İldırım təhlükəsi ilə əlaqədar əhaliyə MÜRACİƏT
Fövqəladə Hallar Nazirliyi tərəfindən ildırımın yaratdığı təhlükələr və bundan qorunmağın yolları barədə aparılan kütləvi maarifləndirmə işlərinə, o cümlədən mütəmadi olaraq əhaliyə edilən müraciətlərə baxmayaraq, təəssüflə qeyd edilməlidir ki, ötən gün ildırım vurması insan ölümü və xəsarətlə nəticələnib.
FHN-dən BiG.AZ-a verilən məlumata görə, bu isə hər bir vətəndaş tərəfindən təhlükəli təbiət hadisələrindən olan ildırımla bağlı zəruri davranış qaydalarına ciddi riayət edilməsi zərurətini yaradır.
Qeyd olunanları, habelə xüsusilə yaz-yay fəsilləri üçün xarakterikliyini nəzərə alaraq, Fövqəladə Hallar Nazirliyi bir daha əhaliyə müraciət edərək ildırımla bağlı təhlükəsizlik qaydalarına ciddi riayət etməyə çağırır:
"Belə ki, ildırım zamanı:
- qazı bağlayın, elektrik cihazlarını şəbəkədən ayırın;
- evin pəncərə və qapılarını örtün, pəncərənin qarşısında dayanmayın;
- telefonla danışmayın;
- elektrik xətti, ildırım ötürücüsü, navalça və antenaya yaxınlaşmayın;
- daldalanmaq üçün hündür ağacların altında gizlənməyin;
- nəzərə alın ki, ildırım düşməsi ağacların hündürlüyü ilə düz mütənasibdir. Belə ki, məsələn, ağacın hündürlüyü dörd metrdirsə, həmin ağacdan, ən azı, dörd metr aralı dayanmaq lazımdır;
- düzəngahdasınızsa, yüksək nöqtə kimi ildırımı cəlb etməmək üçün çuxurda çöməlib dizlərinizi qucaqlayaraq oturun;
- yüksəklikdəsinizsə, çökək yerə enin;
- su hövzəsində çimirsinizsə və ya qayıqdasınızsa, dərhal sahilə çıxın;
- yadda saxlayın ki, metal əşya ilə təmas təhlükəlidir (o cümlədən, saat, sırğa, üzük, idman əşyaları və s.);
- avtomobildəsinizsə, hərəkəti dayandırın, onu tərk etmədən şüşələri qaldırıb ildırımın bitməyini gözləyin;
- bağlanan şüşələri olmayan nəqliyyat vasitəsindəsinizsə (bəzi kənd təsərrüfatı texnikası, motosiklet, velosiped və s.), dərhal düşün və ən azı 30 metr aralanın;
- qrup halındasınızsa, aranızda, ən azı 1,5 metr məsafə saxlayın.
Unutmayın: Qaydalara biganəlik - həyatımıza təhlükədir!
Təhlükə zamanı 112-yə zəng edin!"
Xatırladaq ki, ötən gün Bakıda da axşam saatlarında güclü ildırım çaxıb, qısamüddətli güclü yağış yağıb:
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1033 Tarix: 01 iyun 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşAzərbaycanlılar yaşayan bu kənddə nəfəs almaq çox təhlükəlidir
Gürcüstanın üç şəhərində, o cümlədən Tbilisi, Qardabani və Rustavidə atmosfer havasında çirkləndirici hissəciklərin konsentrasiyası yüksəlib. Bu barədə Gürcüstanın Ətraf Mühitin Mühafizəsi üzrə Milli Agentliyi məlumat yayıb. Məlumata görə, oktyabrın 18-də saat 16:00-a olan göstəricilərə əsasən, Tbilisini
21.10.2026 433 Həmin ada 5 milyona satılır - Fotolar
Egey dənizində, Türkiyə sahillərinə yaxın yerləşən Yunanıstana məxsus Strongilo adası 5 milyon dollara satışa çıxarılıb. Təxminən 219 min kvadratmetr ərazisi, üç təbii çimərliyi və toxunulmamış təbiəti ilə seçilən ada şəxsi mülk və ya turizm layihəsi üçün potensial imkanlar vəd edir. "Qafqazinfo"
21.10.2026 367 Bakının iki rayonunda işıq olmayacaq
Elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması və artan yük tələbatının qarşılanması məqsədilə oktyabrın 22-də Yasamal və Binəqədi Rayon Enerji Təchizatı və Satışı İdarələrinin (RETSİ) xidmət ərazilərində bir sıra Transformator Məntəqələrində (TM) təmir-təftiş və sınaq işlər
10:00 171 Bakıda evdə soyuducuya görə dava: 65 yaşlı kişi gəlinini döydü
Bakıda 65 yaşlı kişi gəlinini döyüb. -ın məlumatına görə, hadisə Bakının Qaradağ rayonu, Qobustan qəsəbəsində baş verib. Qəsəbə sakini, 1961-ci il təvəllüdlü Akif Ramazanovun (ad və soyadlar şərtidir) oğlu Sakit və Aqil ailə qursalar da, bir müddət ata evində yaşayıblar. Bir müddətdən sonra Sakit qonşuluqd
21.10.2026 476 Ermənistan "Tramp marşrutu" üzrə razılaşmanı təsdiqlədi
Ermənistan parlamentinin Xarici Əlaqələr Komitəsi ABŞ ilə "Tramp marşrutu" (TRIPP) layihəsi üzrə strateji tərəfdaşlığa dair çərçivə sazişinin ratifikasiyası haqqında qanun layihəsini təsdiqləyib və məsələni parlamentin növbəti iclasının gündəliyinə daxil edib. Teleqraf xəbər verir ki, qanu
21.10.2026 356 Gənclərin iş həyatına keçidi asanlaşdırılmalıdır - TƏKLİF
"Gənclərin gələcəklə bağlı narahatlığının arxasında həm həyatın real çətinlikləri, həm də özlərindən gözlədikləri ilə mövcud imkanları arasındakı fərq dayanır". Bu sözləri BİG.AZ-a açıqlamasında psixoloq Elnur Rüstəmov bildirib. O qeyd edib ki, gənclik insanın peşəsini, cəmiyyətdə yerini v
11:46 136 Qubadlı rayonunun işğaldan azad olunmasından 6 il ötür
2020-ci il oktyabrın 20-sinədək Qubadlı şəhəri mənfur düşmən tapdağı altında idi. Lakin, Ali Baş Komandanımızın sərkərdəliyi ilə rəşadətli ordumuz 44 günlük Vətən müharibəsində əzəli torpaqlarımızı işğaldan azad edərək bizi böyük zəfərimizə çatdırmışdır. Şübhəsiz ki, qələbəmizə gedən yolda ən mühüm əməliyyatlarda
11:56 167 Prezident Elçin Yusubovu vəzifəsindən azad etdi
Elçin Mustafa oğlu Yusubov Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi vəzifəsindən azad edilib. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb. Qeyd edək ki, o, 2024-cü ildə dövlət başçısının Sərəncam
12:48 127 Nə böyük, nə kiçik qardaş: Azərbaycan və Türkiyə münasibətlərində bərabərlik
"Bir millət, iki dövlət!" Bu ifadəni Azərbaycanla Türkiyənin dostluğunu, qardaşlığını və ortaq taleyini əks etdirən ən qiymətli siyasi düsturlardan biri kimi qəbul etmişik. Bu sözlər bizim üçün adi diplomatik şüar deyil. Onun arxasında ortaq tarix, mədəniyyət, çətin günlərdə bir-birinə uzana
13:47 0