Qazaxın 4 kəndi artıq nəzarətimizdədir - Rəsmi

Qazaxın 4 kəndi artıq nəzarətimizdədir - RəsmiAzərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin tapşırığına əsasən, Azərbaycanın Qazax rayonunun Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı və Qızılhacılı kəndlərinin işğaldan azad olunmasını təmin etmək məqsədilə 19 aprel 2024-cü il tarixində Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası və Ermənistan Respublikası və Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası məsələləri və sərhəd təhlükəsizliyi üzrə Komissiyasının 8-ci görüşünün Protokolu imzalanıb.

"Qafqazinfo" xəbər verir ki, bu barədə Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayevin xidməti məlumat yayıb.

Qeyd olunan Protokolun həyata keçirilməsi məqsədilə sərhəd xəttinin koordinatları üzrə yerdəki geodeziya ölçmələrinə əsaslanaraq dəqiqləşdirmə aparılıb və müvafiq sərhəd xəttinin keçməsinin Protokol-təsvirini özündə əks etdirən birgə çöl işləri nəticələri haqqında Texniki Protokol tərtib edilib.

15 may 2024-cü il tarixində Azərbaycan və Ermənistan arasında sərhəddə Komissiyaların növbəti 9-cu görüşü keçirilib, sözügedən Texniki Protokol razılaşdırılıb və bu barədə Komissiyaların müvafiq Protokolu imzalanıb.

Delimitasiya işləri nəticəsində 12,7 km uzunluğunda sərhəd xətti müəyyən edilib və bununla Azərbaycanın Qazax rayonunun 4 kəndinin: Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı və Qızılhacılının ərazilərinin (6,5 km2) Azərbaycana qaytarılması təmin edilib.

Bu gün Azərbaycanın Qazax rayonunun Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı və Qızılhacılı kəndlərinin əraziləri Azərbaycan Dövlət Sərhəd Xidməti tərəfindən nəzarətə götürülüb.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 974   Tarix: 24 may 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Sevdiyiniz yeməklər sağlam qidalanmağa mane ola bilər - ARAŞDIRMA

İnsanların sevdikləri və xoşlamadıqları qidalarla bağlı formalaşmış fikirləri dəyişmək düşündüyümüzdən daha çətin ola bilər. Yeni araşdırma qida seçimlərinin arxasında duran psixoloji mexanizmlərə diqqət çəkib. BİG.AZ xarici mediaya istinadən xəbər verir ki, ABŞ-ın Yel Universitetinin alimləri təxminə

16:36 115
.

Rusiya Ermənistanın AİB üzvlüyünün dayandırılması ilə bağlı hesabatı araşdırmayıb

Moskva hələ də Ermənistanın Avrasiya İqtisadi Birliyinə üzvlüyünün dayandırılmasının mümkün mənfi nəticələrinə dair hesabatı nəzərdən keçirməyib. xəbər verir ki, bu barədə RİA Novosti agentliyinə istinadən Kremlin sözçüsü Dmitri Peskov məlumat verib. "Xeyr, biz onu nəzərdən keçirməmişik",

10:48 172
.

Nə böyük, nə kiçik qardaş: Azərbaycan və Türkiyə münasibətlərində bərabərlik

"Bir millət, iki dövlət!" Bu ifadəni Azərbaycanla Türkiyənin dostluğunu, qardaşlığını və ortaq taleyini əks etdirən ən qiymətli siyasi düsturlardan biri kimi qəbul etmişik. Bu sözlər bizim üçün adi diplomatik şüar deyil. Onun arxasında ortaq tarix, mədəniyyət, çətin günlərdə bir-birinə uzana

13:47 228
.

Azərbaycan işğala son qoymaqla torpaqlardakı terror yuvasını dağıtdı

Altı il əvvəl Azərbaycan 44 günlük Vətən müharibəsində əldə etdiyi qələbəsilə İranla olan 132 km-lik sərhədini bərpa etdi, beynəlxalq cəmiyyət üçün təhlükə yaradan Ermənistanla İranın birgə hərəkətlərinin qarşısı alındı. Torpaqlarımızın işğal altında olduğu 30 ilə yaxın vaxt ərzində İranla Ermənista

11:47 242
.

Fuad Allahverdiyev arvadını həbs etdirmişdi - Qərar ləğv olundu

İş adamı Fuad Allahverdiyevi şantaj etməkdə təqsirli bilinərək 10 il 6 ay azadlıqdan məhrum edilən keçmiş həyat yoldaşı Gülşən Allahverdiyevanın işi üzrə qərar ləğv edilib. "Qafqazinfo"nun məlumatına görə, Ali Məhkəmə məhkumun şikayəti əsasında belə qərar verib. İşlə tanış olan hakimlər əvvəlk

16:44 133
.

Gürcüstanın Rusiya ilə münasibətlər üzrə xüsusi nümayəndəsi bəlli oldu

Gürcüstan xarici işlər nazirinin birinci müavini Giorgi Zurabişvili Rusiya ilə münasibətlər üzrə xüsusi nümayəndə təyin edilib. xəbər verir ki, bu barədə Gürcüstanın Birinci Kanalı məlumat yayıb. Kanalın Baş nazir İrakli Kobaxidzenin açıqlamasına istinadən yaydığı məlumata görə, Rusiya ilə münaqişəni

10:44 184
.

"Atam məni qəbul etmədi, öləndə də danışmadı"

Xalq artisti Nürəddin Mehdixanlı şəxsi həyatı, yaşlanmaqla bağlı düşüncələri və ən böyük arzusu haqda danışıb. Axşam.az xəbər verir ki, aktyor bu haqda "Qonaqcanlı" proqramında söz açıb. O bildirib ki, saçlarının ağarmasını yaşadığı ömrün bir parçası hesab edir:. "Saç ağartmaqdan qorxanla

21.10.2026 490
.

Qubadlı rayonunun işğaldan azad olunmasından 6 il ötür

2020-ci il oktyabrın 20-sinədək Qubadlı şəhəri mənfur düşmən tapdağı altında idi. Lakin, Ali Baş Komandanımızın sərkərdəliyi ilə rəşadətli ordumuz 44 günlük Vətən müharibəsində əzəli torpaqlarımızı işğaldan azad edərək bizi böyük zəfərimizə çatdırmışdır. Şübhəsiz ki, qələbəmizə gedən yolda ən mühüm əməliyyatlarda

11:56 258
.

Prezidentin Qubadlıda şanlı bayrağımızı ucaltması mühüm tarixi hadisə oldu

Zəngəzur mahalının ən qədim yaşayış məskənlərindən olan Qubadlının işğaldan azad edilməsindən altı il ötür. 44 günlük Vətən müharibəsinin ən əhəmiyyətli və strateji hərbi uğurlarından biridi də məhz Qubadlı şəhərinin işğaldan azad edilməsi oldu. Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamın

12:29 187
.