"İşğaldan azad olunmuş ərazilərimizin yüksək enerji potensialına malik olması ölkəmizin enerji siyasətinin daha da inkşafına təkan verəcək"
"Bu gün Azərbaycan dünya miqyasında digər sahələrdə olduğu kimi enerji sahəsində də etibarlı tərəfdaş kimi tanınır. Ölkəmiz tərəfindən böyük enerji layihələri icra olunur, dünyanın tanınmış enerji şirkətləri ilə müqavilələr bağlanır və Azərbaycan bir sıra dünya miqyaslı enerji tədbirlərinə ev sahibliyi edir. Bu həftə ölkəmiz növbəti dəfə mötəbər beynəlxalq tədbirə - 29-cu Beynəlxalq Xəzər Neft və Qaz - "Caspian Oil&Gas" və 12-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji - "Caspian Power" sərgilərinin rəsmi açılış mərasiminə ev sahibliyi etdi".
Bu sözləri BiG.AZ-A deputat Sədaqət Vəliyeva deyib.
O bildirib ki, tədbirdə dünyanın 37 ölkəsindən 300-dək şirkətin, eyni zamanda ABŞ Dövlət Departamentinin enerji məsələləri üzrə rəsmisi, Avropa Komissiyasının Energetika üzrə Baş idarəsinin direktoru, OPEC-in baş katibi, Beynəlxalq Bərpa Olunan Enerji Agentliyinin baş direktoru iştirak edirdi ki, bu da Azərbaycanın dünya miqyasında böyük etibara malik olmasından və tədbirin yüksək əhəmiyyətindən xəbər verir.
"29-cu Beynəlxalq Xəzər Neft və Qaz - "Caspian Oil&Gas" və 12-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji - "Caspian Power" sərgilərinin rəsmi açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev çıxış etdi. Çıxışında Dövlətimizin Başçısı ölkəmizdə 1990-cı illərin əvvəllərində hökm sürən ağır vəziyyət haqqında məlumat verdi və qeyd etdi ki, Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin hakimiyyətə qayıdışı ölkəmizdə dönüş nöqtəsi oldu:1990-cı illərin əvvəllərində Azərbaycanda bütün sahələrdə böhran, özbaşınalıq, xaos hökm sürürdü, dövlət idarəçiliyində isə idarəetmə təmamilə itmişdi. Artıq vəziyyət o qədər ağır idi ki, Azərbaycan parçalanmaq və vətəndaş müharibəsi kimi təhlükələrlə üz-üzə qalmışdır. Xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıdan Ümumilli Liderimiz Heydər Əliyevin qısa müddət ərzində həyata keçirdiyi tədbirlər nəticəsində ölkəmiz üzərindən qara buludlar çəkildi və Azərbaycan sürətli inkşaf dövrünə qədəm qoydu. Xüsusilə vurğulamaq lazımdır ki, Xalqımızın xilaskarı Heydər Əliyevin Azərbaycan xalqı qarşısındakı ən böyük xidmətlərindən biri də özündən sonra İlham Əliyev kimi müdrik siyasətçi yetişdirməsi olmuşdur. Bu günki qüdrətli, güclü və qalib Azərbaycan məhz Heydər Əliyev dühasınln şah əsəridir.
Daha sonra Azərbaycan Lideri Ölkəmizdə həyata keçirilən uğurlu enerji siyasətindən bəhs etdi və vurğuladı ki, Qarabağ və Şərqi Zəngəzurun azad olunmuş ərazilərinin nəhəng hidroelektrik potensialı var. Əlbəttə işğaldan azad olunmuş ərazilərimizin yüksək enerji potensialına malik olması ölkəmizin enerji siyasətinin daha da inkşafına təkan verəcək. Nəticədə Azərbaycanın dünyanın enerji təhlükəsizliyi sahəsində əhəmiyyəti və rolu daha da artacaqdır. Bu gün Azərbaycanın dünya miqyasında etibarlı enerji tərəfdaşı kimi tanınmasında və enerji sahəsində əldə etdiyi bütün uğurlar ölkə başçımız, cənab Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu və uzaqgörən enerji siyasəti dayanır".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 967 Tarix: 10 iyun 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşMN: "Minaatan bölmələri hədəflərə döyüş atışları yerinə yetirir" - VİDEO
2021-ci ilin döyüş hazırlığı planına uyğun olaraq Azərbaycan Ordusunun minaatan bölmələri ilə keçirilən intensiv döyüş hazırlığı məşğələləri davam edir. Müdafiə Nazirliyindən BİG.AZ-a verilən məlumata görə, məşğələlərdə batareyanın atəş mövqeyini tutması və komanda müşahidə məntəqəsinin açılması tapşırıqlar
18.09.2021 245 Qondarma rejimin "bayrağ"ını silən polis kimdir? - FOTO/VİDEO
Xəbər verdiyimiz kimi, Gorus-Qafan yolunun Şurnux kəndi ərazisindən keçən zolağa nəzarət edən Azərbaycan polisi burada hərəkət edən avtomobilin üzərindəki qondarma "respublika"nın qondarma "bayrağı"nı elə yerindəcə süngü ilə qazıyıb. Sosial şəbəkələrdə yayılan məlumata görə, həmi
18.09.2021 4608 BMT-dən xəbərdarlıq: "Dünya fəlakətə doğru gedən bir yoldadır"
BMT İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasına dair yeni hesabatını təqdim edib. Sənəddə dünya ölkələrinin Paris anlaşmalarına uyğun olaraq, qlobal istiləşməni 2 dərəcədən aşağı səviyyədə saxlamaqdan çox uzaq olduğu bildirilib. Hesabatın açıqlanmasından sonra çıxış edən BMT sədri Antoniu Qutyerre
18.09.2021 672 Şimşək çaxıb, leysan yağıb
Ölkə ərazisində hökm sürən faktiki hava açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, saat 21.00-a olan məlumata əsasən Şəki, Daşkəsən, Gədəbəy, Göy-göl, Quba, Ləzə, Qusar, Oğuz, Kişçay (Şəki), Balakən, Sarıbaş(Qax), Sahdağ, Zaqatala
17.09.2021 1179 Türkiyədə təlimlərdə iştirak edən Azərbaycan hərbçilərinin bir qrupu Vətənə qayıdıb
Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında illik hərbi əməkdaşlıq planına əsasən keçirilən "TurAz Şahini - 2021" birgə taktiki-uçuş təlimində iştirak edən Azərbaycan Hərbi Hava Qüvvələrinin bir qrup heyəti və aviasiya vasitələri Vətənə qayıdıb. Bu barədə BİG.AZ-a Müdafiə Nazirliyində
18.09.2021 254 Vəfat edən atasından yazdı: "Yarım qaldı hər şey"
Bir neçə gün öncə atası vəfat edən müğənni Koray Avcı sosial şəbəkə paylaşımı ilə gündəmə gəlib. Axşam.az-a istinadən xəbər verir ki, atasının fotosunu paylaşan sənətçi hisslərini belə ifadə edib:. "Mənə belə baxdığının heç fərqində olmamışam. Heç oturub içki də içmədik səninlə. Aşiq olduğumu d
17.09.2021 1693 İsveçdə Azərbaycan vətəndaşı itkin düşüb
İsveçin Arvika şəhərində azərbaycanlı itkin düşüb. "Report"un Avropa bürosunun məlumatına görə, Azərbaycan vətəndaşı, 39 yaşlı İltimas Mirzəyevdən sentyabrın 15-dən etibarən xəbər almaq mümkün olmayıb. O, evdən çıxdıqdan bir qədər sonra əlaqə kəsilib. Hazırda polis azərbaycanlının axtarışın
18.09.2021 443 İstirahət gününün havası açıqlandı
Sentyabrın 19-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 18-21 isti, gündüz 25-28 isti
18.09.2021 459 Azərbaycanda milli dronlar hazırlanıb - VİDEO
Milli Elmlər Akademiyasının Yüksək Texnologiyalar Parkında xüsusi təyinatlı dronlar hazırlanıb. -ın məlumatına görə, pilotsuz uçuş aparatları sifarişlər əsasında yerli mütəxəssislər tərəfindən hazırlanıb. Dronlari uçuş vaxtları, yükdaşıma və küləyə davamlılığı ilə fərqlənir. Həmçinin uçuş trayektoriyasını
18.09.2021 428