BMT TŞ aprelin 8-də Fələstinin təşkilata qəbulu ilə bağlı iclas keçirəcək

BMT TŞ aprelin 8-də Fələstinin təşkilata qəbulu ilə bağlı iclas keçirəcəkBMT Təhlükəsizlik Şurası (TŞ) aprelin 8-də qapalı iclas keçirəcək, iclasın mövzusu Fələstinin təşkilata daimi üzv qəbul edilməsi ilə bağlı müraciətinə yenidən baxılması tələbi olacaq.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə aprel ayında TŞ-yə sədrlik funksiyalarını yerinə yetirən Maltanın BMT-dəki daimi nümayəndəliyindən məlumat verilib.

Fələstin BMT-də daimi müşahidəçi statusuna malikdir. 2011-ci ildə Fələstin hökuməti təşkilata daimi üzv olmaq üçün müraciət etmişdi, lakin sonradan ölkə bir müddət daimi müşahidəçi kimi qalmağa qərar verib. "Saat 10:00-da Fələstinin BMT-yə üzvlük müraciətinə yenidən baxılması tələbini müzakirə etmək üçün məsləhətləşmələr keçiriləcək", - məlumatda deyilir.

Malta daimi nümayəndəliyinin bildirdiyinə görə, qapalı iclasda Fələstinin yeni üzvlərin qəbulu ilə bağlı müraciətinin Təhlükəsizlik Şurası Komitəsinə ötürülməsi istiqamətində addımların müzakirə ediləcəyi gözlənilir.

Daimi müşahidəçi statusu olan ölkələr əksər iclaslarda iştirak edə və demək olar bütün müvafiq sənədlərə çıxış əldə edə bilər, lakin səsvermə hüququna malik deyillər. Fələstindən başqa, yalnız Vatikan BMT-də daimi müşahidəçi statusuna malikdir.

BMT-nin saytında yazıdığı kimi, ölkənin təşkilata üzvlüyə qəbulu prosesi TŞ tövsiyəsi əsasında Baş Assambleyanın qərarı ilə həyata keçirilir. TŞ tövsiyəsini almaq üçün qurumun daimi üzvlərindən (Böyük Britaniya, Çin, Rusiya, ABŞ və Fransa) heç birinin əleyhinə səs verməməsi şərti ilə, ölkənin müraciətinə TŞ-nin 15 üzvündən 9-u səs verməlidir. Bundan sonra məsələ BMT Baş Assambleyasına təqdim edilir və burada ölkənin üzvlük üçün müraciəti səslərin üçdə ikisini almalıdır.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 552   Tarix: 07 aprel 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

Tənhalıq sağlam həyata ayrılan illəri azalda bilər - ARAŞDIRMA

Tənhalıq yalnız insanın özünü tək hiss etməsi deyil, həm də onun psixoloji vəziyyətinə və həyat keyfiyyətinə təsir göstərə bilən amildir. Sosial əlaqələrin zəifləməsi uzunmüddətli perspektivdə insanın emosional rifahı üçün risk yarada bilər. BİG.AZ xarici mediaya istinadla xəbər verir ki, tənhalıq v

23.10.2026 227
.

Dalaşan qadınları ayırmaq istədi, klinik ölüm keçirdi

Rusiyanın paytaxtı Moskvada iki qadının davasına müdaxilə edən 63 yaşlı kişi klinik ölüm keçirib. xəbər verir ki, küçədə iki qadın arasında yaranan mübahisə əlbəyaxa davaya çevrilib. Həmin vaxt oradan keçən 63 yaşlı kişi qadınları ayırmağa çalışıb. Lakin qadınlardan biri kişinin üzünə zərbə endirib

23.10.2026 224
.

Prezident Fərhad Xəlilova "İstiqlal" ordenini təqdim etdi - Fotolar - Yenilənib

Fərhad Qurban oğlu Xəlilov "İstiqlal" ordeni ilə təltif edilib. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb. O, Azərbaycan mədəniyyətinin inkişafında böyük xidmətlərinə görə təltifə layiq görülüb. Qeyd edək ki, oktyabrın 26-da F.Xəlilovun 8

23.10.2026 375
.

"Qisasçılar" "Avatar"ı geridə qoydu - Kino tarixinin ən böyük rekordu yeniləndi

"Qisasçılar: Final" ("Avengers: Endgame") filmi yenidən dünya kino tarixinin ən çox gəlir gətirən ekran əsəri olub. xarici mediaya istinadən xəbər verir ki, 2019-cu ildə nümayiş olunan film təkrar kinoprokat sayəsində Ceyms Kemeronun məşhur "Avatar" filmini geridə qoyub

23.10.2026 231
.

Çox yeyirik, amma niyə doymuruq? - Səbəb boşqabımızdadır

Bəzən insan böyük porsiya yemək yeyir, hətta yeməkdən sonra şirniyyata da yer tapır, amma qısa müddət sonra yenidən aclıq hiss edir. Bunun səbəbi hər zaman kifayət qədər yeməmək deyil. Qidaların tərkibi, yemək vərdişləri və orqanizmin toxluq siqnalları bu vəziyyətə təsir göstərə bilər. BİG.AZ xaric

23.10.2026 251
.

"Siz də, maşallah, çox yaxşı görünürsünüz"

"Əlbəttə ki, Ulu Öndər mənim həyatımda həmişə bir nümunə olub, örnək olub. Həmişə çalışmışam ki, öz işimlə onu məyus etməyim". "Qafqazinfo" xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev Xalq rəssamı Fərhad Xəlilova "İstiqlal" ordenini təqdim edərkən bildirib

23.10.2026 278
.

Keşişlər Tramp üçün dua etdilər

ABŞ Prezidenti Donald Tramp Vaşinqtondakı Ağ Evdə, Oval kabinetdə ölkənin aparıcı Katolik kilsəsi xadimlərini qəbul edib. "Yeni Sabah" xəbər verir ki, görüş zamanı katolik yepiskoplar dövlət başçısının ətrafına toplaşaraq onun və ölkənin rifahı üçün xüsusi dua ediblər. Ağ Evin rəsmisi Marq

23.10.2026 165
.

"Ulduzlu Gecə"nin 137 illik sirri açıldı - Fotolar

Niderlandlı dahi rəssam Vinsent van Qoqun 1889-cu ildə çəkdiyi məşhur "Ulduzlu Gecə" tablosunda təsvir etdiyi səmanın real astronomik müşahidələrlə üst-üstə düşdüyü müəyyən edilib. Yeni araşdırma rəssamın əsəri nə vaxt yaratdığı və üzərində nə qədər müddət işlədiyi ilə bağlı müzakirələrə yen

23.10.2026 122
.

Ofelya Şabanova efirdə ingiliscə danışdı

Müğənni Ofelya Sabanova qonaq olduğu "1001 şou" verilişində çıxışı ilə diqqət mərkəzinə düşüb. xəbər verir ki, sənətçinin proqram zamanı səsləndirdiyi şeir, canlı ifası və aparıcının suallarını ingilis dilində cavablandırması maraq doğurub. Ofelyanın efirdə nümayiş etdirdiyi fərqli çıxış tərz

23.10.2026 220
.