"Heydər Əliyev Fondunun fəaliyyətə başlamasından 20 il ötür"-DEPUTAT

"Heydər Əliyev Fondunun fəaliyyətə başlamasından 20 il ötür"-DEPUTAT"Heydər Əliyev Fondunun fəaliyyətə başlamasından 20 il ötür. Ulu Öndər irsin yaşadan, öyrənən və öyrədən Heydər Əliyev Fondunu ötən dövr ərzində Mehriban xanım Əliyevanın rəhbərliyi altında Ulu Öndərin arzuladığı dövlət quruculuğunda nəinki aktiv rol almağı bacarıb, hətta bir sıra istiqamətlərdə, o cümlədən sosial-mədəni və humanitar sahələrin inkişafında, azərbaycançılıq ideologiyasının və milli həmrəyliyin güclənməsində aparıcı mövqe tuta bilib. Daha da konkretləşdirsək, Heydər Əliyev Fondunun yaranması və Fondun Mehriban xanım Əliyevanın uğurlu rəhbərliyi ilə fəaliyyəti Azərbaycanın elm, təhsil və mədəni həyatında yeni səhifələr açıb, cənab Prezidentin rəhbərliyi altında başlanan islahatların qeyd edilən istiqamətlərdə daha çevik və daha səmərəli reallaşması üçün zəmin yaradıb və hətta hərəkətverici qüvvəyə çevrilib. Yalnız onu demək kifayətdir ki, Heydər Əliyev Fondunun yarandığı 20 il ərzində, 1918-ci ildən Fondun yarandığı dövrə qədərki müddətdə tikilən məktəblərin sayından bir neçə dəfə çox məktəb inşa edilib".

Bu sözləri BiG.AZ-A deputat Bəhruz Məhərrəmov deyib.

O bildirib ki, səhiyyə sistemi, demək olar ki, tamamilə yeni dönəminə qədəm qoyub, ən müasir səhiyyə infrastrukturu formalaşdırılıb, eyni zamanda tibb xidmətinin əlçatanlığı və inklüzivliyi təmin olunub. Habelə mədəniyyət və incəsənət sahəsində Azərbaycan tarixinin heç bir dövründə olmadığı qədər əsaslı dönüşə nail olunub. Muğam və aşıq sənətinin timsalında milli incilərimiz nəinki yenidən dirçəlib, üstəlik dünya irsinin qiymətli nümunələri kimi tanıdılıb. Mədəniyyət və incəsət xadimlərinin sosial rifahının gücləndirilməsi, bütövlükdə humanitar sahədə menecmentin milli xarakter nəzərə alınmaqla beynəlxalq standartlara uyğunlaşdırılması təmin olunub.

"Heydər Əliyev Fondunun titanik uğurlarının kökündə, heç şübhəsiz ki, Mehriban xanım Əliyevanın Ulu Öndərin azərbaycançılıq ideologiyasına sədaqəti dayanır. Təsadüfi deyil ki, münaqişə dövründə, ələlxüsus Vətən müharibəsi və antiterror tədbirləri zamanı milli həmrəyliyin güclənməsi prosesində Mehriban xanım Birinci vitse-prezidentlik fəaliyyəti ilə yanaşı, həm də Heydər Əliyev Fondunun Prezidenti kimi praktik addımları ilə möhtərəm Prezidentin əsas silahdaşı kimi qələbəmizdə müstəsna rol oynadı. Birmənalı şəkildə demək olar ki, Vətən müharibəsində möhtərəm cənab Prezident müzəffər Ali Baş Komandan olaraq hərbi-siyasi və diplomatik savaş apararkən arxa cəbhənin mənəvi və bir çox hallarda maddi yükü Mehriban xanım Əliyeva və rəhbərlik etdiyi Fondun üzərinə düşdü. Mehriban xanım bu dövr ərzində hər bir şəhid ailəsinin, hər bir müharibə əlili və döyüşlərin iştirakçısının ümid yerinə çevrildi.
Bildiyiniz kimi, hazırda Böyük Qayıdış prosesinin ilkin mərhələsi kimi işğaldan azad olunmuş ərazilərdə genişmiqyaslı quruculuq və bərpa prosesi həyata keçirilir və cənab İlham Əliyevin də qeyd etdiyi kimi, bütün işlər Azərbaycanın öz gücü və imkanları hesabına aparılır. Heydər Əliyev Fondu bu prosesdə də aktiv rol almaqdadır. Məlumdur ki, Zəfərdən cəmi 8 gün sonra Mehriban xanım Əliyeva cənab Prezidentlə birlikdə mina təhlükəsi və digər ağır şərtlərə baxmayaraq işğaldan azad olunmuş bölgələrə səfər edərək tariximizin ən irihəcmli quruculuq-bərpa prosesində, mədəni-tarixi, habelə dini abidələrin bərpası prosesində təşəbbüsləri ələ aldı. Bu gün zərgər dəqiqliyi və ürək yanğısı ilə yenidən həyata qaytarılan, yaxud yenidən inşa edilməkdə olan çoxsaylı məscidlərimiz və digər abidələrə məhz Heydər Əliyev Fondu ikinci həyat verməkdədir.
Heydər Əliyev Fondu Azərbaycan vətəndaşı üçün həm də ümid yerinə çevrilib. Möhtərəm Prezidentin özünə ünvanlanan müraciətləri çıxmaq şərti ilə, Fonda ünvanlanan məktublar ümumilikdə bütün digər strukturlara ünvanlanan məktublardan daha çoxdur. Bu, Mehriban xanıma və rəhbərlik etdiyi Fonda olan inamın, güvənin göstəricisidr. Eyni zamanda Azərbaycan cəmiyyətinin tarixi dəyərlərə əsaslanan xeyriyyəçilik ənənələri Heydər Əliyev Fondu tərəfindən uğurla davam etdirilir. Bu gün nəinki Azərbaycanda, ümumiyyətlə, Cənubi Qafqazda Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi bu Fond ən böyük xeyriyyəçidir.
Qeyd edilənlərin yanı sıra, bu gün ölkə daxilində və Azərbaycandan xaricdə, Pakistandan Fransaya qədər geniş arealda Heydər Əliyev Fondunun gördüyü işlər Azərbaycan tarixinin qızıl səhifələri hesab olunur və fəaliyyətin çoxşaxəliliyi, sözün əsl mənasında, uğur hekayəsi sayılmalıdır.
Bu mənada yaradılmasının 20-ci ildönümüdə Heydər Əliyev Fondu və şəxsən Mehriban xanım Əliyeva Ulu Öndərin irsini dahi Liderin adına layiq formada, ləyaqətli yaşatdığı üçün ən səmimi minnətdarlığı haqq edir".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 640   Tarix: 10 may 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Prezidentlər mətbuata bəyanatlarla çıxış etdi - Fotolar - Yenilənib

Azərbaycan Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov mətbuata bəyanatlarla çıxış ediblər. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Prezidentin Mətbuat Xidməti məlumat yayıb. *. Əvvəlcə Qırğızıstan Prezidenti bəyanatla çıxış etdi. Prezident Sadır Japarovu

31.07.2026 265
.

Bakıda dəmiryolu stansiyandan meyit tapıldı

Bakıda dəmiryolu stansiyanın ərazisindən meyit tapılıb. -ın xəbərinə görə, hadisə Qaradağ rayonu Lökbatan qəsəbəsi Biləcəri dəmir yolu stansiyasının ərazisində qeydə alınıb. Şamaxı rayon sakini 36 yaşlı Tural Əlişah oğlu Teymurovun meyiti ərazidə aşkarlanıb. Onun hansı səbəbdən ölməsi bilinmir. Araşdırm

31.07.2026 333
.

Azərbaycan və Qırğızıstan iqtisadi-ticari sahədə fəal əməkdaşlıq edir

İyulun 30-da Azərbaycan Prezidenti İlham Əliyev Qırğız Respublikasına dövlət səfərinə gəlib. Bu səfər iki ölkə arasında yaranmış sıx dostluğun, əməkdaşlığın, qardaşlığın nümunəsidir. Səfərin məqsədi hər iki ölkənin hər sahədə gələcək inkişafını daha yüksək səviyyəyə çatdırmaq, xalqların birliyini, dostluğun

31.07.2026 334
.

"Odissey"in kitab satışları 1400 faiz artdı

Dünyaşöhrətli rejissor Kristofer Nolanın Homerin məşhur "Odissey" dastanı əsasında çəkdiyi film Böyük Britaniyada qədim yunan mifologiyasına marağı kəskin artırıb. Filmin nümayişindən sonra "Odissey"in kitab satışlarında rekord artım qeydə alınıb. "Qafqazinfo" xəbər veri

31.07.2026 288
.

İngiltərə sahillərinə yüzlərlə müəmmalı mavi dəniz canlısı çıxdı - Təhlükəli ola bilər

İngiltərənin şimal-qərb sahillərinə yüzlərlə qeyri-adi mavi dəniz canlısı çıxıb. Mütəxəssislər insanlara onları yalnız uzaqdan müşahidə etməyi, lakin heç bir halda toxunmamağı tövsiyə edirlər. Çünki bu canlıların sancması olduqca ağrılı ola bilər. Qaynarinfo xəbər verir ki, bu barədə "The Independent"

31.07.2026 271
.

Nəriman Həsənzadənin dəfn yeri açıqlandı

Xalq şairi Nəriman Həsənzadə ilə vida mərasimi Beynəlxalq Muğam Mərkəzində keçiriləcək. Axşam.az xəbər verir ki, Mədəniyyət Nazirliyindən vida mərasiminin vaxtı barədə əlavə məlumat təqdim olunacağı bildirilib. Mərhum mərasimdən sonra I Fəxri xiyabanda dəfn ediləcək

11:50 105
.

Çində torpaq sürüşməsi: 51 nəfər öldü, itkin düşənlər var (VİDEO)

Çinin Çuntsin şəhərində baş verən iri torpaq sürüşməsi nəticəsində həlak olanların sayı rəsmi olaraq 51 nəfərə çatıb. Daha 10 nəfər isə itkin düşmüş hesab olunur. Qaynarinfo "Bloomberg" agentliyinə istinadən xəbər verir ki, bu hadisə son 10 ildən artıq müddətdə ölkədə qeydə alınan ən faciəl

31.07.2026 260
.

Düzgün qidalanırsınız, amma niyə arıqlamırsınız? - 7 mümkün səbəb

Sağlam qidalar qəbul etməyinizə baxmayaraq çəki atmaqda çətinlik çəkə bilərsiniz. Bunun səbəbi qidalanmanın ümumi prosesin yalnız bir hissəsi olmasıdır. Qaynarinfo xəbər verir ki, "Health" nəşrinin yazdığına görə, qidalanma vərdişləri və həyat tərzi arıqlama məqsədlərinə çatmağa mane ola bilər

31.07.2026 276
.

Bu ölkə adını dəyişdi

Sakit okeanda yerləşən Nauru dövləti adını dəyişib. xəbər verir ki, bu barədə "Əl Cəzirə" telekanalı məlumat yayıb. Məlumata görə, ölkə bundan sonra Naoero Respublikası adlanacaq. Hökumət bu addımın ölkənin tarixi irsini və milli kimliyini daha dəqiq əks etdirmək məqsədi daşıdığını bildiri

31.07.2026 251
.

TOP MP3