"Böyük Qayıdış" Gənclər Təşkilatının üzvləri Quba Soyqırımı Memorial Kompleksini ziyarət edib
Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi ilə "Böyük Qayıdış" Gənclər Təşkilatı tərəfindən 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar olaraq Quba Soyqırımı Memorial Kompleksinə ziyarət təşkil olunub.
AzerVoice xəbər verir ki, ziyarətdə iştirak edən təşkilatın idarə heyətinin üzvləri, Vətən müharibəsi qaziləri, Qayıdış Könüllüləri və üzv gənclər əvvəlcə kompleksin ərazisində ucaldılan abidənin önünə gül dəstələri düzərək soyqırımı qurbanlarının əziz xatirəsini dərin ehtiramla yad ediblər.
Daha sonra gənclərə kompleksin mütəxəssisləri tərəfindən ermənilərin törətdikləri soyqırımı haqqında ətraflı məlumatlar verilib. Bildirilib ki, soyqırım zamanı Quba rayonu talanlara və yanğınlara məruz qalıb, əhalisi kütləvi şəkildə və amansızcasına qətlə yetirilib. Quba kütləvi məzarlığı 2007 ci ilin aprelində Qubada aparılan tikinti işləri zamanı təsadüfən aşkar edilib. Azərbaycan Milli Elmlər Akademiyası Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşlarının tədqiqatı nəticəsində məzarlığın 1918-ci ildə ermənilərin yerli dinc əhaliyə qarşı törətdikləri soyqırımla bağlı olduğu təsdiqlənib. İlkin məlumatlara görə, qəzada 122 kəndin talanlara və dağıntılara məruz qalması qeyd olunsa da, daha dəqiq aparılmış təhqiqatlar nəticəsində bu kəndlərin sayı 167 olduğu sübut olunmuşdur. Quba şəhəri və ətraf kəndlərində-38, Qusarda-27, Xaçmazda-65, Şabranda-21, Siyəzəndə-16 yaşayış məntəqəsi dağıdılmışdır. Qəzanın müsəlman və qismən də yəhudi əhalisi kütləvi şəkildə qətlə yetirilib. Məzarlıqdan tapılan qalıqlar da məhz həmin dövrün qurbanlarına aiddir.
Gənclər daha sonra kompleksdə yerləşən muzey ilə tanış olublar. Muzeyin giriş hissəsiində yerləşən ekspozisiya "Dinc Quba" adlanır. Bu hissədə XX əsrin əvvələrində Quba qəzasının sakinlərinin və şəhərin görüntüləri verilib. Fotoşəkillər Quba qəzasının əhalisinin – dövlət qulluqçuları, din xadimləri, məktəb uşaqları, qadınlar və digər şəhər və kənd sakinlərinin iş başında, məişətdə, ailədə və istirahət zamanı çəkilib.
Azərbaycanın müxtəlif qəzalarında baş vermiş soyqırımlar zamanı kütləvi şəkildə qəddarlıqla öldürülmüş insanların əksəriyyəti yandırıldığı, dənizə, quyulara atılmış və dəfn edilmədikləri üçün faciə qurbanlarının xatirəsinə hörmət əlaməti olaraq zalın mərkəzində qara mərmər daş ucaldılmışdır.
Zalın daha sonraki hissələrində Fövqəladə Təhqiqat Komissiyasının üzvlərının fotoşəkilləri və sənədlər nümayiş olunub. 1918-ci ildə soyqırımlar törədilən bölgələrin xüsusi qırmızı nişanlarla işarələnmiş Azərbaycanın 1918-1920-ci ilə qədərki xəritəsinin təsviri, daha sonra Azərbaycan tarixi haqqında qısa məlumat olan 4 dildə lövhələr yerləşdirilmişdir. Muzey qaleriyasının bütöv bir divarını Quba qəzasına həsr edilmiş 4 bölmədən ibarət ekspozisiyalar təşkil edir.
Xatırladaq ki, həyata keçirilən ziyarətin əsas məqsədi günahsız və dinc azərbaycanlılara qarşı faciəvi şəkildə törədilən soyqırımın yaddaşlarda yaşaması, xüsusi ilə gənc nəsillər tərəfindən unudulmamasıdır.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 675 Tarix: 02 aprel 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşRayonlara ayrılan milyonlar dayanır - SƏBƏB
2027-ci ildə Azərbaycanın 67 şəhər və rayonunun heç birinə yerli xərclərin maliyyələşdirilməsi üçün dövlət büdcəsindən əlavə vəsait ayrılması nəzərdə tutulmur. Bu barədə "2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsində qeyd olunub. Layihəyə əsasən, gələn il Azərbaycan Respublikasını
23.10.2026 341 Hindistan və Azərbaycan münasibətlərinin diqqət mərkəzinə gəlməsi təsadüfi deyil - ŞƏRH
Hindistanın cari xarici siyasət praktikalarına nəzər yetirərkən görürük ki, baş nazir Narendra Modinin rəhbərliyi altında bu siyasətin əsas məqsədi ölkənin müstəqil qlobal güc kimi mövqeyini möhkəmləndirmək, milli təhlükəsizliyini qorumaq, iqtisadi imkanlarını genişləndirmək və müxtəlif güc mərkəzlər
23.10.2026 384 Metronun "20 Sentyabr" stansiyası bu tarixdə açılacaq
"Bakı Metropoliteni" QSC-nin "20 Sentyabr" stansiyasının gələn ilin birinci yarısına qədər tam istismara verilməsi hədəflənir. Hazırda stansiyada tikinti işləri başa çatıb, tamamlama işləri aparılır". "Qafqazinfo" APA-ya istinadən xəbər verir ki, bunu "Bakı Metropoliteni"
23.10.2026 390 Mona Lizanın hansı xəstəlikdən əziyyət çəkdiyi ehtimal olunur
İtaliyalı dermatoloq Luici Layno məşhur rəssam Leonardo da Vinçinin əsərində təsvir olunan qadının saç tökülməsinə səbəb olan autoimmun xəstəlikdən - ocaqlı alopesiyadan əziyyət çəkə biləcəyini ehtimal edib. Qaynarinfo xəbər verir ki, bu barədə onun "Clinics in Dermatology" jurnalında dər
23.10.2026 312 Qubadlı Şəhəri Günü: Tarixi ədalətin təntənəsi
Xalqımızın tarixi yaddaşında, milli qürur salnaməsində və dövlətçilik tarixində xüsusi əhəmiyyətə malik günlərdən biri kimi yazılan 25 oktyabr tarixi Qubadlı şəhərinin işğaldan azad edilməsini, Azərbaycanın ərazi bütövlüyünün bərpası istiqamətində qazanılmış tarixi Zəfəri və soydaşlarımızın doğma torpaqların
23.10.2026 256 "Xeyli vaxtdır görüşmürük, bir az darıxmışam..."
Xəbər verdiyimiz kimi, bu gün Azərbaycan Prezidenti İlham Əliyev Xalq rəssamı Fərhad Xəlilovu "İstiqlal" ordeni ilə təltif edib və ona həmin mükafatı təqdim edib. "Qafqazinfo"nun məlumatına görə, ordeni təqdimetmə zamanı dövlət başçısı ilə Xalq rəssamı arasında maraqlı dialoq ba
23.10.2026 348 Dünyanın ən böyük sərnişin təyyarəsi səmada dövrə vurur - SƏBƏB
Hava məkanının bağlanması səbəbindən hazırda Moskvada eniş icazəsi gözləyən təyyarələr arasında dünyanın ən böyük sərnişin təyyarəsi də var. Bizim.Media xəbər verir ki, bu barədə "Shot" teleqram kanalı məlumat yayıb. Belə ki, Dubaydan Domodedovoya uçan "Emirates" şirkətinə məxsu
23.10.2026 344 "Siz də, maşallah, çox yaxşı görünürsünüz"
"Əlbəttə ki, Ulu Öndər mənim həyatımda həmişə bir nümunə olub, örnək olub. Həmişə çalışmışam ki, öz işimlə onu məyus etməyim". "Qafqazinfo" xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev Xalq rəssamı Fərhad Xəlilova "İstiqlal" ordenini təqdim edərkən bildirib
23.10.2026 391 Şəhriyardan Oksana ilə bağlı suala reaksiya
Aparıcı Şəhriyar Əbilov oğlu Osman və keçmiş həyat yoldaşı, rəqqasə Oksana Rəsulova ilə bağlı sualları cavablandırıb. Axşam.az xəbər verir ki, o, bu barədə "2+1" yutub layihəsində danışıb. Ş.Əbilov oğlu üçün yaxşı ata olmağa çalışdığını bildirib:. "Oğluma çalışıram yaxşı ata olum. Yanınd
23.10.2026 393