Meteohəssas insanların NƏZƏRİNƏ: Mayın 5-6-sı güclü başağrınız ola bilər
Mayın 5-6-da geomaqnit qasırğası olacaq.
Bu barədə Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrası məlumat yayıb.
Bildirilib ki, hazırda Günəş aktivliyi yüksək səviyyədədir. Baş verən M9.1 (R2 güclü) alışması bu ilin M sinif alışmaları arasında ən güclüsü olub. Digər aktiv oblastların sürətlə sahələrini və vəziyyətini dəyişməsi müşahidə olunub. Baş verən tac kütlə atılmaları kiçik sürətə malik olduğundan mayın 9-da Yer yaxınlığından keçəcəyi proqnozlaşdırılır.
Günəş aktivliyinin davam edəcəyi 4-6 may tarixləri üçün M (R1-R2 mülayim orta - radiorabitəni güclü əngəlləyən) və X (R3 güclü və daha böyük) alışmaların olacağı ehtimal olunur.
Qeyd edilib ki, 4-6 may tarixləri üçün Günəş küləyi parametrlərinin artması və tac dəliklərindən çıxan yüksək sürətli axınların təsiri hiss olunacaq. Mayın 3-də baş vermiş tac kütlə atılmasının və həmin tarixdə səhər saat 6 radələrində olan X1.6 alışmasının təsiri ilə mayın 5-i günün sonu və 6-sı saat 14.00 radələrinədək daha güclü geomaqnit həyəcanlaşması hiss olunacaq.
Mayın 5-də G1 (mülayim) səviyyədə geomaqnit qasırğası davam edəcək. Tac kütlə atılmasının və tac dəliklərindən gələn yüksək sürətli axınların davam edən təsirləri səbəbindən mayın 6-da günün ilk yarısınadək G1-G2 (orta) səviyyədə geomaqnit qasırğası gözlənilir.
Qeyd edək ki, maqnit qasırğaları insanlara müxtəlif yollarla təsir edir. Bu zaman meteohəssas və xroniki xəstəliyi olan insanlar, eləcə də yaşlılar daha həssas olurlar. Başağrısı, başgicəllənmə, ürəkbulanma və qusma, yüksək qan təzyiqi, ürək və oynaqlarda ağrı, yorğunluq, yuxusuzluq kimi hallar müşahidə edilir. Proses tamamilə sağlam insanlardan da təsirsiz ötüşmür, qəfil qan təzyiqinin yüksəlməsi halları ilə qarşılaşılır.
BiG.Az
Telegramda izləyin
Maraqlı Baxılıb: 812 Tarix: 05 may 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşSəhvi düzəltmək üçün bir kibrit çöpünü sürüşdürün: çətin riyazi TAPMACA
Kibrit çöpü ilə riyaziyyat tapmacaları məktəbdə bir çoxlarının qarşılaşdığı zehni çətinliklər arasındadır. Bu testlər təkcə hesablamanı deyil, həm də məntiqi və məkan şüurunu yoxlayır. Bilirsinizmi ki, bu tapmacaların həlli bir neçə idrak prosesini əhatə edir? Bu tapmacalar beyni adi qaydalardan imtin
10.05.2026 402 Azərbaycanda ən populyar sosial şəbəkə açıqlandı
Ötən ay Azərbaycanda ən çox istifadə edilən sosial şəbəkə "Facebook" olub. Bu barədə "StatCounter"a istinadən xəbər verir. Aprel ayında "Facebook"un Azərbaycanın sosial şəbəkə bazarındakı payı 28,83% təşkil edib. Bu isə mart ayı ilə müqayisədə 2,51 faiz bəndi çox, ötən ili
03.05.2026 300 Sulanmayan qatığın sirri bu qədər sadə imiş
Qatığın qısa müddətdə sulanmasının arxasında çox vaxt fərq edilməyən saxlama səhvləri dayanır. Gündəlik istifadədə edilən kiçik laqeydliklər qatığın strukturunu pozaraq qatılığın itməsinə yol aça bilər. Halbuki düzgün saxlama vərdişləri ilə bu vəziyyətin qarşısını almaq mümkündür. xəbər verir ki, qatığı
03.05.2026 336 Paltarlarınızın gözəl qoxması üçün qarderoba bunu qoyun
Paltarın xoş qoxusu insanın səliqəli və baxımlı görünməsində mühüm rol oynayır. Məhz buna görə bahalı butik və otellərdə geyimlər adətən incə və zərif ətir qoxusu ilə seçilir. Mütəxəssislər bildirirlər ki, bu effekti əldə etmək üçün şkafda tək bir qoxudan deyil, bir neçə aromatik notun birləşməsində
03.05.2026 334 "WhatsApp" bu telefonlarda İŞLƏMƏYƏCƏK
Dünyada ən çox istifadə olunan mesajlaşma tətbiqlərindən "WhatsApp" 8 sentyabr 2026-dan etibarən Android 6.0-dan aşağı əməliyyat sisteminə malik cihazlarda dəstəyi dayandıracaq. xəbər verir ki, qərar xüsusilə Android 5.0 və 5.1 ilə işləyən köhnə modellərə təsir edəcək. Şirkət bu addımı təhlükəsizli
03.05.2026 487 "WhatsApp"da nömrəni gizlətmək mümkün oldu
WhatsApp" tətbiqində bir sıra yeni dəyişikliklər tətbiq olunub. Son yeniləmələrdə əsas diqqət məhz məxfilik, süni intellekt və istifadə rahatlığına yönəlib. Belə ki, artıq istifadəçilər telefon nömrəsini paylaşmadan "username" vasitəsilə əlaqə qura biləcəklər ki, bu da təhlükəsizliyi artırır
10.05.2026 354 Turizm Xidmətləri Turlar.AZ saytında
saytında turizm xidmətləri ilə bağlı bütün faydalı məlumatlar toplanıb! Saytın bu bölməsinə daxil olmaqla, sizi turizmlə bağlı maraqlandıran bütün suallara cavab tapa bilərsiniz!. Turizm xidmətlərinə bunlar aiddir: aviabiletlərin satışı, viza dəstəyi, Azərbaycanda və dünyann istənilən nöqtəsində otelləri
13.05.2026 169 İnsan ruhunun çəkisi həqiqətən 21 qramdırmı?
1901-ci ildə ABŞ-nin Massaçusets ştatının Haverhill şəhərində yaşayan həkim Dr. Dunkan MacDougall insan ruhunun ölçülə bilən bir kütləyə sahib olduğuna inanırdı. O, ruhun bədəni tərk etdiyi anı dəqiq müəyyən edib çəkisini ölçə biləcəyinə əmin idi və bu məqsədlə bir sıra qeyri-adi təcrübələr aparmağ
04.05.2026 413 Yastıq üzlərini neçə gündən bir dəyişdirmək lazımdır?
Təmizlik tez-tez nəzərdən qaçırılan bir məsələdir, lakin yuxu keyfiyyəti və ümumi gigiyena üçün çox vacibdir. Gün ərzində dərimiz daim tər, toz və ətraf mühit amillərinə məruz qalır və bu, yataq dəstlərimizdə də əks olunur. Buna görə də, yataq dəstlərinin müntəzəm olaraq dəyişdirilməsi təkcə təmizli
10.05.2026 219