"İran-İsrail münasibətlərindəki qarşıdurma İrandakı ideoloji siyasətin İsrail əleyhinə qurulması üzrə davam edəcək"- Politoloq
İran İsrailin Dəməşqdəki İran konsulluğuna hücumuna cavab olaraq 13 aprel tarixində İsraili ballistik raketlər, PUA və qanadlı raketlərlə atəşə tutub.
Mövzu ilə bağlı BiG.AZ-a danışan politoloq Tural İsmayılov bildirib ki, İran atdığı "Şəhid" pilotsuz uçuş aparatlarının İsrail hava məkanına daxil olar-olmaz zərərsizləşdirəcəyini çox yaxşı başa düşürdü.İranın İsrailə hücumları 1 gündən də az davam etdi. İran-İsrail münasibətlərindəki qarşıdurma İrandakı ideoloji siyasətin İsrail əleyhinə qurulması üzrə davam edəcək:
"İran-İsrail münasibətlərindəki gərginlik uzun müddətdir ki, davam edirdi. Məsələ budur ki, İran israillə açıq qarşıdurmaya heç vaxt cəsarət etmirdi. Bir çox İran qüvvələri israil əleyhinə yönəltsə də, İranın İsrailə açıq hücum etmədiyinə şahidlik etmişik. Livandakı hizbullahçılar, Yəməndəki husilər, hətta Həmas vasitəsilə İsraili sıxışdırmağa çalışan İran bütün dünyada tənqid olunurdu. Çünki İslam coğrafiyasını anti-semitik ruhda qızışdıran İrandakı hərbi-siyasi dairələr özü İsraillə açıq qarşıdurmaya cəsarət etmirdi. Nəhayətində İranın İsrailə hücumu tarixdə ilk idi. Amma burada maraqlı nüans var idi ki, İran yaxşı başa düşür ki, İsrailin dəmir qübbə hava hücumundan müdafiə sistemləri kifayət qədər güclüdür və İranın atdığı Şəhid pilotsuz uçuş aparatları İsrail hava məkanına daxil olar-olmaz bunun zərərsizləşdirəcəyini çox yaxşı başa düşürdü. Digər tərəfdən İran yaxşı anlayır ki, İsraillə qarşıdurmanın davamlı getməsi İranın özünə böyük zərbə vura bilər. Bu da İranın vəziyyətinin gərginləşməsinə səbəb olar. İranın İsrailə hücumları 1 gündən də az davam etdi. Təxmini 6-7 saat ərzində bu hücumlar oldu. Hamıya bəllidir ki,İsrail İranın hücumunun 99 faiz zərərsizləşdirməyi bacardı. Hesab edirəm ki, İran-İsrail münasibətlərindəki qarşıdurma İrandakı ideoloji siyasətin İsrail əleyhinə qurulması üzrə davam edəcək".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 958 Tarix: 15 aprel 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşYarım milyondan çox mənimsəmə - Olimpiya Kompleksinin direktoru həbs edildi
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib. "Report"a istinadən xəbər verir ki, Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində aparılan araşdırmalarla "Azəridmanservis" MMC-nin Quba İdman, istirahət, təlim və tədris kompleksinin direktoru Rəşid Oruco
11:51 229 Dünyəvi təhsil və dini inanclar: hüquqi sərhəd haradan keçir?
Hər bir cəmiyyətdə dini inanc məsələsi həssas mövzulardan biridir. Bu həssaslıq uşaqlara, müəllimlərə və məktəb mühitinə aid olduqda məsələ daha da ciddiləşir. Çünki söhbət təkcə geyimdən, baş örtüyündən və ya şəxsi seçimdən getmir. Söhbət dövlətin dünyəvi xarakterindən, təhsilin mahiyyətindən, qanunları
12:38 207 Yer kürəsində temperatur kritik həddə yaxınlaşır: Tədbir görmək üçün vaxt azalır
Qlobal istiləşmənin nəticələri artıq dağıdıcı xarakter alıb. Qaynarinfo xəbər verir ki, "Tagesschau" nəşrinin məlumatına görə, dünya, demək olar ki, şübhəsiz, razılaşdırılmış 1,5C həddini aşacaq. Bununla belə, Birləşmiş Millətlər Təşkilatı (BMT) iqlim dəyişikliyi ilə mübarizədə müəyyən irəliləyişləri
22.10.2026 393 Sabah hava necə olacaq?
Oktyabrın 24-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhər bəzi yerlərdə yağış yağacağı ehtimal
14:09 170 Hövsan Yarış Kompleksi FIFA U-15 Dünya Çempionatına tam hazırdır
Paytaxt Bakı bu günlərdə növbəti beynəlxalq idman yarışına - tarixdə ilk dəfə keçirilən FIFA U-15 Dünya Çempionatı və Festivalına ev sahibliyi edir. Yarışda dünyanın 189 ölkəsindən FIFA-ya üzv assosiasiyaları təmsil edən komandalar iştirak edirlər. Turnirə ümumilikdə dörd minə yaxın gənc futbolçu, məşqç
15:34 158 Avropadan Putinə iki təklif
"Financial Times" (FT) qəzetinin köşə yazarı Gideon Raxmanın sözlərinə görə, Avropada Ukraynadakı münaqişəyə son qoymaq məqsədilə Rusiya Prezidenti Vladimir Putinə təklif edilə biləcək iki variant ətrafında müzakirələr aparılır. xəbər verir ki, Raxmanın fikrincə, birinci variant mövcud cəbh
10:44 214 KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar verə bilər
Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv ölkələrin liderləri noyabrın 11-də keçiriləcək növbəti sessiyada Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilərlər. xəbər verir ki, bu barədə TASS məlumat yayıb. Katib bildirib ki, Ermənistan üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədiy
10:59 191 "Həzi Aslanov"a birbaşa gediş-gəliş bərpa olunur
"Bakı Metropoliteni" QSC-nin "Həzi Aslanov" stansiyasının dalanında əsaslı təmir və yenidənqurma işləri tam yekunlaşdırılıb. "Qafqazinfo" xəbər verir ki, bu barədə Metropolitenin Tikinti layihələrinin idarə olunması departamentinin rəisi Məmməd Rzayev məlumat verib. O bildiri
13:16 219 "7 ay eşq acısı çəkdim, 60 kiloqram oldum"
Xalq artisti Röya Ayxan eşqlə bağlı açıqlaması ilə gündəmə gəlib. Axşam.az xəbər verir ki, ötən gün məkanlardan birində çıxış edən müğənni şəxsi həyatı ilə bağlı etiraflar edib:. "Kökəlirəmsə, deməli, depressiyadayam. Qadın eşqlə gözəldir. Yoxsa adam səhər yuxudan durmaq istəmir. 7 ay əvvəl eş
14:27 207