Polkovnik-leytenant arvadının kotteclərini satıb ziyanı ödəmək istəyir
Müdafiə Nazirliyindəki 143 milyonluq mənimsəməyə görə ittiham olunan zabitlərdən biri-Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzinin Maliyyə Xidmətinin sabiq rəisi Rəşad Məlikzadənin məhkəməsi davam edir.
"Qafqazinfo"nun məlumatına görə, Bakı Hərbi Məhkəməsində hakim Rafiq Abbasovun sədrliyi ilə keçirilən iclasda artıq sənədlər tədqiq olunur.
Bugünkü iclasda müttəhim Məlikzadənin vəkili Vüqar Kazımov iki vəsatət qaldırıb. Vəsatətlərdən biri müvəkkilinin cinayət işi ilə bağlı həyat yoldaşının əmlakları üzərinə qoyulan həbs qərarı ilə bağlı olub.
Məlumat üçün deyək ki, Rəşad Məlikzadə 9 milyon manatlıq mənimsəmədə ittiham olunur. Bununla bağlı həyat yoldaşının adına rəsmiləşdirilmiş 684 min 200 manatlıq əmlak üzərinə həbs qoyulub. Söhbət Sabunçu rayonunun Nardaran qəsəbəsində yerləşən, hər biri 105 min manat dəyərində qiymətləndirilmiş kotteclərdən gedir.
Vəkil deyir ki, müvəkkili həbs edilməzdən əvvəl sözügedən əmlakları satışa çıxarıb. Hətta bir nəfərlə 800 min manata razılaşıb, 40 min manat da beh alıb. Lakin alıcı xaricdə olduğuna görə alış-veriş tam baş tutmayıb. Bu ərəfədə də Məlikzadə həbs edilib.
Vəkil dövlətə dəymiş ziyanın bir hissəsinin ödənilməsi məqsədilə həmin əmlakların üzərindən həbs qərarının götürülməsini xahiş edib.
Prokuror vəsatətlə ətraflı tanış olması üçün məhkəmədən vaxt istəyib.
Müdafiə tərəfi təqsirləndirilən şəxsin istintaqa təqdim etdiyi videoya baxış keçirilməsini də xahiş edib. Vəkil deyib ki, həmin videoda Rəşad Məlikzadənin işlədiyi vaxtda MN-in Maliyyə və Büdcə İdarəsinin rəhbər vəzifəli şəxslərinə 480 min manat verəcəyini etiraf etməsi əks edilib.
Məhkəmə hələ ki, bu vəsatətə də münasibət bildirməyib.
Proses gələn həftəyə kimi təxirə salınıb.
Qeyd edək ki, R.Məlikzadə də Müdafiə Nazirliyindəki 143 milyonluq mənimsəmədə iştiraka görə cinayət məsuliyyətinə cəlb edilib. Bu işin istintaqını Dövlət Təhlükəsizliyi Xidməti (DTX) aparır. Məlikzadə ibtidai istintaqın əvvəlində azadlıqda olub. Lakin dövlətə dəymiş ziyan ödənilmədiyi üçün istintaq orqanının vəsatəti əsasında həbs edilib.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 897 Tarix: 22 may 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşSevdiyiniz yeməklər sağlam qidalanmağa mane ola bilər - ARAŞDIRMA
İnsanların sevdikləri və xoşlamadıqları qidalarla bağlı formalaşmış fikirləri dəyişmək düşündüyümüzdən daha çətin ola bilər. Yeni araşdırma qida seçimlərinin arxasında duran psixoloji mexanizmlərə diqqət çəkib. BİG.AZ xarici mediaya istinadən xəbər verir ki, ABŞ-ın Yel Universitetinin alimləri təxminə
16:36 115 Rusiya Ermənistanın AİB üzvlüyünün dayandırılması ilə bağlı hesabatı araşdırmayıb
Moskva hələ də Ermənistanın Avrasiya İqtisadi Birliyinə üzvlüyünün dayandırılmasının mümkün mənfi nəticələrinə dair hesabatı nəzərdən keçirməyib. xəbər verir ki, bu barədə RİA Novosti agentliyinə istinadən Kremlin sözçüsü Dmitri Peskov məlumat verib. "Xeyr, biz onu nəzərdən keçirməmişik",
10:48 172 Nə böyük, nə kiçik qardaş: Azərbaycan və Türkiyə münasibətlərində bərabərlik
"Bir millət, iki dövlət!" Bu ifadəni Azərbaycanla Türkiyənin dostluğunu, qardaşlığını və ortaq taleyini əks etdirən ən qiymətli siyasi düsturlardan biri kimi qəbul etmişik. Bu sözlər bizim üçün adi diplomatik şüar deyil. Onun arxasında ortaq tarix, mədəniyyət, çətin günlərdə bir-birinə uzana
13:47 228 Azərbaycan işğala son qoymaqla torpaqlardakı terror yuvasını dağıtdı
Altı il əvvəl Azərbaycan 44 günlük Vətən müharibəsində əldə etdiyi qələbəsilə İranla olan 132 km-lik sərhədini bərpa etdi, beynəlxalq cəmiyyət üçün təhlükə yaradan Ermənistanla İranın birgə hərəkətlərinin qarşısı alındı. Torpaqlarımızın işğal altında olduğu 30 ilə yaxın vaxt ərzində İranla Ermənista
11:47 242 Fuad Allahverdiyev arvadını həbs etdirmişdi - Qərar ləğv olundu
İş adamı Fuad Allahverdiyevi şantaj etməkdə təqsirli bilinərək 10 il 6 ay azadlıqdan məhrum edilən keçmiş həyat yoldaşı Gülşən Allahverdiyevanın işi üzrə qərar ləğv edilib. "Qafqazinfo"nun məlumatına görə, Ali Məhkəmə məhkumun şikayəti əsasında belə qərar verib. İşlə tanış olan hakimlər əvvəlk
16:44 133 Gürcüstanın Rusiya ilə münasibətlər üzrə xüsusi nümayəndəsi bəlli oldu
Gürcüstan xarici işlər nazirinin birinci müavini Giorgi Zurabişvili Rusiya ilə münasibətlər üzrə xüsusi nümayəndə təyin edilib. xəbər verir ki, bu barədə Gürcüstanın Birinci Kanalı məlumat yayıb. Kanalın Baş nazir İrakli Kobaxidzenin açıqlamasına istinadən yaydığı məlumata görə, Rusiya ilə münaqişəni
10:44 184 "Atam məni qəbul etmədi, öləndə də danışmadı"
Xalq artisti Nürəddin Mehdixanlı şəxsi həyatı, yaşlanmaqla bağlı düşüncələri və ən böyük arzusu haqda danışıb. Axşam.az xəbər verir ki, aktyor bu haqda "Qonaqcanlı" proqramında söz açıb. O bildirib ki, saçlarının ağarmasını yaşadığı ömrün bir parçası hesab edir:. "Saç ağartmaqdan qorxanla
21.10.2026 490 Qubadlı rayonunun işğaldan azad olunmasından 6 il ötür
2020-ci il oktyabrın 20-sinədək Qubadlı şəhəri mənfur düşmən tapdağı altında idi. Lakin, Ali Baş Komandanımızın sərkərdəliyi ilə rəşadətli ordumuz 44 günlük Vətən müharibəsində əzəli torpaqlarımızı işğaldan azad edərək bizi böyük zəfərimizə çatdırmışdır. Şübhəsiz ki, qələbəmizə gedən yolda ən mühüm əməliyyatlarda
11:56 258 Prezidentin Qubadlıda şanlı bayrağımızı ucaltması mühüm tarixi hadisə oldu
Zəngəzur mahalının ən qədim yaşayış məskənlərindən olan Qubadlının işğaldan azad edilməsindən altı il ötür. 44 günlük Vətən müharibəsinin ən əhəmiyyətli və strateji hərbi uğurlarından biridi də məhz Qubadlı şəhərinin işğaldan azad edilməsi oldu. Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamın
12:29 187