"Əməliyyata gedəndə yoldaşıma dedim ki, heç kimə demə" - VİDEO

"Əməliyyata gedəndə yoldaşıma dedim ki, heç kimə demə" - VİDEO"2010-cu il, həyatımda silinəsi gün, ay olmadı. Həyatımın geri dönüşü idi. Ağrılarım olurdu, yoldaşım məni məcbur etdi ki, həkimə gedək. Bir gün başımı aldadıb apardılar, biopsiyə getdi. Bilirdilər nədir, amma demirdilər. Cavab gəldi, adını dedilər, amma anlamıram nədir. Başqa bir həkim baxdı, dedi, xərçəngdir, sabah gəl, xəstəxanaya yatmalısan. Dedim, gələ bilmərəm, dostumun toyudur. Getdim toya, dedim, güldüm, əyləndim".

BiG.AZ axşam.az-a istinadən xəbər verir ki, bu sözləri Əməkdar artist Coşqun Rəhimov "Astar" yutub layihəsində deyib. Xərçəngdən müalicə olunan aktyor yaşadıqlarını danışıb:

"Səhəri ağır bir əməliyyata gedəcəkdim. Evdə halallaşdım, vəsiyyətimi etdim, evdəkiləri hazırladım. 120 şiş bir bədəndən asanlıqla çıxmadı. 2 saat planlaşdırılırdı, 13 saat əməliyyatda qaldım. Həyatsevər, heç nədən özümü xoşbəxt edən insanam. Əməliyyata gedəndə yoldaşıma dedim ki, heç kimə demə. Deyin ki, sadəcə, zobdur. Üzüm yarıya kimi soyulmuşdu. 220 tikiş, 120 şiş... Reanimasiyada məni yatızdıra bilmədilər. 14 ildir dərman içirəm, hər 3 aydan bir müayinəyə gedirəm. 5 il sonra yenidən əməliyyat oldum. İzmirdə yod içməyə getdim. Onu içməzdən əvvəl pəhrizə oturmalısan, bədəndən duz, başqa qidalar çəkilir. Bədəndə işıq kimi yanır, sonra duza imkan verirlər. 1 ay evdəkilərlə təmasda olmamalısan".

Bir müddət əvvəl anasını itirən C.Rəhimov göz yaşlarını saxlaya bilməyib:

"Atama çox çətindir. Valideynin yaşı olmur. Anamın ölümü bizə həyatı başa saldı. Zəng etdilər ki, gəl, hallaşmaq istəyir. İnanmırdım, getdim... Hamı ilə hallaşdı. Tərkidünya idi. Dedi, bir az uzanım. Qıymırdıq onu qibləyə uzadaq. Dedi ki, get filan yerdə filan şey var, gətir, yaylığı böl birini çənəmə, birini ayağıma bağlayın. Bizi o qədər bərkitdi ki, qışqırmayın, ayıbdır. Evdə çox adam var idi. Amma halallaşanda yanında yoldaşı, övladları, gəlini idi. Anamın 15-16 nəticəsi var. Elə şərait yaratdı ki, kimsə hansısa işin arxasınca getdi. Anacaq öz uşaqlarına ölümünü göstərdi, dilində Allah sözü ilə canını tapşırdı. Elə bil bütün ağrılarımı apardı. Mənim dünyam o idi. Özüm də babayam, amma... Atam üçün çox çətindir. Deyir, şəkillərini götürün, nəsə axtarır bütün günü evdə".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 843   Tarix: 25 may 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Azərbaycana turist axını niyə azalıb? - Ekspertdən AÇIQLAMA

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycana 191 ölkədən 1 milyon 831,8 min nəfər və yaxud ötən ilin eyni dövrü ilə müqayisədə 6 % az əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib. Gələnlərin 27,1 faizi Rusiya Federasiyası, 19,4 faizi Türkiyə, 7,7 faizi İran, 4,9 faizi Gürcüstan, 4,5 faizi Qazaxıstan, 3,

14:53 174
.

Qubadlıya qayıdış: Tarixi Zəfərdən Böyük Quruculuğa

1992-ci il fevralın 19-da Ermənistan silahlı qüvvələri Qubadlını bombaladı. Nəticədə 5 nəfər həlak oldu, 20 nəfər yaralandı. Bu, açıq müharibənin başlanğıcı idi. Ermənistan Azərbaycana qarşı müharibə elan etmədən hərbi əməliyyatlar aparırdı. Martın 1-də Qafan rayonu istiqamətindən Qubadlıya hücum edildi

12:44 220
.

Neandertallar bir-birini öldürürmüş? - 75 min illik sirr

İraqın şimalındakı Şanidar mağarasında tapılan 75 min illik Neandertal qalıqları qədim insan qohumları arasında zorakılığın miqyası ilə bağlı yeni suallar yaradıb. Alimlər sol kürək sümüyündə aşkarlanan 15 millimetrlik dəliyin taxta nizə zərbəsi nəticəsində yarandığını və bunun ölümcül zorakılığın ə

21.10.2026 403
.

Ermənistan Rusiyadan uzaqlaşır: Azərbaycanla münasibətlər PRİORİTETDİR

"Ermənistanla Rusiya arasındakı münasibətlər artıq əvvəlki kimi ola bilməz". Bunu Ermənistanın "Respublika Naminə" partiyasının sədr müavini Ruben Mehrabyan deyib. "Ermənistanda artıq üzərində tonlarla kompromat olan hökumət yoxdur. Rusiyanın İrəvana qarşı belə bir təsir rıçağ

15:18 134
.

Prezident Elçin Yusubovu vəzifəsindən azad etdi

Elçin Mustafa oğlu Yusubov Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi vəzifəsindən azad edilib. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb. Qeyd edək ki, o, 2024-cü ildə dövlət başçısının Sərəncam

12:48 220
.

Prezident Texnologiyalar parkı ilə bağlı Fərman imzaladı

Texnologiyalar parkının rezidenti olan iri sahibkarlıq subyektlərinin təqvim ili ərzində ümumi gəlirlərində ixracdan əldə edilən gəlirlərin xüsusi çəkisinin minimum həddi müəyyənləşəcək. "Qafqazinfo" xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Fərman imzalayıb. Fərmana əsasən, Nazirlə

13:19 180
.

Qubadlı rayonunun işğaldan azad olunmasından 6 il ötür

2020-ci il oktyabrın 20-sinədək Qubadlı şəhəri mənfur düşmən tapdağı altında idi. Lakin, Ali Baş Komandanımızın sərkərdəliyi ilə rəşadətli ordumuz 44 günlük Vətən müharibəsində əzəli torpaqlarımızı işğaldan azad edərək bizi böyük zəfərimizə çatdırmışdır. Şübhəsiz ki, qələbəmizə gedən yolda ən mühüm əməliyyatlarda

11:56 249
.

Bakının iki rayonunda işıq olmayacaq

Elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması və artan yük tələbatının qarşılanması məqsədilə oktyabrın 22-də Yasamal və Binəqədi Rayon Enerji Təchizatı və Satışı İdarələrinin (RETSİ) xidmət ərazilərində bir sıra Transformator Məntəqələrində (TM) təmir-təftiş və sınaq işlər

10:00 198
.

Əmək müqaviləsinə dəyişiklik hansı qaydada rəsmiləşdirilməlidir?

Əmək müqaviləsinin məzmunu Azərbaycan Respublikası Əmək Məcəlləsinin 43-cü maddəsi ilə tənzimlənir. Həmin maddəyə əsasən, əmək müqaviləsinin məzmunu və quruluşu qanunvericiliyin tələblərinə əməl edilməklə tərəflərin razılığı əsasında müəyyən edilir. Məcəllədə başqa hal nəzərdə tutulmadıqda, əmək müqaviləsini

13:51 181
.