Kişilər niyə tez ölürlər? - Həkim İLGİNC SƏBƏBLƏRİ AÇIQLADI
Müharibə və qəzaları saymasaq, son illər Azərbaycanda kişilər fərqli səbəblərdən dünyasını dəyişirlər. Təsadüfi deyil ki, ölkədə uzunömürlü pensiyaçılar arasında da qadınlar üstünlük təşkil edirlər.
Bəs kişilər niyə tez ölür?
Terapevt Sübhan Hacıyev Bakıvaxtı.az-a açıqlamasında bildirib ki, nəinki Azərbaycanda, bütün dünyada uzunömürlülər arasında qadınlar hər zaman üstünlük təşkil ediblər. Onun sözlərinə görə, bu, tarixən belə olub:
"Təsadüfi deyil ki, bu gün dünya statistikasında uzunömürlülər siyahısında ilk onluqda kişi adına rast gəlmək mümkün deyil. Bunun həm tibbi, həm sosial, həm də əsaslı və əsassız səbəbləri var. Sosial səbəbləri hər kəs bilir. Tarixən kişilər daha riskli, həyatı təhdid edən vəzifələrdə çalışıblar. Bu işlərin hər biri stres hormonu olan kortizolu artırır. Nəticədə bir çox xəstəliklər vaxtından tez yaranır. Əfsuslar olsun ki, kişilərdə zərərli vərdişlər də qadınlara nisbətən daha çoxdur. Bura tütün, spirtli içkilər, müxtəlif psixotrop və narkotik maddələrin qəbulu aiddir".
Həkim qeyd edib ki, kişilərdə bir çox cinsi yolla keçən infeksiyalara qadınlara nisbətən daha çox rast gəlinir:
"Nədənsə kişilərdə həkimə getmək, ümumi müayinələrdən keçmək kimi bir düşüncə olmur. Əksər kişilərimiz ağırlaşmış bir xəstəliklə üzləşməyincə tibb ocaqlarına üz tutmurlar. Bütün bunlarla yanaşı, tibbi yöndən əsaslandırılmış səbəblər də var. Bu səbəblərə kişilərdə XY, qadınlarda isə XX xromosomunun olması aiddir. Yəni qadınlarda hər bir DNT təkrarlanır. Sadə dillə desək, hər hansı DNT sıradan çıxdıqda təkrarı olduğu üçün çox ciddi ağırlaşmış və genetik xəstəliklərlə üzləşmirlər. Lakin kişilərdə bu cür olmur".
Həmsöhbətimiz bildirib ki, qız uşaqları oğlanlara nisbətən daha güclü və daha sağlam doğulurlar. Bütün bunlarla yanaşı, qadınlıq hormonu olan estrogen orqanizmdə bir növ gəncləşmə funksiyasını yerinə yetirərək antioksidant təsiri bağışlayır. Antioksidant təsir sərbəst radikalların orqanizmdən çıxarılmasında, zərərli maddələrin təmizlənməsində böyük rol oynayır:
"Beləliklə, hüceyrə və toxumaların daim yenilənməsinin situmullaşmasında payı var. Kişilərdə olan testesteron hormonu daha çox pis xolesterinin artımına gətirib çıxarır. Bu da damarları tıxayaraq miokard infarktı, beyin infarktı və ürək-damar xəstəliklərinə səbəb olur".
"Bütün bunları nəzərə alaraq, kişilərin qadınlardan çox yaşama şansının az olduğunu hər birimiz görə bilirik", - deyə Sübhan Hacıyev vurğulayıb.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 996 Tarix: 07 may 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş"TikTok-a görə mənə gəlir vergisi borcu hesablanıb"
Model Səmra Hüseynova TikTok fəaliyyətinə görə ona gəlir vergisi borcu hesablanmasından narazılığını bildirib. Axşam.az xəbər verir ki, o, sosial şəbəkədə paylaşım edərək Vergi Xidmətindən məsələyə aydınlıq gətirilməsini istəyib. Səmra bildirib ki, son bir il altı aydır Sumqayıtda sadələşdirilmiş verg
22.10.2026 236 Nadir Qafarzadədən yaşlı sənət adamlarına sərt mesaj: "Baş gedibsə, səhnədən çəkilməlisən"
Müğənni Nadir Qafarzadə səhnədə və sosial şəbəkələrdə davranışlarına, danışıq tərzinə görə tənqid etdiyi bəzi yaşlı sənət adamlarının sənətdən uzaqlaşmalı olduğunu düşünür. Onun fikrincə, sənətkar üçün yaşdan daha vacib olan düşüncə, davranış, dünyagörüşü və özünü idarə etmək bacarığıdır. Sənətçi Qaynarinfo-y
22.10.2026 189 Süni intellekt insanları düşünməkdən uzaqlaşdırır? - ARAŞDIRMA
Süni intellekt gündəlik həyatı asanlaşdırsa da, ondan həddindən artıq istifadə insanın müstəqil düşünmə və məlumatları təhlil etmə bacarıqlarına mənfi təsir göstərə bilər. Araşdırmalar göstərir ki, texnologiyaya həddindən artıq güvənmək insanların öz qərarlarını verməkdə daha az fəal olmasına səbəb ol
22.10.2026 239 Sevdiyiniz yeməklər sağlam qidalanmağa mane ola bilər - ARAŞDIRMA
İnsanların sevdikləri və xoşlamadıqları qidalarla bağlı formalaşmış fikirləri dəyişmək düşündüyümüzdən daha çətin ola bilər. Yeni araşdırma qida seçimlərinin arxasında duran psixoloji mexanizmlərə diqqət çəkib. BİG.AZ xarici mediaya istinadən xəbər verir ki, ABŞ-ın Yel Universitetinin alimləri təxminə
22.10.2026 247 Sabah Bakıya yağış yağacaq
Oktyabrın 23-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən BİG.AZ-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhər bəzi yerlərdə yağış yağacağı
22.10.2026 280 Uşağın faciəsi, hocanın bayramı - Cübbə var, vicdan hanı?
Uşağın fəryadını eşitməyən "hoca"nın sevinci: Türkiyədə kimlərə qulaq asırlar?. Türkiyədə qəribə bir mənzərə yaranıb. Bir tərəfdə elm adamları, ziyalılar, hüquq müdafiəçiləri, uşaqların gələcəyi üçün mübarizə aparan insanlar var. Digər tərəfdə isə cübbəsi, saqqalı, moizələri və milyonlarl
22.10.2026 250 Zelenski: Tramp mənim haqda necə danışırsa, Putin haqda da elə danışmalıdır
"ABŞ Prezidenti Donald Tramp rusiyalı həmkarı Vladimir Putini asanlıqla danışıqlar masasına oturda bilər". Teleqraf xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski deyib. "Tramp Putini çox asanlıqla danışıqlar masasına oturda bilər. Çünki mənim haqqımda necə danışırsa, Puti
22.10.2026 213 Bu heyvan xəstəliyindən ilk dəfə insan öldü
Fransada ilk dəfə insanda Şamonda (Shamonda) virusuna yoluxma halının aşkarlandığı bildirilir. Virusa yoluxduğu müəyyən edilən xəstə xəstəxanada həyatını itirib. xəbər verir ki, bu barədə məlumatı Fransada səlahiyyətli şəxslər açıqlayıb. Məlumata görə, ağır immun çatışmazlığı olan və ciddi xəstəlik səbəbində
22.10.2026 224 Kəndlilər yırtıcılarla üz-üzə qalarsa, nə etməlidir?
Son vaxtlar vəhşi heyvanların yaşayış məntəqələrinə yaxınlaşması və insanlara hücum etməsi narahatlıq yaradır. APA TV-yə istinadən xəbər verir ki, Qusarın İmamqulukənd kəndində çaqqalların hücumu nəticəsində təsərrüfata ziyan dəyib, üç nəfər xəsarət alıb. Zooloq Elşad Əsgərov və ekoloq Amin Məmmədo
22.10.2026 231