İldə 20 milyon sərnişinin daşındığı metroda niyə tibb məntəqəsi yoxdur? - RƏSMİ AÇIQLAMA
Metro insanların ən çox istifadə etdiyi ictimai nəqliyyat növüdür. Bu il təkcə aprel ayında Bakı Metropoliteni ilə 20 milyon 510 min 190 sərnişin daşınıb.
Ötən ilin aprel ayı ilə müqayisədə sərnişin sayında 7,6 faiz artım qeydə alınıb. Orta statistik hesabla metropolitendən gün ərzində 683 min 673 sərnişin istifadə edib. Yəni hər gün, xüsusilə gur saatlarda metro stansiyalarında izdiham yaşanır. Səhər və axşam saatlarında insanlar asanlıqla qatarlara minə bilmir, bəzən bir neçə qatar yola salmalı olurlar.
Bu cür sıxlıqda halı pisləşən, nəfəs darlığı yaşayan sərnişinlər olur. Elə tez-tez mətbuatda və sosial şəbəkələrdə metroda sərnişinlərin halının pisləşməsi, hətta ölüm hallarının baş verməsi ilə bağlı məlumatlar oxuyuruq.
Metroda halı pisləşən insanlara ya ətrafdakı insanlar, ya metropilten işçiləri ilkin yardım göstərirlər. Aydındır ki, bu yardım peşəkar səviyyədə deyil. Bakı şəhərində isə təcili tibbi yardım avtomobilinin çağırılan ünvana anında çata bilmədiyi sirr deyil. Ona görə də, metro kimi qapalı bir məkanda adi halsızlıq vəziyyəti belə daha pis hadisə ilə nəticələnə bilər.
Bəs "Bakı Metropoliteni"ndə həkim personalının xidmət göstərəcəyi tibb məntəqələri niyə yaradılmır?
Məsələ ilə bağlı "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov Bizim.Media-ya deyib ki, ilkin tibbi yardımla bağlı metropoliten işçiləri məlumatlandırılır:
"Metropolitenin fəaliyyəti sərnişindaşımadır. Tibb məntəqələri, tibb işçiləri isə səhiyyə sahəsinə aiddir. "Bakı Metropoliteni" QSC bu gün səhiyyə qurumları, xüsusilə də Təcili və Təxirəsalınmaz Tibbi Yardım şöbəsi ilə birgə operativ, sürətli iş qurub deyə, buna həm zərurət yoxdur, həm də bu məsələ dövrü olaraq iki qurum arasında müzakirə olunur. Əgər müzakirələrdən hər hansı başqa nəticələr əldə olunacaqsa, məlumatlar veriləcək. Təbii ki, onunla bağlı işçilər xüsusi təlimatlandırılır, məlumatlandırılır və ən operativ addımlar atılır".
O bildirib ki, metrostansiyalara təcili tibbi yardımın gecikməsi ilə bağlı indiyədək heç bir şikayət daxil olmayıb:
"Təcili tibbi yardım metroda sərnişinlərin halının pisləşməsi hadisələrində ən qısa müddətdə gəlirlər. Bizim qurumla onların əlaqəsi adi məişətdə gördüyünüz formada deyil. Ən yaxın məntəqədən ən yaxın briqada göndərilir. Bu, iki qurum arasında tənzimlənib. Nümunə üçün deyək ki, "28 May" metrostansiyasından təcili tibbi yardıma zəng gedibsə, ora ən yaxın məntəqə, ən yaxın briqada hansıdırsa, o göndərilir", - deyə Bəxtiyar Məmmədov qeyd edib.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 871 Tarix: 09 iyun 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş"AzerGold" QSC-nin xarici ölkədə ilk törəmə şirkəti - "AzerGold Uzbekistan" təsis edilib
"AzerGold" QSC-nin xarici ölkədə ilk törəmə şirkəti "AzerGold Uzbekistan" Xarici İnvestisiyalı Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) Özbəkistan Respublikasında dövlət qeydiyyatına alınıb. İki ölkə arasında dağ-mədən sənayesi və geoloji kəşfiyyat sahələrində strateji əməkdaşlığın genişləndirilməsin
21.10.2026 245 Həmin ada 5 milyona satılır - Fotolar
Egey dənizində, Türkiyə sahillərinə yaxın yerləşən Yunanıstana məxsus Strongilo adası 5 milyon dollara satışa çıxarılıb. Təxminən 219 min kvadratmetr ərazisi, üç təbii çimərliyi və toxunulmamış təbiəti ilə seçilən ada şəxsi mülk və ya turizm layihəsi üçün potensial imkanlar vəd edir. "Qafqazinfo"
21.10.2026 138 "Titullu salonlardan çıxsınlar, reallığı görsünlər" - Zahid Orucdan Avropaya ÇAĞIRIŞ
"44 günlük Vətən müharibəsində qələbədən sonra Azərbaycanın tərəfdarlarının və müttəfiqlərinin sayı artmaqla yanaşı, ölkəmizə qarşı mübarizəsini açıq müstəviyə çıxaran beynəlxalq təşkilatlar, o cümlədən konkret dövlətlər də mövcuddur". Bu sözləri BİG.AZ-a açıqlamasında Milli Məclisin deputat
21.10.2026 344 Xəyyamın beşinci övladı doğulub
Əməkdar artist Xəyyam Nisanovun beşinci övladı dünyaya gəlib. Axşam.az xəbər verir ki, müğənni bu haqda "Kəşfət" proqramında danışıb. O, beşinci övladının da oğlan olduğunu bildirib. "Bu il bir övladım da dünyaya gəlib. Hər il mənim üçün önəmli və fərqlidir. Mənə ən çox kiçik qızım bənzəyir"
21.10.2026 396 Azərbaycan Türkiyənin 31 vətəndaşını "arzuolunmaz şəxs" elan edib - Siyahı
Azərbaycan Türkiyənin 31 vətəndaşını "arzuolunmaz şəxslər" siyahısına daxil edib. xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, müxtəlif sosial şəbəkələr və internet platformaları vasitəsilə Azərbaycan Respublikasının suverenliyinə, milli təhlükəsizliyinə
21.10.2026 260 Azərbaycana qarşı dini-siyasi təzyiqlər və kiberhücumlar eyni təhlükəsizlik mənzərəsinin hissəsidir
Oktyabrın ortalarında Azərbaycana qarşı baş verən iki hadisə ölkənin informasiya və milli təhlükəsizliyi məsələlərini yenidən gündəmə gətirib. Bir tərəfdən, Türkiyədə Azərbaycanın diplomatik nümayəndəlikləri qarşısında keçirilən aksiyalarda xilafət çağırışları səsləndirilib, digər tərəfdən isə dövlə
21.10.2026 248 "Lyuk"a düşüb xəsarət alan məmur xanımına görə - AAYDA rəsmisi cəzalandırılıb
Bakıda məmurlardan birinin xanımı açıq qalmış yağış kanalizasiya quyusuna düşərək xəsarət alıb. "Qaynarinfo"ya istinadən xəbər verir ki, hadisə Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, Sarayevo küçəsi 13B ünvanında baş verib. O, avtomobildən düşərkən yolun kənarındakı yağışqəbuledicini
21.10.2026 323 Sabah Bakıya və rayonlara yağış yağacaq
Oktyabrın 22-də gözlənilən hava proqnozu açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən BİG.AZ-a verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin axşam bəzi yerlərdə qısamüddətli yağış yağacağ
21.10.2026 347 Tramp Avropanın sonunu görür: Aİ dağılacaq?
"Tezliklə Avropa deyə bir şey qalmayacaq". Bunu ABŞ Prezidenti Donald Tramp Ağ Evdə jurnalistlərin suallarını cavablandırarkən deyib. O, Avropadakı iqtisadi vəziyyəti və miqrasiya siyasətini tənqid edərək, ölkələrin yanaşmalarını dəyişməyəcəyi təqdirdə Avropa İttifaqının gələcəyinin təhlük
21.10.2026 252