Turizm sektorunda canlanma: "Viza tələbi ləğv olunmalıdır" - ARAŞDIRMA

Turizm sektorunda canlanma: "Viza tələbi ləğv olunmalıdır" - ARAŞDIRMAAzərbaycanda turizm sənayesi yenidən canlanır. Pandemiyadan sonra turizm sektorunda statistik göstəricilərin müsbətə doğru dəyişməsi bu sahədə canlanmanın başladığına ümidləri artırır.

Rəsmi məlumatlara görə, bu ilin ilk rübündə Azərbaycana gələn turistlərin sayı 39,2 faiz artaraq 513,5 minə çatıb. Gələn turistlərin artım dinamikasında Asiya ölkələri öndədir. Belə ki, bu müddətdə Çindən gələnlərin sayı 3,7 dəfə, Hindistandan - 2,4 dəfə, Qazaxıstandan - 2,4 dəfə, Bəhreyndən - 2,1 dəfə, Səudiyyə Ərəbistanından - 2,0 dəfə, Qırğızıstandan - 2,0 dəfə artıb. Bununla belə, Azərbaycana gələn turistlərin yarıdan çoxu üç qonşu ölkənin payına düşür. Gələnlərin 28,7 faizi Rusiya, 19,3 faizi Türkiyə, 10,3 faizi İran vətəndaşlarıdır.

Maraqlıdır, görəsən, turizm sektorunda artım dinamikasını qorumaq üçün konkret hansı məqamlara diqqət yetirilməlidir? Bu istiqamətdə əlavə hansı addımların atılmasına ehtiyac var?

"Kaspi" qəzetinin mövzu ilə bağlıq məqaləsini təqdim edirik:

Azərbaycan cəlbedici ölkələrdən sayılır

Turizm məsələləri üzrə ekspert Ceyhun Aşurov bildirib ki, ötən illərlə müqayisədə bu ilin ilk rübündə Azərbaycana gələn turistlərin sayında təxminən 40 faizə yaxın artımın qeydə alınması müsbət tendensiyadan xəbər verir.

Onun sözlərinə görə, hazırda Azərbaycan gəlmə turistlər üçün cəlbedici ölkələrdən sayılır:

"Demək olar ki, dünya üzrə turizm bazarı 2022-ci ildə təxminən 70 faizə yaxın, 2023-cü ildə 95 faiz bərpa olunub. 2024-cü ildə isə bu sahənin tamamilə bərpa olunacağı proqnozlaşdırılır. Düzdür, Azərbaycan bu göstəricilərdən nisbətən geri qalır, amma yenə də artım müşahidə olunur. Bu, gözlənilən vəziyyətdir. Çünki Azərbaycanda quru sərhədlər bağlıdır, turistlər ölkəmizə ancaq hava yolu ilə gəlirlər".

"Hava limanları səmərəli fəaliyyət göstərməlidir"

Mütəxəssis vurğulayıb ki, ölkəmizə daha çox turistin cəlb edilməsi üçün mövcud imkanlar daha da genişləndirilməlidir:

"Bu gün Azərbaycanda təhlükəsizlik yüksək səviyyədə təmin olunub. Amma bu dinamikanı qorumaq üçün həm də əlavə addımların atılmasına ehtiyac var. Məsələn, ölkədəki beynəlxalq statusa malik hava limanları daha səmərəli fəaliyyət göstərməlidir. Qalma yerlərinin artırılması üçün təşviqat işləri aparılmalıdır. Eyni zamanda, bilet qiymətləri optimallaşdırılmalıdır. Əgər bu istiqamətdə konkret addımlar atılarsa, gediş-gəliş daha çox olar. İstənilən halda, nəqliyyat qiymətləri turizm paketlərinin içərisində xüsusi əhəmiyyətə malikdir. Yəni başqa yerlərə səfər etmək üçün əsas səbəblərdən biri də həmin ölkənin əlçatanlığıdır. Burada tək viza prosedurlarının sadə yolla əldə edilməsi deyil, eyni zamanda nəqliyyatın daha uyğun qiymətə ərsəyə gəlməsidir. Artıq bir neçə ölkə ilə viza tələbi ləğv olunub, proses sadələşdirilib. Bu qərar daha çox ölkəni əhatə etməlidir. Əsas hədəf bazarlarından Azərbaycana gəlişi təmin etmək üçün viza tələbi ləğv olunmalıdır. Ona görə ki, viza rüsumu o dərəcə də gəlir gətirmir".

Turistlər uzaq rayonlara getmək istəmirlər

Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının (ATAA) İdarə Heyətinin sədri Göydəniz Qəhrəmanov hesab edir ki, 2024-cü il ölkəmizdə turizm sektorunun tamamilə bərpası ili kimi yadda qala bilər:

"Cari ildə ölkəmizə gələn turistlərin sayında ciddi artım müşahidə olunur və bu hal bizi də sevindirir. Bu dinamikanı qorumağa çalışmalıyıq. Bunun üçün ilk növbədə logistika problemləri həllini tapmalıdır. Məsələn, regionlara sürət qatarlarının olması çox vacibdir. Elə rayonlar var ki, uzaqdır, turistlər getmək istəmirlər. Halbuki həmin rayonların təbiəti və qonaqpərvərliyi digər rayonlardan zəif deyil. Çox istərdik ki, sürət qatarlarının əhatəsi genişlənsin. Düzdür, bu, bir az vaxt ala bilər və böyük maddi vəsait tələb edir. Amma digər tərəfdən də turistlərin sayında artım olacaq və bu da öz növbəsində pul axınıdır. Gələcəkdə çəkilən xərclər gəlirlərlə əvəzlənəcək".

Qiymətlərin optimallaşdırılmasına ehtiyac var

Milli Məclisin üzvü, iqtisadçı deputat Vüqar Bayramov bildirib ki, pandemiyadan öncə Azərbaycanın illik turizm gəlirləri 2,7 milyard dollara yaxın olub:

"2024-cü ilin ilk rübündə ölkəmizə gələn turistlərin sayında artım müşahidə olunsa da, daha qısa zamanda pre-pandemiya göstəricilərinə çatmaq prioritet olaraq qalmaqdadır. Çünki turizm neftdən sonra Azərbaycana ən çox valyuta gətirən sektordur. Bu sektor həmçinin məşğulluğa da xüsusi töhfə verir. Bu baxımdan, turizm infrastrukturunun daha da inkişaf etdirilməsi və qiymətlərin optimallaşdırılması Azərbaycana daha çox turistin gəlməsinə imkan yarada bilər".

Hədəf ildə 3,8 milyon nəfərə yaxın turistdir

Dövlət Turizm Agentliyi isə 2028-ci ilədək Azərbaycana səfər edən əcnəbi vətəndaşların sayını ildə 3,8 milyon nəfərə çatdırmağı hədəfləyir.

Agentliyin Media və ictimaiyyətlə əlaqələr sektorunun müdiri Gülnar Mustafayeva qeyd edib ki, yay mövsümü Azərbaycanda turizmin ən aktiv dövrü hesab edilir:

"Bu da daha çox turistik səfər deməkdir. Bu baxımdan qarşıdakı mövsüm özündə ölkəmizdə turizmin bərpası istiqamətində mühüm imkanları ehtiva edir. Bununla belə, gəlmə statistikasında daha ciddi fərqlə nəticələrə nail olmaq üçün ənənəvi və yeni bazarlarda təbliğat işini gücləndirmək, ölkəmizə birbaşa uçuşların sayının artırılması, ümumən ölkənin daha əlçatan olması kimi amillərin önəmi qeyd olunmalıdır. Geniş planda əsas hədəf 2028-ci ilədək Azərbaycana səfər edən əcnəbi vətəndaşların sayını ildə 3,8 milyon nəfərə, daxili turizmdə səfərlərin sayını isə ildə 7,3 milyona çatdırmaqdır".

Qurum rəsmisi vurğulayıb ki, turizm imkanlarının təbliği və ölkənin tanıdılması üçün il ərzində müxtəlif beynəlxalq sərgilərdə iştirak edilir, hədəf ölkələrdə tədbirlər, təqdimatlar təşkil olunur.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 626   Tarix: 05 may 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

"WhatsApp"a iki yeni funksiya gəlir

Məşhur mesajlaşma tətbiqi "WhatsApp"a iki yeni funksiya gəlir. "Qafqazinfo" xarici mətbuata istinadən xəbər verir ki, "WhatsApp" istifadəçilərə fotolardan və videolardan hazırlanan stikerlərə səs əlavə etməyə imkan verən yeni funksiya və yenilənmiş mesaj yazma sahəsini sınaqda

22.10.2026 188
.

Metropoliten rəisinə yeni müavin təyin olundu - Foto

"Bakı Metropoliteni" QSC İdarə Heyətinin sədri Vüsal Aslanova yeni müavin təyin olunub. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev 12 oktyabrda Sərəncam imzalayıb. Sərəncama əsasən, bu vəzifəyə Zaur Nağıyev gətirilib. O bu təyinata qədər "Azərbaycan Xəzə

22.10.2026 307
.

Yaşayış binalarında elektrik sobalarına keçid tələbi

Yaşayış binalarında elektrik sobalarına keçid tələbi qoyulur. APA-ya istinadən xəbər verir ki, bu, "Azərbaycanın Uzunmüddətli Aşağıkarbonlu İnkişaf Strategiyası" sənədində əksini tapıb. Sənədə əsasən, təbii qazla işləyən avadanlıqların elektrikləşdirilməsi çərçivəsində 2035-ci ilədək yaşayı

22.10.2026 303
.

Prezidentin Qubadlıda şanlı bayrağımızı ucaltması mühüm tarixi hadisə oldu

Zəngəzur mahalının ən qədim yaşayış məskənlərindən olan Qubadlının işğaldan azad edilməsindən altı il ötür. 44 günlük Vətən müharibəsinin ən əhəmiyyətli və strateji hərbi uğurlarından biridi də məhz Qubadlı şəhərinin işğaldan azad edilməsi oldu. Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamın

22.10.2026 225
.

Qubadlıya qayıdış: Tarixi Zəfərdən Böyük Quruculuğa

1992-ci il fevralın 19-da Ermənistan silahlı qüvvələri Qubadlını bombaladı. Nəticədə 5 nəfər həlak oldu, 20 nəfər yaralandı. Bu, açıq müharibənin başlanğıcı idi. Ermənistan Azərbaycana qarşı müharibə elan etmədən hərbi əməliyyatlar aparırdı. Martın 1-də Qafan rayonu istiqamətindən Qubadlıya hücum edildi

22.10.2026 299
.

Kəndlilər yırtıcılarla üz-üzə qalarsa, nə etməlidir?

Son vaxtlar vəhşi heyvanların yaşayış məntəqələrinə yaxınlaşması və insanlara hücum etməsi narahatlıq yaradır. APA TV-yə istinadən xəbər verir ki, Qusarın İmamqulukənd kəndində çaqqalların hücumu nəticəsində təsərrüfata ziyan dəyib, üç nəfər xəsarət alıb. Zooloq Elşad Əsgərov və ekoloq Amin Məmmədo

22.10.2026 231
.

"Ənsarallah" Mədinəyə hücum etdi

Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyad və Mədinə şəhərində "Ənsarallah" Hərəkatı (husilər) tərəfindən atılmış dronlar məhv edilib. Teleqraf xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi hərbi koalisiyanın sözçüsü Türki əl-Maliki məlumat verib. Açıqlamada hava hücumunu

22.10.2026 202
.

Zelenski: Tramp mənim haqda necə danışırsa, Putin haqda da elə danışmalıdır

"ABŞ Prezidenti Donald Tramp rusiyalı həmkarı Vladimir Putini asanlıqla danışıqlar masasına oturda bilər". Teleqraf xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski deyib. "Tramp Putini çox asanlıqla danışıqlar masasına oturda bilər. Çünki mənim haqqımda necə danışırsa, Puti

22.10.2026 213
.

Bu heyvan xəstəliyindən ilk dəfə insan öldü

Fransada ilk dəfə insanda Şamonda (Shamonda) virusuna yoluxma halının aşkarlandığı bildirilir. Virusa yoluxduğu müəyyən edilən xəstə xəstəxanada həyatını itirib. xəbər verir ki, bu barədə məlumatı Fransada səlahiyyətli şəxslər açıqlayıb. Məlumata görə, ağır immun çatışmazlığı olan və ciddi xəstəlik səbəbində

22.10.2026 224
.