30 nəfər haqsız yerə işdən çıxarılıb?

30 nəfər haqsız yerə işdən çıxarılıb?"Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin rəhbərliyi mən də daxil, 30 nəfəri haqsız yerə işdən çıxarıb. Dəfələrlə kobud davranış göstərən rəhbərliyin işdən çıxarma bəhanəsi isə bir gün qalmış göndərdiyi attestasiya mövzularından keçməyimizi tələb etməsidir".

Bu şikayəti "Qafqazinfo"ya Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzində aparıcı metodist vəzifəsində çalışmış Aygün Hüseynova edib.

O bildirib ki, mərkəzin direktoru martın 25-də "WhatsApp" qrupu yaradaraq "attestasiya üçün mövzular" adı altında 65 mövzu göndərib, amma bunu attestasiyaya bir gün qalmış edib:

"Bizə 65 mövzu göndərib dedilər ki, əməkdaşlar bu istiqamətlər üzrə attestasiya olunacaq. Bu mövzuları göndərəndə ölkədə qeyri-iş günü idi. İşə çıxdığımız gün isə dedilər ki, sabah attestasiya keçiriləcək. Bunun bizə bir gün qalmış deyilməsi qərəzli məsələdir. Ən azı bir ay vaxt verilməli idi".

Aygün Hüseynovanın sözlərinə əsasən, işçilərin etiraz etməsinə baxmayaraq, proses qeyd olunan tarixdə və vaxtda heç bir qiymətləndirmə meyarları olmadan keçirilib:

"Attestasiya şərtləri, qaydaları və komissiya üzvləri məlum olmayan qərəzli, qeyri-obyektiv idi. Nəticələr də bizi qane etmədi. Elə olub ki, suala düzgün cavab yazsam da, bu, nəzərə alınmayıb. Attestasiyada 30 nəfər əməkdaş iştirak edib. Bu əməkdaşların hər biri 22, 30, 44 il əmək stajı olan, ixtisasları mədəniyyət sahəsi ilə birbaşa əlaqəli olan işçilərdir".

Şikayətçinin iddiasına görə, qurumun rəhbəri dəfələrlə əməkdaşları işdən çıxmaları üçün təhdid edib:

"Mərkəzin direktoru işçiləri təhdid edərək öz xahişləri ilə ərizə yazıb işdən çıxmağa məcbur etdi. Bu təhdidlərdən çəkinən 16 əməkdaş öz xahişi ilə ərizə yazaraq işdən çıxıb. Mən də daxil qalan 14 nəfər isə Əmək Məcəlləsinin 70-ci maddəsinin "C" bəndi ilə işdən çıxarıldıq".

30 nəfər haqsız yerə işdən çıxarılıb?Məsələ ilə bağlı Mədəniyyət Nazirliyi ilə əlaqə saxladıq. Qurumdan sorğumuza cavab olaraq bildirilib ki, Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzində işçilərin attestasiyası "İşçilərin attestasiyası keçirilməsi Qaydaları"na müvafiq olaraq həyata keçirilib: Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzində işçilərin attestasiyadan keçirilməsi məqsədilə Mərkəzin direktoru vəzifələrini icra edən Akif Marifli tərəfindən attestasiyanın tarixi, keçirilmə qaydaları, komissiyanın yaradılması və tərkibinə dair, həmçinin Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin Attestasiya Komissiyasının Əsasnaməsinin təsdiq edilməsinə dair müvafiq əmrlər verilib. MEMİM işçilərinin attestasiyasında şəffaflığın və obyektivliyin təmin edilməsi üçün Attestasiya Komissiyanın tərkibinə mövcud qanunvericiliyə uyğun olaraq müvafiq sahələr üzrə peşəkar təcrübəyə malik tanınmış ekspertlər daxil edilib.

Attestasiyanın keçirilməsinin məqsəd, vəzifə və metodlarının izahı attestasiyanın başlanmasına bir ay qalmış attestasiyanı keçməli olan işçilərin nəzərinə çatdırılıb. Attestasiyaya hazırlıq məqsədilə işçilərə tutduğu vəzifəyə, əmək funksiyasına, ixtisasına, dünyagörüşünə və müvafiq sahəyə dair veriləcək mümkün sualların hazırlanmasında istifadə olunan normativ hüquqi aktların və konkret sahəvi mövzuların siyahısı təqdim edilib.

Məlumat üçün bildiririk ki, attestasiya nəticəsində MEMİM işçilərinin bir qrupunun tutduğu vəzifəyə (peşəyə) uyğun olmadığı məlum olub. Müraciət edən şəxslər məhz bu qrupa aid olan və Attestasiya Komissiyasının hər biri barədə tutduğu vəzifəyə (peşəyə) uyğun olmadığı barədə qərar qəbul etdiyi MEMİM işçiləridir".

Attestasiya mövzularının bir gün qalmış göndərilməsi məsələsi il bağlı Əmək Müfəttişliyinə də müraciət etdik. Qurumdan deyildi ki, attestasiya prosesi işçilərə bir ay əvvəldən xəbər edilməlidir:

"Nazirlər Kabinetinin 97 nömrəli qərarı ilə təsdiq edilmiş "Azərbaycanda işçilərin attestasiyasının keçirilməsi Qaydaları"na əsasən müəssisələrdə attestasiyanın konkret müddətləri və keçirilmə qaydaları, attestasiyanın keçirilməsi nəzərdə tutulan təqvim ilinin başlanmasına qədər müəssisə rəhbərliyi tərəfindən təsdiq edilir və attestasiyanın başlanmasına bir ay qalmışdan gec olmayaraq attestasiyanı keçməli olan işçilərin nəzərinə çatdırılır. Attestasiya komissiyasının üzvləri tərəfindən işçiyə yalnız tutduğu vəzifəyə (peşəyə) əmək funksiyasına, ixtisasına (peşəsinə) dair, yerinə yetirdiyi işlər və onların nəticələri barədə, habelə tutduğu vəzifəyə (peşəyə) uyğunluğunu müəyyən etmək üçün zəruri olan əmək müqaviləsi ilə müəyyən edilmiş hüquqları, vəzifələri dairəsinə aid olan məsələlərlə əlaqədar suallar verilir.

Attestasiya ilə, o cümlədən attestasiyanın nəticələrinə görə işçinin işdən çıxarılması və ya başqa vəzifəyə (peşəyə) keçirilməsi haqqında mübahisəli məsələlər qanunvericiliyə müvafiq surətdə məhkəmələrdə baxılıb həll edilir".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 690   Tarix: 22 may 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Əmək müqaviləsinə dəyişiklik hansı qaydada rəsmiləşdirilməlidir?

Əmək müqaviləsinin məzmunu Azərbaycan Respublikası Əmək Məcəlləsinin 43-cü maddəsi ilə tənzimlənir. Həmin maddəyə əsasən, əmək müqaviləsinin məzmunu və quruluşu qanunvericiliyin tələblərinə əməl edilməklə tərəflərin razılığı əsasında müəyyən edilir. Məcəllədə başqa hal nəzərdə tutulmadıqda, əmək müqaviləsini

13:51 206
.

Rusiya Ermənistanın AİB üzvlüyünün dayandırılması ilə bağlı hesabatı araşdırmayıb

Moskva hələ də Ermənistanın Avrasiya İqtisadi Birliyinə üzvlüyünün dayandırılmasının mümkün mənfi nəticələrinə dair hesabatı nəzərdən keçirməyib. xəbər verir ki, bu barədə RİA Novosti agentliyinə istinadən Kremlin sözçüsü Dmitri Peskov məlumat verib. "Xeyr, biz onu nəzərdən keçirməmişik",

10:48 172
.

Leyla Əliyeva Əminə Ərdoğanla görüşdü - Fotolar

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Özbəkistana səfəri çərçivəsində oktyabrın 21-də Səmərqənddə "Əbədi şəhər" kompleksi ilə tanış olub. Axşam.az xəbər verir ki, komplekslə tanışlıq zamanı Leyla Əliyeva Türkiyənin birinci xanımı Əminə Ərdoğan və Tacikistanın Baş nazirinin müavin

10:41 230
.

Payız niyə yaz kimi keçir?

Oktyabrın ötən 21 günündə Bakıda və Abşeron yarımadasında orta tempratur 23-25 dərəcə olub. Ayın 18-də isə Bakıda 30 dərəcə isti qeydə alınıb. Halbuki, oktyabr ayı üçün aylıq iqlim norması 16,1 dərəcədir. Havaların yağıntısız və isti keçməsi kənd təsərrüfatı üçün əlverişli şərait yaradır. Xüsusilə payızlı

11:03 226
.

Qubadlıya qayıdış: Tarixi Zəfərdən Böyük Quruculuğa

1992-ci il fevralın 19-da Ermənistan silahlı qüvvələri Qubadlını bombaladı. Nəticədə 5 nəfər həlak oldu, 20 nəfər yaralandı. Bu, açıq müharibənin başlanğıcı idi. Ermənistan Azərbaycana qarşı müharibə elan etmədən hərbi əməliyyatlar aparırdı. Martın 1-də Qafan rayonu istiqamətindən Qubadlıya hücum edildi

12:44 234
.

Neandertallar bir-birini öldürürmüş? - 75 min illik sirr

İraqın şimalındakı Şanidar mağarasında tapılan 75 min illik Neandertal qalıqları qədim insan qohumları arasında zorakılığın miqyası ilə bağlı yeni suallar yaradıb. Alimlər sol kürək sümüyündə aşkarlanan 15 millimetrlik dəliyin taxta nizə zərbəsi nəticəsində yarandığını və bunun ölümcül zorakılığın ə

21.10.2026 408
.

Səudiyyə Ərəbistanına hücum: Misirdən SƏRT REAKSİYA

Misirin Xarici İşlər Nazirliyi Səudiyyə Ərəbistanının Dammam şəhərində yerləşən Kral Fəhd hava limanına çərşənbə günü edilən hücumu pisləyib. Hadisə nəticəsində iki nəfər ölüb, səkkiz nəfər yaralanıb. BİG.AZ xarici mediaya istinadla xəbər verir ki, Misir Xarici İşlər Nazirliyinin bəyanatında Səudiyy

15:30 172
.

Tramp Ukrayna münaqişəsinin həlli ilə bağlı danışdı

ABŞ Prezidenti Donald Tramp Ukrayna münaqişəsinin həllinə yaxınlaşdıqlarını bildirib. xəbər verir ki, Tramp bu barədə danışarkən deyib: "Düşünürəm ki, həll yoluna yaxınlaşırıq. Yəqin ki, əvvəlkindən daha yaxınıq". Ağ Ev rəhbəri əlavə edib ki, ABŞ və Rusiya Ukraynada döyüşlərin dayandırılmas

11:06 203
.

Aygün Bəylərin ailəsindən xəbərdarlıq: "Qanun çərçivəsində cavab verəcəklər"

Mərhum Əməkdar artist Aygün Bəylərin bacısı Zümrüd Hümbətova xanəndənin xatirəsinə həsr olunan gecə təşkil edib. Axşam.az xəbər verir ki, bu addım Aygün Bəylərin digər bacılarının və qızı Cananın narazılığına səbəb olub. Xanəndənin adına olan instaqram səhifəsində məsələ ilə bağlı paylaşım edilib. Bildirili

15:25 183
.