QƏRAR VERİLDİ – Sənədi olmayan bu evlərə "kupça" veriləcək
"Kütləvi massivlər "özbaşına tikililər" adı altında konsepsiya da işlənib, təsdiq olunacaq".
Bunu Milli Məclisin Aqrar siyasət komitəsinin iclasında Torpaq Məcəlləsində dəyişikliyin müzakirəsi zamanı İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin şöbə müdiri İlqar Həbiyev deyib. Onun sözlərinə görə, növbəti mərhələdə özbaşına yaşayış massivlərinin formalaşdırılması ilə bağlı kütləvi kateqoriya dəyişiklikləri, icazələr və sənədləşdirmə məsələlərinə münasibət bildiriləcək.
Bəs görəsən, konsepsiya hazırlanarkən hansı nüanslar nəzərə alınacaq?
Mövzu ilə bağlı Yenisabah.az-a danışan əmlak məsələləri üzrə ekspert Elnur Azadov bildirib ki, ilkin mərhələdə sənədləri nisbətən qaydasında olan evlərin qeydiyyatı mümkün olacaq:
"İlkin mərhələdə sənədi qaydasında olan evlərin qeydiyyatına başlanacaq. Məsələn, bələdiyyə tərəfindən verilmiş sənədlər, digər sərəncamlar və digər hüquqi sənədlər əsas götürüləcək. Ümumiyyətlə, heç bir sənədi olmayan evlərə isə bu şamil olunmayacaq. Ona görə ki, belə evlərin heç bir qanuni əsası yoxdur. Hazırda yalnız Əmlak Məsələləri Dövlət Xidmətinin sənədləşmə apara bildiyi evlərin qeydiyyata alınması mümkündür. Sənədləşməsi mümkün olmayan evlərin sökülməsi və sakinlərin başqa ərazilərə köçürülməsi həcm olaraq həddən artıq böyük bir prosesdir".
Ekspertin fikrincə, paytaxın müxtəlif ərazilərində yerləşən və qeydiyyatı mümkün olmayan evlərlə bağlı problem olduqca ciddidir:
"Elə ərazilər var ki, oradakı evlər inşaat və yaşayış normativinə uyğun tikilməyib. Məsələn, Bakının "Şanxay", "NZS", Keşlə, Yasamal və Alatava kimi ərazilərindəki evlər o qədər bir-birinə sıx tikilib ki, hər hansı fövqəladə hal zamanı yanğınsöndürən maşın müdaxilə edə bilmir. Bu kimi yerlərdə olan evlərə sənədin verilməsi o deməkdir ki, dövlət artıq öz normativlərini qorumur. Digər tərəfdən, bu evlərin sökülməsi məsələsi daha da qəlizdir. Əslində, bu illərdir davam edən ciddi bir problemdir. Ən yaxşı yol tikinti şirkətlərini həmin ərazilərə yönəltməkdir ki, orada şirkətlər hər bir vətəndaşla məsələni individual formada həll edə bilsinlər. İndi ən mühüm məsələ odur ki, tikinti şirkətləri də belə böyük həcmdə söküntüləri həyata keçirə bilməz. Həmçinin tikinti şirkətləri üçün bu ərazilər o qədər də əlverişli deyil. Düşünürəm ki, bu illər boyu həll olunmamış məsələ kimi qalacaq".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1476 Tarix: 12 iyun 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Vidadi Zeynalovun milyonluq əmlakları satışa çıxarılır - Siyahı
Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sabiq Aparat rəhbəri olmuş Vidadi Zeynalovun əmlakları hərraca çıxarılıb. "Qafqazinfo" -a istinadən xəbər verir ki, hərracda satılması nəzərdə tutulan əmlakların ümumi dəyəri 10 milyonlarla manatla ölçülür. Bildirilib ki, Vidadi Zeynalov 2015-c
15:47 277 Şagirdlərin yükü ağırdır: Ev tapşırıqları və əlavə dərslər nə qədər normaldır? - TƏHSİL EKSPERTİNDƏN AÇIQLAMA
Azərbaycanda məktəbli uşaqların dərs yükü son illər valideynlər, müəllimlər və ekspertlərin diqqətini cəlb edir. Şagirdlər yalnız məktəbdə uzun saatlar dərs keçməklə kifayətlənmir, eyni zamanda ev tapşırıqları və əlavə repetitor dərsləri ilə də məşğuldurlar. Nəticədə, uşaqlar həm fiziki, həm də psixoloj
13:41 345 "Rəqabət Məcəlləsinin gətirməli olduğu müsbət nəticələri görmürük" - İQTİSADÇI XALİD KƏRİMLİ
Azərbaycanda Rəqabət Məcəlləsinin qəbul edilməsi bazarda ədalətli rəqabətin təmin olunacağı və monopoliyaların qarşısının alınacağı ümidlərini yaratmışdı. Lakin 1 il 6 ay vaxt keçməsinə baxmayaraq, qanun real həyatda gözlənilən effekti göstərməyib. Böyük şirkətlər bazarda üstün mövqelərini qoruyur, kiçi
14:55 357 İnfarktın yaxınlaşmasından XƏBƏRDARLIQ edən cihaz hazırlandı
Rusiyanın Cənubi Federal Universitetinin mühəndisləri ürək xəstəliyi olan insanların vəziyyətini real vaxt rejimində təhlil edə və kritik vəziyyətdə SOS siqnalı göndərə bilən cihaz hazırlayıblar. xarici mediaya istinadla bildirir ki, bu barədə universitetin mətbuat xidməti məlumat yayıb. Koroner arte
20:00 123 ABŞ dövlət katibi Vitkoff cümə axşamı Putinlə görüşəcəyini bildirib
ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiv Vitkoff cümə axşamı günü Trampın kürəkəni Cared Kuşner ilə birlikdə Moskvaya gedəcəyini və Rusiya Prezidenti Vladimir Putinlə görüşəcəklərini bildirib. BİG.AZ CNN-ə istinadən xəbər verir ki, Vitkoff CNBC-yə verdiyi müsahibədə Putinə istinad edərə
15:06 216 Gülməkdən ölən filosof: Xrisippin sirli sonu
Məşhur qədim yunan stoiki Xrisipp (e.ə. 279-206) 73 yaşında nadir bir hadisə nəticəsində - gülməkdən dünyasını dəyişib. BİG.AZ xəbər verir ki, bu barədə tarixçi Diogen Laertiy yazır və filosofun ölümünə dair bir neçə versiya açıqlayıb. Xrisipp Kilikiyanın Soli şəhərindən idi. Gənclik illərində Afinay
22:15 1 Gündə 60 siqaret keçmişdə qaldı: Mauritsio Sarri siqareti tərgitdiyini AÇIQLADI
"Latsio"nun baş məşqçisi Mauritsio Sarri nəhayət, siqareti tərgitdiyini açıqlayıb. -ın xarici KİV-ə istinadla xəbərinə görə, əvvəllər "Latsio"nun baş məşqçisi etiraf etmişdi ki, asılılığının pik həddə çatdığı dövrdə ildə 20.00-dən çox - gündə 60 siqaret çəkirmiş!. "Gündə 60 siqare
19:45 131 Klopp məşqçiliyə qayıda bilərmi? Həyat yoldaşı daha böyük kubok otağı istəyir
Yurgen Klopp "Red Bull"un futbol rəhbəri kimi vaxtının xoş keçməsindən zövq alır və məşqçiliyə qayıtmaq planı yoxdur. -ın xarici mediaya istinadla xəbərinə görə, lakin, alman mütəxəssis bəzi siqnallar göndərmiş kimi görünür. "Mən özümü heç vaxt dünya səviyyəli məşqçi hesab etməmişəm, çünk
18:30 148 Kadırovun oğlunun vəziyyətini həkimlərdən də gizlədirlər: xəstəxana mühasirəyə alınıb
Çeçenistan rəhbəri Ramzan Kadırovun oğlu Adam Kadırovun yol qəzasından sonra aldığı ən ciddi zədə dalağın zədələnməsidir. -ın Rusiya KİV-ə istinadla məlumatına görə, ilk baxışdan diqqəti çəkən odur ki, onun yerləşdiyi Botkin xəstəxanasının digər korpuslarında pəncərələrdə işıq yanır, amma 9-cu korpu
18:15 249