"Azərbaycanın həyata keçirdiyi siyasət dünya dövlətləri tərəfindən heyranlıqla izlənilir"

"Azərbaycanın həyata keçirdiyi siyasət dünya dövlətləri tərəfindən heyranlıqla izlənilir""Prezident İlham Əliyevin Bakı Enerji Həftəsi çərçivəsində keçirilən 29-cu Beynəlxalq Xəzər Neft və Qaz - "Caspian Oil&Gas" və 12-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji - "Caspian Power" sərgilərinin rəsmi açılış mərasimində çıxışında söylədiyi kimi Azərbaycan qaz təchizatının coğrafiyasını bundan sonra da genişləndirəcək və bir sıra ölkələrlə danışıqlar mərhələsindədir.
Bu ilki Bakı Enerji Həftəsi Azərbaycanın dünyaya təqdim olunması baxımından mühim bir platformadır. Artıq bu bir ənənəyə çevrilib. Bu ilki Bakı Enerji Həftəsi çox önəmli bir tarixə təsadüf edir. Azərbaycanda bu məsələlər ən çox müzakirə olunan məsələlərdi".

Bu sözləri BiG.AZ-a deputat Ceyhun Məmmədov deyib.

O bildirib ki, bu gün Azərbaycan COP29-a hazırlaşır. Bu kifayət qədər Qlobal forumdur. Çoxlu sayda qonaqların buraya gəlməsi və müzakirələrin aparılması nəzərdə tutulur. Eyni zamanda biz nəzərə almalıyıq ki, bu gün Azərbaycan sürətli formada yaşıl enerjiyə keçid istiqamətində cənab Prezidentin rəhbərliyi ilə çox ciddi addımlar atır. Biz bir neçə ildir bu istiqamətdə bir çox layihələrin keçirildiyinin şahidi oluruq. Bu layihələrin nəticələrini növbəti illərdə açıq-aydın görəcəyik. Bu gün külək enerjisindən, eyni zamanda günəş enerjisindən istifadə və bu modellərin işğaldan azad olunmuş ərazilərdə tətbiqi istiqamətində addımlar atılır. Biz söyləyə bilərik ki, bu bir neçə gündə bütün dünyanın ürəyi Bakı ilə döyünəcək.

"Açılış mərasimində Prezident bir neçə mühim mesajlar verdi: Azərbaycanın strategiyası, gələcəyə baxışı, bərpa olunan enerji ilə bağlı görülən işlər və digər istiqamətlərdə mühim mesajlar oldu.
Eyni zamanda onu da qeyd etmək istəyirəm ki, bu həftə çərçivəsində bir çox dünyanı düşündürən mühüm və qlobal məsələlərin müzakirəsi nəzərdə tutulur. Hesab edirəm ki, Azərbaycanda həm bir ilin elan olunması, həm də COP29-un keçirilməsi də bu tədbirin önəmini daha da artırır. Eyni zamanda bu həftə bizim COP29-a doğru addımlarımız fonunda buna bir hazırlıq mahiyyəti daşıyır.
Dünyada belə bir fikir formalaşıb ki, bu gün enerji təhlükəsizliyi milli təhlükəsizliyə bərabərdir. Bu tədbir ilk dəfə 1994-cü ildə keçirilib və əsrin müqaviləsinə də şahidlik edib. O zaman da dünyanın özündə belə əksər dövlətlər düşünmürdülər ki, vaxt gələcək elə onlar üçün də enerji təhlükəsizliyi milli təhlükəsizliyə çevriləcək.
1994-cü ildə Ulu Öndər Heydər Əliyev bu dövrü, bu günləri görərək o müqavilələri imzaladı və həmin dövrdən etibarən Azərbaycan gücləndi, iqtisadiyyatı formalaşdı, neftimiz, qazımız eyni zamanda iqtisadiyyatımızın güclənməsinə milli təhlükəsizliyimizə öz töhfəsini verdi.
Əslində bu gün enerji thlükəsizliyi dünya ölkələrinin ümumi inkişafında çox mühim və ciddi bir rol oynayır. Ukrayna Rusiya müharibəsi dövründə bir sıra qərb ölkələri cox ciddi çətinliklər yaşadı. Yəni, onlar bir tərəfdən Rusiyanın qazından, neftindən imtina etməyə çalışarkən özləri enerji təhlükəsizliyi ilə bağlı çox ciddi çətinliklər çəkdi.
Bu dövrdə biz nəzərə almalıyıq ki, Azərbaycan həm Ulu Öndərin vaxtında Bakı-Tibilisi Ceyhan, sonrakı dövrdə Avropaya gedən neft kəmərləri, qaz kəmərləri, bunların hamısı o dövrdən planlaşdırıldı və bu gün biz bu hadisələrin fonunda Avropanın enerji təhlükəsizliyində ciddi rol oynayan ölkələrdən birinə çevrilə bildik.
Bu gün Azərbaycan Qərbin, Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayan bir dövlətə çevrilib. 8 ölkəyə Azərbaycan öz qazını satır. Gələcəkdə də Azərbaycan bu prosesə öz töhfəsini birmənalı olaraq verəcək. 8 ölkədən 6-sı Avropa ölkəsidir. Bu gün Azərbaycan eyni zamanda alternativ enerji istiqamətində mühüm addımlar atır. Yaşıl enerji ilə bağlı keçirilən ciddi layihələr var. Azərbaycan günəş və külək enerjisinin əldə olunması istiqamətində mühüm işlər görür, layihələr həyata keçirir. Bu mənada bu forumun çox böyük əhəmiyyəti və faydası var.
Bu forum Azərbaycan həqiqətlərinin təbliği və Azərbaycanın imkanlarının dünya birliyinə çatdırılması, Azərbaycanın uğurlarının artırılması baxımından da xüsusi əhəmiyyət daşıyır. Bu gün Azərbaycan artıq dünyanın nəbzinin tutulduğu, dünyanı düşündürən, narahat edən bir çox vacib mövzuların müzakirə olunduğu bir məkana çevrilib. Bu da Azərbaycanın nüfuzunun artmasına, Azərbaycanın və ona olan etimadın, inamın artmasına öz ciddi və müsbət təsirini göstərir.
Azərbaycan inkişaf edir, öz imkanlarına görə çox böyük uğurlu layihələr həyata keçirir, Azərbaycanın həyata keçirdiyi siyasət də dünya dövlətləri və dünya birliyi tərəfindən ciddi formada heyranlıqla izlənilir. Ən önəmlisi isə hər il bu foruma və bu tədbirə marağın artmasıdır və daha çox şəxsin, ölkənin forumda iştirak etmək üçün addımlar atmasıdır. Hesab edirəm ki, bu, olduqca önəmli, vacib məsələdir. Azərbaycanın həm də nüfuzunun, gücünün, imkanlarının artmasına təkan verən və bunu göstərən ən önəmli məsələlərdən biridir".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 671   Tarix: 10 iyun 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

MN: "Minaatan bölmələri hədəflərə döyüş atışları yerinə yetirir" - VİDEO

2021-ci ilin döyüş hazırlığı planına uyğun olaraq Azərbaycan Ordusunun minaatan bölmələri ilə keçirilən intensiv döyüş hazırlığı məşğələləri davam edir. Müdafiə Nazirliyindən BİG.AZ-a verilən məlumata görə, məşğələlərdə batareyanın atəş mövqeyini tutması və komanda müşahidə məntəqəsinin açılması tapşırıqlar

18.09.2021 245
.

Qondarma rejimin "bayrağ"ını silən polis kimdir? - FOTO/VİDEO

Xəbər verdiyimiz kimi, Gorus-Qafan yolunun Şurnux kəndi ərazisindən keçən zolağa nəzarət edən Azərbaycan polisi burada hərəkət edən avtomobilin üzərindəki qondarma "respublika"nın qondarma "bayrağı"nı elə yerindəcə süngü ilə qazıyıb. Sosial şəbəkələrdə yayılan məlumata görə, həmi

18.09.2021 4608
.

BMT-dən xəbərdarlıq: "Dünya fəlakətə doğru gedən bir yoldadır"

BMT İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasına dair yeni hesabatını təqdim edib. Sənəddə dünya ölkələrinin Paris anlaşmalarına uyğun olaraq, qlobal istiləşməni 2 dərəcədən aşağı səviyyədə saxlamaqdan çox uzaq olduğu bildirilib. Hesabatın açıqlanmasından sonra çıxış edən BMT sədri Antoniu Qutyerre

18.09.2021 672
.

Şimşək çaxıb, leysan yağıb

Ölkə ərazisində hökm sürən faktiki hava açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, saat 21.00-a olan məlumata əsasən Şəki, Daşkəsən, Gədəbəy, Göy-göl, Quba, Ləzə, Qusar, Oğuz, Kişçay (Şəki), Balakən, Sarıbaş(Qax), Sahdağ, Zaqatala

17.09.2021 1179
.

Türkiyədə təlimlərdə iştirak edən Azərbaycan hərbçilərinin bir qrupu Vətənə qayıdıb

Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında illik hərbi əməkdaşlıq planına əsasən keçirilən "TurAz Şahini - 2021" birgə taktiki-uçuş təlimində iştirak edən Azərbaycan Hərbi Hava Qüvvələrinin bir qrup heyəti və aviasiya vasitələri Vətənə qayıdıb. Bu barədə BİG.AZ-a Müdafiə Nazirliyində

18.09.2021 254
.

Vəfat edən atasından yazdı: "Yarım qaldı hər şey"

Bir neçə gün öncə atası vəfat edən müğənni Koray Avcı sosial şəbəkə paylaşımı ilə gündəmə gəlib. Axşam.az-a istinadən xəbər verir ki, atasının fotosunu paylaşan sənətçi hisslərini belə ifadə edib:. "Mənə belə baxdığının heç fərqində olmamışam. Heç oturub içki də içmədik səninlə. Aşiq olduğumu d

17.09.2021 1693
.

İsveçdə Azərbaycan vətəndaşı itkin düşüb

İsveçin Arvika şəhərində azərbaycanlı itkin düşüb. "Report"un Avropa bürosunun məlumatına görə, Azərbaycan vətəndaşı, 39 yaşlı İltimas Mirzəyevdən sentyabrın 15-dən etibarən xəbər almaq mümkün olmayıb. O, evdən çıxdıqdan bir qədər sonra əlaqə kəsilib. Hazırda polis azərbaycanlının axtarışın

18.09.2021 443
.

İstirahət gününün havası açıqlandı

Sentyabrın 19-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 18-21 isti, gündüz 25-28 isti

18.09.2021 459
.

Azərbaycanda milli dronlar hazırlanıb - VİDEO

Milli Elmlər Akademiyasının Yüksək Texnologiyalar Parkında xüsusi təyinatlı dronlar hazırlanıb. -ın məlumatına görə, pilotsuz uçuş aparatları sifarişlər əsasında yerli mütəxəssislər tərəfindən hazırlanıb. Dronlari uçuş vaxtları, yükdaşıma və küləyə davamlılığı ilə fərqlənir. Həmçinin uçuş trayektoriyasını

18.09.2021 428
.