Xanım Qafarovanın qızı: "İnsanın ana-atasını kiçik yaşda itirməsi çox ağırdır, indi nənəm də..."
"Aprelin 5-də nənəmin 85 yaşı tamam oldu. Evdə müalicə alır. Həkimlər deyir ki, yaş öz sözünü deyir, bundan sonra çətin ayağa qalxıb gəzə bilsin. Yataq şəraitindədir. Ayağının hər ikisi qırılıb. Evin içində gəzəndə gecə vaxtı yıxılıb bir ayağını qırmışdı. Gəzməyə çalışanda əlindəki əsası yerə düşüb, götürmək istəyəndə o biri ayağını da qırıb. Nənəmə mən, xalam, xalamın qızı və oğlu baxır. Kim evdədirsə, o baxmağa çalışır".
Bunu Moderator.az-a açıqlamasında əməkdar artist Xanım Qafarovanın qızı Gövhər Qafarova bildirib.
Gövhər bildirib ki, atası Aqil Gülmalıyev də dünyasını dəyişib.
"Atam bir ildir ki, dünyasını dəyişib. Xəstəxanada yatırdı, ciyərinə su gəlmişdi. Yanına getsəm də, xəstəxanada onu görməyə imkan olmadı. Həkimlər yanına buraxmadılar, görməyə icazə yox idi. İki gün sonra atamın həyat yoldaşı zəng edib öldüyün bildirdi. Sonra evə getdim. Bu gün də məzarını ziyarət edirəm. Əlaqəmiz var idi, danışırdıq, həmsöhbət olurduq. İnsanın ana-atasını kiçik yaşda itirməsi çox ağırdır. O qayğını, o sevgini tam olaraq görmürsən. Heç bilmirsən ki, valideyn qayğısı və sevgisi nə olan şeydir. Düzdür, nənəm, xalam bu yaşıma qədər məni böyüdüb, yetərincə qayğı və sevgi veriblər, amma təbii ki, heç biri ana-ata sevgisini əvəz edə bilməz. Tək təsəllim sadəcə onu düşünərək həyatıma davam edirəm ki, hazırda yanımda atam və anam olsaydılar, məni gələcəkdə necə görmək istəyərdilər? Ona uyğun olaraq da çalışıram. Tək təsəllim hazırda budur", - deyə Gövhər Qafarova bildirib.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1672 Tarix: 16 aprel 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşYarım milyondan çox mənimsəmə - Olimpiya Kompleksinin direktoru həbs edildi
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib. "Report"a istinadən xəbər verir ki, Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində aparılan araşdırmalarla "Azəridmanservis" MMC-nin Quba İdman, istirahət, təlim və tədris kompleksinin direktoru Rəşid Oruco
11:51 229 Dünyəvi təhsil və dini inanclar: hüquqi sərhəd haradan keçir?
Hər bir cəmiyyətdə dini inanc məsələsi həssas mövzulardan biridir. Bu həssaslıq uşaqlara, müəllimlərə və məktəb mühitinə aid olduqda məsələ daha da ciddiləşir. Çünki söhbət təkcə geyimdən, baş örtüyündən və ya şəxsi seçimdən getmir. Söhbət dövlətin dünyəvi xarakterindən, təhsilin mahiyyətindən, qanunları
12:38 207 Yer kürəsində temperatur kritik həddə yaxınlaşır: Tədbir görmək üçün vaxt azalır
Qlobal istiləşmənin nəticələri artıq dağıdıcı xarakter alıb. Qaynarinfo xəbər verir ki, "Tagesschau" nəşrinin məlumatına görə, dünya, demək olar ki, şübhəsiz, razılaşdırılmış 1,5C həddini aşacaq. Bununla belə, Birləşmiş Millətlər Təşkilatı (BMT) iqlim dəyişikliyi ilə mübarizədə müəyyən irəliləyişləri
22.10.2026 393 Sabah hava necə olacaq?
Oktyabrın 24-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhər bəzi yerlərdə yağış yağacağı ehtimal
14:09 170 Hövsan Yarış Kompleksi FIFA U-15 Dünya Çempionatına tam hazırdır
Paytaxt Bakı bu günlərdə növbəti beynəlxalq idman yarışına - tarixdə ilk dəfə keçirilən FIFA U-15 Dünya Çempionatı və Festivalına ev sahibliyi edir. Yarışda dünyanın 189 ölkəsindən FIFA-ya üzv assosiasiyaları təmsil edən komandalar iştirak edirlər. Turnirə ümumilikdə dörd minə yaxın gənc futbolçu, məşqç
15:34 158 Avropadan Putinə iki təklif
"Financial Times" (FT) qəzetinin köşə yazarı Gideon Raxmanın sözlərinə görə, Avropada Ukraynadakı münaqişəyə son qoymaq məqsədilə Rusiya Prezidenti Vladimir Putinə təklif edilə biləcək iki variant ətrafında müzakirələr aparılır. xəbər verir ki, Raxmanın fikrincə, birinci variant mövcud cəbh
10:44 214 KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar verə bilər
Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv ölkələrin liderləri noyabrın 11-də keçiriləcək növbəti sessiyada Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilərlər. xəbər verir ki, bu barədə TASS məlumat yayıb. Katib bildirib ki, Ermənistan üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədiy
10:59 191 "Həzi Aslanov"a birbaşa gediş-gəliş bərpa olunur
"Bakı Metropoliteni" QSC-nin "Həzi Aslanov" stansiyasının dalanında əsaslı təmir və yenidənqurma işləri tam yekunlaşdırılıb. "Qafqazinfo" xəbər verir ki, bu barədə Metropolitenin Tikinti layihələrinin idarə olunması departamentinin rəisi Məmməd Rzayev məlumat verib. O bildiri
13:16 219 "7 ay eşq acısı çəkdim, 60 kiloqram oldum"
Xalq artisti Röya Ayxan eşqlə bağlı açıqlaması ilə gündəmə gəlib. Axşam.az xəbər verir ki, ötən gün məkanlardan birində çıxış edən müğənni şəxsi həyatı ilə bağlı etiraflar edib:. "Kökəlirəmsə, deməli, depressiyadayam. Qadın eşqlə gözəldir. Yoxsa adam səhər yuxudan durmaq istəmir. 7 ay əvvəl eş
14:27 207