Azərbaycanda 16 yaşına çatmayan övladının evliliyini təşkil edən valideynlər həbs olunacaq

Azərbaycanda 16 yaşına çatmayan övladının evliliyini təşkil edən valideynlər həbs olunacaqAzərbaycanda 16 yaşına çatmayan övladının evliliyini təşkil edən valideynlər iki ilədək həbs olunacaq.

"Report"un xəbərinə görə, bununla bağlı Cinayət Məcəlləsinə yeni 176-2-ci maddə (On altı yaşına çatmayan şəxsin erkən evliliyinin təşkili) əlavə edilir.

Yeni maddəyə əsasən, on altı yaşına çatmayan şəxsin erkən evliliyinin həmin şəxsin və ya erkən evliliyə daxil olan digər şəxsin valideynləri və ya onları tərbiyə etmək vəzifəsi daşıyan şəxslər və ya erkən evliliyə daxil olan yetkinlik yaşına çatmış şəxs tərəfindən təşkil edilməsinə görə 2 000 manatdan 3 000 manatadək miqdarda cərimə və ya 2 ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya 2 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq.

Bu maddədə nəzərdə tutulmuş cinayətə görə məsuliyyət erkən evliliyə daxil olan yetkinlik yaşına çatmış şəxsə münasibətdə həmin şəxslə zərərçəkmiş şəxsin yaş fərqi beş ildən çox olduqda yaranır.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 735   Tarix: 11 iyun 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Razi Nurullayev: "İsrailə ‘qardaş’ deməyim reallığa əsaslanır"

Milli Məclisin deputatı Razi Nurullayevin İsrail barədə çıxışı birmənalı qarşılanmayıb. İsraili "qardaş" adlandıran deputat tənqidlərə məruz qalıb. bu barədə deputatın fikirlərini öyrənib. Nurullayev İsraili "qardaş ölkə" adlandırmasının da konkret reallıqlara əsaslandığını bildirib

20.04.2026 499
.

Tərbiyə məqsədilə uşağı döyənlər bu qədər cərimə olunacaq

Uşağa qarşı fiziki və (və ya) psixoloji zorakılığın törədilməsinə görə məsuliyyət nəzərdə tutulacaq. "Qafqazinfo" xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılan İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsində əksini tapıb

14:19 192
.

"Toy verilişləri efirdən yığışdırılmalıdır" -MURAD ARİF ŞURAYA SƏSLƏNDİ

Müğənni Murad Arif telekanallarda musiqi və əyləncə verilişlərinin hazırkı vəziyyətini tənqid edərək ilginc təkliflər irəli sürüb:. xəbər verir ki, bu barədə o sosial şəbəkə hesabında yazıb:. "Telekanallarla bağlı daha bir qərarın qəbuluna ehtiyac var. Orta səviyyəli müğənnilərin, zəif heyətlərl

20.04.2026 524
.

Bir uşağı qəddar edən sistem: məktəblərdə nə baş verir?

"Məktəblərin hər keçən gün daha təhlükəli məkana çevrilməsi illərlə buraxılmış sistemli səhvlərin məntiqi nəticəsidir. Ədəbiyyata olan biganəlik insanın mənəvi dünyasının kasadlaşmasına, empatiya hissinin zəifləməsinə səbəb olduğu kimi, digər sahələrdə yaranan boşluqlar da aqressiv və cinayətka

12:00 267
.

Kuril adalarında 7,4 bal gücündə zəlzələ baş verib

Kuril adaları yaxınlığında 7,4 bal gücündə güclü zəlzələ qeydə alınıb. BİG.AZ NBC News-a istinadən xəbər verir ki, yerli seysmoloji xidmətlərin məlumatına görə, yeraltı təkanlar 20 apreldə Saxalin vaxtı ilə saat 18:52-də baş verib və ocağı 12 kilometr dərinlikdə yerləşib. Hadisədən sonra ərazidə dağınt

12:12 216
.

"Əhmədin xəstəxanadan buraxılması tamamilə cəfəngiyyatdır" - Rəsmi

Baş Prokurorluq 5 ailə üzvünü qətlə yetirmiş Əhməd Əhmədovun həbsdən buraxılması ilə bağlı iddialara cavab verib. "Qafqazinfo" xəbər verir ki, açıqlamada deyilir:. "Bəzi sosial şəbəkə subyektləri tərəfindən 13.02.2024-cü il tarixdə paytaxtın Xətai rayonunda 5 nəfər ailə üzvünü qəsdən öldürmü

13:55 342
.

Sinif yoldaşı tərəfindən yandırılan şagirdin vəziyyəti - Açıqlandı

Ötən gün Bakıda 286 nömrəli məktəbdə sinif yoldaşı tərəfindən yandırılan şagirdin vəziyyəti açıqlanıb. Bu barədə "Qafqazinfo"nun sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib. Bildirilib ki, hazırda şagirdin müalicəsi davam etdirilir: "Ötən gün yanıq xəsarətləri ilə Nərimanov Tibb Mərkəzini

11:27 367
.

Tbilisidə nəhəng layihə: Trampın şirkəti 70 mərtəbəli bina tikir

ABŞ prezidenti Donald Trampın şirkəti olan Trump Organization Tbilisidə ən hündür göydələnin tikintisini planlaşdırır. xəbər verir ki, bu barədə The Wall Street Journal (WSJ) mənbələrə istinadən məlumat yayıb. Məlumata görə, "Trump Organization" və tərəfdaşları təxminən 70 mərtəbəli, Gürcüsta

11:30 192
.

Süni intellektlə təxribat törədənlər həbs olunacaq

Azərbaycanda süni intellektlə təxribat törədənlər həbs ediləcək. "Qafqazinfo" xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirə olunan Cinayət Məcəlləsində dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb. Qanun layihəsinə əsasən, Azərbaycan Respublikasını

13:33 205
.

TOP MP3