Regionun təhlükə mənbəyi: ABŞ-nin Ermənistandakı biolaboratoriyaları - ŞƏRH

Regionun təhlükə mənbəyi: ABŞ-nin Ermənistandakı biolaboratoriyaları - ŞƏRHSSRİ dağıldıqdan sonra ABŞ müstəqillik qazanan respublikalara diqqətini yönəltməyə başladı. Rəsmi Vaşinqton bəzi ölkələrdə hərbi birləşmələr, hərbi bazalar qurur, bəzilərində isə "rəngli inqilablar" vasitəsilə yeni yaranan hakimiyyətləri, yəni onun məqsəd və hədəflərinə uyğun gəlməyənləri devirməklə hərbi-siyasi mövcudluğunu yaratmağa başladı. Bununla belə, bəzi hallarda "partnyor" ölkələrdə müxtəlif biolaboratoriyalar qurmaqla Birləşmiş Ştatlar ekspansionist siyasətini yeritməyə başladı. Bu laboratoriyaların açılış məqsədi müxtəlif təhlükəli patogenlərə qarşı təhlükəsizliyi təmin etmək, onlardan qorunmaq üçün vaksinlər istehsal etmək dururdu.

Məsələn, 2010-cu ildən Ukrayna, Gürcüstan, Qazaxıstan və Özbəkistanda bu tipli laboratoriyalar qurulub. Amma deyəsən, Ermənistan bu məsələdə hər kəsi qabaqlayıb. Bu ölkədə ötən illər ərzində 12 belə müəssisə fəaliyyət göstərirdi. Təkcə bu yaxın dövr ərzində birdən-birə 3 laboratoriya işə salındı. Onlardan biri İrəvanda, biri Gümrüdə, digəri isə İcevanda açıldı. Mərkəzlər isə Pentaqon tərəfindən maliyyələşdirilir.

Qeyd etmək yerinə düşər ki, referens-laboratoriya qurmaq üçün Ermənistanın Kənd Təsərrüfatı nazirliyinə 4,1 milyon dollar, Səhiyyə nazirliyinə isə 9,1 milyon dollar ödənilib. 17 milyon dollar isə bu nazirliklərin balansında yaradılan mərkəzlərin mebel və təchizatı üçün ayrılıb.

Bu yaxınlarda məlum olub ki, ABŞ-nin sayca 13-cü biolaboratoriyası Gümrü şəhərində qurulacaq. Bildirilir ki, Ermənistanın müdafiə naziri Suren Papikyan ötən həftə Pentaqonla bu məsələ ilə bağlı müqavilə imzalayıb. Yeni laboratoriyanın Gümrü şəhərində, Rusiyanın 102-ci hərbi bazası yaxınlığında qurulması planlaşdırılır. Baş nazir "bu laboratoriyalar ABŞ-nin dəstəyi ilə qurulsa da, Ermənistan respublikasının əmlakı sayılır" desə də, reallıq başqadır.

Nəzərə almaq lazımdır ki, bu tip müəssisələr patogen faktorlarla çalışır və müxtəlif virusların, xəstəliklərin yaradılması, ətrafa yayılması riski həddən artıq çoxdur. Bəzi ekspertlər hazırda Ermənistanda yayılan qızılca virusunu da bu laboratoriyalarla əlaqələndirirlər. Çünki son dövrlər sözügedən ölkədə mövsümi qrip və mədə-bağırsaq xəstəliklərində ağırlaşma halları ciddi şəkildə müşahidə edilir. Qeyd edilir ki, yaşayış məntəqələrində aparılan bir sıra təcrübələr bu faktora ciddi təsir edir.

ABŞ səfirliyinin əməkdaşları laboratoriyalar mövzusunda bildirirlər ki, bu, geosiyasi məsələlərlə bağlı deyil. Ermənistan miqrasiyanın yüksək olduğu regionda yerləşir və müxtəlif yoluxucu xəstəliklər riski böyükdür. Beynəlxalq öhdəliklərə görə isə rəsmi İrəvan bu riskləri vaxtından əvvəl aşkar etməli, onun ölkə daxilində və sərhədlərdən kənarda yayılmasının qarşısını almalıdır. Laboratoriyalar da sırf təcrübə xarakteri daşıyır və bu problemi həll etmək üçün nəzərdə tutulub. Təbii ki, bu, işin görünən tərəfidir. Daha doğrusu, amerikalı kəşfiyyatçılar tərəfindən gözə üfürülən küldür.

Birincisi, Ermənistanda yayılma riski olan viruslarla bu ölkənin Səhiyyə nazirliyi əvəzinə niyə Pentaqon məşğul olmalıdır?

İkincisi, bir sıra erməni təşkilatları bu laboratoriyaların əleyhinə müntəzəm olaraq aksiyalar keçirir, bağlanmasını tələb edirlər. Məsələn, ictimai təşkilat sədri Babken Pipoyan bildirir ki, bu tip laboratoriyaların fəaliyyəti müxtəlif problem və təhdidlərə yol açır. Çünki bu tip laboratoriyaların qurulması zamanı virus kolleksiyalarında saxlanılan bütün virus ştamlarının ABŞ tərəfinə təhvil verilməsi lazımdır. Nəzarət isə sırf Birləşmiş Ştatların hərbçiləri tərəfindən həyata keçirilir. Bu qurum vasitəsilə rəsmi Vaşinqton Ermənistan və yaxın qonşuların ərazisində bioloji vəziyyəti nəzarətində saxlayır.

Üçüncüsü, Rusiya Ermənistanın faktiki olaraq strateji müttəfiqidir. Təbii ki, ABŞ laboratoriyalarının Ermənistan ərazisində, özü də 102-ci bazanın yanında qurulması Kremlin xoşuna gəlməyəcək. Rəsmi Vaşinqtonun maliyyələşdirdiyi qlobal laboratoriya şəbəkəsinin Rusiya sərhədləri yaxınlığında olması bir sıra strateji tapşırıqların öhdəsindən gəlməyə şərait yaradır. Məsələn, müxtəlif patogenlər barədə məlumat toplamaq, onlarla mübarizə üsullarını araşdırmaq, bu məlumatlardan bioloji silah istehsalında istifadə etmək kimi faktorlar var.
Bir faktı da nəzərə almaq lazımdır ki, Nikol Paşinyanın Rusiyaya rəsmi səfərlərinin birində ortaq bəyanat imzalanıb və maddələrdən biri biotəhlükəsizlik sahəsinə aiddir. Bu maddəyə görə, rəsmi İrəvan və rəsmi Moskva Ermənistan və ya Rusiyanın maraqlarına zidd olan bioloji təhlükəsizlik sahəsində fəaliyyət üçün öz ərazilərini üçüncü ölkələrə verməyəcəklər. Yaxşı, əgər bu müqavilə iki il əvvəl imzalanıbsa, niyə bəs Ermənistanda "yağışdan sonra göbələk" misalı kimi ABŞ laboratoriyalarının sayı durmadan artır? Yəqin ki, Kreml bu sualı dəfələrlə erməni siyasi elitasına ünvanlayıb.

Qeyd etmək yerinə düşər ki, laboratoriyalar qapalı rejimdə fəaliyyət göstərirlər. Personal sırf amerikalılardan ibarətdir. Yerli səhiyyə təşkilatlarının müəssisə ərazisinə daxil olmağa icazəsi yoxdur. Bir müəssisədə 50-250 nəfər arası personal çalışa bilər. Maraqlıdır ki, Gümrüdə fəaliyyət göstərən biolaboratoriyalardan biri sırf məktəbin yanında inşa edilib. Bu isə bir çox məsələlərdən xəbər verir. Laboratoriyalarda erməni ictimaiyyətindən diqqətlə gizlədilmiş iş aparılır; onlar əhalinin sıx məskunlaşdığı yerlərdə, eləcə də uşaq bağçalarının və uşaq meydançalarının yaxınlığında yerləşirlər, bu da belə obyektlərin yerləşdirilməsi qaydalarına tamamilə ziddir.

Bir müddət əvvəl "infoport.am" informasiya portalı öz insayderlərindən ABŞ-nin ölkədəki hərbi-bioloji fəaliyyətinin təfərrüatını açıqlayan sənədlər aldığını bildirmişdi. Qeyd olunub ki, Amerika hərbi idarəsinin nümayəndələri bioloji tədqiqatlar sahəsində erməni resurslarına məhdudiyyətsiz çıxışa malikdirlər və bioloji silah kimi Pentaqon tərəfindən uzun müddət öyrənilmiş və sınaqdan keçirilmiş xüsusi təhlükəli patogenlərlə işləməkdə son dərəcə maraqlıdırlar.

Maraqlı bir fakt var ki, müxtəlif dövrlərdə Ermənistanda təhlükəli infeksiyaların tədqiqatına (DTRA layihəsi) NMRC-F hərbi-dəniz tibbi tədqiqatlar mərkəzi, WRAIR və USAMRIID kimi hərbiləşmiş mərkəzlər də cəlb edilib.

Qeyd etmək yerinə düşər ki, hansısa ölkənin ərazisində ABŞ tərəfindən bu sayda biolaboratoriyanın qurulması de-fakto onun koloniyaya çevrilməsi deməkdir. Əgər hakim komanda rəsmi Vaşinqtonun maraqlarını təmin etməsə, ölkədə qəflətən epidemioloji vəziyyət pisləşə bilər. Bu laboratoriyaların qurulmasının əsas məqsədlərindən biri məhz budur. Bu laboratoriyalar ölkələri müstəmləkə kimi saxlamağa kömək etməklə yanaşı, həm də hərbi məqsəd daşıyır. Bu laboratoriyaların yerləşdiyi yerlər xüsusi olaraq müəyyən geosiyasi məqsədlər üçün seçilib. Ermənistanda isə bu müəssisələr İranla müharibə ehtimalına qarşı qurulmaqla yanaşı, Rusiyanın iqtisadiyyatına və təhlükəsizliyinə də təsir məqsədi daşıyır. ABŞ-nin əsas məqsədi başqadır - Rusiyanı təkcə qoşunlarla deyil, həm də mümkün hərbi təhlükə zamanı ən gözlənilməz və ölümcül bioloji silahlarla, tez zərbə endirməyə imkan verəcək bioloji bazalarla əhatə etməkdir. Bu laboratoriyalardan buraxılacaq yeni viruslar çox sürətlə yayıla bilər və onun insanlar üçün nəticələri çox ağır ola bilər.

Yuxarıda sadalananlardan məlum olduğu kimi, Paşinyan hökuməti ölkəsini amerikalılar üçün təcrübə meydançasına çevirib. Pentaqonun ayırdığı bir neçə milyon dollar tulapayına regionun hansı dərəcədə fəlakətə sürükləndiyi isə göz önündədir. Ölkə poliqona çevrilməklə yanaşı, erməni əhalisi də təcrübə dovşanı rolunu oynayır.

"Report" İnformasiya Agentliyi


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 758   Tarix: 28 yanvar 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

Ər-Riyada yönələn ballistik raket vurulub

Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi ərəb koalisiyasının hava hücumundan müdafiə qüvvələri Yəmən husiləri tərəfindən Ər-Riyad istiqamətində buraxılan ballistik raketi ələ keçirərək məhv edib. "Report"un "Arab News"a istinadən verdiyi məlumata görə, bu barədə koalisiyanın rəsm

25.10.2026 340
.

Elm və Təhsil Nazirliyi: "İranlı nazirin açıqlaması Azərbaycanın daxili işlərinə müdaxilə cəhdidir"

"İran İslam Respublikasının elm, tədqiqat və texnologiya naziri Hüseyn Simayi-Sərrafın Azərbaycanda təhsil məsələləri ilə bağlı verdiyi açıqlama təəccüb və təəssüf doğurur". xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyi açıqlama yayıb:. "Bu, tamamilə yersiz açıqlama olaraq Azərbaycanı

12:33 117
.

Hazır qidaları azaltmaq depressiya əlamətlərini yüngülləşdirə bilər

Hazır və yüksək dərəcədə emal olunmuş qidaların azaldılması depressiya əlamətlərinin yüngülləşməsinə kömək edə bilər. ABŞ-da aparılan ilkin araşdırmada qidalanma vərdişlərini dəyişən iştirakçılarda depressiya əlamətlərində nəzərəçarpan yaxşılaşma müşahidə olunub. BİG.AZ xarici mediaya istinadla xəbə

11:34 152
.

İnternet kabelləri hədəfdə: İranın təhdidləri qlobal şəbəkə üçün nə deməkdir?

İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rəzayi ABŞ Prezidenti Donald Trampın İranın müharibəyə son qoyulması ilə bağlı təklifinə cavab vermədiyini və danışıqların dayandırıldığını bildirib. O, hərbi qarşıdurma baş verəcəyi təqdirdə kommunikasiya kabellərinin, məlumat mərkəzlərinin və sün

11:33 147
.

Bakcell eSIM ilə eyni anda iki nömrədən istifadə edin

Bakcell abunəçilərinə mobil xidmətlərdən daha rahat, çevik və rəqəmsal şəkildə yararlanmaq üçün eSIM həllini təqdim edir. Fiziki SIM karta alternativ olan bu texnologiya mobil xidmətlərdən istifadəni daha sadə və funksional edir. eSIM fiziki SIM karta ehtiyac olmadan mobil şəbəkəyə qoşulmağa imkan verə

11:19 159
.

Gürcüstanda məktəbə hücum planlaşdıran yeniyetmələr saxlanılıb

Gürcüstanın hüquq-mühafizə orqanlarının əməkdaşları məktəbə silahla hücum etməyi planlaşdıran iki yeniyetməni saxlayıblar. "Report" xəbər verir ki, bu barədə Gürcüstanın Baş Prokurorluğu məlumat yayıb. Prokurorluğun məlumatına görə, saxlanılanlar aprel və mayda sosial şəbəkədə tanış olubla

25.10.2026 332
.

Elm sahəsinə əlavə milyonlar ayrılacaq

Azərbaycanda 2027-ci ildə dövlət büdcəsindən elm sahəsinə 257 milyon 920 min 835 manat ayrılması nəzərdə tutulur. Bu, 2026-cı ilin təsdiqlənmiş büdcəsindəki 229 milyon 498 min 838 manatlıq göstəricidən 28 milyon 421 min 997 manat və ya təxminən 12.4 faiz çoxdur. xəbər verir ki, bu, "Azərbaycan Respublikasını

25.10.2026 363
.

WSJ: ABŞ İrana zərbələrin mümkün bərpasına hazırlaşır

Yaxın Şərqdəki Amerika hərbi gəmiləri İranla münaqişənin mümkün eskalasiyasına hazırlaşır. "Report" "The Wall Street Journal" (WSJ) qəzetinə istinadən xəbər verir ki, nəşrin jurnalistləri Ərəbistan dənizindəki "USS George Washington" təyyarədaşıyan gəmisinin göyərtəsind

25.10.2026 328
.

Türkiyədə azərbaycanlı həkim Yeganə Quliyevanın "İçimizdəki Həkim: Homeopatiya" kitabı işıq üzü görüb

Azərbaycan əsilli həkim və tədqiqatçı Yeganə Quliyevanın yeni kitabı insan sağlamlığına kompleks yanaşma, homeopatiyanın tarixi və həkim-xəstə münasibətlərinin əhəmiyyəti kimi mövzuları əhatə edir. Türkiyədə fəaliyyət göstərən azərbaycanlı həkim Yegane Koulievanın "İçimizdəki Həkim: Homeopatiya"

10:57 186
.