən 45 yaşlı Rusiya vətəndaşı həbs edilib. xəbər verir ki, Aleks adlı Rusiya vətəndaşı oktyabrın 20-də Mukdahan əyalətində saxlanılıb. Onun Pattayada yaşadığı bildirilir. Şübhəli Taylandın cinayət qanunvericiliyinin bir neç

10:51 176
.

"Banu" Günel illər sonra - Foto

"Banu" verilişinin aparıcısı kimi tanınan Günel Həsənzadənin yeni fotosu yayılıb. Axşam.az xəbər verir ki, şəkli aparıcı Nail Kəmərli paylaşıb. O, Günellə birgə fotosunu yayımlayaraq "Günel sağdır, ölməyib" şərhini yazıb. Qeyd edək ki, bir neçə gün əvvəl Günel Həsənzadənin ölüm xəbər

10:59 339
.

Bakcell eSIM ilə eyni anda iki nömrədən istifadə edin

Bakcell abunəçilərinə mobil xidmətlərdən daha rahat, çevik və rəqəmsal şəkildə yararlanmaq üçün eSIM həllini təqdim edir. Fiziki SIM karta alternativ olan bu texnologiya mobil xidmətlərdən istifadəni daha sadə və funksional edir. eSIM fiziki SIM karta ehtiyac olmadan mobil şəbəkəyə qoşulmağa imkan verə

11:19 180
.

Niderland vətəndaşlarının İrandan təxliyyəsinə görə Prezidentə təşəkkür etdi - Foto

Azərbaycan Prezidenti İlham Əliyev bu gün Niderland Krallığının xarici işlər naziri Tom Berendseni qəbul edib. "Qafqazinfo" xəbər verir ki, dövlət başçısı ötən il Kopenhagendə Niderland Krallığının Baş naziri Dik Sxof ilə görüşünü məmnunluqla xatırlayıb, görüş əsnasında Azərbaycanla Niderlan

12:43 156
.

Moskva "Avro-3" ölkələrinin BAEA-dakı mövqeyini tənqid edib

"Avro-3" ölkələri - Fransa, Böyük Britaniya və Almaniya - Beynəlxalq Atom Enerjisi Agentliyində (BAEA) gərginliyi artırmaqla ABŞ və İsrailin İrana qarşı təcavüzünə faktiki olaraq yol açıblar. xəbər verir ki, bunu Rusiyanın Vyanada yerləşən beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi Mixai

10:42 178
.

Yaponiyada 13 minə yaxın sakinə daşqın təhlükəsi ilə əlaqədar təxliyə tövsiyə olunub

Yaponiyanın Xonsyu adasında yerləşən Vakayama prefekturasının hakimiyyət orqanları güclü yağışlar, daşqınlar və torpaq sürüşməsi təhlükəsi ilə əlaqədar təxminən 13 min sakinə təxliyə olunmağı tövsiyə edib. "Report"un Yaponiya İctimai Televiziyasına istinadən verdiyi məlumata görə, tövsiyə il

25.10.2026 334
.

Heyvanların müdafiəsi: Qanunvericilik nə deyir?

"Heyvanlarla rəhmsiz rəftar edilməsi qanunvericiliyə əsasən inzibati məsuliyyətə səbəb olur. Heyvanlara qarşı zorakılıq göstərilməsi, onların şikəst edilməsinə və ya tələf olmasına səbəb olan hərəkətlər qanunla müəyyən edilmiş qaydada cəzalandırılır". Bunu BİG.AZ-a açıqlamasında Vəkillər Kollegiyasını

14:52 33
.

300-400 manat ödəməklə ev almaq mümkündürmü? Ekspertdən açıqlama

TikTok və digər sosial şəbəkələrdə cəmi 300-400 manat ödəməklə, hətta yalnız şəxsiyyət vəsiqəsi ilə ev sahibi olmağın mümkünlüyü barədə elanlara tez-tez rast gəlinir. Lakin bu təkliflərlə maraqlanan vətəndaşlara bəzən daha yüksək qiymətlər və əlavə şərtlər təqdim olunur. Bəs həqiqətən də bu gün elanlard

12:12 178
.