Tələbələrin təqaüdləri 250 manata QALDIRILIR? - AÇIQLAMA
Bu gün tələbələrə verilən təqaüdlər onların aylıq ehtiyacını qarşılamır. Sosial vəziyyəti aşağı olan və xüsusilə rayondan gələn tələbələrin xərci həqiqətən valideynləri çətin vəziyyətə salır. Paytaxt və ətraf ərazilərdə tələbələr əsasən kirayədə qalır. Çünki bir sıra universitetlərin yataqxanalarının şəraiti əlverişsizdir. Belə olan təqdirdə tələbə kirayə pulunu qarşılamaq üçün ya işləmək məcburiyyətində qalır, ya da ailəsi ona maddi dəstək göstərir. Bu da ailənin sosial vəziyyətinə təsir. Azərbaycanda tələbələrə verilən təqaüd növbəti tədris ilinə qədər 250 manata qaldırıla bilər.
Mövzu ilə bağlı Sonxeber.az-a danışan təhsil eksperti Elçin Əəfəndi deyib ki, tələbə təqaüdlərinin verilməsi ilə bağlı müvafiq olaraq dövlət başçısı sərəncam imzalayır. Ümumilikdə tələbə təqaüdünün artımı ilə bağlı müvafiq sərəncamı cari ilin sonlarına doğru görə bilərik:
"Hal-hazırda düşünmürəm ki, bu baş versin. Çünki hər il imtahanlar başa çatdıqdan sonra müvafiq olaraq 102 nəfər prezident təqaüdünə layiq görülür. Onlar ilə bağlı sərəncam təxminən sentyabrın sonu oktyabrın əvvəllərinə doğru təsadüf edir. Həmin ərəfədə tələbə təqaüdlərinin artırılması ilə bağlı hər hansı bir sərəncam verilə bilər. Yəni bu gözlənilən bir prosesdir və qeyd edim ki, cari ilin sonuna doğru baş tutması mümkündür. Tələblərin, xüsusilə rayondan gələn tələbələrin paytaxtda fəaliyyət göstərən universitetlərdə təhsil aldıqları dövr ərzində müəyyən mənada maddi baxımından əziyyət çəkirlər. Düşünürəm ki, universitetlər və müəyyən təşkilatlar bu istiqamətdə dəstək olsunlar".
Ekspertin sözlərinə görə, yataqxana məsələsi bəzi universitetlərimizdə tam olaraq qaydasında deyil. Qaydasında olan yataqxanalarda isə məcburi köçkünlər qalır:
"Tələbələrin əksəriyyəti kirayədə qalır. Bu da onlara maddi cəhətdən təsir etmiş olur. Universitetin özü və təşkilatlar tələbələrə müəyyən ödənişlər ayırmaqla bağlı yaxşı fikirləşməlidir. Tələbələrə aid olan təqaüdlər onların ehtiyaclarını ödəməyəcək səviyyədə artırılmalıdır. Amma bu dövlət başçısının səlahiyyətində olan bir məsələdir. Bu da cari ilin sonuna gözlənilir. Sözügedən təqaüdün 250 manata qədər qaldırılacağını düşünmürəm. Ola bilər ki, bu hal əlaçı tələblərə aid edilsin. Amma digər zərbəsi və adi kateqoriyalar üzrə təqaüdlərin artırılmasını gözləmirəm. Yalnız bu rəqəm əlaçılara aid edilə bilər".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 571 Tarix: 13 iyun 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Pakistanlı mənbə ABŞ-İran danışıqlarının çərşənbə günü başlayacağını bildirib
Müzakirələrdə iştirak edən Pakistan mənbəsi Reuters agentliyinə bildirib ki, ABŞ-İran danışıqlarının ikinci mərhələsinin çərşənbə günü başlaması üçün təkan var. BİG.AZ Reuters-ə istinadən xəbər verir ki, çərşənbə axşamı anonimlik şərti ilə mənbə bildirib ki, "İşlər irəliləyir və danışıqlar saba
11:08 168 Məktəblərdə zorakılıq niyə artır? Son hadisə suallar doğurur - TƏHSİL EKSPERTİNDƏN AÇIQLAMA
Son vaxtlar təhsil müəssisələrində baş verən zorakılıq halları cəmiyyətdə ciddi narahatlıq yaratmaqda davam edir. Dünən məktəblərdən birində qeydə alınan dəhşətli hadisə isə bu problemin nə qədər təhlükəli həddə çatdığını bir daha göstərdi. Belə ki, şagirdlər arasında yaranan mübahisə faciəvi sonluğ
10:53 211 Məktəb zorakılığı və rəqəmsal mühit: baş verən hadisələr nəyi ortaya qoyur?
"Son vaxtlar Türkiyədə məktəblərə qarşı hücumlarla bağlı hadisələrin artması ciddi narahatlıq doğurur". Bunu BİG.AZ-a açıqlamasında politoloq Turan Rzayev bildirib. O, qeyd edib ki, 14 və 15 apreldə Şanlıurfa və Kahramanmaraşda məktəb atışmaları baş verib. Hadisələrdə bir şagirdin 9 nəfər
14:54 103 Maştağada evdən 8 min manatlıq qızıl oğurlandı
Sabunçu rayonu, Maştağa qəsəbəsi ərazisində sakinlərdən birinin evindən oğurluq edilib. Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, Sabunçu rayon Polis İdarəsi 14-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinənlər - N.Abbasov, O.Abbasov, F.Mövsümov və N.Vəliye
20.04.2026 438 Bu ölkədə məktəblərdə rus dilində danışmaq qadağan edilir
"Latviyada şagirdlərə məktəb ərazisində, hətta dərs olmayan vaxtlarda belə dövlət dilindən başqa dillərdə danışmağı qadağan edən bir sıra qanunlar qəbul edilib". "Qafqazinfo" xəbər verir ki, bu barədə "RİA Novosti"yə açıqlamasında Riqa Dumasının deputatı Aleksey Rosliko
20.04.2026 429 ABŞ-dan vətəndaşlarına çağırış: İraqı dərhal tərk edin!
ABŞ-ın Bağdaddakı səfirliyi vətəndaşlarını İraqa səfər etməməyə və orada olan vətəndaşlarını dərhal ölkəni tərk etməyə çağırıb. xəbər verir ki, bu barədə səfirlik məlumatını yeniləyib. Eyni zamanda, səfirlik İranla əlaqəli silahlı qrupların ABŞ vətəndaşlarına və Vaşinqtonun maraqlarına qarşı yeni hücumla
20.04.2026 409 Xəbər saytlarında istinad problemi: etibarlılıq sual altındadır - MEDİA EKSPERTİNDƏN AÇIQLAMA
Son dövrlərdə xəbər saytlarında yayımlanan materiallarda istinad mənbələrinin göstərilməməsi diqqət çəkən problemlərdən birinə çevrilib. Bu hal oxucular arasında məlumatın etibarlılığı ilə bağlı suallar doğurur və jurnalistikanın əsas prinsiplərindən olan şəffaflıq məsələsini yenidən gündəmə gətirir
15:27 0 Tərbiyə məqsədilə uşağı döyənlər bu qədər cərimə olunacaq
Uşağa qarşı fiziki və (və ya) psixoloji zorakılığın törədilməsinə görə məsuliyyət nəzərdə tutulacaq. "Qafqazinfo" xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılan İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsində əksini tapıb
14:19 131 Süni intellektlə təxribat törədənlər həbs olunacaq
Azərbaycanda süni intellektlə təxribat törədənlər həbs ediləcək. "Qafqazinfo" xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirə olunan Cinayət Məcəlləsində dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb. Qanun layihəsinə əsasən, Azərbaycan Respublikasını
13:33 158