"Sertifikasiya ən yaxşı təhsilverənlərin müəyyənləşdirilməsinə imkan verəcək" - Kamran Əsədov

"Sertifikasiya ən yaxşı təhsilverənlərin müəyyənləşdirilməsinə imkan verəcək" - Kamran ƏsədovElm və təhsil naziri Emin Əmrullayev sertifikasiyadan kəsilənlərin müəllimlərin işə qəbulu (MİQ) imtahanlarında iştirak səlahiyyəti əllərindən alınmadığını deyib.Nazirin sözlərinə görə, sertifikasiya məsələsində diqqət edilməli əsas vacib nüans imtahanda uğur qazanan müəllimlərin 80 %-nin əməkhaqqısının artmasıdır.

Təhsil eksperti Kamran Əsədov BiG.AZ-a bildirib ki, Azərbaycan təhsilində müəllim peşəkarlığı lazım olan səviyyədə deyil. Bu proses ən yaxşı təhsilverənlərin müəyyənləşdirilməsinə, tədrisin keyfiyyətinin qaldırılması üçün minimal səviyyədə bir standartın tətbiq edilməsinə imkan verəcək:

"İlk növbədə qeyd edim ki, orta ümumtəhsil məktəblərində çalışan müəllimlərin attestasiyası axrıncı dəfə 1994- cü ildə tətbiq edilib. Bundan sonra təhsil sistemində çalışanların biliklərinin yoxlanılamsı üçün heç bir addım atılmayıb. Yalnız 2014- cü ildə müəllimlərin diaqnostik imtahanarı keşrilməyə başlandı. 2017-ci ilə qədər davam edən prosesdə 142 mindən çox müəllim iştirak etdi ki, onların 45 faziə qədərinin nəticəsi qənaətbəxş deyildi.
Ona görə də yeni bir yoxlama mexanizminə keçmək lazım idi. Artıq 2 ildir ki, tətbiq edilən sertifkasiya attestasiyanın adının dəyişdirilmiş formasıdır.
Sertifikasiya mahiyyəti müəllimləri peşəkarlıq səviyyəsi və peşə yararlılığını ölçmək üçün olan prosedurdur. Biz həm cəmiyyət olaraq, həm də təhsil mütəxəssisləri olaraq və digər tərəfdə Təhsil Nazirliyi də bilir ki, Azərbaycan təhsilində müəllim peşəkarlığı lazım olan səviyyədə deyil.
Hesab edirəm ki, bu proses ən yaxşı təhsilverənlərin müəyyənləşdirilməsinə, tədrisin keyfiyyətinin qaldırılması üçün minimal səviyyədə bir standartın tətbiq edilməsinə imkan verəcək.Sertifikasiyanın 60 yaşdan yuxarı olanlar üçün könüllü olması planlaşdırılır, amma onlar 65 yaşdan sonra işə davam etmək istəyirlərsə, mütləq bu prosesə qoşulmalıdır.
Sertifikasiya ilə attestasiyanın oxşarlığı osa da, müəyən fərqləri var. Belə ki, birincisi sertifikasiya tam şəkildə attestasiya deyil. Sertifikasiya alan müəllimə onun bilik və bacarığına müvafiq olaraq, differensial əmək haqqı da tətbiq edilir. Hazırda ölkədə müəllimlərə əmək haqqı yalnız onların təhsil səviyyəsinə və stajına uyğun verilir. Amma differensial əmək haqqı tətbiq olunandan sonra artıq müəllimə təhsilinə və stajına görə deyil, onun bilik və bacarığına, yəni sertifikasiya imtahanında göstərdiyi qabiliyyətə uyğun əmək haqqı verilir ki, bu da çox ədalətlidir. Qeyd edim ki, Diaqnostik qiymətləndirmədə müəllimin ixtisas və metodiki bilikləri nəzərə alınır, amma onun peşəkarlığı ilə bağlı bütün cəhətlər nəzərə alınmır. Çünki diaqnostik qiymətləndirmənin özünün xidmət etdiyi konkret istiqaməti var. Amma Sertifikasiyanın daha geniş formatda olması çox yaxşıdır.
Hesab edirəm ki, Attestasiyanın yerinə tətbiq edilən Sertifikasiya zamanı müəllim yalnız test imtahanı vermir, o, həm də müsahibə mərhələsindən keçir ki, müəllimlərdən bilik və bacarıqlardan başqa pedaqoji bacarıqların da yoxlanılmasına imkan verir.
İndiyə qədər keçirilən sertifikatlaşdırmanın nəticələrinin təhlilini qeyd edim:
Bakı Şəhəri üzrə Təhsil İdarəsi, Abşeron-Xızı, Quba-Xaçmaz və Gəncə-Daşkəsən regional təhsil idarələrinə tabe olan, həmçinin Elm və Təhsil Nazirliyinin birbaşa tabeliyindəki ümumi təhsil müəssisələrində çalışan 11 211 ibtidai sinif müəllimi iştirak edib. Onlardan 8 min 843-ü keçid balını toplayıb. Müsahibə mərhələsində 8 min 784 nəfər təhsilverən iştirak edib və onlardan 8 min 751-i uğur qazanaraq sertifikatlaşdırmadan keçmiş hesab olunub. Prosesi uğurla tamamlayaraq 51-60 bal toplamış 3 mindən çox müəllimin vəzifə maaşına 35, 30-50 bal toplamış 5 mindən çox müəllimin vəzifə maaşına isə 10 faiz əlavə edilib.
2022-ci ildən sertifikasiyadan keçməyən müəllimlərə 2023-cü ildə yenidən şans verilib və yekunda təkrar sertifikatlaşdırmadan 743 keçməyib. Bu nəticələri təhlil edəndə görürük ki, sertifikasiyadan keçməyən 500-ə qədər müəllimə bərabərlik prinsipi pozularaq yanaşılıb. Belə ki, 443 ümumi təhsil müəssisəsi üzrə təkrar sertifikatlaşdırmadan keçməyən 743 müəllimdən yalnız 264 nəfərinin tam sinif apardığını, qalanlarına isə yığma dərslərin verildiyini nəzərə alsaq, bu müəllimlərin uzun müddət ixtisası üzrə dərs aparmadığını görürük. İxtisasl ibtidai müəllim olsa da, bu insanlar uzun müddət öz ixtisasları üzrə işləməyiblər, onlara ixtisasları üzrə dərs verilməyib.
Təhlil nəticəsində bu müəssisələrdə ibtidai sinif müəllimlərinin orta dərs yükünün 19 saatdan 22,5 saata yüksəldiyi müəyyən edilib ki, bu da şübhəsiz, həm pedaqoji kadr sıxlığı ilə bağlı gərginliyin aradan qaldırılmasına, həm də dərs yükünün artması ilə əlaqədar müəllimlərin rifahının yaxşılaşdırılmasına xidmət edib.
İndiyə qədər keçirilən sertifikasiya imtahanlarında bəzi xoş olmayan hallar da yaşanıb. Belə ki, təəsüfləndirici bir neçə hal baş verib. Birincisi müəllimlər imtahana gələrkən şəxsiyyətlərini təstiq edən sənədləri gətirmirlər. İkincisi, müəllim olmalarına baxmayaraq, imtahana əlavə köməkçi vasitələr, şpalkalka, konspektlər keçirməyə, ərtafdan kömək almağa, köçürməyə cəhd edirlər".

O qeyd edib ki, ibtidai sinif müəllimləri arasında 4-5-6 bal toplayanlar var:

"Ən təəsüfləndirici hal isə onların göstərdikləri imtahan nəticələri ilə bağlıdır. Müəllimlər arasında, əsas da ibtidai sinif müəllimləri arasında 4-5-6 bal toplayanlar var.
Bir məqamı da qeyd edim ki, test mərhələsindən sonra Nazirlər Kabinetinin 2020-ci aprel 155 nömrəli qərarına əsasən, müəllimlərin 5 istiqamət üzrə müsahibə mərhələsində bilikləri yoxlanılacaq. Bunlar pedaqoji təhsilin təşkili, tədrisin həyata keçirilməsi, ünsiyyət, qiymətləndirmə və təqdimetmə kimi fəaliyyət növləridir. Burada müəllimin kommunikativ bilikləri də nəzərə alınacaq.
İstənilən halda sertifikasiya hansısa bir müsabiqə deyil, bu imtahan hazırda müəllimlərin peşəkarlıq səviyyəsini yoxlayır. Təhsilverənlərin böyük bir hissəsi hazırlıqlardadır. Bu qəbuledilməz haldır. Reallıq ondan ibarətdir ki, indiyə qədər müəllimlərin hazırlığı minumum tələblərə cavab verməyib. Amma bundan kədərlənmək də lazım deyil. Reallığı ondan ibarətdir ki, müəllimlər hazırlıqlara, kurslara gedib, nə isə öyrənirlər və öyrəndiklərini sonradan tədrisə tətbiq edəcəklər. Bu da müəllim peşəkarlığının artmasına gətirib çıxaracaq. Növbəti illərdə həmin bu vəziyyətin müsbət nəticələrini görə biləcəyik.
Müəllim hər gün mütaliə edib işinə yaradıcı yanaşmalıdır. Artıq müəllimlər sertifikasiya imtahanı ilə bağlı olduqca məlumatlıdırlar, ona görə də bu il böyük çətinlik yaşayacaqlarını düşünmürəm. Sadəcə olaraq Xarici dil müəllimlərinin sertifikasiya imtahanına ciddi yanaşmalıyıq. Çünki bu sahədə müəyyən boşluqlar olduğunu görə bilirik".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1044   Tarix: 07 iyun 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

İş stresi ailənizə də təsir edə bilər - Tükənmişliyin 4 əlaməti və çıxış yolu

Səhərlər oyanmaq istəmirsinizsə, özünüzü yorğun, yetərsiz hiss edir və daim maneələrlə qarşılaşdığınızı düşünürsünüzsə, tükənmişlik sindromu ilə üzləşə bilərsiniz. Psixiatriya üzrə mütəxəssis, doktor Talat Sarıkavak bu sindromun əlamətləri və onunla mübarizə yolları barədə məlumat verib. Qaynarinfo xəbə

21.10.2026 150
.

Torpağın çıxarışı var, amma ev qanunsuzdur - Alıcıları belə aldadırlar

Satışa çıxarılan bəzi evlərdə torpağın çıxarışının olduğu vurğulanır, lakin həmin çıxarışın əkin üçün nəzərdə tutulduğu, gələcəkdə təyinatının dəyişəcəyi ilə bağlı vədlər verilir. Bəs görəsən, bu vədlər nə dərəcədə inandırıcıdır? Əkin üçün nəzərdə tutulan torpağın üzərində yaşayış evi tikmək qanunidir

21.10.2026 224
.

Qan analizi hansı xəstəlikləri göstərə bilər?

Qan analizinin nəticələri bəzi xəstəliklərin əlamətlərini hələ simptomlar ortaya çıxmamışdan əvvəl göstərə bilər. Lakin mütəxəssislər bildirirlər ki, yalnız qan analizinin nəticələrinə əsaslanaraq diaqnoz qoymaq düzgün deyil. xəbər verir ki, laborator müayinələr orqanizmdə baş verən dəyişiklikləri erkə

21.10.2026 233
.

CeyLo tərəf müqabili ilə sevgilidir?

Dünyaca məşhur müğənni və aktrisa Cennifer Lopezin britaniyalı aktyor və komediya ustası Bret Qoldstinlə sevgili olduğu iddia edilir. Axşam.az xəbər verir ki, bu barədə "Page Six" nəşri məlumat yayıb. Bildirilib ki, birgə rol aldıqları "Office Romance" filminin çəkilişlərindən sonr

21.10.2026 207
.

1 ay kanalda qalan köpəkbalığı xilas edildi

Cənubi Koreyanın Busan şəhərində bir aydan çox müddət ərzində kanalda qalan köpəkbalığı nəhayət açıq dənizə qaytarılıb. BİG.AZ xarici mediaya istinadla xəbər verir ki, "Bukangi" adı verilən dişi köpəkbalığı oktyabrın 21-də həyata keçirilən üçüncü xilasetmə əməliyyatı nəticəsində dənizə yönləndirilib

21.10.2026 236
.

Jurnalistlərin adından saxtavatsap hesabları yaradılır - Xəbərdarlıq

Son günlər tanınmış jurnalistlərin adından saxta vatsap hesablarının yaradılması və həmin hesablar vasitəsilə müxtəlif məzmunlu mesajların göndərilməsi barədə xəbərlər yayılıb. xəbər verir ki, bununla bağlı Mətbuat Şurasının yaydığı xəbərdarlıqda bildirilib. Bildirilib ki, hüquq-mühafizə orqanlarını

21.10.2026 212
.

Ukrayna Rusiyanın səkkiz iri neft çənini məhv etdi

Ukraynanın dronlarla Rusiyanın Rostov-na-Donu şəhərindəki Novoşaxtinsk Neft Məhsulları Zavodunun neftyükləmə terminalına endirdiyi zərbə nəticəsində 12 iri çəndən ən azı 8-i zədələnib. Teleqraf xəbər verir ki, hücumun nəticələri barədə "Exilenova+" məlumat yayıb. Qeyd edilib ki, hücum zaman

21.10.2026 186
.

Xocalıda torpaq güzəşti: "Digər rayonlarda da tətbiq edilməlidir" - TƏKLİF

Xocalı rayonunun Ballıca və Xanyurdu kəndlərində yaşayan sakinlərə kənd təsərrüfatı təyinatlı torpaqlar güzəştli şərtlərlə icarəyə veriləcək. Bununla bağlı müraciətlərin qəbulu oktyabrın 21-dən başlayıb noyabrın 21-dək davam edəcək. Bu barədə Kənd Təsərrüfatı Nazirliyi məlumat yayıb. Müraciətlər Elektro

21.10.2026 232
.

İranın və Türkiyənin Azərbaycana münasibətində gözlənilməz təzad

İran uzun müddət davam edən səssizliyini pozdu. Özü də gözlənilməz şəkildə. İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai brifinq zamanı çıxış edərək bildirib:. "Azərbaycan xalqı qəhrəman və bəsirətli xalqdır. Hicab məsələsi həm bizim, həm Azərbaycan xalqının, həm də digər müsəlmanların diqqətind

21.10.2026 308
.