Səfir: Ruanda soyqırımı bir Fransa əməliyyatı idi

Səfir: Ruanda soyqırımı bir Fransa əməliyyatı idiRuanda soyqırımı 1994-cü ildə törədilən bir Fransa əməliyyatı idi.

Bunu Ruandanın Ankaradakı səfiri (Azərbaycanın qeyri-rezident səfiri) Çarlz Kayonqa Ruanda soyqırımının 30 illiyini anma mərasimindən sonra "Report"un Türkiyə bürosuna açıqlamasında deyib.

Səfir bildirib ki, 30 il öncə Afrikanın bəzi ölkələrində soyqırımı sanki bir ideologiya halını almışdı: "1994-cü ildə Ruanda soyqırımında tutsilər dəhşətli qırğına məruz qalıblar. Gənc, qoca, kişi, qadın, körpə və hətta ana bətnində olanlar belə təsəvvür olunmaz şəkildə qətlə yetirilib. Bu dəhşəti dövrün siyasətçiləri tərəfindən həyata keçirilən kollektiv bir təşəbbüs də adlandırmaq olar. Bütün əhali kollarda, tarlalarda, bataqlıqlarda, təpələrdə, dərələrdə və hər hansı şübhəli yerdə gizlənən tutsilərin ovuna qatılmaq üçün səfərbər edilmişdi. 100 günə qədər sürən bu qanlı hadisələr hutu tayfalarının üstünlük təşkil etdiyi hökumətin tutsilərin dəstəklədiyi üsyançı Ruanda Vətənpərvər Cəbhəsinin lideri Paul Kaqameyə sadiq qüvvələrin devrilməsi ilə başa çatıb. Amma qisas daha sonra da davam edib. Tutsilərin hücumları nəticəsində yüzminlərlə hutu qonşu Zairə (Konqo Respublikası) sığınıb. Eyni tayfalar - huti və tutsilərin qırğını orada da baş verib. O zaman nifrət, kin, qisas toxumları səpilirdi, genosid sanki bir ideologiya idi. Beynəlxalq təşkilatlar, bu qırğında rolu olanlar isə sadəcə kənardan müşahidə edirdilər. Bu mənada, mən deyərdim ki, onlar üçün insan hüquqları önəmli deyil".

Hazırda dünyada azad medianın, geniş sosial şəbəkələrin olduğunu qeyd edən Çarlz Kayonqa hələ də bu dəhşətli genosidin kifayət qədər gündəmə gətirilmədiyini bildirib: "Dünyada bu qədər azad və sosial media var, amma genosid gündəmə gətirilmir. Soyqırımı törədənlərin onu inkaretmə kampaniyası aparılır. Xüsusən də Qərb paytaxtlarına sığınan bir ovuc bloqçu və qeyri-müəyyən "akademiklərin" lobbiçilik, ictimaiyyətlə əlaqələr və vəkillik fəaliyyəti ilə məşğul olduğu sosial media bu fəaliyyəti böyütməyə davam edir".

Səfir hazırda Ruandanın insan haqlarına hörmət, dünyada və regionda sülhün bərpasının tərəfdarı olduğunu vurğulayıb: "Biz hüzurun, sülhün, inkişafın tərəfindəyik. Ağlasığmaz itkilərə, ağrılara, faciələrə məruz qalmalarına baxmayaraq, əzizlərinin qatillərini bağışlamaq mərhəmətinə, cəsarətinə malik olanların yanındayıq. Tələbimiz, mübarizəmiz bir daha soyqırımının olmaması üçündür. Biz insanlığa qarşı hər cür cinayətlərə, irqçilik, islamofobiya, ksenofobiya və ekstremist ideologiyaya qarşıyıq".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 638   Tarix: 27 aprel 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

Mədət Quliyevlə Zəhra ayrılıb

Əvvəllər televiziya kanallarında aparıcı kimi fəaliyyət göstərmiş Zəhra Quliyevanın sosial şəbəkələrdə aktivləşməsi onun şəxsi həyatını gündəmə gətirib. "Qafqazinfo" xəbər verir ki, Z.Quliyeva son paylaşımlarında terapiyalarla məşğul olduğunu nümayiş etdirir. Bununla əlaqəli tirajlanan xəbə

23.01.2026 876
.

Tolikin yerinə o GƏLDİ - FOTO

Xəbər verdiyimiz kimi, "Tarixin bir günü" verilişinin aparıcısı Tarix Əliyev səhhətində yaranan ciddi problem səbəbindən təcili xəstəxanaya yerləşdirilib. xəbər verir ki, hazırda davam edən sözügedən proqramda aparıcı kimi Tolikin yaxın dostu və kanalın aparıcısı İsa Şükürov görünüb. Qeyd edə

23.01.2026 348
.

Rusiya Ukraynanın bir sıra şəhərlərini bombaladı

Rusiya-Ukrayna müharibəsində vəziyyət yenidən gərginləşib. Son məlumatlara görə, cəbhə xəttində döyüşlər davam edir, xüsusilə şərq və cənub istiqamətlərində qarşılıqlı hücumlar qeydə alınıb. BİG.AZ NBC News-a istinadən xəbər verir ki, Rusiya ordusu raket və pilotsuz uçuş aparatları ilə Ukraynanın müxtəli

23.01.2026 255
.

Bu internet provayderi cərimələndi

Azərbaycanda qanunvericiliyin tələbinə əsasən internet telekommunikasiya xidməti göstərən operator və provayderlər xidmət göstərməyə başladıqları vaxtdan 15 gün müddətində uçota durmalıdır. Bu barədə -a İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyndən (İKTA) bildirilib. Qeyd edilib ki, Klassne

23.01.2026 199
.

Kreml: Donbasdan geri çəkilmə sülhün əsas şərtidir

Ukraynadakı münaqişənin həlli üçün Ukrayna Silahlı Qüvvələri Donbasın bütün ərazisindən geri çəkilməlidir. xarici mediaya istinadən xəbər verir ki, TASS agentliyinin məlumatına görə, Kremlin sözçüsü Dmitri Peskov bunu sülhün əsas şərtlərindən biri kimi açıqlayıb. Rusiya prezidentinin mətbuat katibi bildirib

23.01.2026 266
.

Davosda strateji dialoq: Azərbaycan-ABŞ əməkdaşlığının gələcəyi

"Prezident İlham Əliyevin yanvarın 22-də Davosda ABŞ Prezidenti Donald Trampla görüşü gözlənilən idi və strateji əhəmiyyət daşıyırdı. Bu görüş Azərbaycanla ABŞ arasında formalaşan yaxınlığın və Vaşinqtonun Bakını regional və qlobal maraqlarında etibarlı tərəfdaş kimi görməsinin növbəti təsdiqi oldu

23.01.2026 248
.

Piramidalar necə tikilib? - Sadə üsul

Misir piramidalarının necə tikildiyi barədə sual qədər mübahisə doğuran başqa mövzu demək olar ki, yoxdur. Bəziləri bunu qədim möcüzə texnologiyaları ilə izah etməyə çalışır, digərləri isə daha məntiqli və elmi əsaslı cavab axtarır. Arxeoloqlar uzun illərdir piramidaların minlərlə fəhlənin ağır daş blokların

23.01.2026 237
.

"Azneft"dəki keçidin eskalatorları niyə işləmir? - Açıqlama

Bakının mərkəzindəki ən böyük yeraltı piyada keçidlərindən birinin eskalatorlarında problem yaranıb. "Qafqazinfo" xəbər verir ki, "Azneft" dairəsi adlanan ərazidəki keçidin eskalatorları bir müddətdir işləmir. Keçidin kifayət qədər dərin olması, eləcə də buradan hər gün minlərlə piyadanı

23.01.2026 239
.

Mənzurə: Türkiyənin paytaxtı İstanbuldur

Mənzurə Musayeva ona ünvanlanan "Türkiyənin paytaxtı haradır" sualına "İstanbul" cavabını verib. "Yeni Sabah" xəbər verir ki, onun bu səhvinə "Rəngarəng" verilişində Əlikram Byramov müdaxilə edərək paytaxtın Ankara olduğunu deyib. Mənzurə isə buna "Əşi, n

23.01.2026 277
.

TOP MP3