"Bu səfər Misir-Azərbaycan əlaqələrinin inkişafına böyük töhfə verəcək"
Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyev iyunun 7-də Misir Ərəb Respublikasına rəsmi səfərə gedib.
"Azərbaycan-Misir münasibətləri tarixi keçmişə malikdir. Biz Misirlə istər İslam əməkdaşlıq çərçivəsində, istər Birləşmiş Millətlər Təşkilatı, Qoşulmama hərəkatı və bütövlükdə dünyanın beynəlxalq platformalarında sıx iş birliyinə malikik.Misirlə Azərbaycan əlaqələri 1990-cı illərin əvvəllərindən başlayıb. Misir Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlətlərdən biridir. 1994-cü ildə Ulu öndər Misirə səfər edərək bir çox mühüm görüşlər keçirmiş və həmin görüşdə hər iki ölkə üçün önəmli sənədlər imzalanmışdı.
Sonrakı dövrlərdə hər iki ölkə prezidentləri qarşılıqlı səfərlər ediblər 2007-ci ildə cənab prezidentin Misirə səfəri baştutmuşdu. Bu səfər də olduqca mühim xarakter daşıyırdı. Eyni zamanda biz xatırlayırıq ki, bir il öncə Misir prezidentinin də Azərbaycana səfəri baş tutmuşdu".
Bu sözləri BiG.AZ-A deputat Ceyhun Məmmədov deyib.
O bildirib ki, Azərbaycan prezidentinin Misirə baş tutan səfəri onu göstərir ki, gələcəkdə də yüksələn dinamika ilə bu münasibətlər inkişaf edəcək. Bu da bizim əlaqələrimizin genişlənməsində öz töhfəsini verəcək.
"Misir bütün platformalarda Azərbaycanın mövqeyini dəstəkləyib. Misir Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkələrdən biridir. Misirlə bir çox sahələrdə sıx əməkdaşlığımız var. Hər iki ölkənin çox böyük potensialı var. Hər iki ölkə müsəlman ölkəsidir. Hər iki ölkənin ortaq dəyərləri var. Bu da bizə daha da güclü olmağa, daha da inkişaf etməyə imkan yaradacaq.Səfər zamanı Azərbaycanla Misir arasında ikitərəfli siyasi əlaqələr, eləcə də ölkələrimizin Beynəlxalq Təşkilatlar çərçivəsində əməkdaşlığı yüksək qiymətləndirildi.
Görüşdə Misirin COP27-ə, Azərbaycanın isə COP29-a sədirlik etməsi vurğulandı və ölkələrimiz arasında bu sahədə əməkdaşlıq və təcrübə mübadiləsinin aparılması qeyd olundu. Bundan başqa iki ölkə arasında enerji, tikinti, sənaye, əczaçılıq, nəqliyyat və digər sahələrdə əməkdaşlıq məsələləri müzakirə olundu.
Cənab prezidentin səfər zamanı toxunduğu məsələlərdən biri də İsrail-Fələstin münasibətləri oldu. Azərbaycanı Fələstin məsələsində günahlandırmaq istəyənlərə çox dəqiq və konkret cavab verdi. Bildiyimiz kimi bir neçə gün əvvəl Türkiyədə SOCAR-ın binasına hücum olmuşdu. Müxtəlif platformalarda Azərbaycanın ünvanına müəyyən fikirlər səsləndirilirdi ki, guya Azərbaycan Fələstinlə bağlı məsələdə biganədi. Əslində bu tamamilə bizə qarşı irəli sürülən əsassız ittihamdır.
Azərbaycan İsraillə bərabər Fələstinlə əlaqələrini gücləndirir. Buna baxmayaraq cənab prezident bir çox müsəlman liderlərindən fərqli olaraq Fələstində baş verənləri bir faciə kimi qiymətləndirdi. Orada baş verənlərin dayandırılmasının vacibliyini vurğuladı.
Cənab prezidentin bu səfərdə toxunduğu mühüm məqamlardan biri də Azərbaycan-Ermənistan münasibətləri oldu. Prezident İlham Əliyev Ermənistan və Azərbaycan arasında sülhün əldə olunmasında çox böyük yolun qət edildiyini bildirdi. Ölkə başçısı Qazaxın dörd kəndinin geri qaytarılması, sərhədlərin delimitasiyası və demarlasiyasında uğurun əldə olunmasını xüsusi qeyd etdi. Azad olunmuş torpaqlarda görülən işlər, abadlıq-quruculuq işləri xüsusi qeyd edildi".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 638 Tarix: 12 iyun 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş"Brain Academy"də autizmli körpə döyüldü, polis araşdırmaya başladı - Video
"Brain Academy"nin Bakıxanov qəsəbəsində yerləşən filialında autizm spektrli 2 yaşlı uşağın döyülməsi hadisəsi polis tərəfindən araşdırılır. Bu barədə -a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib. Bildirilib ki, faktla bağlı Cinayət Məcəlləsinin xuliqanlıq maddəsi ilə cinayə
21.10.2026 223 "Atam məni qəbul etmədi, öləndə də danışmadı"
Xalq artisti Nürəddin Mehdixanlı şəxsi həyatı, yaşlanmaqla bağlı düşüncələri və ən böyük arzusu haqda danışıb. Axşam.az xəbər verir ki, aktyor bu haqda "Qonaqcanlı" proqramında söz açıb. O bildirib ki, saçlarının ağarmasını yaşadığı ömrün bir parçası hesab edir:. "Saç ağartmaqdan qorxanla
21.10.2026 190 İş stresi ailənizə də təsir edə bilər - Tükənmişliyin 4 əlaməti və çıxış yolu
Səhərlər oyanmaq istəmirsinizsə, özünüzü yorğun, yetərsiz hiss edir və daim maneələrlə qarşılaşdığınızı düşünürsünüzsə, tükənmişlik sindromu ilə üzləşə bilərsiniz. Psixiatriya üzrə mütəxəssis, doktor Talat Sarıkavak bu sindromun əlamətləri və onunla mübarizə yolları barədə məlumat verib. Qaynarinfo xəbə
21.10.2026 150 Xocalıda torpaq güzəşti: "Digər rayonlarda da tətbiq edilməlidir" - TƏKLİF
Xocalı rayonunun Ballıca və Xanyurdu kəndlərində yaşayan sakinlərə kənd təsərrüfatı təyinatlı torpaqlar güzəştli şərtlərlə icarəyə veriləcək. Bununla bağlı müraciətlərin qəbulu oktyabrın 21-dən başlayıb noyabrın 21-dək davam edəcək. Bu barədə Kənd Təsərrüfatı Nazirliyi məlumat yayıb. Müraciətlər Elektro
21.10.2026 232 Həmkarı İlham Əliyevə zəng etdi
Oktyabrın 21-də Şimali Makedoniyanın Prezidenti Qordana Silyanovska-Davkova Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib. "Qafqazinfo" xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb. Telefon danışığı zamanı dövlət başçıları dünyada enerji sahəsində yaranmış vəziyyət, mövcu
21.10.2026 222 Azərbaycan Türkiyənin 31 vətəndaşını "arzuolunmaz şəxs" elan edib - Siyahı
Azərbaycan Türkiyənin 31 vətəndaşını "arzuolunmaz şəxslər" siyahısına daxil edib. xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, müxtəlif sosial şəbəkələr və internet platformaları vasitəsilə Azərbaycan Respublikasının suverenliyinə, milli təhlükəsizliyinə
21.10.2026 260 Tünzalənin özünə 50 yaş hədiyyəsi
Xalq artisti Tünzalə Ağayeva 50 illik yubileyini xüsusi bir musiqi hədiyyəsi ilə qeyd edib. Axşam.az xəbər verir ki, müğənni yaş günündə özünə yeni mahnı hədiyyə edib. "100 dəfə 100 dəfə" adlanan mahnının musiqisi Tünzalənin özünə, sözləri isə Cavid Şahbazbəyova məxsusdur. Qeyd edək ki, yen
21.10.2026 216 "Titullu salonlardan çıxsınlar, reallığı görsünlər" - Zahid Orucdan Avropaya ÇAĞIRIŞ
"44 günlük Vətən müharibəsində qələbədən sonra Azərbaycanın tərəfdarlarının və müttəfiqlərinin sayı artmaqla yanaşı, ölkəmizə qarşı mübarizəsini açıq müstəviyə çıxaran beynəlxalq təşkilatlar, o cümlədən konkret dövlətlər də mövcuddur". Bu sözləri BİG.AZ-a açıqlamasında Milli Məclisin deputat
21.10.2026 344 "Lyuk"a düşüb xəsarət alan məmur xanımına görə - AAYDA rəsmisi cəzalandırılıb
Bakıda məmurlardan birinin xanımı açıq qalmış yağış kanalizasiya quyusuna düşərək xəsarət alıb. "Qaynarinfo"ya istinadən xəbər verir ki, hadisə Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, Sarayevo küçəsi 13B ünvanında baş verib. O, avtomobildən düşərkən yolun kənarındakı yağışqəbuledicini
21.10.2026 323