Taksi sürücüləri yeni qərara etiraz edir – "Onsuz da şirkətlər belimizi qırırdı"
Nazirlər Kabineti taksilərlə bağlı yeni dəyişikləri təsdiqləyib və elə həmin gündən, yəni martın 27-dən ciddi müzakirələr başlayıb.
Müzakirələr əsasən taksilərə dair tələblərə yönəlib.
Yeni qərara görə, buraxılış tarixi 15 ildən çox olan avtomobillərin taksi fəaliyyətinə qadağa qoyulur. Bu isə o deməkdir ki, ölkədə taksi kimi istifadə olunan maşınların əksər hissəsi öz fəaliyyətinə yekun vuracaq. Çünki hazırda taksi xidmətlərində istifadə edilən avtombillərin çox hissəsinin buraxılış tarixi 15 ildən çoxdur.
Taksi fəaliyyəti ilə məşğul olan vətəndaşların bu məsələyə və ümumən yeni dəyişikliklərə münasibəti necədir?
Yenisabah.az taksi sürücülərinin rəyini öyrənib.
Cavablardan belə qənaətə gəldik ki, sürücülərin bir çoxu yeni qərardan kəskin narazıdır.
Tanınmış taksi şirkətlərinin biri ilə əməkdaşlıq edən və öz şəxsi maşını ilə fəaliyyət göstərən Elnur Tağıyev deyib ki, bu qərar taksilərə ciddi zərbə vuracaq.
"Onsuz da şirkətlər belimizi qırırdı. Elə gün olub ki, gündəlik planı ödəmək üçün 18-20 saat işləmişəm. Maşınım 2006-nın "Prius"udur. Belə çıxır ki, mən daha taksi kimi işləyə bilmərəm. Nə etməliyəm? İllərdir bu işdə çalışıram, yaxşı-pis ailəmizi dolandırıq. Əlimdə elə bir pul da yoxdur ki, gedim təzə maşın alım".
Şirkətdən icarə maşın götürdüyünü deyən sürücüsü Mahir Quliyev isə yeni maşınların icarə haqlarının artırılacağından narahatdır.
"Hər gün maşın götürüb taksi kimi işlədirəm, bu sərf eləyir. Amma indi köhnə maşınlar yenisi ilə əvəz olunsa, yəqin ki icarə qiymətləri qaldırılacaq. Bu isə artıq işimizi çətinləşdirəcək, qazanc azalacaq".
İllərdi taksi sürücüsü kimi çalışan Əliheydər Babayev bundan sonra "ənənəvi taksi" fəaliyyəti ilə məşğul olacağını deyib.
"Əvvəllər bu şirkətlər yox idi, müştəri ilə aramızda danışıb razılaşırdıq. Soruşursuz ki, indi neyləyəcəm? Heç nə, Bakı-Sumqayıt arasında "manatlıq" taksilik edəcəm. Mənim imkanım yoxdur ki, gedim təzə maşın alım sürüm. Təzə maşın almağa pulum olsa, taksidə niyə işləyim?!"
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 974 Tarix: 29 mart 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşMona Lizanın hansı xəstəlikdən əziyyət çəkdiyi ehtimal olunur
İtaliyalı dermatoloq Luici Layno məşhur rəssam Leonardo da Vinçinin əsərində təsvir olunan qadının saç tökülməsinə səbəb olan autoimmun xəstəlikdən - ocaqlı alopesiyadan əziyyət çəkə biləcəyini ehtimal edib. Qaynarinfo xəbər verir ki, bu barədə onun "Clinics in Dermatology" jurnalında dər
23.10.2026 297 Azərbaycan-Hindistan münasibətləri: siyasi dialoq, iqtisadi əməkdaşlıq və yeni ixrac perspektivləri
"Azərbaycan Prezidenti İlham Əliyevin Hindistan Respublikasının xarici işlər naziri Subrahmanyam Cayşankarı qəbul etməsi iki ölkə arasında münasibətlərin gələcək inkişafı baxımından əhəmiyyətli hadisədir. Bu görüşü Azərbaycanın xarici siyasətində milli maraqlara əsaslanan, bütün istiqamətlər üzr
23.10.2026 284 Rayonlara ayrılan milyonlar dayanır - SƏBƏB
2027-ci ildə Azərbaycanın 67 şəhər və rayonunun heç birinə yerli xərclərin maliyyələşdirilməsi üçün dövlət büdcəsindən əlavə vəsait ayrılması nəzərdə tutulmur. Bu barədə "2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsində qeyd olunub. Layihəyə əsasən, gələn il Azərbaycan Respublikasını
23.10.2026 340 Azərbaycanda daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı necə aparılır?
Azərbaycan Respublikasında daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı mülkiyyət hüququnun müdafiəsi, mülki dövriyyənin təhlükəsizliyinin təmin edilməsi, hüquqi müəyyənliyin yaradılması və daşınmaz əmlak bazarında şəffaflığın artırılması baxımından mühüm əhəmiyyət kəsb edir. Bu qeydiyyat daşınma
23.10.2026 245 İlham Əliyevdən Fərhad Xəlilova təbrik məktubu
Azərbaycan Prezidenti İlham Əliyev Xalq rəssamı Fərhad Xəlilova təbrik məktubu ünvanlayıb. "Qafqazinfo" xəbər verir ki, məktubda deyilir:. "Hörmətli Fərhad Xəlilov!. Sizi - müasir Azərbaycan rəssamlıq sənətinin görkəmli nümayəndəsini anadan olmağınızın 80 illiyi münasibətilə ürəkdən təbri
23.10.2026 250 Dünyəvi təhsil və dini inanclar: hüquqi sərhəd haradan keçir?
Hər bir cəmiyyətdə dini inanc məsələsi həssas mövzulardan biridir. Bu həssaslıq uşaqlara, müəllimlərə və məktəb mühitinə aid olduqda məsələ daha da ciddiləşir. Çünki söhbət təkcə geyimdən, baş örtüyündən və ya şəxsi seçimdən getmir. Söhbət dövlətin dünyəvi xarakterindən, təhsilin mahiyyətindən, qanunları
23.10.2026 257 Lamin Yamal "Qızıl top" mükafatına getmək üçün təyyarə icarəyə götürdü
"Barselona"nın 19 yaşlı qanad oyunçusu Lamin Yamal ailəsi ilə birlikdə İngiltərənin London şəhərində keçiriləcək "Qızıl top" mərasiminə getmək üçün şəxsi təyyarə icarəyə götürüb. -ın xarici mediaya istinadən məlumatına görə, ispaniyalı oyunçunun əsas namizəd olduğu mükafat oktyabrı
23.10.2026 326 Azərbaycanın Türkiyədəki səfiri Dövlət Bağçalı ilə görüşüb
Azərbaycanın Türkiyədəki səfiri Rəşad Aslanov Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Bağçalı ilə görüşüb. APA-nın Türkiyə bürosu xəbər verir ki, bu barədə məlumat partiyanın "X" sosial şəbəkə hesabında paylaşılıb
23.10.2026 300 Hindistanla iqtisadi əməkdaşlıq: Azərbaycanın qeyri-neft sektorunun inkişafı və ixrac imkanları
Hindistanla iqtisadi əlaqələrin güclənməsi Azərbaycanın iqtisadiyyatının şaxələndirilməsi, qeyri-neft sektorunun inkişafı və xarici investisiyaların cəlb edilməsi baxımından əhəmiyyətli imkanlar yarada bilər. Hindistan böyük bazara və güclü sənaye potensialına malik ölkədir. Azərbaycan isə əlverişl
23.10.2026 332