Azərbaycanda şəhid ailələrinin hüquqları artırılır
Azərbaycanda şəhid ailələrinin hüquqları artırılır.
"Report"un xəbərinə görə, bunu Milli Məclisin Sosial qanunvericilik şöbəsinin müdiri Adil Vəliyev parlamentin Əmək və sosial siyasət komitəsinin bugünkü iclasında birinci oxunuşda müzakirəyə çıxarılan "Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında" qanuna dəyişiklik layihəsini təqdim edərkən deyib.
O bildirib ki, dəyişikliklə yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçota alınmış şəhid ailəsinin üzvü vəfat etdiyi, habelə yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçota alınmış şəxsə sonradan şəhid statusu verildiyi halda, həmin uçot onun ailə üzvləri üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən olunmuş qaydada saxlanılacaq.
Şöbə müdiri qeyd edib ki, şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi, rifah halının daim yaxşılaşdırılması ölkə başçısının bilavasitə rəhbərliyi ilə həyata keçirilən dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Çoxşaxəli sosial müdafiə tədbirləri nəticəsində hazırda 20 adda təminat və sosial qayğı ilə əhatə olunmuş şəhid ailələrinin mənzil problemi də dövlətin xüsusi nəzarətindədir.
"Bu baxımdan, şəhid ailəsinin üzvlərinə münasibətdə yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçotun saxlanılması ilə bağlı dəyişikliyi nəzərdə tutan layihə bu sahədə növbəti müsbət addım olaraq dəyərləndirilməlidir. Belə ki, mövcud qanunvericilik sistemində yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçota alınmış şəhid ailəsinin üzvü vəfat etdiyi, habelə yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçota alınmış şəxsə sonradan şəhid statusu verildiyi halda, həmin uçotun onun ailə üzvləri üçün saxlanılması və yaxud saxlanılmaması ilə bağlı müddəa nəzərdə tutulmayıb".
A.Vəliyev vurğulayıb ki, qanun layihəsi məhz həmin kateqoriyaya aid olan subyektlərin mənzil şəraitinin yaxşılaşdırılması və yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçot alınma üzrə normativ tənzimləmənin təkmilləşdirilməsi məqsədilə hazırlanıb.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 908 Tarix: 13 iyun 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşArgentinada helikopter qəzası: 7 nəfər öldü
Argentinanın San Xuan əyalətində meşə yanğınlarına hazırlıq təlimi zamanı "Bell 412" tipli helikopter qəzaya uğrayıb. xəbər verir ki, bu barədə Argentina mətbuatı məlumat yayıb. Qəza nəticəsində helikopterdə olan 7 nəfər həyatını itirib. Ölənlər arasında San Xuan əyalətinin Mülki Müdafiə Xidmətini
30.07.2026 245 ABŞ zərbələri Əhvazdakı tələbə yataqxanalarına ziyan vurdu
İranın Əhvaz şəhərində yerləşən iki tələbə yataqxanası ABŞ qüvvələrinin endirdiyi zərbələr nəticəsində zərər görüb. xəbər verir ki, bu barədə YJC agentliyi məlumat yayıb. Məlumata görə, hücumlar nəticəsində iki tələbə yataqxanası kompleksinə ziyan dəyib. Bəzi tələbələr təhlükəsizlik məqsədilə təxliy
11:30 42 Prezident İlham Əliyev Qırğızıstanda dövlət səfərindədir
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 30-da Qırğız Respublikasına dövlət səfərinə gedib. BİG.AZ AZƏRTAC-a istinadən xəbər verir ki, Çolpon-Ata şəhərinin İssık-Kul Beynəlxalq Hava Limanında dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Prezident İlham Əliyevi və birinc
30.07.2026 266 500-600 manat maaşla evlənmək nə dərəcədə doğrudur? - SOSİOLOQDAN AÇIQLAMA
Son illər Azərbaycanda yaşayış xərclərinin artması fonunda 500-600 manat əməkhaqqı alan gənclərin ailə qurması məsələsi tez-tez müzakirə olunur. Bir tərəfdən ailə qurmaq həyatın təbii mərhələsi hesab edilsə də, digər tərəfdən məhdud gəlirlə kirayə, kommunal ödənişlər, gündəlik tələbat və gələcəkdə uşağı
30.07.2026 361 Bəşəriyyətin ekoloji borc günü çatdı: Yer kürəsinin bu il üçün resursları tükəndi
İyulun 30-da bəşəriyyət Yer kürəsinin ekoloji borc gününə (Earth Overshoot Day) çatıb. Qaynarinfo xəbər verir ki, "Tagesschau"un məlumatına görə, bu tarixdən etibarən insanlar planetin bir il ərzində bərpa edə biləcəyindən daha çox təbii resurs istehlak etməyə başlayırlar. Vəziyyəti bank hesabındak
30.07.2026 234 Paşinyandan diqqətçəkən açıqlama: Yerli balıqlardan imtina edib
Ermənistanın Baş naziri Nikol Paşinyan yerli balıq təsərrüfatlarında yetişdirilən balıqları keyfiyyəti ilə bağlı narahatlıqlar səbəbindən istehlak etmədiyini açıqlayıb. xəbər verir ki, bu barədə RİA Novosti agentliyi məlumat yayıb. "Bu açıqlama ajiotaj yaradacaq, lakin mən uzun müddətdir ki, fermalard
11:34 24 Son 150 ilin ən güclü El Ninosu gəlir: Dünyanı nə gözləyir?
İqlimşünaslar bildirirlər ki, Sakit okeanda güclənən El Nino hadisəsi ən azı son 150 ildə müşahidə olunmayan miqyasa çata bilər. Qaynarinfo xəbər verir ki, "Nature" jurnalının yazdığına görə, proqnozlar təsdiqlənərsə, okeandan istiliyin atmosferə ötürülməsi nəticəsində yaranan istilik dalğas
30.07.2026 299 Çin 582 ton ağırlığında maqnit yaratdı: Bu qurğu nə üçündür?
Çin 582 ton çəkisi olan nəhəng ifratkeçirici maqnitin sınaqlarını uğurla başa çatdırıb. Bu qurğu termonüvə reaktoru üçün indiyədək hazırlanmış ən böyük maqnit hesab olunur və ölkənin "süni Günəş" layihəsinin inkişafında mühüm mərhələ kimi qiymətləndirilir. Qaynarinfo xəbər verir ki, "Libertatea"
30.07.2026 264 Bu ölkədə qadınların orta ömür uzunluğu ilk dəfə 90 ili keçə bilər
Cənubi Koreyada qadınların doğulduğu andan gözlənilən orta ömür uzunluğu 2030-cu ilədək ilk dəfə 90 ili keçə bilər. Bu nəticə 2017-ci ildə dərc olunmuş elmi araşdırmada irəli sürülüb. Qaynarinfo xəbər verir ki, "The Space Daily" nəşrinin yazdığına görə, araşdırmada bu nəticənin qəti fakt deyil
30.07.2026 235