Telman İsmayılovun adı onun ölümündə hallanır - YENİ FAKTLAR
Rusiyadakı məşhur "Çerkizovski" bazarının sabiq sahibi, azərbaycanlı iş adamı Telman İsmayılovun cinayət işində yeni detallar məlum olub.
BiG.AZ Modern.az-a istinadən xəbər verir ki, Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) və Daxili İşlər Nazirliyinin məlumatına görə, beynəlxalq axtarışa verilən biznesmen bazara nəzarəti ələ keçirmək, onun genişləndirilməsi və mənfəətin yenidən bölüşdürülməsi məqsədi ilə törədilmiş bir sıra qətllərdə iştirak edib.
Telman İsmayılovun iddia edilən qurbanları arasında 1996-cı ildə pulemyotla güllələnən nüfuzlu dağ yəhudiləri Tair və Telman Qurşumov qardaşları da var. Qardaşlardan biri aldığı yaralardan dünyasını dəyişib.
Məlumata görə, Telman İsmayılovun cinayət işində yeni epizodların yaranması Basmannı rayon məhkəməsinin Çeçenistandan olan keçmiş ÇSKA güləşçisi Tarxan Eldukayevin həbs müddətinin üç ay uzadılması barədə qərarı zamanı ortaya çıxıb. Eldukayev Telman İsmayılovun ən yaxın adamlarından biri hesab edilir.
Qəzetin yazdığına görə, Telman İsmayılov 1996-cı ildə Tair Qurşumovla "pərakəndə satış sahəsinə sahiblik hüququ uğrunda rəqabətlə bağlı" münaqişəyə düşüb. Qeyd edək ki, ötən əsrin 90-cı illərində Qurşumov Rusiyada nüfuzlu şəxslərdən biri olub. Azərbaycanda yerləşən Qırmızı Qəsəbədən olan Tair Qurşumov 1970-ci illərdə Moskvaya köçüb və SSRİ Dövlət Plan Komitəsində işləyib. 1990-cı illərin əvvəllərində o, Moskvanın Şərq rayonunda ticarət yarmarkası təşkil edərək kiçik bazarı böyük topdan və pərakəndə ticarət mərkəzinə çevirib. Bundan əlavə, o, Moskvanın dağ yəhudiləri icmasının yaradıcılarından biri olub.
Rusiya FTX-nin məlumatına görə, 1996-cı ilin payızında Telman İsmayılov və Tair Qurşumov arasında münaqişə kəskinləşib. 1996-cı il dekabrın 23-də Tair Qurşumovun və onun kiçik qardaşı Telman Qurşumov Moskvanın Şerbakovskaya küçəsində atəşə tutulub. Tair Qurşumov bir neçə gün sonra dünyasını dəyişsə də, qardaşı sağ qalıb.
İstintaqı rayon prokurorluğu aparsa da, sonradan iş dayandırılıb. "Kommersant"ın mənbələrinə görə, Telman İsmayılov Çerkizovski bazarı ilə bağlı bir sıra qətllərdə iştirakı ilə bağlı da araşdırma aparılır.
Xatırladaq ki, bundan əvvəl tanınmış müğənnilərdən birinə hücum, habelə 2016-cı ildə Novorijskoye şossesində sahibkarlar Vladimir Savkin və Yuri Brılevin sifarişlə qətlə yetirilməsi ilə bağlı iş çərçivəsində qiyabi ittiham irəli sürülən Telman İsmayılov beynəlxalq axtarışa verilib. O, Monteneqroda Rusiyanın tələbi ilə həbs edilib, lakin onu ekstradisiya etməkdən imtina edib.
Qəzet yazır ki, cinayət işi ilə bağlı yeni epizodlar qalmaqallı iş adamının ekstradisiyası üçün ikinci sorğu göndərməyə imkan verəcək.
Vəkil Marina Rusakova "Kommersant"a bildirib ki, Telman İsmayılova qarşı yeni şübhələr barədə ilk dəfədir eşidir.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1424 Tarix: 08 may 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş"TikTok-a görə mənə gəlir vergisi borcu hesablanıb"
Model Səmra Hüseynova TikTok fəaliyyətinə görə ona gəlir vergisi borcu hesablanmasından narazılığını bildirib. Axşam.az xəbər verir ki, o, sosial şəbəkədə paylaşım edərək Vergi Xidmətindən məsələyə aydınlıq gətirilməsini istəyib. Səmra bildirib ki, son bir il altı aydır Sumqayıtda sadələşdirilmiş verg
22.10.2026 236 Yer kürəsində temperatur kritik həddə yaxınlaşır: Tədbir görmək üçün vaxt azalır
Qlobal istiləşmənin nəticələri artıq dağıdıcı xarakter alıb. Qaynarinfo xəbər verir ki, "Tagesschau" nəşrinin məlumatına görə, dünya, demək olar ki, şübhəsiz, razılaşdırılmış 1,5C həddini aşacaq. Bununla belə, Birləşmiş Millətlər Təşkilatı (BMT) iqlim dəyişikliyi ilə mübarizədə müəyyən irəliləyişləri
22.10.2026 131 Yaşayış binalarında elektrik sobalarına keçid tələbi
Yaşayış binalarında elektrik sobalarına keçid tələbi qoyulur. APA-ya istinadən xəbər verir ki, bu, "Azərbaycanın Uzunmüddətli Aşağıkarbonlu İnkişaf Strategiyası" sənədində əksini tapıb. Sənədə əsasən, təbii qazla işləyən avadanlıqların elektrikləşdirilməsi çərçivəsində 2035-ci ilədək yaşayı
22.10.2026 303 Prezidentin Qubadlıda şanlı bayrağımızı ucaltması mühüm tarixi hadisə oldu
Zəngəzur mahalının ən qədim yaşayış məskənlərindən olan Qubadlının işğaldan azad edilməsindən altı il ötür. 44 günlük Vətən müharibəsinin ən əhəmiyyətli və strateji hərbi uğurlarından biridi də məhz Qubadlı şəhərinin işğaldan azad edilməsi oldu. Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamın
22.10.2026 225 "Qalatasaray" - "Fənərbağça" derbisini idarə edəcək hakim bəlli oldu
Türkiyə Superliqasının IX turunda baş tutacaq İstanbul derbisinin hakim təyinatı açıqlanıb. xəbər verir ki, Türkiyə Futbol Federasiyasının yaydığı məlumata əsasən, "Qalatasaray" və "Fənərbağça" komandaları arasında keçiriləcək qarşılaşmanın idarə olunması Atilla Karaoğlana həval
22.10.2026 207 Hörmüz böhranı Azərbaycana da təsir edir: Qiymətlər daha da artacaq?
Hörmüz boğazında gəmilərin hərəkətində yaranan gərginlik dünya iqtisadiyyatı üçün ciddi risklər yaradır. Neft və qaz tədarükündə mümkün fasilələr enerji qiymətlərinin yüksəlməsinə, daşınma xərclərinin artmasına və ərzaq məhsullarının bahalaşmasına səbəb ola bilər. Bu vəziyyət xüsusilə enerji idxalında
22.10.2026 237 Azərbaycana turist axını niyə azalıb? - Ekspertdən AÇIQLAMA
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycana 191 ölkədən 1 milyon 831,8 min nəfər və yaxud ötən ilin eyni dövrü ilə müqayisədə 6 % az əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib. Gələnlərin 27,1 faizi Rusiya Federasiyası, 19,4 faizi Türkiyə, 7,7 faizi İran, 4,9 faizi Gürcüstan, 4,5 faizi Qazaxıstan, 3,
22.10.2026 338 Bakıda skuter və velosiped oğruları TUTULDU
Paytaxtın Yasamal və Nəsimi rayonlarında motosikletlərin qaçırılması, skuter və velosiped oğurluqları ilə bağlı polisə məlumat daxil olub. DİN-in Mətbuat xidmətindən -a verilən xəbərə görə, həyata keçirilən tədbirlərlə Yasamal rayonu ərazisində ayrı-ayrı vətəndaşlara məxsus motosikletləri qaçıran Y.Bağırov
22.10.2026 237 Nə böyük, nə kiçik qardaş: Azərbaycan və Türkiyə münasibətlərində bərabərlik
"Bir millət, iki dövlət!" Bu ifadəni Azərbaycanla Türkiyənin dostluğunu, qardaşlığını və ortaq taleyini əks etdirən ən qiymətli siyasi düsturlardan biri kimi qəbul etmişik. Bu sözlər bizim üçün adi diplomatik şüar deyil. Onun arxasında ortaq tarix, mədəniyyət, çətin günlərdə bir-birinə uzana
22.10.2026 328