Bayram axşamı qəzada ölən Kamilin ailəsi şikayətçidir - FOTOLAR

Bayram axşamı qəzada ölən Kamilin ailəsi şikayətçidir - FOTOLARÖtən il dekabrın 31-də Suraxanı rayonu Heydər Əliyev prospektindəki qəza nəticəsində həlak olan Kamil Nəcəfovun ailəsi hadisənin düzgün araşdırılmadığını düşünür.

"Qafqazinfo"ya müraciət edən ailə bildirir ki, "BMW" və "Azsamand"ın toqquşması nəticəsində baş verən qəzadan 26 gün keçməsinə baxmayaraq, onu törətməkdə şübhəli bilinən 2002-ci il təvəllüdlü Bakı sakini Hüseynov Turqay Müşfiq oğlu hələ də tutulmayıb.

Onların iddiasına görə, T. Hüseynov sükan arxasında içkili vəziyyətdə olub: "Hadisə şahidləri deyirlər ki, avtomobildə 4 nəfər olub. Qonşumuz da şahiddir. Onun sözlərinə görə, o qədər içkili olublar ki, özlərinə kömək lazım imiş. Hətta sosial şəbəkələrdə videoya şərh yazanlar da qəzanı törədən şəxsin avtomobili sürətlə idarə etdiyini, digər maşınlara maneə törətdiyini yazırlar. Turqay Hüseynovun ailəsi ilə telefon danışığı olmuşdu və onlar onun içkili olduğunu danmırlar. Amma yazılan rəydə hadisəni törədən şəxsin içkili olmadığı qeyd edilib. Bu qədər şahid olduğu halda və sürücünün atası belə içkili olmadığını əminliklə demədiyi bir təqdirdə necə olur ki, içkisiz olduğu barədə rəy verilib? İçkili halda bu hadisəni törədib hələ də azadlıqda gəzir".

Hadisə zamanı avtomobildə olan mərhum Kamil Nəcəfovun iş yoldaşı Səlbinaz Hüseynova da deyir ki, "BMW" markalı avtomobilin sürücüsü içkili olub və buna görə ayaqüstə dayana bilməyib: "Qəzadan öncə həmin avtomobilin sürücüsü "Prado" markalı maşınla yarışırdı. Nəqliyyat vasitəsini yüksək sürətlə idarə edirdi. Qəza nəticəsində bir anlıq huşumu itirsəm də, daha sonra özümə gəldim. Maşındakı 4 nəfər o qədər içkili idilər ki, bizə kömək edə bilmirdilər. Yoldan keçənlər onlara yardım edirdilər".

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinə sorğu ünvanladıq. Qurumun Mətbuat xidmətinin əməkdaşı Nurlan Əliyev müraciətimizə cavab olaraq bildirdi ki, hazırda cinayət işi üzrə ibtidai istintaq davam etdirilir: "Ötən il dekabrın 31-də paytaxtın Suraxanı rayonu ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi ilə bağlı rayon polis idarəsinin İstintaq şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi üzrə cinayət işi başlanılıb. İzahatlar alınıb, müvafiq ekspertizalar təyin edilib və digər zəruri istintaq hərəkətləri həyata keçirilib. Hazırda cinayət işi üzrə ibtidai istintaq davam etdirilir".

Qeyd edək ki, qəza dekabrın 31-i axşam saatlarında Heydər Əliyev prospektində baş verib. Hava limanı istiqamətində irəliləyən "BMW" markalı 77-FD-330 dövlət qeydiyyat nişanlı avtomobil idarəetməni itirərək eyni hərəkət zolağında olan "Azsamand" markalı 99-PV-643 dövlət qeydiyyat nişanlı avtomobili sol arxa yan hissəsindən vurub.

Hadisə nəticəsində "Azsamand"ın sürücüsü, 1992-ci il təvəllüdlü Bakı sakini Kamil Nəcəfov həlak olub. Evli olan K. Nəcəfovun 5 yaşlı qız övladı qalıb.

Bayram axşamı qəzada ölən Kamilin ailəsi şikayətçidir - FOTOLARBayram axşamı qəzada ölən Kamilin ailəsi şikayətçidir - FOTOLAR


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1188   Tarix: 27 yanvar 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Azərbaycan polisindən ermənilərə süngülü dərs - VİDEO

Gorus-Qafan yolu üzərində xidmət göstərən Azərbaycan polisi yoldan keçmək istəyən ermənilərə dərs verib. "Qafqazinfo" xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülərdə üzərində qondarma respublikanın "bayrağ"ı olan avtomobilin postdan keçmək üçün yaxınlaşdığı görünür. Postd

18.09.2021 988
.

Köçəryan Moskvaya gedə bilməyəcək - QADAĞAN EDİLDİ

Məhkəmə Ermənistanın keçmiş prezidenti, "Hayastan" blokunun rəhbəri Robert Köçəryanı ölkədən çıxmasını qadağan edib. APA-nın məlumatına görə, bu barədə "Hayastan" blokunun mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, təxminən bir həftə əvvəl Rusiyanın hakim "Vahid Rusiya"

17.09.2021 999
.

Azərbaycanda milli dronlar hazırlanıb - VİDEO

Milli Elmlər Akademiyasının Yüksək Texnologiyalar Parkında xüsusi təyinatlı dronlar hazırlanıb. -ın məlumatına görə, pilotsuz uçuş aparatları sifarişlər əsasında yerli mütəxəssislər tərəfindən hazırlanıb. Dronlari uçuş vaxtları, yükdaşıma və küləyə davamlılığı ilə fərqlənir. Həmçinin uçuş trayektoriyasını

18.09.2021 428
.

Azərbaycanda istehsal ediləcək avtomobillərin qiyməti açıqlandı - 17 min manata...

Hacıqabul Sənaye Məhəlləsində istehsal ediləcək minik avtomobillərinin qiyməti 17-20 min manat təşkil edəcək. Bu barədə "Azərbaycan Avtomobil İstehsalçıları Assosiasiyası" İctimai Birliyinin rəhbəri Emin Axundov deyib. "Minik avtomobillərinin növbəti aydan satışa çıxarılması planlaşdırılır

18.09.2021 1109
.

Maqsud Mahmudov Azərbaycana belə gətirildi - VİDEO

Xəbər verdiyimiz kimi, axtarışda olan keçmiş iş adamı Maqsud Mahmudov Ukraynada saxlanılıb. "Qafqazinfo" Maqsud Mahmudovun Azərbaycana deportasiya edilməsinin görüntülərini əldə edib. Videodan görünür ki, o, aeroportdan Daxili İşlər Nazirliyi əməkdaşları tərəfindən maşına yerləşdirilərək aidiyyət

18.09.2021 2568
.

Azərbaycanda BƏDBƏXT HADİSƏ: Uşaq əlini yuyarkən su kanalında batıb

Şəmkir rayonunda əlini yuyarkən su kanalına düşüb. -ın məlumatına görə, hadisə rayonun Qılıncbəyli kəndində qeydə alınıb. 2012-ci il təvəllüdlü Nihat Tağıyev kənd ərazisində yerləşən kanalda əlini yuyarkən ayağı sürüşüb və batıb. Onun meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Faktla bağl

18.09.2021 914
.

"Bəyimizi vağzalı sədaları altında yola salırıq" - Pərvindən Maqsudun həbsinə reaksiya

Tanınmış aktrisa Pərvin Abıyeva bu gün Ukrayanda həbs olunub, Azərbaycana gətirilən Maqsud Mahmudovla bağlı paylaşım edib. -a istinadən xəbər verir ki, tanınmış aktrisa Maqsudun həbsini "İlahi ədalət" adlandırıb: . "İlahi Ədalət və dövlətimizin ədaləti! Bu qədər insanın haqqına girməyi

18.09.2021 11870
.

Millət vəkili: "Həftəsonları ictimai nəqliyyatın fəaliyyəti bərpa edilməlidir" – VİDEO

Pandemiyaya qarşı hökumətin verdiyi qərarlar öz müsbət təsirini göstərməkdədir, lakin Operativ Qərargah bəzi məsələlərin həlli yönündə təcili tədbirlər görməlidir. Bunu millət vəkili Fazil Mustafa deyib. Millət vəkili hesab edir ki, həll edilməli ən vacib məsələ həftəsonları ictimai nəqliyyatın fəaliyyətini

17.09.2021 1467
.

İsveçdə Azərbaycan vətəndaşı itkin düşüb

İsveçin Arvika şəhərində azərbaycanlı itkin düşüb. "Report"un Avropa bürosunun məlumatına görə, Azərbaycan vətəndaşı, 39 yaşlı İltimas Mirzəyevdən sentyabrın 15-dən etibarən xəbər almaq mümkün olmayıb. O, evdən çıxdıqdan bir qədər sonra əlaqə kəsilib. Hazırda polis azərbaycanlının axtarışın

18.09.2021 443
.

TOP MP3