"Almatı müqaviləsinin məzmununda tərəflərin ərazi göstəriciləri barədə konkretlik yoxdur" - Politoloq
Ermənistan Xarici İşlər Nazirliyi Ermənistanla Azərbaycan arasında sülh sazişi üzərində işi bir ay ərzində başa çatdırmağa və onu imzalamağa hazır olduğunu deyib.
Politoloq Elşən Manafov BiG.AZ-a bildirib ki,Ermənistanın sülh sazişinin 1991-ci ilin Almatı müqaviləsinin əsasında imzalanması ilə bağlı təkliflərində siyasi spekulyasiya və konyuktura maraqları var.Məsələ burasındadır ki,tərəflər sülh müqaviləsinin Almatı şazişinin şərtləri əsasında imzalanmasına hələ 2023-cü ilin Brüssel görüşündə razılıq vermişdilər:
"Almatı müqaviləsinin məzmununda tərəflərin ərazi göstəriciləri barədə konkretlik yoxdur.Müqaviləni imzalayan tərəflər MDB-yə qoşulduqlarını təsdiq ediblər ki,məhz bundan sonra onların BMT-yə üzvluk məsələsi də öz həllini tapıb.Lakin 1991-ci ilin 12 dekabrında tanınmayan Dağlıq Qarabağ Respublikasında azərbaycanlıların boykot etdiyi referendum keçirilib ki,həmin referendum DQR-nin müstəqilliyinin təsdiqi olub,əlbəttə ermənilərə görə.DQR-nin müstəqilliyinin beynəlxalq birlik tərəfindən tanınmamasına baxmayaraq erməni tərəfi uzun müddət bu mövzu ətrafında siyasi spekulyasiya edib.Maraqlıdır ki,Ermənistanın Ali Soveti 1992-ci ildə Almatının şərtlərini müəyyən şərtlərlə tanıyıb və mətndə onun Azərbaycanın ərazi bütövlüyünü tanıması barədə heç nə yoxdur.Doğrudur,Azərbaycanın qanunverici orqanı tərəfindən Dağlıq Qarabağın muxtar vilayət statusu hələ 1991-ci ilin 26 noyabrında ləğv olunmuşdu,deməli erməni tərəfinin addımları qanundan kənar idi.
Almatı ilə bağlı digər məqam ondan ibarətdir ki,erməni tərəfi ona nəzərən Azərbaycanın 2-ci Qarabağ müharibəsində ələ keçirdiyi bəzi ərazilərin,məsələn yüksəkliklərin gələcəkdə geri qaytarılmasını tələb edə bilər.Halbuki Almatıdan sonra Ermənistanın təcavüzü nəticəsində tərəflər arasında sərhədlərin toxunulmazlığı prinsipi pozulmuş,ərazilər işğal olunmuşdur.Bəllidir ki,hazırki şəraitdə təhlükəsizlik amilləri baxımından Azərbaycanın məlum yüksəklikləri Ermənistana qaytarması düzgün olmazdı.Ermənistan sülh müqaviləsinin mətni üzərində konstruktiv zəmində iş aparmağa hazır olması ilə bağlı qeyri-səmimi açıqlamaları ilə siyasi spekulyasiya edir və sülhə hazır olması ilə bağlı Qərbdəki himayədarları qarşısında xal qazanmağa çalışır.Əslində bu kimi açıqlamalar Ermənistanın sülhdən yayınması ilə bağlı əsl niyyətlərinin ört-basdir edilməsinə yönəldilib".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1020 Tarix: 07 iyun 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaşİş stresi ailənizə də təsir edə bilər - Tükənmişliyin 4 əlaməti və çıxış yolu
Səhərlər oyanmaq istəmirsinizsə, özünüzü yorğun, yetərsiz hiss edir və daim maneələrlə qarşılaşdığınızı düşünürsünüzsə, tükənmişlik sindromu ilə üzləşə bilərsiniz. Psixiatriya üzrə mütəxəssis, doktor Talat Sarıkavak bu sindromun əlamətləri və onunla mübarizə yolları barədə məlumat verib. Qaynarinfo xəbə
21.10.2026 150 Torpağın çıxarışı var, amma ev qanunsuzdur - Alıcıları belə aldadırlar
Satışa çıxarılan bəzi evlərdə torpağın çıxarışının olduğu vurğulanır, lakin həmin çıxarışın əkin üçün nəzərdə tutulduğu, gələcəkdə təyinatının dəyişəcəyi ilə bağlı vədlər verilir. Bəs görəsən, bu vədlər nə dərəcədə inandırıcıdır? Əkin üçün nəzərdə tutulan torpağın üzərində yaşayış evi tikmək qanunidir
21.10.2026 224 Qan analizi hansı xəstəlikləri göstərə bilər?
Qan analizinin nəticələri bəzi xəstəliklərin əlamətlərini hələ simptomlar ortaya çıxmamışdan əvvəl göstərə bilər. Lakin mütəxəssislər bildirirlər ki, yalnız qan analizinin nəticələrinə əsaslanaraq diaqnoz qoymaq düzgün deyil. xəbər verir ki, laborator müayinələr orqanizmdə baş verən dəyişiklikləri erkə
21.10.2026 233 CeyLo tərəf müqabili ilə sevgilidir?
Dünyaca məşhur müğənni və aktrisa Cennifer Lopezin britaniyalı aktyor və komediya ustası Bret Qoldstinlə sevgili olduğu iddia edilir. Axşam.az xəbər verir ki, bu barədə "Page Six" nəşri məlumat yayıb. Bildirilib ki, birgə rol aldıqları "Office Romance" filminin çəkilişlərindən sonr
21.10.2026 207 1 ay kanalda qalan köpəkbalığı xilas edildi
Cənubi Koreyanın Busan şəhərində bir aydan çox müddət ərzində kanalda qalan köpəkbalığı nəhayət açıq dənizə qaytarılıb. BİG.AZ xarici mediaya istinadla xəbər verir ki, "Bukangi" adı verilən dişi köpəkbalığı oktyabrın 21-də həyata keçirilən üçüncü xilasetmə əməliyyatı nəticəsində dənizə yönləndirilib
21.10.2026 236 Jurnalistlərin adından saxtavatsap hesabları yaradılır - Xəbərdarlıq
Son günlər tanınmış jurnalistlərin adından saxta vatsap hesablarının yaradılması və həmin hesablar vasitəsilə müxtəlif məzmunlu mesajların göndərilməsi barədə xəbərlər yayılıb. xəbər verir ki, bununla bağlı Mətbuat Şurasının yaydığı xəbərdarlıqda bildirilib. Bildirilib ki, hüquq-mühafizə orqanlarını
21.10.2026 212 Ukrayna Rusiyanın səkkiz iri neft çənini məhv etdi
Ukraynanın dronlarla Rusiyanın Rostov-na-Donu şəhərindəki Novoşaxtinsk Neft Məhsulları Zavodunun neftyükləmə terminalına endirdiyi zərbə nəticəsində 12 iri çəndən ən azı 8-i zədələnib. Teleqraf xəbər verir ki, hücumun nəticələri barədə "Exilenova+" məlumat yayıb. Qeyd edilib ki, hücum zaman
21.10.2026 186 Xocalıda torpaq güzəşti: "Digər rayonlarda da tətbiq edilməlidir" - TƏKLİF
Xocalı rayonunun Ballıca və Xanyurdu kəndlərində yaşayan sakinlərə kənd təsərrüfatı təyinatlı torpaqlar güzəştli şərtlərlə icarəyə veriləcək. Bununla bağlı müraciətlərin qəbulu oktyabrın 21-dən başlayıb noyabrın 21-dək davam edəcək. Bu barədə Kənd Təsərrüfatı Nazirliyi məlumat yayıb. Müraciətlər Elektro
21.10.2026 232 İranın və Türkiyənin Azərbaycana münasibətində gözlənilməz təzad
İran uzun müddət davam edən səssizliyini pozdu. Özü də gözlənilməz şəkildə. İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai brifinq zamanı çıxış edərək bildirib:. "Azərbaycan xalqı qəhrəman və bəsirətli xalqdır. Hicab məsələsi həm bizim, həm Azərbaycan xalqının, həm də digər müsəlmanların diqqətind
21.10.2026 308