"Oman LNG" "TotalEnergies" ilə ildə 800 min ton MTQ tədarükü haqqında müqavilə imzalayıb
Omanın "Oman LNG" şirkəti Fransanın "TotalEnergies"i ilə ildə 800 min ton mayeləşdirilmiş təbii qazın (MTQ) tədarükü üçün müqavilə bağlayıb.
"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə "Oman LNG"nin bəyanatında bildirilib.
Müqavilənin şərtlərinə görə, "Oman LNG"də 5,54 % paya sahib Fransa şirkəti 10 il müddətinə Yaxın Şərq istehsalçısından MTQ alacaq. Nəqlin 2025-ci ildə başlanması gözlənilir. Şirkət müqavilənin məbləğini açıqlamır.
Fransa şirkətinin bəyanatına görə isə, "TotalEnergies"nin həmçinin Omanın "Marsa LNG" layihəsinə dair yekun investisiya qərarını qəbul edib. O, 80 %-i "TotalEnergies"ə, qalan 20 %-i Oman dövlət neft şirkəti OQ-ya məxsus olan "Marsa Liquefied Natural Gas" adlı müştərək müəssisə tərəfindən gerçəkləşdiriləcək.
Layihə 33,19 % müştərək müəssisəyə məxsus olan "Mabrouk North-East" yatağında sutkada 4,25 milyon kubmetr təbii qaz hasilini nəzərdə tutur. Çıxarılan qaz "Marsa LNG" zavodu üçün xammal kimi istifadə olunacaq. Layihə çərçivəsində şirkətlər Omanın Sohar limanında ildə 1 milyon ton gücündə MTQ istehsalı zavodu tikməyi də planlaşdırır.
Qeyd edək ki, Oman dünyanın 10 ən böyük MTQ təchizatçısından biridir. Son illərdə sultanlıq Avropa və Asiya-Sakit okean regionunda təbii qaz tələbatını ödəmək üçün əlavə istehsal gücünün yaradılmasına diqqət yetirir. "Oman LNG" ildə 10,4 milyon ton MTQ istehsal edir.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 833 Tarix: 28 aprel 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş"Belə şərəfsizlərə ölüm cəzası verin"
Xalq artisti Brilliant Dadaşova Bakıda taksi sürücüsünün 11-ci sinif şagirdi olan oğlana cinsi zorakılıq etməsi ilə bağlı iddialara münasibət bildirib. Axşam.az xəbər verir ki, müğənni həmin şəxsin ciddi şəkildə cəzalandırılmasını istəyib:. "Belə şərəfsizlərə ölüm cəzası verin, yaşamasın! Yaşayı
22.10.2026 486 Tramp qiymətləri saxlaya bilmədi: "Qara qızıl" kəskin bahalaşdı
Husilərin Səudiyyə Ərəbistanına yeni hücumlarından sonra cümə axşamı neftin qiyməti barrel üçün 3 dollardan çox artıb. "Reuters"ə istinadla xəbər verir ki, bu, münaqişənin daha geniş şəkildə şiddətlənməsi və dünyanın əsas ixrac bölgəsindən neft tədarükünün daha da pozulması ilə bağlı qorxular
22.10.2026 335 Nadir Qafarzadədən yaşlı sənət adamlarına sərt mesaj: "Baş gedibsə, səhnədən çəkilməlisən"
Müğənni Nadir Qafarzadə səhnədə və sosial şəbəkələrdə davranışlarına, danışıq tərzinə görə tənqid etdiyi bəzi yaşlı sənət adamlarının sənətdən uzaqlaşmalı olduğunu düşünür. Onun fikrincə, sənətkar üçün yaşdan daha vacib olan düşüncə, davranış, dünyagörüşü və özünü idarə etmək bacarığıdır. Sənətçi Qaynarinfo-y
22.10.2026 407 Milli Qəhrəman İbad Hüseynov Gürcüstanın gömrük əməkdaşları tərəfindən saxlanılıb
Azərbaycan Respublikasının Milli Qəhrəmanı, Azərbaycan Bayrağı ordenli İbad Hüseynov Gürcüstana səfəri zamanı Gürcüstanın gömrük əməkdaşları tərəfindən saxlanılıb və ölkəyə buraxılmayıb. Bu haqda saytımıza Milli Qəhrəman İbad Hüseynov özü məlumat verib. O, saat 10:40-da hava limanına çatıb və saat 16:00-
22.10.2026 624 Vətən müharibəsində qazanılmış mühüm nailiyyətlərdən biri də Qubadlının azad olunmasıdır
Ali Baş Komandanımızın sərkərdəliyi ilə rəşadətli ordumuz 44 günlük Vətən müharibəsində əzəli torpaqlarımızı işğaldan azad edərək bizi böyük zəfərimizə çatdırmışdır. Şübhəsiz ki, qələbəmizə gedən yolda ən mühüm əməliyyatlardan biri də Qubadlı şəhərinin işğaldan azad olunması əməliyyatı idi. Qubadlı rayonunu
22.10.2026 318 Əmək müqaviləsinə dəyişiklik hansı qaydada rəsmiləşdirilməlidir?
Əmək müqaviləsinin məzmunu Azərbaycan Respublikası Əmək Məcəlləsinin 43-cü maddəsi ilə tənzimlənir. Həmin maddəyə əsasən, əmək müqaviləsinin məzmunu və quruluşu qanunvericiliyin tələblərinə əməl edilməklə tərəflərin razılığı əsasında müəyyən edilir. Məcəllədə başqa hal nəzərdə tutulmadıqda, əmək müqaviləsini
22.10.2026 314 Mourinyo Çempionlar Liqasında qələbələrin sayına görə Vengeri keçdi
"Real" ın baş məşqçisi Joze Mourinyo Çempionlar Liqasında qələbələrin sayına görə Arsen Vengeri geridə qoyub. -ın xəbərinə görə, oktyabrın 21-də Madrid klubu ümumi turnirin üçüncü oyun günündə evdə "Leypsiq"i 4-1 hesabı ilə məğlub edib. Bu, 63 yaşlı portuqaliyalı məşqçinin Çempionla
22.10.2026 366 Leyla Əliyeva İmam əl-Buxarinin memorial kompleksində - Fotolar
Özbəkistanın Səmərqənd şəhərində keçirilən "Uşaqların rifahına investisiya: gələcək nəsillərin dayanıqlı və ədalətli inkişafına doğru" Ümumdünya Sammiti çərçivəsində "Uşağın gözü ilə dünya" sərgisi təşkil edilib. "Qafqazinfo" xəbər verir ki, Heydər Əliyev Fondunun vitse-prezident
22.10.2026 347 Yeni icra başçısı kimdir?
Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin Sərəncamı ilə Orxan Məmmədov Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı təyin olunub. "Qafqazinfo" xəbər verir ki, O.Məmmədov bu təyinata qədər Yasamal Rayon İcra Hakimiyyəti başçısının müavini vəzifəsində işləyib. 37 yaşlı məmur daha əvvəl Cəbrayı
22.10.2026 454