Ən yüksək balı toplayan qız: "Özümü sınamaq üçün getmişdim"
Ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə 5 may 2024-cü il tarixində keçirilən imtahanların nəticələri elan olunub. İmtahanda ən yüksək nəticəni Masallı rayonu, Həsənli kənd orta məktəbinin 10-cu sinif şagirdi Turə Süliddin qızı Alışlı göstərib. O, 296,6 bal toplayıb.
Azvision.az respublika üzrə birincilik qazanan Turə və nənəsi ilə söhbətləşib.
Yeganə Sövzəliyeva deyir ki, nəvəsi bütün dərslərdə əlaçıdır. Məktəb tədbirlərində fəallığı ilə seçilir. Müəllimləri ondan razılıq edirlər:
"Ailənin böyük övladıdır. Ondan balaca bacı və qardaşı var. Onlar da yaxşı oxuyurlar. Əvvəllər hüquqşünas olmaq istəyirdi. İndi fikrini dəyişib. İngilis dili üzrə təhsil almaq arzusundadır. Arzularına çatmaq üçün var gücü ilə irəliyə doğru addımlayır. Bu imtahana müəllimi ilə məsləhətləşib girmişdi. Atası, əmisi onun yaxşı təhsil almasını çox istəyirlər. Daim dəstək olurlar. Ürəyi harada istəyir, orada da oxuyacaq".
Turə bildirir ki, imtahanda həyəcanlı olsa da, özünü itirməyib, sualları diqqətlə oxuyub və cavablandırıb:
"Özümü sınamaq üçün getmişdim. Topladığım balı kollecə girməklə hədər etmək istəmirəm. Universitetə hazırlaşıram. Seçəcəyim peşə növbəti il qazanacağım baldan asılıdır. Hansı ixtisas üçün yetərli olacaqsa, onu da seçəcəyəm. Necə deyərlər, ayağımı yorğanıma görə uzadacağam.
Repetitor yanına gedirəm, 3-cü qrup fənləri ilə daha ciddi məşğul oluram. Müəllimlərim sağ olsun, zəhmət çəkirlər. Sevinirəm ki, onların əziyyətini yerdə qoymadım. Mənim üçün böyük nailiyyət oldu. Oxumaq lazımdır! Yaxşı gələcək qurmaq üçün bu mütləqdir!"



BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 2555 Tarix: 22 may 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşƏmək müqaviləsinə dəyişiklik hansı qaydada rəsmiləşdirilməlidir?
Əmək müqaviləsinin məzmunu Azərbaycan Respublikası Əmək Məcəlləsinin 43-cü maddəsi ilə tənzimlənir. Həmin maddəyə əsasən, əmək müqaviləsinin məzmunu və quruluşu qanunvericiliyin tələblərinə əməl edilməklə tərəflərin razılığı əsasında müəyyən edilir. Məcəllədə başqa hal nəzərdə tutulmadıqda, əmək müqaviləsini
13:51 206 Rusiya Ermənistanın AİB üzvlüyünün dayandırılması ilə bağlı hesabatı araşdırmayıb
Moskva hələ də Ermənistanın Avrasiya İqtisadi Birliyinə üzvlüyünün dayandırılmasının mümkün mənfi nəticələrinə dair hesabatı nəzərdən keçirməyib. xəbər verir ki, bu barədə RİA Novosti agentliyinə istinadən Kremlin sözçüsü Dmitri Peskov məlumat verib. "Xeyr, biz onu nəzərdən keçirməmişik",
10:48 172 Leyla Əliyeva Əminə Ərdoğanla görüşdü - Fotolar
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Özbəkistana səfəri çərçivəsində oktyabrın 21-də Səmərqənddə "Əbədi şəhər" kompleksi ilə tanış olub. Axşam.az xəbər verir ki, komplekslə tanışlıq zamanı Leyla Əliyeva Türkiyənin birinci xanımı Əminə Ərdoğan və Tacikistanın Baş nazirinin müavin
10:41 230 Payız niyə yaz kimi keçir?
Oktyabrın ötən 21 günündə Bakıda və Abşeron yarımadasında orta tempratur 23-25 dərəcə olub. Ayın 18-də isə Bakıda 30 dərəcə isti qeydə alınıb. Halbuki, oktyabr ayı üçün aylıq iqlim norması 16,1 dərəcədir. Havaların yağıntısız və isti keçməsi kənd təsərrüfatı üçün əlverişli şərait yaradır. Xüsusilə payızlı
11:03 226 Qubadlıya qayıdış: Tarixi Zəfərdən Böyük Quruculuğa
1992-ci il fevralın 19-da Ermənistan silahlı qüvvələri Qubadlını bombaladı. Nəticədə 5 nəfər həlak oldu, 20 nəfər yaralandı. Bu, açıq müharibənin başlanğıcı idi. Ermənistan Azərbaycana qarşı müharibə elan etmədən hərbi əməliyyatlar aparırdı. Martın 1-də Qafan rayonu istiqamətindən Qubadlıya hücum edildi
12:44 234 Neandertallar bir-birini öldürürmüş? - 75 min illik sirr
İraqın şimalındakı Şanidar mağarasında tapılan 75 min illik Neandertal qalıqları qədim insan qohumları arasında zorakılığın miqyası ilə bağlı yeni suallar yaradıb. Alimlər sol kürək sümüyündə aşkarlanan 15 millimetrlik dəliyin taxta nizə zərbəsi nəticəsində yarandığını və bunun ölümcül zorakılığın ə
21.10.2026 408 Səudiyyə Ərəbistanına hücum: Misirdən SƏRT REAKSİYA
Misirin Xarici İşlər Nazirliyi Səudiyyə Ərəbistanının Dammam şəhərində yerləşən Kral Fəhd hava limanına çərşənbə günü edilən hücumu pisləyib. Hadisə nəticəsində iki nəfər ölüb, səkkiz nəfər yaralanıb. BİG.AZ xarici mediaya istinadla xəbər verir ki, Misir Xarici İşlər Nazirliyinin bəyanatında Səudiyy
15:30 172 Tramp Ukrayna münaqişəsinin həlli ilə bağlı danışdı
ABŞ Prezidenti Donald Tramp Ukrayna münaqişəsinin həllinə yaxınlaşdıqlarını bildirib. xəbər verir ki, Tramp bu barədə danışarkən deyib: "Düşünürəm ki, həll yoluna yaxınlaşırıq. Yəqin ki, əvvəlkindən daha yaxınıq". Ağ Ev rəhbəri əlavə edib ki, ABŞ və Rusiya Ukraynada döyüşlərin dayandırılmas
11:06 203 Aygün Bəylərin ailəsindən xəbərdarlıq: "Qanun çərçivəsində cavab verəcəklər"
Mərhum Əməkdar artist Aygün Bəylərin bacısı Zümrüd Hümbətova xanəndənin xatirəsinə həsr olunan gecə təşkil edib. Axşam.az xəbər verir ki, bu addım Aygün Bəylərin digər bacılarının və qızı Cananın narazılığına səbəb olub. Xanəndənin adına olan instaqram səhifəsində məsələ ilə bağlı paylaşım edilib. Bildirili
15:25 183