"Porsche"dən oğurlanmış 94 minlik "Rolex" Etibar Pirverdiyevindir?

"Porsche"dən oğurlanmış 94 minlik "Rolex" Etibar Pirverdiyevindir?Bu günlərdə Bakı Ağır Cinayətlər Məhkəməsində maraqlı proseslərdən biri başa çatıb.

"Qafqazinfo"nun əldə etdiyi məlumata görə, məhkəmə qarşısına çıxarılan 1994-cü il təvəllüdlü Röyal Ocaqlı və 1998-ci ildə anadan olmuş Elzamin Abdullayev Cinayət Məcəlləsinin 177.3.2-ci (Külli miqdarda oğurluq) maddəsi ilə təqsirləndiriliblər.

Bildirilib ki, hər iki şəxs Goranboyun Boluslu kəndinin sakinidir və Bakının Nərimanov rayonu Etibar Qocayev küçəsində birgə avtoyuma məntəqəsində işləyiblər. Onlar Səməd adlı şəxsin avtoyuma məntəqəsinə gətirərək yumaya təqdim etdiyi "Porsche Cayenne" markalı avtomobilin saxlanc yerindən 93 500 manat dəyəri olan "Rolex GMT-Master İİ Rot Beer" markalı qızıl qol saatını oğurlayıblar. Hadisədən 1 gün sonra Səməd maşındakı bahalı saatın yerində olmadığını görərək "moyka"ya qayıdıb. O, saatın orada oğurlanmasından şübhələnərək Röyalı sorğu-sual edib. Bir neçə gün ərzində həmin məntəqəyə gəlib-gedən və Elzaminin işdə olmamasından daha da şübhələnən şəxs saatını geri ala bilməyincə polisə müraciət edib.

​
"Porsche"dən oğurlanmış 94 minlik "Rolex" Etibar Pirverdiyevindir?Röyal və Elzamin polis tərəfindən saxlanıldıqdan sonra qızıl saatın onlar tərəfindən oğurlanması müəyyən edilib. Bəlli olub ki, hər iki şəxs əvvəlcə saatı satmaq üçün Gəncəyə gediblər. Lakin orada sata bilməyərək Bakıya qayıdıblar və "Laçın" ticarət mərkəzində yerləşən qızıl mağazasında 163 qram çəkisi olan saatı qramı 70 manatdan, cəmi 11 500 manata satıblar. Pul da hər iki şəxsin arasında bölünüb.

Təqsirləndirilən şəxslərdən Röyal Ocaqlının yaxınları məhkəmə iclası zamanı saatın oğurlandığı "Porsche" markalı avtomobilin "Azərenerji" ASC-nin keçmiş prezidenti Etibar Pirverdiyevə məxsus olduğunu və Səməd adlı şəxsin onun sürücüsü olduğunu iddia ediblər.

Röyal Ocaqlının anası Rübabə Sərdarlı isə saytımıza açıqlamasında qeyd edib ki, sözügedən bahalı saat da E.Pirverdiyevə məxsusdur və onun sürücüsü sadəcə önə verilir.

Zərərçəkmiş şəxs qismində tanınan Səməd adlı sürücü isə saatın özünə məxsus olduğunu və Abbas adlı şəxsin ona hədiyyə etdiyini, lakin bu qədər bahalı olduğunu bilmədiyini deyib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin bir neçə gün əvvəl çıxardığı hökmlə təqsirləndirilən şəxslərin hər birinə 7 il həbs cəzası verilib.

Təqsirləndirilən şəxslərin yaxınları işə sədrlik edən hakim Telman Hüseynovun Etibar Pirverdiyevin yaxın qohumu olduğunu bildirərək işə düzgün baxılmadığını düşündüklərini qeyd ediblər və apellyasiya instaniyasına şikayət ediblər.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1214   Tarix: 13 iyun 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Daşınmaz əmlak üzərində mülkiyyət hüququ: Əsas hüquqlar və qanuni təminatlar

Daşınmaz əmlak üzərində mülkiyyət hüququ şəxsin qanunla müəyyən edilmiş qaydada ona məxsus olan əmlaka sahib olmaq, ondan istifadə etmək və onun barəsində sərəncam vermək səlahiyyətlərini əhatə edir. Bu hüquq mülkiyyətçinin əmlak üzərində qanunvericiliklə müəyyən edilmiş hədlər daxilində hüquqi hakimiyyətin

21.10.2026 238
.

Neandertallar bir-birini öldürürmüş? - 75 min illik sirr

İraqın şimalındakı Şanidar mağarasında tapılan 75 min illik Neandertal qalıqları qədim insan qohumları arasında zorakılığın miqyası ilə bağlı yeni suallar yaradıb. Alimlər sol kürək sümüyündə aşkarlanan 15 millimetrlik dəliyin taxta nizə zərbəsi nəticəsində yarandığını və bunun ölümcül zorakılığın ə

21.10.2026 158
.

"Titullu salonlardan çıxsınlar, reallığı görsünlər" - Zahid Orucdan Avropaya ÇAĞIRIŞ

"44 günlük Vətən müharibəsində qələbədən sonra Azərbaycanın tərəfdarlarının və müttəfiqlərinin sayı artmaqla yanaşı, ölkəmizə qarşı mübarizəsini açıq müstəviyə çıxaran beynəlxalq təşkilatlar, o cümlədən konkret dövlətlər də mövcuddur". Bu sözləri BİG.AZ-a açıqlamasında Milli Məclisin deputat

21.10.2026 344
.

Həmkarı İlham Əliyevə zəng etdi

Oktyabrın 21-də Şimali Makedoniyanın Prezidenti Qordana Silyanovska-Davkova Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib. "Qafqazinfo" xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb. Telefon danışığı zamanı dövlət başçıları dünyada enerji sahəsində yaranmış vəziyyət, mövcu

21.10.2026 222
.

Şahzadə Diananın illər sonra üzə çıxan sirri - Buna görə qorxurmuş...

Uels şahzadəsi Diana oğlu şahzadə Harri ilə qardaşı Uilyam arasındakı münasibətlərə və Harrinin kral ailəsindəki gələcəyinə görə ciddi narahatlıq keçirib. Ölkə.az xəbər verir ki, bu barədə işıq üzü görməyə hazırlaşan "Diana Unheard" ("Eşidilməmiş Diana") adlı üç hissəli sənədli filmd

21.10.2026 168
.

Tramp Avropanın sonunu görür: Aİ dağılacaq?

"Tezliklə Avropa deyə bir şey qalmayacaq". Bunu ABŞ Prezidenti Donald Tramp Ağ Evdə jurnalistlərin suallarını cavablandırarkən deyib. O, Avropadakı iqtisadi vəziyyəti və miqrasiya siyasətini tənqid edərək, ölkələrin yanaşmalarını dəyişməyəcəyi təqdirdə Avropa İttifaqının gələcəyinin təhlük

21.10.2026 252
.

Qan analizi hansı xəstəlikləri göstərə bilər?

Qan analizinin nəticələri bəzi xəstəliklərin əlamətlərini hələ simptomlar ortaya çıxmamışdan əvvəl göstərə bilər. Lakin mütəxəssislər bildirirlər ki, yalnız qan analizinin nəticələrinə əsaslanaraq diaqnoz qoymaq düzgün deyil. xəbər verir ki, laborator müayinələr orqanizmdə baş verən dəyişiklikləri erkə

21.10.2026 233
.

Azərbaycanda ərzaq bahalaşması: Daha hansı məhsulların qiyməti artacaq?

Azərbaycanda kərə və duru yağların qiyməti artıb. Bahalaşma həm yerli, həm də xarici məhsullarda hiss olunur. Qeyd olunub ki, ümumilikdə yağların qiymətində 6 manatadək bahalaşma müşahidə edilir. Satıcılar bahalaşmanın səbəblərindən məlumatsız olduqlarını bildirirlər. Mövzu ilə bağlı BİG.AZ-a açıqlamasınd

21.10.2026 258
.

İranın və Türkiyənin Azərbaycana münasibətində gözlənilməz təzad

İran uzun müddət davam edən səssizliyini pozdu. Özü də gözlənilməz şəkildə. İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai brifinq zamanı çıxış edərək bildirib:. "Azərbaycan xalqı qəhrəman və bəsirətli xalqdır. Hicab məsələsi həm bizim, həm Azərbaycan xalqının, həm də digər müsəlmanların diqqətind

21.10.2026 308
.