Abituriyentlərin NƏZƏRİNƏ: Sumqayıt Dövlət Universitetindən maraqlı təşəbbüs

Abituriyentlərin NƏZƏRİNƏ: Sumqayıt Dövlət Universitetindən maraqlı təşəbbüsSosial şəbəkələrdə Sumqayıt Dövlət Universiteti (SDU) ilə bağlı edilən paylaşım marağa səbəb olub. Xüsusilə abituriyentlərin diqqətini çəkən məsələ universitetin bu il bakalavriat səviyyəsinə qəbul olacaq tələbələrə xüsusi imkanlar təklif etməsidir.

Oxu.Az xəbər verir ki, paylaşımlarda bu il SDU-ya 500-dən çox balla qəbul olacaq tələbələrə aylıq 200 manat əlavə təqaüd ödəniləcəyi və ödənişsiz olaraq tələbə yataqxanasından istifadəyə şərait yaradılacağı iddia edilir.

Məsələnin təfərrüatını öyrənmək üçün Sumqayıt Dövlət Universiteti ilə əlaqə saxladıq. Universitetdən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, yayılan informasiyalar həqiqəti əks etdirir və SDU növbəti tədris ilində universitetə yüksək balla qəbul olacaq tələbələr üçün yeni imkanlar yaradır:

"2024/25-ci tədris ilində bakalavriat səviyyəsi üzrə 500 baldan yüksək göstəricilərlə SDU-ya qəbul olan tələbələr əlavə olaraq hər ay 200 manat məbləğində xüsusi təqaüd imkanından yararlana biləcəklər. Onu da qeyd edək ki, xüsusi təqaüd digər təqaüdlərin verilməsi qaydalarına uyğun olaraq, tələbələrin semestr üzrə Ümumi Orta Müvəffəqiyyət Göstəricilərinə əsasən, davamlı olaraq ödəniləcək. Tələbələr SDU-nun təmirdən yeni çıxmış "Tələbə evi"ndə ödənişsiz qalmaq imkanı da əldə edəcəklər. Burada tələbələrin rahatlığı üçün yüksək standartlara cavab verən otaqlar, keyfiyyətli internet təminatı, istilik təchizatı, asudə vaxtın səmərəli keçirilməsi üçün bütün imkanlar yaradılıb".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1033   Tarix: 25 may 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Azərbaycana turist axını niyə azalıb? - Ekspertdən AÇIQLAMA

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycana 191 ölkədən 1 milyon 831,8 min nəfər və yaxud ötən ilin eyni dövrü ilə müqayisədə 6 % az əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib. Gələnlərin 27,1 faizi Rusiya Federasiyası, 19,4 faizi Türkiyə, 7,7 faizi İran, 4,9 faizi Gürcüstan, 4,5 faizi Qazaxıstan, 3,

14:53 174
.

Qubadlıya qayıdış: Tarixi Zəfərdən Böyük Quruculuğa

1992-ci il fevralın 19-da Ermənistan silahlı qüvvələri Qubadlını bombaladı. Nəticədə 5 nəfər həlak oldu, 20 nəfər yaralandı. Bu, açıq müharibənin başlanğıcı idi. Ermənistan Azərbaycana qarşı müharibə elan etmədən hərbi əməliyyatlar aparırdı. Martın 1-də Qafan rayonu istiqamətindən Qubadlıya hücum edildi

12:44 220
.

Neandertallar bir-birini öldürürmüş? - 75 min illik sirr

İraqın şimalındakı Şanidar mağarasında tapılan 75 min illik Neandertal qalıqları qədim insan qohumları arasında zorakılığın miqyası ilə bağlı yeni suallar yaradıb. Alimlər sol kürək sümüyündə aşkarlanan 15 millimetrlik dəliyin taxta nizə zərbəsi nəticəsində yarandığını və bunun ölümcül zorakılığın ə

21.10.2026 403
.

Ermənistan Rusiyadan uzaqlaşır: Azərbaycanla münasibətlər PRİORİTETDİR

"Ermənistanla Rusiya arasındakı münasibətlər artıq əvvəlki kimi ola bilməz". Bunu Ermənistanın "Respublika Naminə" partiyasının sədr müavini Ruben Mehrabyan deyib. "Ermənistanda artıq üzərində tonlarla kompromat olan hökumət yoxdur. Rusiyanın İrəvana qarşı belə bir təsir rıçağ

15:18 134
.

Prezident Elçin Yusubovu vəzifəsindən azad etdi

Elçin Mustafa oğlu Yusubov Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi vəzifəsindən azad edilib. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb. Qeyd edək ki, o, 2024-cü ildə dövlət başçısının Sərəncam

12:48 220
.

Prezident Texnologiyalar parkı ilə bağlı Fərman imzaladı

Texnologiyalar parkının rezidenti olan iri sahibkarlıq subyektlərinin təqvim ili ərzində ümumi gəlirlərində ixracdan əldə edilən gəlirlərin xüsusi çəkisinin minimum həddi müəyyənləşəcək. "Qafqazinfo" xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Fərman imzalayıb. Fərmana əsasən, Nazirlə

13:19 180
.

Qubadlı rayonunun işğaldan azad olunmasından 6 il ötür

2020-ci il oktyabrın 20-sinədək Qubadlı şəhəri mənfur düşmən tapdağı altında idi. Lakin, Ali Baş Komandanımızın sərkərdəliyi ilə rəşadətli ordumuz 44 günlük Vətən müharibəsində əzəli torpaqlarımızı işğaldan azad edərək bizi böyük zəfərimizə çatdırmışdır. Şübhəsiz ki, qələbəmizə gedən yolda ən mühüm əməliyyatlarda

11:56 249
.

Bakının iki rayonunda işıq olmayacaq

Elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması və artan yük tələbatının qarşılanması məqsədilə oktyabrın 22-də Yasamal və Binəqədi Rayon Enerji Təchizatı və Satışı İdarələrinin (RETSİ) xidmət ərazilərində bir sıra Transformator Məntəqələrində (TM) təmir-təftiş və sınaq işlər

10:00 198
.

Əmək müqaviləsinə dəyişiklik hansı qaydada rəsmiləşdirilməlidir?

Əmək müqaviləsinin məzmunu Azərbaycan Respublikası Əmək Məcəlləsinin 43-cü maddəsi ilə tənzimlənir. Həmin maddəyə əsasən, əmək müqaviləsinin məzmunu və quruluşu qanunvericiliyin tələblərinə əməl edilməklə tərəflərin razılığı əsasında müəyyən edilir. Məcəllədə başqa hal nəzərdə tutulmadıqda, əmək müqaviləsini

13:51 181
.