Ekspert: "Amuldağ qızıl yatağının istismarı dayandırılmalıdır"
"Sağlamlığa Xidmət" İctimai Birliyinin sədri Pərvanə Vəliyeva Amuldağ (Amulsar) qızıl yatağının istismarının bütün regionu təhdid etdiyini bildirib.
O, "Report"a açıqlamasında deyib ki, Amuldağ qızıl yatağının istismarı dayandırılmalıdır.
P.Vəliyeva qeyd edib ki, qızıl yatağının istismarı nəticəsində ətrafda olan bütün çaylar, su ehtiyatları radioaktiv maddələrlə çirkləndirilir:
"Ermənistanda yüzdən çox qeyri-hökumət təşkilatı bu barədə etiraz bəyanatı yayıb. Biz bu məsələni ötən il dəfələrlə qaldırmışıq. Yatağın istismarı təkcə Ermənistanı deyil, regionu, hətta planeti təhdid edir. Qızılın istismarında bir çox ölkələrdə qadağan olunan sianogen texnologiyasından istifadə edilir. Həmin maddələr burada olan İstisu mineral su yatağı, Göyçə gölü, Arpaçay, hətta Xəzər dənizi üçün ciddi təhdiddir. İstismar zamanı maddələrin çaylar vasitəsilə dənizə tökülməsi ümumilikdə Mərkəzi Asiya ölkələri üçün də problemdir".
Onun sözlərinə görə, Ermənistan və həmin yatağı istismar edən "Lydian" şirkəti tərəfindən ətraf mühitə mümkün təsirin qiymətləndirilməsindən ötrü cəlb olunan xarici şirkətlərin hesabatında bu texnologiyadan istifadə qeyd edilməli idi. P.Vəliyeva bildirib ki, belə bir texnologiyanın istifadəsi qiymətləndirmənin özünə ziddir:
"Yatağın istismarı zamanı aparılan qiymətləndirmənin ətraf mühitə təsiri nəzərə alınmayıb. Ermənistan tərəfi Amuldağ qızıl yatağında monitorinq aparılmasına şərait yaratmalıdır. AFP koalisiyası olaraq əvvəlki bəyanatlarımızda olduğu kimi, yenə də həmin şirkətlərə səslənirik. Həm yerli, həm də səhmdarları olan digər xarici şirkətlərə səslənirik ki, həmin yatağın istismarını dayandırsınlar və ya ətraf mühitə təsirin qiymətləndirilməsi sənədlərini öz veb-saytlarında yerləşdirsinlər. Bu məlumatlar hamıya açıq olmalıdır. Xarici və Azərbaycanın ictimai, səhiyyə və ekologiya sahəsində fəaliyyət göstərən ekspertlərin, eləcə də, qeyri-hökumət təşkilatlarının nümayəndələrinə yatağı monitorinq etmələrinə icazə verməyi tələb edirik. Ekspertiza işlərinin aparılmasına, yatağın fəaliyyəti ilə yerində tanış olmağa, müəyyən ölçmə işləri, nümunələr götürülməsinə imkan yaradılmalıdır".
Xatırladaq ki, "Environmental Protection First" (EPF) Koalisiyası Ermənistan vətəndaş cəmiyyəti təşkilatlarının Amuldağ (Amulsar) qızıl yatağında ətraf mühitə ziyan vuran dağ-mədən sənayesi işlərinin dayandırılmasına dair etiraz bəyanatını dəstəkləyib və qızıl yatağında monitorinq aparmağa hazır olduğuna dair bəyanat yayıb.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 511 Tarix: 27 yanvar 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşƏr-Riyada yönələn ballistik raket vurulub
Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi ərəb koalisiyasının hava hücumundan müdafiə qüvvələri Yəmən husiləri tərəfindən Ər-Riyad istiqamətində buraxılan ballistik raketi ələ keçirərək məhv edib. "Report"un "Arab News"a istinadən verdiyi məlumata görə, bu barədə koalisiyanın rəsm
25.10.2026 340 Elm və Təhsil Nazirliyi: "İranlı nazirin açıqlaması Azərbaycanın daxili işlərinə müdaxilə cəhdidir"
"İran İslam Respublikasının elm, tədqiqat və texnologiya naziri Hüseyn Simayi-Sərrafın Azərbaycanda təhsil məsələləri ilə bağlı verdiyi açıqlama təəccüb və təəssüf doğurur". xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyi açıqlama yayıb:. "Bu, tamamilə yersiz açıqlama olaraq Azərbaycanı
12:33 117 Hazır qidaları azaltmaq depressiya əlamətlərini yüngülləşdirə bilər
Hazır və yüksək dərəcədə emal olunmuş qidaların azaldılması depressiya əlamətlərinin yüngülləşməsinə kömək edə bilər. ABŞ-da aparılan ilkin araşdırmada qidalanma vərdişlərini dəyişən iştirakçılarda depressiya əlamətlərində nəzərəçarpan yaxşılaşma müşahidə olunub. BİG.AZ xarici mediaya istinadla xəbə
11:34 152 İnternet kabelləri hədəfdə: İranın təhdidləri qlobal şəbəkə üçün nə deməkdir?
İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rəzayi ABŞ Prezidenti Donald Trampın İranın müharibəyə son qoyulması ilə bağlı təklifinə cavab vermədiyini və danışıqların dayandırıldığını bildirib. O, hərbi qarşıdurma baş verəcəyi təqdirdə kommunikasiya kabellərinin, məlumat mərkəzlərinin və sün
11:33 147 Bakcell eSIM ilə eyni anda iki nömrədən istifadə edin
Bakcell abunəçilərinə mobil xidmətlərdən daha rahat, çevik və rəqəmsal şəkildə yararlanmaq üçün eSIM həllini təqdim edir. Fiziki SIM karta alternativ olan bu texnologiya mobil xidmətlərdən istifadəni daha sadə və funksional edir. eSIM fiziki SIM karta ehtiyac olmadan mobil şəbəkəyə qoşulmağa imkan verə
11:19 159 Gürcüstanda məktəbə hücum planlaşdıran yeniyetmələr saxlanılıb
Gürcüstanın hüquq-mühafizə orqanlarının əməkdaşları məktəbə silahla hücum etməyi planlaşdıran iki yeniyetməni saxlayıblar. "Report" xəbər verir ki, bu barədə Gürcüstanın Baş Prokurorluğu məlumat yayıb. Prokurorluğun məlumatına görə, saxlanılanlar aprel və mayda sosial şəbəkədə tanış olubla
25.10.2026 332 Elm sahəsinə əlavə milyonlar ayrılacaq
Azərbaycanda 2027-ci ildə dövlət büdcəsindən elm sahəsinə 257 milyon 920 min 835 manat ayrılması nəzərdə tutulur. Bu, 2026-cı ilin təsdiqlənmiş büdcəsindəki 229 milyon 498 min 838 manatlıq göstəricidən 28 milyon 421 min 997 manat və ya təxminən 12.4 faiz çoxdur. xəbər verir ki, bu, "Azərbaycan Respublikasını
25.10.2026 363 WSJ: ABŞ İrana zərbələrin mümkün bərpasına hazırlaşır
Yaxın Şərqdəki Amerika hərbi gəmiləri İranla münaqişənin mümkün eskalasiyasına hazırlaşır. "Report" "The Wall Street Journal" (WSJ) qəzetinə istinadən xəbər verir ki, nəşrin jurnalistləri Ərəbistan dənizindəki "USS George Washington" təyyarədaşıyan gəmisinin göyərtəsind
25.10.2026 328 Türkiyədə azərbaycanlı həkim Yeganə Quliyevanın "İçimizdəki Həkim: Homeopatiya" kitabı işıq üzü görüb
Azərbaycan əsilli həkim və tədqiqatçı Yeganə Quliyevanın yeni kitabı insan sağlamlığına kompleks yanaşma, homeopatiyanın tarixi və həkim-xəstə münasibətlərinin əhəmiyyəti kimi mövzuları əhatə edir. Türkiyədə fəaliyyət göstərən azərbaycanlı həkim Yegane Koulievanın "İçimizdəki Həkim: Homeopatiya"
10:57 186